Hyamenlinna turizm mərkəzi. Şəhər dahi fin bəstəkarı Sibeliusun vətənidir. Şəhərə gələn turistlərə Sibeliusun ev muzeyi, XIII əsr qəsri, Ratuşa binası nümayiş etdirilir. Şəhər kənarında Avropanın ən gözəl parklarından biri olan Aulanko milli parkı yerləşir.
Sayma gölü turizm bölgəsi.Sayma ölkənin ən böyük və gözəl gölüdür. Hər il bu gölün sahillərinə Finlandiyanın özündən minlərlə turist istirahətə gəlir. Sayma gölünün və onun yaxınlığındakı göllərin sahillərində Lappenranta, Lauritsala, İmatra kimi tanınmış kurortlar yerləşir.