İrsi və anadangəlmə böyrək xəstəlikləri. Tubulopatiyalar.
701) Podaqraya xarakterik olan əlamətlər hansılardır?
A) Sadalananların heç biri
B) Distal falanqa arası oynaqların poliartriti
C) Tofuslar və hiperurikemiya
D) Bütün sadalananlar
E) Düyünlü eritema
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
702) Böyrək kanalcıqlarının sidik turşusu ilə blokadasının terapiyasına nə daxildir?
A) Bütün sadalananlar
B) Hemodializ
C) Allopurinol
D) Qələviləşdirən preparatlar
E) Diuretiklər
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
703) Böyüklərin polikistozu xəstəliyində kistaların tərkibi nə ola bilər?
A) Müxtəlif hüceyrələrin parcalanma məhsulları
B) Rəngsiz və ya sarı maye
C) Təzə və ya köhnə qan
D) Xolesterinin kristalları
E) Bütün sadalananlar
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
704) Böyüklərdə polikistoz xəstəliyi ilə yanaşı hansı xəstəliklər müşahidə oluna bilər?
A) Bütün sadalananlar
B) Podaqralı artrit
C) Xroniki pielonefrit
D) Arterial hipertoniya
E) Böyrəklərin kalkulyozu
Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
Dostları ilə paylaş: |