XI Mövzu: Cəlil Məmmədquluzadənin həyatı və bədii nəsri. Cəlil Məmmədquluzadə görkəmli nasir, dramaturq və
publisist kimi. Azərbaycan tənqidi realist ədəbiyyatında- nəsri və
dramaturgiyası tarixində onun yeri. Bədii publisistikanın və
jurnalistika məktəbinin formalaşmasında rolu.
Həyatı. Bədii nəsri. “Danabaş kəndinin əhvalatları”
povesti müəllifin ilk nəsr əsəri kimi. Əsərdə Azərbaycan kəndinin
sosial mənzərəsinin epik təfsilatla təsviri. Xudayar bəy “ictimai
yuxarılar”ın, Məhəmmədhəsən əmi “ictimai aşağılar”ın
ümumiləşdirilmiş obrazı kimi. Məhəmmədhəsən əmi obrazı
Novruzəlilərin- “xırda adamlar”ın həyatına bədii nüfuzun
başlanğıcı kimi. Əsərdə qadın hüquqsuzluğu probleminin inikası.
Məmmədhəsən əminin sosial haqsızlıqlara daxili etirazları. Onun
düşüncə və hərəkətlərinin həyati məntqi. Zeynəbin sosial
haqsəzlıqlara açıq etirazları. Dəyənək, pul obrazlarının şərti-
metaforik səciyyəsi. C.Məmmədquluzadə kiçik hekayənin böyük
ustası kimi.
“Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Rus
qızı” və b. hekayələrində qaldırılan sosial-siyasi, mənəvi-əxlaqi
problemlər.
Novruzəli ( “Poçt qutusu”) “tənqidi realizmin proqram
tipli qəhrəmanı”, “sadə, “kiçik” qəhrəmanın modeli, etalonu”
(Y.Qarayev) kimi. Novruzəlini sosial düşüncədən məhrum
qəhrəman kimi xarakterizə edən ədəbiyyatşünaslıq mövqeyinin
əsassızlığı. Novruzəli mövcud sosial şəraitlə barışmayan qəhrə-
man kimi. Novruzəli şikayətçi qəhrəman statusunda. Bədii
nəsrində ictimai və milli şüurun, şəxsiyyətin, vətəndaşlıq
düşüncəsinin intibahı əsas yazıçı idealı kimi. Novruzəli- Vəli xan
münasibətlərinin həqiqi estetik mahiyyəti. Hekayələrində
cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən tiplər qalereyası.