Pedaqoji ünsiyyət və onun quruluşu. Pedaqoji unsiyy



Yüklə 353,47 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix30.04.2023
ölçüsü353,47 Kb.
#105125
1   2   3   4   5   6   7   8   9   ...   12
Pedaqoji usatalığın əsasları (Mühazirələr 21-40)

ə yaradıcılıq fəaliyyətinə meyl, həvəs əsasında ünsiyyət üslubu. Bunun əsasında müəllimin 
şagirdlərə və işəsabit müsbət münasibəti, fəaliyyətin birgə təşkili məsələlərini həll etmək cəhdi 
dayanır. Birgə yaradıcılıq axtarışlarına meyl, həvəs pedaqoji prosesin bütün iştirakçıları üçün 
daha m
əhsuldar ünsiyyət üslubudur. Usta müəllimin uşaqlarla ünsiyyət sistemi, əsasən, bunun 
əsasında qurulur. Burada heç bir “biz” və “siz” olmur, müəllimlər şagirdlərə rəhbərlik etmir, onlarla 
m
əktəb işlərinin qayğısını çəkirlər. 
2) 
Dostluq münasibəti əsasında ünsiyyət üslubu. Bu 1-ci ilə sıx bağlıdır. Müəllimlər şagirdə qarşı 
münasibətində nəzakətli, diqqətli, səbrli olmalı, səsini çox qaldırmamalı, onları təhqir etməməli, 
ağızlarını əyməməli, lətifələr danışmamalı, işə maraqdan doğan yaradıcılıq yaratmalıdırlar, 
əməkdaşlıq pedaqogikasının tələblərinə əməl etməlidirlər. Bəzi müəllimlər bunu başa düşmür və 
dostluğu şagirdlərlə “qardaşlaşma” münasibətlərinə çevirirlər ki, bu da təlim-tərbiyə prosesinin 
gedişatına ciddi ziyan vurur. 
3) M
əsafə-ünsiyyət üslubu. Bu, avtoritar rəhbərlik üslubuna çox yaxındır. Belə müəllim “Siz 
bilmirsiniz, m
ən bilirəm”, “mən sizdən böyüyəm, qulaq asın, təcrübəm var” və s. deməklə 
uşaqlarla apardığı birgə yaradıcılıq işinin səviyyəsini xeyli aşağı salır. Təəssüf ki, məktəblərdə 
çox yayılmış bu üslub ziyanlıdır, pedaqoji işdə müvəfəqiyyətsizliyə doğru aparır. 
4) 
Ünsiyyət-qorxutma üslubu. Bu, üslubların ən pis formasıdır. O şagirdlərə mənfi münasibəti və 
f
əaliyyətin təşkilində avtoritarlığı birləşdirir. Ən tipik formaları bunlardır: “siz məni tanıyırsınız, mən 
siz
ə göstərərəm”, “diqqətlə qulaq asın, yoxsa çağırıb iki yazacağam”. Bu cür üslub dərsdə 
əsəbilik yaradır, yaradıcılıq fəaliyyətini tormozlayır, qadağalar qoyur. 
5) 
Ünsiyyət-oynamaq üslubu. Bu, şagirdlərə müsbət yanaşmaq əvəzinə onlara qeyri-tələbkarlıq, 
etin
asızlıq, laqeydlik göstərməkdir. Müəllim yalan, ucuz nüfuz qazanmaq üçün, şagirdlərlə tez 
əlaqə yaratmaq, sinfin xoşuna gəlmək üçün, digər tərəfdən də professional fəaliyyət 
bacarıqlarının olmaması üzündən bu üslubu seçir ki, bu da çox ziyanlıdır. 


