Plan: Avropada beynəlxalq turizmin inkişafını şərtləndirən amillər hansılardır?



Yüklə 45,42 Kb.
səhifə8/22
tarix02.01.2022
ölçüsü45,42 Kb.
#34726
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
BTC-movzu2

Oslo turizm mərkəzi. Oslo (Norveç dilində Uşlu kimi səslənir) ölkənin paytaxtı və əcnəbi turistlərin toplaşdığı əsas mərkəzlərdən biridir. Onun memarlıq abidələri arasında Ratuşa, XIV əsrdə salınmış Kral qəsri, XVII əsrdə inşası başa çatmış Kafedral kilsə xüsusilə seçilir. Şəhər muzeylərlə zəngindir. Onların arasında Taxta tikililər muzeyi, Milli bədii qalereya, Vikinq gəmiləri muzeyi, Kon-Tiki muzeyi, Norveç Texnika muzeyi, Norveç Dəniz muzeyi diqqəti cəlb edir.

Şəhərdə Norveç Elmlər Akademiyası, 1,5 mln. cildli kitabxanası olan Universitet fəaliyyət göstərir. Osloda yerləşən Milli teatrın qarşısında məşhur Norveç dramaturqları İbsen və Börnsondun heykəlləri ucalır. Skandinaviya ölkələrində məşhur olan Oslo universitetində tanınmış alim, Arktika tədqiqatçısı Frityov Nansen təhsil almışdır.

Yay mövsümündə Oslo sakinlərinin əksəriyyəti mənzərəli Oslo fyord sahillərinə, qışda isə Oslo ətrafındakı Sunvollen və Holmenkollen rayonlarına xizək gəzintisinə çıxırlar. İsti yay günlərində Oslonun minlərlə sakini Oslo fyordun qurtaracağında Skagerrak boğazı yaxınlığında yerləşən sahil kurortlarına, əsasən məşhur Lavrik kurortuna gəlirlər. Oslodan Lavrikə gedən yolun üzərində Norveçin ən qədim şəhəri olan (əsası 871-ci ildə qoyulub) Tönsberq yerləşir. Şəhərin görməli yerlərindən - şəhər qala divarlarının qalıqlarını, bir neçə muzeyi göstərmək olar.


Yüklə 45,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin