III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1347
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
СОДЕРЖАНИЕ ПРОВОДИМЫХ РАБОТ ПО ВОСПИТАНИЮ
КУЛЬТУРЫ ПОВЕДЕНИЯ В ОБЩЕСТВЕННЫХ МЕСТАХ ДЕТЕЙ
МЛАДШЕГО ВОЗРАСТА В ПРОБЛЕМНЫХ СИТУАЦИЯХ
Наида АЛИЕВА
Бакинский Славянский Университет
aliyeva.naida@gmail.com
АЗЕРБАЙДЖАН
Современное общество перед воспитателями, педагогами и родителями ставит
задачу воспитания высокообразованного и хорошо воспитанного молодого поколения,
владеющего всеми достижениями созданной человечеством культуры.
Требования, предъявляемые в настоящее время современным обществом к педа-
гогу, весьма велики. О его профессиональных качествах судят не только по тому, нас-
колько он владеет различными методиками, но и по тому, насколько хорошо он воспитан.
Знание современного этикета расширяет внутренний мир человека, создает для
него возможности успешного общения в окружающем мире. Начинать обучение прави-
лам и нормам этикета необходимо в дошкольном возрасте.
Воспитатель для дошкольника первый человек после родителей, обучающий его
правилам жизни в обществе, расширяющий его кругозор, формирующий его взаимо-
действие в человеческом социуме. Воспитатель не только формирует культуру поведе-
ния дошкольников, но через них способствует, развитию внутренней и внешней куль-
туры родителей своих воспитанников, таким образом, влияя на современное состояние
общества.
Первые представления о нормах поведения, принятых в обществе, ребенок полу-
чает в семье.
Придя в детский сад, ребенок поступает в мир, в котором соблюдения поведен-
ческих правил необходимо для нормального и приятного существования всего детского
коллектива.
Родители и воспитатели обязаны помочь маленькому человеку в познании тайн,
человеческих взаимоотношений, в приобретении поведенческих ориентиров, без кото-
рых нельзя чувствовать себя в обществе достаточно уверенно.
Этикетное поведение формируют постоянно, в реальной жизни и в специально
созданных ситуациях, используя для этого различные организационные формы: заня-
тия, игры, беседы, режимные моменты.
Для обучения правилам поведения и воспитания положительных личностных
качеств необходимы следующие условия.
1. Позитивный настрой. Нельзя забыть или обидеть никого из воспитанников, для
чего используются обращение по именам, похвала, призы и прочие способы обучения,
увлекающие детей.
2. Пример взрослых. Ребенок наблюдает и оценивает взрослых, действия которых
должны быть направлены на достижение главной цели – создания для развития
личности ребенка творческой, доброжелательной дружеской обстановки.
3. Связь с семьей – необходимое условие, позволяющее сохранить единство тре-
бований и преемственность воспитания. Общая цель семьи и детского сада – хорошо
воспитанный культурный и образованный человек.
4. Обучение правильному поведению способствует и речевому развитию воспи-
танника. С этой целью необходимо расширять у ребенка круг этико-поведенческих
понятий, что достигается с помощью проведения словарной работы. Например, в речевом
запасе дошкольник могут быть понятия, как этикет, уважение, любовь, вежливость, об-
щение и др.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1348
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Основные способы педагогического воздействия на детей.
1. Приучение: детям дается определенный образец поведения, например за сто-
лом, во время игры, в разговоре со старшими или ровесниками. Следует не только по-
казать, но и проконтролировать точность выполнения того или иного правила.
2. Упражнение: многократно повторяется то или иное действие, например пра-
вильно взяв нож и вилку в руки, разрезать кусок мяса или колбасы. Следует добиваться
осознания ребенком необходимости приборов.
3. Воспитывающие ситуации: создают условия, в которых ребенок оказывается
перед выбором, например пользоваться вилкой и ножом или одной вилкой.
4. Поощрение: проводится различными способами, активизирует дошкольников к
обучению, к выбору правильного поведенческого шага.
5. Наказание: применяется крайне редко; осуждение воспитателем и другими
детьми негативного поступка направлено на возникновение желания поступать
хорошо.
6. Пример для подражания: является своеобразным наглядным образом и необхо-
дим ребенку. Им могут быть воспитатель, родитель, знакомый взрослый или ребенок,
литературный (сказочный) герой.