Müəllimin pedaqoji taktı 
“Takt” italyan sözü olub, “toxunma”, “qarşılıqlı münasibətlər” mənasını verir. O insanların 
qarşılıqlı münasibətlərini nizama salmağa kömək edən əxlaqi kateqoriyadır, humanizm 
prinsipin
ə əsaslanır və mürəkkəb, ziddiyyətli anlarda belə, insana hörməti saxlamağı 
kömək edir. Taktlı olmaq – hər bir insana, xüsusilə də, inkişaf edən şəxsiyyətlə ünsiyyət-
d
ə olan üməllimə yönəlmiş əxlaqi tələbdir. Pedaqoji takt adi taktdan ona görə fərqlənir 
ki, o t
əkcə müəllimin şəxsi keyfiyyətlərini deyil (uşaqlara hörmət, məhəbbət, nəzakətli-
lik), h
əm də onun şagirdlərə düzgün münasibət seçmək bacarığını əhatə edir, yəni, bu 
uşaqlara təsir etməyin tərbiyəedici, ən təsirli vasitəsidir. 
Bel
əliklə, pedaqoji takt şagirdlərlə məqsədyönlü pedaqoji təsir göstərmə vasitəsi, ünsiy-
y
ətin ən səmərəli tərzini yaratmaq bacarığıdır. Pedaqoji takt şagirdlərlə ünsiyyətdə irfat-
çılığa yol vermir. Böyük rus pedaqoqu K.D.Uşinski müəllimin işini səciyyələndirərkən ya-
zırdı ki, məktəbdə ciddilik, xeyirxahlıq, ədalət, qayda-qanun və ən əsası ağıllı iş hökm-
ran olmalıdır. 
Pedaqoji takt müəllimin davranışının sabitliyində (səbirlilik, təmkinlilik, dözümlülük) özü-
nü göstərir. Müəllim şagirdə nikbin yanaşmalı, ona inanmalı, səhv etməkdən qorxmama-
lıdır. Şagirdlərin imkanlarını pessimistcəsində qiymətləndirən və bunu addım başı hər 
yerd
ə qeyd edən müəllim taktsız hərəkət edir. Müəllimin inamı şagirdlərin inkişafına bir 
növ stimul olmalıdır. Bundan ötrü şagirdin ilk müvəfəqqiyyətlərini düşünülmüş şəkildə 
artırıb tərifləmək lazımdır ki, uşaq öz cəhdlərindən, müvəfəqqiyyətlərindən sevinc duya 
bilsin. Lakin bu inam s
əbirli olmalı, konkret işlərlə möhkəmləndirilməli, müəllimin şagirdə 
qarşı ayıqlığı və nəzakəti ilə əlaqələndirilməlidir. Şübhəyə yol vermək olmaz. Müəllimin 
ünsiyyət mədəniyyəti, taktı qarşılıqlı təsirin müxtəlif formalarında – dərsdə, sinifdənxaric 
t
ədbirlərdə, istirahət vaxtlarında üzə çıxır. 
Pedaqoji takt bir t
ərəfdən də müəllimin davranışının çevikliyini – taktikanı nəzərdə tutur. 
Çünki, müəllim uşaqlar qarşısında müxtəlif rollarda çıxış edir ki, bu da müxtəlif hallarda 
takt nümayiş etdirməyi tələb edir. Sinif məşğələyə hazır olmadığı zaman dərsdə dəqiq-
lik, ciddilik, r
əsmilik lazımdır. Sinifdənxaric işdə isə fərdi söhbətlər, gəzintilər, ekskursi-
lar zamanı çox vacib olan sərbəstlik, səmimilik, yaxınlıq, oyun zamanı dostcasına ünsiy-
y
ət, asudə vaxt zamanı isə etibar lazım gəlir. 
Bel
əliklə, göründüyü kimi, rollu mövqelər biz müəllimləri şagirdlərlə əməkdaşlıq etməyə, 
onlarla ünsiyyətdə pedaqoji takta əməl etməyə, ünsiyyət texnikasına yiyələnməyə çağı-
rır. 
Taktlı müəllimin əsas xarakterik cəhətləri həssaslıq, diqqətlilik, düşüncəlilik, nəzakətlilik, 
hazırcavablıq, yumor hissinə malik olmasıdır. Uşaqlar belə müəllimi sevir, həmişə ona 
müraciət edir, onu özü üçün ideala çevirir və həmişə ona oxşamağa çalışır, ondan nü-
mun
ə götürür, onun ən gözəl keyfiyyətlərini, dediyi sözləri, etdiyi hərəkətləri bütün ömür-
l
əri boyu ən xoş xatirə kimi xatırlayırlar. 



Yüklə 353,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin