Kopenhagen və Zelandiya turizm bölgəsi. Kopenhagen – Zelandiya adasında, Şimal və Baltik dənizlərini birləşdirən boğazda yerləşir. 2004-cü ildə şəhər və onun ətrafında 136 mehmanxana var idi. Kopenhagenin tarixi mərkəzini kiçik Slotsholmen adası təşkil edir. Burada Danimarka parlamentinin binası, adanın şərqində isə Taun holl binası və meydanı yerləşir. Bu meydandan şəhərin ən böyük ticarət küçəsi öz başlanğıcını götürür.
Kopenhagenin əsas görməli yerləri Tivoli əyləncə parkı, Xristianiya azad şəhəri və Su pərisinin heykəlidir (2008-ci ildə qəzetlərdən biri tərəfdən şəhərin ən məhşur yeri seçilmişdir). Tivoli parkı 1843-cü ildən fəaliyyət göstərərək hər il təxminən 4 mln. ziyarətçi qəbul edir.
Kopenhagendə çoxlu muzey və rəsm qalareyası vardır ki, onların içərisində ən məhşurları Milli Muzey və Kral Təsviri İncəsənət muzeyidir. Kopenhagen ətrafında Maral qoruğu və Avropanın ən qədim əyləncə parkı (1583-cü il) sayılan Direxavsbakken və ya Bakken yerləşir.
Zelandiya adasının cənubunda yerləşən Mon adası öz əsrarəngiz təbiəti, qayaları, qumlu çimərlikləri ilə seçilir. Loplan adasında Knuttenburq safari parkı, Nestved adası yaxınlığında isə BonBon-Lend “konfet” əyləncə parkı yerləşir.
Dostları ilə paylaş: |