Plan: Avropada beynəlxalq turizmin inkişafını şərtləndirən amillər hansılardır?



Yüklə 45,42 Kb.
səhifə20/22
tarix02.01.2022
ölçüsü45,42 Kb.
#34726
1   ...   14   15   16   17   18   19   20   21   22
BTC-movzu2

Yutlandiya turizm bölgəsi. Orxus Yutlandiyanın paytaxtı və Danimarkanın ikinci böyük limanıdır. Ən məhşur yerləri Müqəddəs Budolfi Kafedral kilsəsi (XIV əsr), Olborqhus qəsri (XVII əsr) və Anna küçəsidir. Orxusun mərkəzi olan Qədim şəhər faktiki olaraq muzeydir. Yutlandiyanın digər görməli yerlərindən 1968-ci ildə açılan Leqolendi (Billun), faxverk evləri ilə seçilən Ebeltoft şəhərini, Lökken və Lönstrup çimərlik kurortlarını və öz Cesperhus çiçək parkı ilə məhşur olan Mors adasını göstərmək olar. Yutlandiyanın cənub-şərqində yerləşən Ellinq kəndi YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olmuşdur. Burada vikinqlərə aid olan (900-cu il) 2 nəhəng kurqan vardır.

İslandiya. (island dilində “buzlar ölkəsi” və ya “buzlu ölkə”). Atlantik okeanının şimalında (Böyük Britaniyanın şimal-qərbində), 103 min km2 ərazidə yerləşən İslandiya adasında və onun ətrafındakı kiçik adalarda yerləşir. İslandiya 2015-ci ildə 1.3 mln. nəfər turist qəbul etmiş, turizmdən əldə etdiyi gəlir isə təxminən 1.6 mlrd. ABŞ dolları təşkil etmişdir. Ölkənin paytaxtı Reykyavik hesab olunsa da, ən böyük şəhərləri Kolavoqur və Akureyridir.

İslandiya sahil xəttinin 1/3-ni fyordlar təşkil edir. İslandiyanın əsas görməli yerlərinə Hekla vulkanı, qeyzer və buzlaqları, Lanmannaleyqar, Torsmörk dərələri, Vestman adaları aiddir. Akureyri şəhərindən Xusavikə, Qodafoss şəlaləsinə və Qrimsey adasına getmək mümkündür.



İslandiya həm də Brennivin adlanan və çox baha olan xüsusi arağı ilə məhşurdur. Bu içkini kartof və cirə tumlarından hazırlayırlar. Onun adı “yanan şərab” kimi tərcümə olunur. İslandiya əhalisinin özü bu içkini “Qara ölüm” adlandırır.


Yüklə 45,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin