Qafqaz Universiteti Materiallar



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə96/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   92   93   94   95   96   97   98   99   ...   124

Nərmin SİYABLI 

Bakı Slavyan Universitetinin 



narmin.siyabli@mail.ru 

AZƏRBAYCAN 

 

Məlumdur ki, şagirdlərdə monoloji nitq bacanğınınformalaşdırılması elə  tədrisin ilk 



günlərindən bir məqsəd kimi qarşıya qoyulur. Odur ki, V-VI siniflərdə bu bacarığın formalaş-

dırılması üçünmüəllimlərin apardığı işlərdən bir qədər ətraflı danışmaq istərdim. 

Psixoloji cəhətdən şagirdlərdə dili öyrənməyə həvəs var. Onlar dilin öyrənilməsinə bö-

yük həvəslə girişir və müəllimin ağzından çıxan hər bir sözü əzbərləməyə, müəllimə qaytar-

mağa çalışırlar. Hətta onlar nəinki dili öyrənmək, eyni zamanda özlərini göstərmək üçün bil-

dikləri sözlərlə cümlələr qurmaq, danışmaq istəyirlər. Açığını deməliyik ki, V-VI siniflərdəki 

xarici dilə olan marağı heç bir siniflə müqayisə etmək olmaz. 

Deməli, burada olan marağı sona qədər saxlamaq olsa, həmin  şagirdlər ingiliscə tam 

fikir söyləməyə yiyələnirlər. 

Nəzərə alınmalıdır ki, tədrisin aşağı mərhələsində yəni V-VI siniflərdə oxuyan şagirdlər 

psixoloji baxımdan dili öyrənməyə böyük maraq göstərirlər onlar bu yaşda Azərbaycan dili ilə 

yanaşı etnik qruplar öz dillərini də bilir və xarici dil bir çox şagird üçün üçüncü dil olur. 

Müəllimlər bu mənada monoloji 

i

nitq təlimində  həmin dillərin müsbət cəhətlərindən 



istifadə etməli, həm də onların yeni öyrənilən dilə mənfi interferensiyasını nəzərə almalıdırlar. 

Təəssüf ki, müəllimlər çox vaxt şagird marağına tam cavab verə bilmirlər. 

Onlar bu mərhələnin tempini saxlaya bilmir, bu həvəskar uşaqlarla lazımi səviyyədə 

işləmirlər. 

Nəticə göstərir ki, həmin şagirdlərin yenicə yaranmış marağı tədricən azalır. Buzun, qa-

rın əriməsi kimi bir vəziyyət yaranır. Yüksək amallarla yaşayan, "dili öyrənib səfir olacağam, 

dili öyrənib diplomat olacağam" deyə düşünən şagirdlərlə düzgün iş aparılmır və o, bir növ 

fəaliyyətdən düşür. Lakin yenə demək lazımdır ki, bu həvəsdən düşmə nisbidir. Çünki nə 

qədər həvəsdən düşsələr də onlar yuxarı siniflərlə müqayisədə xeyli həvəslə çalışırlar. 

Məlumdur ki, V sinif şagirdləri çox işləməyi, həm də cəld işləməyi xoşlayırlar. Onlar 

hər dəqiqə cavab vermək, danışmaq istəyir. Bacarıqlı müəllim onları istənilən səviyyədə, istə-

nilən qaydada işlədə bilir. Elə edir ki, hamının işi olur. Onlara fərdi çalışmalar seçir, kartoç-

kalar hazırlayır və ya şifahi yolla sorğuları elə qurur ki, hamı sorğuda iştirak edir. Sorğu za-

manı dil materialı, sözlər, qrammatik material soruşulur ya onlara praktik bir söz fonetik, mə-

na cəhətdən izah olunmaqla, digər çətinlikləri izah olunmaqla, həm də onlar cümlələrdə işlə-

dilir. Şagirdlərin hər biri monoloqu cümlə səviyyəsində və daha sonralar danışıq səviyyəsində 

mənimsəyirlər. Onlar düzgün cümlə qurmaq vərdişinə yiyələnirlər. Cümlələr tələb olunarkən 

ana dilinin mənfi təsiri ( interferensiya) onlara şüurlu şəkildə çatdırılır və onlar həmin tipik 

səhvlərdən uzaqlaşdırılırlar. Deməli, hansı sinif olmasından asılı olmayaraq, şagirdlərin fəallı-

ğı onlarla aparılan iş üsulundan, iş metodikasından asılıdır. Şagirdin fəallığı seçilən material-

dan, aparılan səmərəli iş üsullarından, onların maraqlarına uyğun şer parçalarından asılı olur. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1337



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Müəllim didaktik prinsipləri gözləməklə V sinif marağını  təmin etməli, onu

-

 sakit qoyma-



malıdır. Bütün dərs müddətində onlar səmərəli şəkildə bu və ya digər işə cəlb olunmalıdırlar. 

Şagirdi yormaq, bezikdirmək olmaz. Elə edilməlidir ki, şagird fəal işə cəlb edilsin. Müx-

təlif iş üsullarına  əl atmaqla müəllim onların marağını  təmin etməli və inkişaf etdirməlidir. 

Hətta bir sıra xarici dil müəllimi xarici dilə marağı elə ilk gündən — ilk dərsdən təmin edirlər. 

Onlar dilin öyrənilməsinin həm siyasi, həm maddi, həm də digər cəhətlərini açırlar. Dövlətlər-

arası müxtəlif əlaqələrin yaranması işində, hətta müharibə zamanı Mehdi Hüseynzadənin dili 

bilməklə apardığı partizan hərəkatı, indiki biznesmenlik və xaricilərlə müştərək işləyənlərin. 

xeyli maaş alması faktlarını açıqlayır və elə ilk dərsdən şagirdin dilə marağı təmin olunur. Qeyd 

olunur ki, dünyada ünsiyyət üçün bir neçə dil , xüsusilə, inğilis dilini bilməklə problemlərin 

çoxu həll oluna bilir. Çünki bu dil dünya dilidir, bu dil beynəlxalq danışıq dilidir və s 

Işini ilk gündən bu səpgidə aparan və hər dərs rəngarəng iş növünə müəllimin şagirdləri 

şübhəsiz, o biri siniflərdə də dili maraqla öyrənirlər. 

Məlumdur ki, V-VI sinifdə monoloji nitqin öyrənilməsi dil materialı ilə  sıxı surətdə 

əlaqədardır. İstər söz, istərsə də qrammatik material şüurlu şəkildə öyrədilmirsə, müqayisələrə 

yer verilmirsə, deməli, deyilən cümlələr də səhv olacaq, şagirdin tək-tək dediyi cümlələr nöq-

sanlı olacaq. 

V-VI siniflər, hətta yuxarı siniflərdə şagirdlərin bir çoxu "I go to school" cümləsinə əsas-

lanaraq "I go to home" işlədirlər. 

Deməli, müəllim bu ifadə üzərində dayanmamış, onun işlənməsini yaxşı başa salmamış-

dır. Sadəcə olaraq "I go home" deməklə mexaniki şəkildə, izah olunmamış təqdim olunmuş-

dur. Ona görə də həmin səhv bütün siniflərdə təkrar olunur.

 

Bəzən deyilən cümlələrdə kişi cinsi ilə qadın cinsi qarışdırılır. Məsələn, Sona takes his 



pen and writes on the blackboard. He writes well. Yaxud əksinə, Javad takes her pen and 

writes on the blackboard. She writes well.

 

Ana dilində bu hal olmadığı üçün şagird ingilis dilində də onun fərqinə varmır. Lakin 



yaxşı ingilis dili müəllimi ingilis dilindəki bu qaydanı rus dili ilə müqayisə etməklə yaxşı mə-

nimsədə bilər.

 

 

 



FONETİKA VƏ LEKSİKANIN TƏDRİSİ ZAMANI FƏNNDAXİLİ  

ƏLAQƏ PROBLEMİNİN QOYULUŞU 

 

Cəmalə MƏMMƏDLİ 

nargiz_sm@mail.ru 

AZƏRBAYCAN 



 

