Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


siyasetin mahiyeti mezmunu sturukturu



Yüklə 38,78 Kb.
səhifə13/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Politologiyanın cavabları

siyasetin mahiyeti mezmunu sturukturu
Siyasi elmin spesifik kateqoriyası olan siyasət ictimai fəaliyyətin bütün aspektini əhatə etdir Ona görə də müasir cəmiyyəti bəşər mədəniyyətinin mühüm tərkib hissəsi olan siyasətsiz təsəvvür etmək mümkün deyil.Siyasət anlayışı politikos sözündən götürülüb yunan dilində şəhər, dövlət mənasını verir. Ərəb dilindən tərcümədə isə tədbir mənasında ifadə edilir. Çoxcəhətli, çox məntiqli mürəkkəb hadisə olan siyasət sözü insanlarda müxtəlif, bəzən də bir-birinə əks olan fikir, reaksiya doğurur. Bəziləri siyasəti münaqişə, çirkin oyun, bəziləri isə siyasi fəaliyyət sənəti idarəetmə elmi hesab edirlər.Siyasət bir-biri ilə qarşılıqlı səbəbiyyət əlaqəsində olan müxtəlif hadisələrdən və proseslərdən ibarətdir. Platonun anlamında siyasət çar (hökmdar) sənəti olub, insanları idarə etmək bacarığı və biliyi tələb edir. Aristotel <Epikür siyasəti «çirkin» oyun
adlandırmışdır. Düz dür siyasət o zaman çirkin oyun təsiri bağışlaya bilir ki, siyasətçilər onu öz əməlləri ilə çirkin oyuna çevirirlər.N.Tusi isə «Əxlaqi-Nasiri» əsərində siyasəti tədbir kimi nəzərdən keçirmişdir. O siyasətin dörd növünü qeyd etmişdir. 1Ölkə siyasəti, 2qələbə siyasəti, 3kəramət siyasəti və 4camaat siyasəti. Siyasətə idealist və materialist baxış da mövcuddur.Siyasətə idealist baxışın tərəfdarı alman klassik fəlsəfəsinin nümayəndəsi F.Hegel olmuşdur. Onun siyasi təlimi bütövlükdə «Hüquq fəlsəfəsi» əsərində verilmişdir. Siyasətə materialist baxışın tərəfdarı K.Marks hesab olunur. Marksizmə görə siyasət ictimai qruplar arasında rəqabətdir.Müasir qərb politologiyasında isə siyasət haqqında kı fikirləri bir neçə qrupda birləşdirmək olar.Fransız politoloqu M.Dyuverje siyasəti fərdlər və qruplar arasında hakimiyyət uğrunda mübarizə kimi başa düşürdü.M.Veberə görə isə siyasət hakimiyyətin ələ alınması,saxlanılma və istifadə olunmasını istiqamətləndirən fəaliyyətdir.Müasir politologiyanın klassiklərindən olan H.Lasuel və A.Kaplanın fikrincə isə siyasət hakimiyyətin formalaşdırılması və bölüşdürülməsi ilə bağlıdır. Elita nəzəriyyəsi nümayəndələrinin fikrincə siyasət bir-birinə əks olan iki «sinfin» - hakimiyyətdə olan azlıqla «• müəyyən strukturu va funksional yönümü olan dövlət hakimiyyəti;ictimai münasibətlərin xüsusi növü olan siyasi münasibətlər:
• dövlət hakimiyyətini həyata keçirən, yaxud bu v ya başqa şəkildə onun fəaliyyəti ilə bağlı olan xüsusi təsi satlar sistemi;hakimiyyət uğrunda mübarizə və ona nəzarət. Siyasətin başlıca xüsusiyyətləri bunlar (universallıq, inklüzivlik və uyğunluq) hesab olunur:
• universallıq dövlət-hakimiyyət tənzimlənməsi obyektlərinin sayının şüurlu surətdə azaldılması və ya ar tırılması qabiliyyəti;
• inklüzivlik - ictimai həyatın digər sahələrinə nüfuz etmək qabiliyyəti; uyğunluq qeyri-siyasi ictimai hadisə və sferalarauyğunlaşmaq qabiliyyəti. Siyasətin strukturu
Siyasətin strukturunda forma və məzmun siyasi davranışı və sabitliyi tənzim edir.Siyasətin strukturuna siyasi maraq, siyasi şüur, siyasi təşkilat, siyasi münasibətlər və siyasi fəaliyyət kimi ünsürlər daxildir.Siyasi maraq insanları siyasi məqsədlərin qarşıya qoyulması və onların həyata keçirilməsi üçün konkret si yasi fəaliyyətə sövq edən daxili dərk olunmuş davranış mənbəyidir.Siyasi şüur - siyasi həyatın insanların öz hakimiyyət əhəmiyyətli maraqlarına dərk olunmuş münasibətindən asılılığını səciyyələndirir.Siyasi təşkilat - ictimai proseslərin nizamlanması və idarəetmə mərkəzləri kimi hakimiyyət təsisatlarının rolu nu əks etdirir.Siyasi münasibətlər - onlar siyasi fəaliyyət prosesin də subyektlərin bir-birinə münasibətdə vəziyyətini əks et dirir. Siyasi münasibətlərin əsasında mənafe durur.
Siyasi mənafelər dövlətin, siy asi partiyaların, siyasi rejimin xarakterinə uyğun olur. Siyasi mənafe beş əsas mərhələdən keçir:
• cəmiyyətlə praktik təmasda subyektin vəziyyəti; vəziyyətin subyekt tərəfindən dərk edilməsi saviyyəsi;
• davranış və fəaliyyət motivləri;obyektiv aləmdə mənafenin təsdiq olunması prose sindən ibarət hərəkətin özü;mənafenin təsisatlandırılması.Siyasi fəaliyyət siyasi statusların reallaşdırılmasını ifadə edən fəaliyyət kimi və subyektlərin sosial fəallığının müxtəlifliyi kimi çıxış edir.Siyasi ədəbiyyatda siyasi proseslərin dörd mərhələsi göstərilir:
•siyasi sistemin tərkibinin təşkili; siyasi sistemin komponentlərinin və əlamətlərinin
təkrar istehsalı;
• siyasi-idarəetmə qərarlarının qəbulu və icrası; tinə nəzarət.
• siyasi sistemin fəaliyyətinin və inkişafının istiqamə

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin