Nərminə:(sürücüyə) Çox sağolun. Getmək lazım olanda zəng vuracağam.
Taksi sürücüsü: Dəyməz. Gözləyəcəyəm. (çıxır)
Nərminə:(diqqətlə Aytaca baxır və ona tərəf yaxınlaşır) Bağışlayın, üzünüzü görmək olar?
Aytacı tər basır. O üzünü çevirmir. Nərminə yaxınlaşıb onun önünə keçir və ona baxır.
Nərminə: Aytac? Sən burda neyləyirsən? Deyəsən... Mən yanılmamışam deyəsən.
Aytac: Mən...
Nərminə: Sus... (Nahidə yaxınlaşır) Sən kimsən?
Hamı heyrətlə baxır. Nahid də təəccüb içində Nərminəni seyr edir. Zərifə və Gülay da həm yorğun həm də heyrətlə Nərminəyə baxırlar. Aytac ayağa qalxıb qapıya tərəf gedir.
Nərminə:(qışqırır) Aytac! Dayan! (Aytac dayanır) Mənə bir açıqlama etməyəcəksən?