Dərslikləri incələdiyimiz zaman görürük ki, fəndaxili əlaqə problem olaraq açıq şəkildə 

qoyulmuyub. Lakin qabaqcıl müəllimlər dərsliklərdə qoyulan çalışma və qaydaları şagirdlərə 

bu üsuldan istifadə edərək tədris edə bilərlər. Bildiyimiz kimi fonetika təlimi sonrakı bölmə-

lərin tədrisi üçün zəmin rolunu oynayır. Bu səbəbdən bəzi fonetik məlumatlar şagirdlərə hələ 

ibtidai sinifdə ikən tədris edilir. Lakin bu sahədə sistemli biliklər 5-ci sinifdə başlayır. Foneti-

kanı  tədris edən müəllim  şagirdlərə orfoqrafiya və orfoepiya haqqında da məlumat vermiş 

olur. Fonetika nəinki orfoqrafiya və orfoepiya həmçinin leksika, söz yaradıcılığı , morfologiya 

, sintaksis və üslubiyyatla əlaqəli şəkildə tədris edilir. Ümumiyyətlə, dərsliklərdə orfoqrafiya 

və orfoepiyaya ayrıca saat ayrılmamışdır. Fonetika bölməsinin tərkibində verilmiş çalışmalar 

bu mövzuların tədrisində köməkçi vasitə rolunu oynayır. Kurrikulumun qaydalarına  əsasən 

tərtib edilmiş kitablarda da fəndaxili  əlaqəyə etinasız yanaşılmamışdır. Qayda və tapşırıqlar 

sistemli və əlaqəli şəkildə verilmişdir. Burada da dil qaydaları mətnlər üzərində tədris edilir. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1338



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Mətn oxunduqdan sonra onun tərbiyyəvi keyfiyyəti ilə yanaşı fonetika haqqında dil qaydala-

rından da nəticə  çıxarılır. Fonetikanın mövzu daxili tədrisi fonteik təhlil bölməsində özünü 

göstərir ki, burda şagirdlərin fonetikanın başlanğıcından sonuna qədər öyrəndikləri bütün 

qaydalar tətbiq olunur.  

Ümumi götürdükdə fonetikanın  əlaqəli  şəkildə  tədrisinə  şərait  əsasən köhnə  nəşrlərdə 

daha çox özünü göstərir. Qayda olaraq bəzi incəlikləri çıxmaq şərti ilə hər nəşr demək olar 

eyni şəkildə verilib fərqlər isə özünü tapşırıqlarda göstərir ki, yuxarıda da qeyd etdiyim kimi 

yeni nəşr kitablarda çalışmalar  əsasən yeni tədris olunmuş  dərslə bağlı olur. Ancaq bu da 

danılmazdır ki,digər  şöbə  və bölmələrin tədrisini optimal qurmaqda fonetik vahidlərin rolu 

böyükdür və bundan yararlanmaq üçün həmin vahidlərin mənimsənilməsinə vaxtında nail 

olmaq lazımdır. Mənim fikrimcə yeni nəşr kitablar əsasən bu yöndə  çıxış etməyə çalışır. 

Köhnə nəşr kitablardan fərqli olaraq bu funksiyaya daha çox önəm verilir. 

Leksikanın tədrisi zamanı müəllim  şagirdlərdə üslubi normaları inkişaf etdirmiş olur. 

Leksika və frazeologiya bölməsi fonetika, söz yaradıcılığı, morfologiya, sintaksis, orfoqrafiya 

və orfoepiya ilə əlaqəli tədris edildiyindən şagirdlər sistemli bilik və bacarıqlara yiyələnmiş 

olurlar ki, bunun da nitq vərdişlərinin qazanılmasında mühüm rolu vardır.  

Leksikaya giriş olaraq əksər kitablar kimi sözün tərifindən başlanılıb. Müəyyən məna 

bildirən bir səsə və ya bir neçə səsin birləşməsinə söz deyilir. Məsələn. O,bir fincan su içdi 

cümləsində beş söz vardır. Bunlardan o sözü 1, su sözü 2, bir sözü 3 səs, içdi sözü 4, fincan 

sözü 5 səsdən ibarətdir. Tərifdən də aydın olduğu kimi fonetikanın səslər bəhsi mütləq şagird-

lərə  təkrarlanmalıdır. Daha sonra kitabda tərifə uyğun çalışmalar da verilmişdir. Dərsliklər 

fənnin mənimsənilməsində və möhkəmləndirilməsində əsas rol oynayan vasitələrdən birinci-

sidir. H.Balıyevin sözü ilə desək məktəb dərsliksiz təsəvvür edilə bilməz. Azərbaycan dili fən-

ninə aid dərsliklər ildən-ilə təkmilləşir və yenilənir. 

 

 



İBTİDAİ SİNİFLƏRDƏ QRAFİK-ÖLÇMƏ                                

VƏRDİŞLƏRİNİN FORMALAŞDIRILMASI 

 

Vüsalə ABBASOVA 

Bakı Slavyan Universiteti 

Vuska469@mail.ru 

AZƏRBAYCAN 

 

Nəzərə alsaq ki, nəzəri biliklərin tətbiqi məhz qurma, ölçmə nəticəsində reallaşır. Bu za-



man ibtidai siniflərdə şagirdlərin həndəsi fiqurlarla və kəmiyyətlərlə tanış edilməsi prosesində 

qrafik-ölçmə işlərinə xüsusi diqqət yetirilməsini əsas məsələ hesab etmək olar. Ümumiyyətlə, 

ölçmə-qurma işlərinin məzmununa: parçanın uzunluğunun ölçülməsi, verilmiş uzunluqda par-

çanın qurulması, parçaların müqayisəsi daxil edilmişdir. Praktik işlər sinif daxilində və sinif-

dənxaric şəraitdə aparıla bilər. Parça, düz xətt, müstəvi, şkala, ədədi şüa mövzularına aid xət-

keş, pərgardan istifadə etməklə həndəsi məzmunlu müxtəlif praktik işləri, o cümlədən qurma 

işlərini yerinə yetirmək olar. Bunun səmərəli olması üçün müəllim qabaqcadan hər mövzuya 

aid müəyyən həndəsi ölçmə-qurma işlərini müəyyən edir, dərsdə və dərsdənkənar şəraitdə on-

ları reallaşdırır.  

İbtidai sinif şagirdləri görmə, hissetmə analizatorları vasitəsilə ətraf aləmi dərk edir və 

mücərrədləşdirmə prosesi onlarda tədricən gedir. Məhz buna görə də pedoqoq-alimlər şagird-

lərin dərketmə imkanlarını, xüsusən abstrakt təfəkkürlərini yüksək qiymətləndirərək qrafik-ölç-

mə vərdişlərinin formalaşdırılması mövzularını ibtidai siniflərdə aşılamağı məsləhət görürlər.  

İbtidai siniflərdə kəmiyyətlərin ölçülməsi ilk növbədə parçanın, uzunluğunun ölçülməsi 

ilə başlanır. Uzunluğu ölçmək üçün də  məhz onun ölçü vahidindən istifadə olunur. Qəbul 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1339



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

olunmuş ölçü vahidi ölçüləcək parçada yerləşdirilir.Verilən uzunluğu tam örtən ölçü vahid-

lərinin sayı həmin uzunluğun qiymətini ifadə edir. Beləliklə də, şagird kəmiyyətin ölçülməsi 

ilə ədəd anlayışı arasında əlaqəni görür. Bu da ədəd anlayışının formalaşmasına xidmət edən 

amildir. Çünki sayma prosesinin nəticəsi ədədlə ifadə olunur.  

Şagirdləri “sahə” kəmiyyəti və onun ölçülməsi ilə tanış edərkən, ən çox praktik ölçmə 

işlərindən və məsələ həllindən istifadə olunur. Fiqurların sahələrinə görə müqayisəsi-onlardan 

hansının böyük və ya kiçik olduğu müəyyən edilir. Deməli, fiqurlar xarici görünüşlərinə görə, 

tutduqları yerlərin böyük və ya kiçikliyinə görə-yəni sahələrinə görə və nəhayət, sahələrin qiy-

mətlərinə görə müqayisə edirlər. Sahələrin hesablanmasında mühüm cəhət sahənin qiymətinin 

tapılıb yazılmasıdır.  

I sinifdə şagirdlər əşyaları formasına, rənginə və ölçülərinə görə müqayisə etməyi öyrə-

nirlər. Əşyaların ölçülərinə görə müqayisəsinə aşağıdakı anlayışlar daxildir: uzundur, qısadır, 

enlidir, ensizdir, hündürdür, alçaqdır. Dərs ilinin ikinci yarısında isə uzunluğu ölçmək üçün 

şərti uzunluq vahidindən və daha sonra “sm” və “dm”-dən istifadə olunur. 

II sinifdə şagirdlər düz xətt parçası və parçanın uzunluğu, cismin kütləsi və kütlə vahidi 

olan kiloqramla, litr, düz bucaq, “desimetr”, “metr”, saat, dəqiqə, saniyə anlayışları ilə tanış 

olurlar. Növbəti dərslərdə cismin kütləsi və kütlə vahidi olan kiloqramla tanış edilir və praktik 

çalışmaların yerinə yetirilməsi vasitəsilə biliklərini möhkəmləndirir, metr, desimetr və santi-

metr arasındakı miqdar münasibətlərini aşkar edirlər. 

III sinifdə “həndəsi fiqur” və “çoxbucaqlı” anlayışları verilir. Sonra üçbucağın, düzbu-

caqlının, çoxbucaqlının perimetrlərinin hesablanmasına aid çalışmalar verilir. Çalışmalar iki 

xarakterdə olur: 

1) Fiqurun tərəflərinin uzunluqları verilir, perimetri hesablamaq tələb olunur

2) Çoxbucaqlının modeli üzərində tərəflərini bilavasitə ölçmə yolu ilə perimetr hesablanır. 

Düzbucaqlının və kvadratın perimetrlərinin hesablanmasında 2 üsuldan: P=2a+2b və P= 

4a düsturlarından istifadə edilir. 

III sinfin ilk dərslərində şagirdlər “sutka” anlayışı ilə tanış olur. Şagirdlər həmçinin min 

dairəsində uzunluq vahidi kilometrlə və kütlə vahidi qramla tanış olurlar. 

IV sinifdə şagirdlər şüa, ədədi şüa, ton, sentner, il, saniyə kimi anlayışlarla tanış olurlar 

və müxtəlif praktik çalışmalar icra edirlər. Daha sonra sahə ölçü vahidləri kvadrat metr, 

kvadrat desimetr, kvadrat santimetr, ar və ha ilə tanış edilirlər. 

Bütün yuxarıda deyilənləri ümumiləşdirsək onu qeyd edə bilərik ki, ibtidai siniflərdə 

şagirdlərə qrafik-ölçmə vərdişlərinin aşılanması onlarda fəza təsəvvürlərinin formalaşmasına 

və sadə qrafik-ölçmə vərdişlərinə yiyələnməsinə gətirib çıxarır.  

 

 



İBTİDAİ MƏKTƏBDƏ RİYAZİYYATIN                                             

TƏDRİSİNİN MÜASİR QOYULUŞU 

 

Vəfa HƏSƏNOVA 

Qafqaz universiteti 



vhesenova@std.qu.edu.az

 

AZƏRBAYCAN 

 

Elmin və texnikanın inkişaf etdiyi bu dövrdə yetişən gənc nəslin hərtərəfli inkişaf et-



məsində eyni zamanda məntiqi təfəkkürün inkişafında riyaziyyat fənninin rolu əvəz edil-

məzdir. Çünki riyaziyyat bilavasitə  məntiqin inkişafına xidmət edir.Məntiqi təfəkkür isə 

şagirdin elmin digər sahələrində uğur qazanmasına kömək edir.Riyaziyyatın tədrisinin sonun-

da müsbət nəticə əldə etmək üçün təlim prosesini düzgün və səmərəli qurmaq lazımdır. Riya-

ziyyat müəlliminin fəaliyyəti çoxşaxəlidir.Müəllim daim riyazi ədəbiyyatlar oxumalı,keçəcəyi 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1340



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dərs haqqında maksimum bilik səviyyəsinə malik olmalıdır.Son dövrdə artıq fəal interaktiv 

təlim bizim təhsil sistemimizə daxil oldu və özü ilə  bərabər bir çox yeniliklər gətirdi.Bu 

yeniliklər  əlbətdəki müsbət istiqamətdə  təhsilə  təsir etdi.Müxtəlif sayda yeni metodlar 

meydana çıxdı ki,müəllimlər bu metodlarla dərslərini səmərəli şəkildə qura bilirlər.Ancaq bu 

cür dərslərin qurulması bir-iki saat deyil günlərlə vaxt tələb edir.Buna baxmayaraq dərsdə qırx 

beş  dəqiqə  ərzində yüksək səviyyədə  təlim prosesi aparmaq mümkündür.Fəal interaktiv 

təlimlə  hər bir şagirdin daxilindəki xəzinəni kəşf etmək mümkündür.Mən elə düşünürəm 

