602) Trombotik mikroangiopatiyaya hansı simptomlar aid ola bilər?
A) Nəzərəçarpan trombositopeniya
B) Bilirubinin və laktatdegidrogenazanın səviyyəsinin artması
C) Qanlı diareya
D) Bütün sadalananlar
E) Kəskin böyrək çatmamazlığı, iflic, tutmalar
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
603) Atipik hemolitik uremik sindromun (HUS-D) və trombotik trombositopenik purpuranın müalicəsinin əsasını nə təşkil edir?
A) Təzə dondurulmuş plazmanın infuziyası (40 ml/kq) və ya plazmaferez
B) Hemodializ
C) Prednizalon + siklofosfan (puls terapiya)
D) Prednizalon (per os və ya puls terapiya)
E) Peritonial dializ
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
604) Trombotik mikroangiopatiyada mikrodamarların zədələnməsinin xarakterik morfoloji əlamətləri hansıdır?
A) Ödem və / və ya endotelial hüceyrələrin bazal membrandan ayrılması
B) Əlamətlərin olmaması
C) Bütün sadalananlar
D) Subendotelial boşluğun genişlənməsi və boş membranaya bənzər materialın yığılması
E) Damar daxili trombların əmələ gəlməsi
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Dostları ilə paylaş: |