siyasətin tezahur formalari funskialari subyektleri Siyasət bu (mikro, makro və meqa) səviyyələrdə tə zahür edir. Mikrosiyasət qrup və fərdlər arasında qarşı lıqlı əlaqədə olub, siyasətin mikroproseslərinə diqqət yeti rir (partiya və digər ictimai-siyasi təşkilatlar və s.). Mak rosiyasət müasir siyasi həyatın baza agentlərinin məkan xarakteristikası ilə bağlıdır
Siyasətin metodlarına zorakı və qeyri-zorakı üsullar, məcburetmə və inandırma tədbirləri aiddir.Siyasət sosial həyatın bütün sferalarına nüfuz etdiyi üçün onun bir sıra növlərini (iqtisadi siyasət, sosial siyasət, milli siyasət, mədəni siyasət, demoqrafik siyasət ve s.)nəzərdən keçirmək olar. Siyasət ictimai fəaliyyət sferası olmaqlaidarəetmə,tənzimləyici, nəzarət, inteqrasiya, səfərbərlik və s. funksiyaları yerinə yetirir.Düzgün siyasi xətt işləyib hazırlamaq tələbatı siyasətin subyekti və obyektini müəyyənləşdirmək və onları bir birindən fərqləndirməyi tələb edir. Siyasətin subyekti və obyekti kimi insanlar çıxış edirAdətən böyük ictimai qruplar siyasətin ilkin subyektləri olduğu halda onun əlavə subyektləri isə birbaşa və bilavasitə subyektlərə bölünür. Birbaşa subyektlərə kiçik qruplar və fərdlər, bilavasitə subyektlərə isə təbliğat təsisatları aiddir.Göstərilənlərdən əlavə siyasətin beynəlxalq subyekt lərini də nəzərdən keçirmək olar.Siyasətin beynəlxalq subyektlərinə bu təsisatları və teskilatlari aid etmek olar
• milli dövlətlər;təşkilatları aid etmək olar: • super milli təşkilatlar (Avropa İttifaqı, Avropa Şurası, ATƏT); • qeyri-hökumət təşkilatları (transmilli korporasiyalar); BMT sisteminə daxil olan beynəlxalq hökumət təşkilatları (YUNESKO, Dünya bankı) və s.
Siyasetde ictimasi fealiiyet sferasidir İctimai sfera - müasir cəmiyyət nəzəriyyələrində cəmiyyətin ortaq faydasını təyin etmək və reallaşdırmaq yönündə fikir, ifadə və hərəkətlərin ortaya qoyulduğu və inkişaf etdirildiyi ortaq ictimai fəaliyyət sahəsi kimi izah edilir.İctimai sferalar mədəniyyətdən, dildən və ictimai statusdan asılı olmadan, hər kəsə təqdim edilən və ya açıq sferalardır. 1950-1960-cı illərdə “ortaq sahələr” və ya “vətəndaşlara aid sahələr” şəklində xarakterizə edilmiş, 1970-ci illərdə “ictimai sfera” anlayışına çevrilmişdir. Beləliklə ictimai sferanı, şəxsi yaşayış yerləri xaric, əhalinin qarşılaşdığı məkan, iqtisadi aspektdən ortaq şəkildə iqtisadiyyatın mərkəzi elementi, sosial aspektdən ortaq bir dünyanın vasitəçisi, demokratiyanın qanunlaşdırıldığı sfera kimi təyin etmək mümkündür.İctimai sfera individuallaşma (fərdiləşmə) və sekulyarlaşma (dünyəviləşmə) proseslərinin məhsulu olan müasir bir anlayışdır. Bu sfera müxtəlif növ sosial qrupların qarışığı, qeyri-bərabər iştirakçılar arasında polemika, mübahisə, mühakimə və təcrübə məkanıdır, ictimai prosesdir. Televiziya və radionun bir çox diskussiya, debat proqramları, intellektual, əyləncə verlişləri ictimai sfera yaratsa da, bu sosial məkan məhdud auditoriya, iştirakçının seçilməsi, davamsızlıq ilə xarakterizə olunur. Amma yeni medianın yaratdığı yeni təcrübə forması bütün fərdlərə bərabər olaraq azad şəkildə iştirak etmək, məkan və zaman məhdudiyyəti olmadan öz bilik və təcrübələrini bölüşmək imkanı verir. Bu mediada reallıq və fantaziya arasındakı sərhəd, demək olar ki, tamamilə silinir, istənilən cografi məkana qısa vaxt ərzində səfər etmək, hərəkətlilik, böyük bir kitabxana içində gəzişməyə bənzəyən səyahət, bu gündən keçmişə keçid, gələcəyin təxəyyül edilməsi kimi unikal xüsusiyyətlər yeni ictimai sferanı müəyyən edir.