Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy


Sabir: Aytac, bu qadın kimdir? Aytac



Yüklə 84,18 Kb.
səhifə26/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
1   ...   22   23   24   25   26   27   28   29   ...   58
Sabir: Aytac, bu qadın kimdir?

Aytac: (kəkələyir) Bbb... Bu Nərminə xanımdır.

Sabir: Adını taksi sürücüsü də dedi. Bu səni hardan tanıyır?

Nərminə: Mən təkcə onu yox, səni də tanıyıram Sabir. (Nahidə) Sən də Nahidsən hə? (Gülay və Zərifəyə) Bağışlayın, sizi tanıya bilmədim. Nahidin qadınları haqqında heç nə bilmirəm. Təkcə Aytac... O mənim köməkçim və ən yaxın rəfiqəmdir.

Nahid: (rəngi qızarır. Donub qalır. Ondan tər axır. Ağır-ağır udqunur) Sən... Sən... O müğənni olmaq istəyən qadınsan...? Hə?

Nərminə: Hə. Mən o qadınam. (Nahidə baxır və Nahid sevinclə onu qucaqlayır)

Nahid: Axı sən ölmüşdün?

Nərminə: Bunu sənə Aytac deyib?

Nahid: Hə.

Nərminə: Yox, mən heç vaxt ölməmişəm. O vaxt sənin yanına gəlib kömək istədim. Ailəm məni müğənni olmağa qoymur amma mən bu arzu ilə nəfəs alıram dedim. Səndən kömək istədim. Sən də mənə iki məsləhət verdin. Ya onları atıb müğənni olmalı idim ya da bu arzumdan dönməli idim. Mən qərar verdim. Ailəmi atıb bu sənətin ardıyca getdim. Evdən gizli bir müsabiqəyə qatıldım. Orda qalib oldum. Pul qazandım. Sonra gözlərimi, saçlarımı, bədən formamı, dodaqlarımı dəyişdirib tamam başqa bir sima aldım. İndi gördüyün kimi əvvəlki qız deyiləm mən.

Nahid: Bəs axı mən səni sevirdim. Sən də bunu bilirdin.

Nərminə: Doğrusu mən də səni sevirdim, həmişə də sevmişəm. Amma səni mənim ən yaxın rəfiqəm də sevirdi. Ona görə unutmağa qərar verdim səni. Axtardım səni. Dəyişilindən sonra maraqlandım. Vəzifədən çıxarıldığını, ölkədən çıxdığını dedilər. Tapa bilmədim səni.


Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin