Politologiyanın kateqoriyaları,metodları və funksiyaları Politologiyanın bir elm kimi tarixi təkamülü onun kateqoriyalar sisteminin formalaşması və inkişafı ilə xarakterizə olunur.Politologiyanın kateqoriyaları adətən iki istiqamətdə (siyasət və siyasi) nəzərdən keçirilir.Siyasət-beynəlxalq siyasət,dünya siyasəti,xarici siyasət,daxili siyasət və s. Siyasi-siyasi hakimiyyət,siyasi mədəniyyət,siyasi proses,siyasi sistem və s.Politologiyanın cəmiyyət həyatında oynadığı rol onun yerinə yetirdiyi funksiyalarda öz əksini tapır.Onun funksiyaları 3 əsas istiqamətdə qruplaşdırılır.1.qiymətləndirmə və dərketmə xarakterli funksiyalar qrupu,2.instrumental-prakseoloji xarakterli funksiyalar,3.tərbiyəvi-sosioloji istiqamətli funksiyalar.<> yunan sözü olub,tədqiqat üsulu,nəzəriyyə,təlim deməkdir.Politologiyada istifadə olunan metodlar onun tədqiqat obyektinin hərtərəfli və dərindən öyrənilməsinə imkan yaradır.Politologiyada istifadə olunan metodları şərti olaraq 3 qrupa bölmək olar:ümumelmi metodlar,xüsusi elmi metodlar,sosial humanitar metodlar.Politologiyada sistem metodu geniş istifadə olunur.Bu metodun köməyi ilə tədqiqat obyekti bütöv bir tam kimi qavranılır və onun ayrı-ayrı hissələri hər tərəfli öyrənilir.Politologiyada istifadə olunan metodlardan biri də bihevioral metoddur.Siyasi biheviorizm XX əsrin 40-50-ci illərindən inkişaf etməyə başladı.Bihevioral metod siyasi prosesləri insanların davranışı və əhval-ruhiyyəsini öyrənmək əsasında tədqiq edir.Bu üsul ənənəvi üsulun nöqsanlarından kənardır,real təcrübəyə və faktlara əsaslandığı üçün empirik xarakter daşıyır,dəqiq və real nəticələr çıxarmağa cəhd göstərir.Politologiyada empirik metoddan da geniş istifadə olunur.Siyasi gerçəklik haqqında obyektiv biliklərə praktik tələbatdan irəli gəlirdi.Burada ictimai rəyin və siyasi mədəniyyətin öyrənilməsi,siyasi proqnozlaşdırma və s.diqqət yetirilir.
Politologiyanın yaranması və tarixi təkamülü Politologiyanın bir tədris fənni kimi meydana gəlməsi Frensis Leyberin adı ilə bağlıdır.1880-ci ildə C.Bercessin təşəbbüsü ilə politoloji siyasi elm məktəbinin yaradılması haqqında qərar qəbul edildi. Sonralar bu təşəbbüsə ABŞ-ın və Avropanın digər aparıcı universitetləri də qoşularaq,politologiya şöbələrini təsis etdilər və politologiya həmin universitetlərdə də tədris olunmağa başladı . Politologiyanın elm qismində təşəkkül tapması XIX əsrin ikinci yarısına təsadüf etsə də,lakin onun güclü inkişafı XX əsrdə özünü göstərməyə başladı.1903-cü ildə Amerika milli siyasi elmlər assosiasiyasının,1949-cu ildə YUNESKO-nun qərarı ilə Beynəlxalq siyasi elmlər assosiasiyasının yaradılması politologiyanın bir elm və tədris fənni kimi güclü inkişafına təkan verdi . Respublikamızda isə politologiyanın elm sahəsi və tədris fənni kimi tarixi XX əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir.1991-ci ildən Azərbaycanın ali məktəblərində politologiya sosial elmlərə aid olan fənn qismində tədris olunur.