597) Orta sinirin cərrahi əməliyyatlarında hansı müdaxilələrdən istifadə edilir?
A) Biləyin mil bükücü vətərinin medial kənarı boyu
B) Cavabların hamısı səhvdir
C) Bazunun içəri səthində bazunun ikibaşlı əzələsinin qabarığı üzərində
D) Deltaşəkilli əzələnin arxa kənarının ortasından lateral bazu şırımının aşağı sonuna qədər
E) Bazunun daxili epikondilusundan noxudabənzər sümüyə qədər
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
598) Dirsək sinirin cərrahi əməliyyatlarında aşagıdakı müdaxilələrdən istifadə
A) Saidin ön səthində orta xətt üzrə dairəvi pronatorun medial kənarına qədər
B) Cavabların hamısı səhvdir
C) Bazunun içəri səthində bazunun ikibaşlı əzələsinin qabarığı üzərində
D) Bazunun daxili epikondilusundan noxudabənzər sümüyə qədər
E) Deltaşəkilli əzələnin arxa kənarının ortasından lateral bazu şırımının aşağı sonuna qədər
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
599) Sarğı nahiyyəsində oturaq sinirində cərrahi əməliyyatlarda ən məqsədəuyğun müdaxilə hansıdır?
A) Hamısı səhvdir
B) Qasıq sümüyü qabarından uzun yaxınlaşdırıcı əzələnin xarici kənarına kimi 10-12 sm ölçülü vertikal kəsik
C) Radzievski müdaxiləsi
D) Bucaqlı kəsik ,Pupart bağının bayır yarısından aşağı bud arteriyasının proyeksion xəttindən 2 sm xaricə çəkilən xətt boyu
E) Budun aşağı üçdəbirində ,böyük yaxınlaşdırıcı əzələnin vətərinin kənarı boyu
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
600) Qamış sinirin cərrahi əməliyyatlarında hansı müdaxilələrdən istifadə məsləhətdir?
A) Dizaltı çuxurun ortasından daxili topuq və daban vətəri arasındakı dərinliyin ortasını birləşdirən xətt boyu kəsik
B) Qamış sümüyünün daxili sərhədindən bir köndələn barmaq arxaya baldırın medial səthində a/3 və o/3-də boylama kəsik və baldırın arxa səthində orta kəsik
C) Qamış sümüyünün daxili sərhədindən bir köndələn barmaq arxaya baldırın medial səthində a/3 və o/3-də boylama kəsik
D) İncik sümüyü başından bir qədər aşağıda qurtaran budun ikibaşlı əzələ vətəri üzərindən aparılan kəsik.
E) Baldırın arxa səthində orta kəsik
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
601) Qamış sinirin cərrahi əməliyyatlarında hansı müdaxilələrdən istifadə məsləhətdir?
A) Qamış sümüyünün daxili sərhədindən bir köndələn barmaq arxaya baldırın medial səthində a/3 və o/3-də boylama kəsik
B) Qasıq sümüyü qabarından uzun yaxınlaşdırıcı əzələnin xarici kənarına kimi 10-12 sm ölçülü vertikal kəsik
C) Budun a/3-də böyük yaxınlaşdırıcı əzələ vətərinin kənarı boyu
D) Baldırın arxa səthində orta kəsik
E) İncik sümüyü başından bir qədər aşağıda qurtaran budun ikibaşlı əzələ vətəri üzərindən aparılan kəsik
Ədəbiyyat: S.V.Mojaev,T.A.Skoromets . Neyrocərrahiyyə.SPb , Politexnik,2001
Dostları ilə paylaş: |