Tampere (Tammerfors) turizm mərkəzi. Əhalinin sayına görə ölkənin ikinci böyük şəhəridir. Şəhər, memarlıq abidələri və muzeyləri ilə turistlərin diqqətini cəlb edir.
Lahti turizm mərkəzi. Ölkənin yeni və sürətlə inkişaf edən şəhərlərindən biridir. Şəhər müasir tikililəri, muzey və rəsm qalareyalarının zəngin ekspozisiyası ilə turistləri cəlb edir.
Turku turizm mərkəzi.Turku ölkənin qədim şəhərlərindən biridir. Şəhərin muzeyləri, geniş meydanları, parkları, həmçinin tarixi -memarhq abidələri turistlərin marağına səbəb olur. Ən maraqlı memarlıq abidəsi XIII əsrdə tikilən kilsədir.