ki,müəllim dərsə hazırlaşan zaman keçəcəyi mövzuya uyğun motivasiyanı düzgün qurmalı-

dır.Motivasiya düzgün qurulduqda şagirdlərdə yeni dərs haqqında müəyyən qədər fikir 

formalaşır.Sonra müəllim tədqiqat sualı ortaya qoymalı və şagirdlər fərdi şəkildə fikirlərini iş 

vərəqəsinə yazmalıdır.Sonda fikirlər müzakirə edilir.Hər  şagird məsələyə  fərdi yanaşıb öz 

prizmasından cavab verir.Beləliklə sinifdə iyirmi dörd şagird varsa,ən azı on-on beş müxtəlif 

fikir eşitmək mümkündür.Bununla da şagirdlər bir-birindən nəsə öyrənmiş olur.Müəllim biliyi 

şagirdlərə hazır  şəkildə deyil tədqiqat nəticəsində ötürmüş olur.Başqa sözlə desək müəllim 

rəhbər funksiyasını yerinə yetirir və lazım gəldikdə öz müdaxilələrini edir.Şagird isə sərbəst 

şəkildə biliyə yiyələnir.Müəllim təlim məqsədindən asılı olaraq müxtəlif təlim metodlarından 

istifadə edə bilər."Əqli hücum","BİBÖ","Auksion" kimi metodlardan istifadə etmək 

şagirdlərin sərbəstliyini və fikir azadlığını inkişaf etdirir.Yaddaşın yaxşı inkişaf etməsi üçün 

Klaster üsulu,məntiqi tənqidin və yaradıcı təfəkkürün inkişafı üçün isə disskusiya,proqnozlaş-

dırma,müzakirə metodlarının seçilməsi məqsədə uyğundur.Müəllim dərs zamanı hər hansı bir 

riyazi anlayışa tərif verdikdə yaxud da riyazi təklif irəli sürdükdə şagirdlərdən tənqidi yanaş-

mağı tələb etməlidir.Burada riyaziyyat təlimində elmilik prinsipinə əməl edilir.Riyaziyyat fən-

ninin tədrisi zamanı müəllim əyanilik prinsipinə də əməl etməlidir.Çünki riyazi təriflər yalnız 

mexaniki şəkildə əzbərlənə bilməz.Mütləq sadə misal,məsələ üzərində tətbiq olunmalıdır.Bu 

halda qazanılan biliklər daha yaxşı yadda qalacaqdır.Lazımı  qədər dərs resursları vardır ki, 

müəllimlər bu resurslar vasitəsilə dərslərini qura bilirlər.Elektron dərs vəsaitləri bu baxımdan 

çox əlverişlidir.Kompyuter,slaytlar vasitəsilə qurulan dərslər daha maraqlı olur və şagirdləri 

özünə cəlb edir.Artıq şagirdin bütün fikri dərsdə olur,dərsə həvəslə gəlir.Mən elə düşünürəm 

ki,fəal interaktiv təlimin məqsədi də məhz şagirdlərin dərsə marağını artırmaqdır.Ona görə də 

müəllim informasiya texnologiyalarına bələd olmalıdır.Məktəblərdə bu cür dərslərin qurulması 

üçün şərait yaradılmalıdır və müəllimlərin İKT hazırlığı artırılmalıdır.Kompyuter laboratori-

yaları yaradılmalı  və müəllimlər,laborantlar üçün kompyuter kursları  təşkil olunmalıdır.Şa-

girdlər və müəllimlər təqdimatlar zamanı Power Point proqramından istifadə edə bilərlər. 

Təqdimatın tərkibində sxemlər,cədvəllər,qrafiklər,praktiki tapşırıqlar,testlər ola bilər.Dərsin 

qurulmasında fərdi yanaşma prinsipini də unutmaq olmaz.Çünki müəllim ilk növbədə həm də 

yaxşı psixoloq olmalıdır.Şagirdlər haqqında fərdi  şəkildə,onların psixoloji durumu haqqın-

da,bacarıqları,bilik səviyyələri haqqında məlumatı olmalıdır.İnteraktiv təlim metodları riya-

ziyyat dərsləri üçün olduqca əlverişlidir.Mən elə düşünürəm ki,şagirdin aktiv fəaliyyəti, müəl-

limin şagirdlə və şagirdlərin bir-birilə əməkdaşlığı,didaktik oyunlardan istifadə olunması,şa-

girdlərin sinifdə qeyri-ənənəvi yerləşdirilməsi(partaların düzülüşü) və.s dərslərin müasir qo-

yuluşunun tərkib hissəsidir.İnteraktiv təlim nəticədə  şagirdlərdə müstəqil düşünməyi,sərbəst 

rəy söyləməyi,şəxsiyyəti qiymətləndirməyi,təhlil etmək qabiliyyətini,əməkdaşlıq etməyi,baş-

qaları ilə işləməyi bacarmaq,ümumi məqsədə çatmaq üçün fikirlərin bölüşdürülməsi,başqala-

rını dinləməyi,başqa fikirlərə dözümlü olmağı,öz fikirlərini arqumentlərlə dəqiq izah etməyi, 

tənqidi təfəkkürün,kompromis variantının tapılmasını və natiqlik qabiliyyətini inkişaf etdirir. 

Mən elə düşünürəm ki,təhsildə aparılan islahatlar bu dövrün tələblərinə uyğundur.Çünki 

texnikanın inkişaf etdiyi bu zamanda dərslərdə yenilik etmək,səmərə əldə etmək üçün mütləq 

bu innovasiyalardan istifadə etmək lazımdır.Müəllimin də pedaqoji hazırlığı yüksək səviyyə-

də olmalıdır ki, təlim prosesi öz müsbət nəticəsini göstərsin.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1341



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA LİSEYLƏRDƏ 

 TƏHSİLİN MƏZMUNU, FORMALARI VƏ METODLARI 

 

Taci ŞENTÜRK  

Bakı Slavyan Universiteti 



tacisenturk@yahoo.com 

AZƏRBAYCAN 

 

Bu gün Azərbaycanda akademik Zərifə  Əliyeva adına liseyin “Eksperimental pilot 



sinifləri” bu ölkədə təhsilin inkişafında özünəməxsus rol oynayır. Azərbaycanda mövcud olan 

liseylərində  təhsilin məzmunu milli-mənəvi dəyərlərin aşılanmasına yönəldilmişdir. Burada 

beynəlxalq standartlara uyğun idarəetmə sistemi böyük uğurla həyata keçirilir. Burada müasır 

tədris və təlim metodları tətbiq olunur. Liseylərdə elektron məktəb sisteminin yaradılmışdır. 

Təhsildə bir sıra yeni informasiya texnologiyalarıının tətbiqi həyata keçirilməkdədir. Məsələn, 

Azərbaycanda fəaliyyət göstərən liseylərin hamısı "Ağıllı taxta" adlandırılan elektron 

lövhələrlə  təmin edilmişdir.  Əzimova S.-nin qeyd etdiyi kimi “elektron lövhə müəllimə bir 

çox illüstrativ vasitələrdən geniş (şəkil, xəritə, video və sair) istifadə imkanı verir. Bu da şa-

girdlərin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Çoxlu sayda funksi-

yalara malik olan interaktiv elektron lövhə həm müəllimlərin, həm də şagirdlərin yaradıcılıq 

potensialının daha da artırılmasına  şərait yaradır. Eyni zamanda keçilən dərslərdə interaktiv 

elektron lövhələrin tətbiq edilməsi müasir texnologiyaların tətbiqi ilə  təhsilin keyfiyyətinin 

yaxşılaşdırılmasına kömək edir.” 

 

Bu təhsil müəssisələrində informasiyalar elektronlaşdırılıb.  Şagirdlərin dərslərə dava-



miyyəti, müəllimlərin dərs qrafiki, o cümlədən dərc cədvəlləri ilə bağlı dəftər və jurnallardan 

istifadəyə daha ehtiyac qalmayıb.  İndi artıq hər bir informasiya və qeyd elektron formada 

təqdim olunur. Elektron təhsil sistemi vasitəsilə hər hansı fənn üzrə birdən artıq qiymətləndir-

mə mümkündür. Elektron təhsil texnologiyaları burada təhsil alan şagirdlərin bilik və bacarıq-

larını inkişaf etdirməyə imkan yaratmışdır.Milli təhsil sistemlərinin inkişaf etdirilməsində e-

təhsilin mühümrolu YUNESKO-nun müvafiq sənədlərində də öz əksini tapmışdır...”. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin