Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə409/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   405   406   407   408   409   410   411   412   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Defoliasiya –
bitkilərdən yarpaqların tökülməsi və məhsul yığımını asanlaşdırmaq üçün 
əkinlərin preparatlarla işlənməsi. 
Desikasiya –
məhsulun yetişməsini sürətləndirən və yığımı asanlaşdırmaq üçün bitkinin 
toxuma və hüceyrələrində suyun itkisinə səbəb olan, əkinlərin preparatlarla işlənilməsi. 
Dənəvərləşdirilmiş –
səpinqabağı qəbul edilmiş üsullardan biri, toxumun mühafizəedici 
örtüklə işlənməsi, qidalı örtük, səpələnmə qabiliyyətini təmin etmək. Dənəvərləşdirmə üçün 
qarışığa makro və mikroelementləri, eləcə də zərərverici və xəstəliklərə qarşı işlədilən preparatları 
daxil etmək olar. 
Doza 
– bir dəfə istifadə edilən preparat, mineral gübrə normasının illik
 
hissəsi. 
Çalınan (ot çalımı) bitkilər –
əsas bitkinin məhsulu yığıldıqdan sonra yaşıl kütlə, silos və 
quru ot üçün səpilən aralıq bitkilər. 
Çoxçalımlı otlar –
bir vegetasiya müddətində ikidən artıq biçin verən otlar. 
Enerjiqoruyucu texnologiya -
texnoloji üsulları yerinə yetirmək üçün bitkinin 
məhsuldarlığını və onun keyfiyyətini aşağı salmadan daha az enerji sərfini təmin edən texnologiya. 
Əkinlərin seyrəlməsi –
vegetasiya ərzində yaxud onun ayrı-ayrı dövrlərində məhv olmuş 
bitkilərin faizlə miqdarı. Əks göstərici – sağ qalmış bitkilər. 
Fəal temperatur – 
müsbət temperaturun aşağı həddi, hansı ki, bütün fizioloji proseslər 
bitkinin hər hansı növ və sortunda normal gedir. 


350 
Fəal temperatur cəmi
– 
fazalar arası dövr yaxud vegetasiya müddətində hər hansı bir bitki 
sortu üçün fəal temperaturun orta sutkalıq cəmi. 
Fəal ştam –
spesifik, virulent fır bakteriyası ştamının (rizobium) sahib - bitki ilə yüksək 
intensivlikli bioloji azotun təsbit olunmasının təşəbbüskarı. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   405   406   407   408   409   410   411   412   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin