Nərminə: (gülür) Sən güclü kişisən. (taburatkanı çəkib oturur və ayağını ayağının üstünə aşırır)Yox əzizim, sən güclü deyilsən. Sən yalançı kişisən. Güclü hiyləgərsən. Oynamısan onlar üçün. Aşiq etmisən özünə. İndi də bu oyunu mənim üçün oynamaq istəyirsən? Elə bilirsən mən də onlar kimi axmağam? Elə bilirsən inanaram sənə?
Nahid: Nərminə, mən səni bütün qəlbimlə həqiqətən sevirəm.
Nərminə: Bağışla, amma mən bu sevgini qəbul edə bilmərəm. Əslində mənim sevgiyə ehtiyacım da yoxdur. (qalxır) Təəccüblənirsən hə? 2 il əvvəl görüb aşiq olduğun yazıq, məsum qızcığaz indi necə də təhlükəli danışır. Cənab, psixoloq, sən insanların fikirlərini oxuya bilərsən. Amma ürəklərini əsla! Sən onlar üçün oynamısan. Bəs qorxmurdun ki, bir gün sənin üçün də oynayarlar?
Nahid: Mənim üçün oynamaq olmaz. Mən bunu hiss edərəm. Anlayaram. Güclü psixoloqam mən.