7. Разнообразие словесных методов: рассказ реальной или сказочной истории соз-
дает эмоциональное восприятие поведенческих правил.
8. Разъяснение: необходимо не только показать и рассказать но и разъяснить, как
и почему следует поступить в той или иной ситуации.
9. Беседа: помогает выяснить уровень знания и понимания детьми норм и правил
поведения. Ее разумнее проводить с небольшой группой в 5-8 человек, в которой каж-
дый ребенок может высказать свое мнение. Знание возможностей детей для ведения бе-
седы, их взглядов, убеждений и привычек поможет воспитателю правильно ее построить.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1349
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
PSİXOLOGİYA
AİLƏ TƏRBİYƏSİNDƏ YENİYETMƏLƏRİN ROLU
Hüseyn XƏLİLOV
Qafqaz Universiteti
hxelilov@qu.edu.az
AZƏRBAYCAN
Hər bir valideynin ən böyük arzusu vətənimiz Azərbaycana layiqli övlad yetişdirmək və
onu şəxsiyyət kimi formalaşmış görməkdir. Bunun üçün sağlam mühitin yaranması, sağlam
tərbiyənin formalaşdırılması vacib şərtlərdəndir. Ana və ata arasında olan qarşılıqlı hörmət,
uşağa münasibətdə diqqətli və nəzakətli, səbirli və şəfqətli olmaq düzgün tərbiyənin əsas
amillərindən sayılır. Eləcə də, yeniyetmələrin geniş potensiala malik şəxsiyyət kimi yetişməsi
üçün onların dünyagörüşünü zənginləşdirmək və real həyatın qanunauyğunluqlarına hazırla-
maq və düzgün istiqamətləndirmək lazımdır.
Yeniyetmələrin əxlaqının formalaşmasında ailə və cəmiyyətin rolu müstəsnadır. Fərabi,
İbn Sina və Bəhmənyar düşüncə məktəbinin təmsilçisi olan Tusinin ailə anlayışının əsasını
sosial-iqtisadi amillər təşkil edir. İnsan həyatının davam etdirilməsi üçün ilk olaraq onun
sosial-iqtisadi ehtiyaclarının ödənilməsi lazımdır. İnsan bunu təkbaşına həyata keçirə
bilməyəcəyi aydın məsələdir. Tusiyə görə ideal ailə üçün vacib olan xüsusiyyətlərdən biri ailə
üzvləri arasındakı münasibətləri qurarkən ümumi ailə mənafeyinin üstün tutulmasıdır. Diqqət
olunan digər bir mövzu isə ailə üzvləri arasında münasib iş bölümünün olmasıdır. Bundan
əlavə, ailədə möhkəm şəkildə nizam-intizamın təmin edilməsi də ailənin şərtlərindəndir.
Tusiyə görə, uşağın əxlaq nöqteyi-nəzərindən inkişaf etməsi və yaşadığı cəmiyyəti
düşünən, təşəbbüskar və lider olaraq böyüməsi üçün o, mənəviyyatını poza biləcək çevrədən
uzaq tutulmalı, ağıl və məntiqə uyğun şəkildə tərbiyə edilməli, ona sevgi ilə yanaşılmalı, ba-
halı, bər-bəzəkli paltarlar geydirilməməli, həddindən çox və zorla yemək yedirərək mədəsinə
düşkün hala gətirilməməlidir. (Journal of Qafqaz university, №22, 2008 səh 20-21)
Psixoanaliz nəzəriyyəsinin yaradıcısı Freydin fikrincə, insanlar əxlaqa doğuşdan sahib-
dirlər. O, daha sonrakı yaş dövrlərindən etibarən müəyyən hisslərin cəmiyyətin təzyiqi nəticə-
sində formalaşdığını deyir. (Gül Şendil, “Çocuk, Ergen ve Anne-Baba” (səh. 127-128) Psk.
Dr. Sevim Cesur)
Uşağın doğulduğu gündən valideynin himayə və nəzərəti altında olmalı, ona lazım olan
hər şeyi əldə etməlidir və bunların hamısı bir yerdə tərbiyə adlanır.Məlumdur ki,uşağın bioloji
təlabatı ödənməlidir.Əgər bu təlabatlar ödənilməsi uşaq xəstə böyüyər və ya ölə bilər.Bunlar
bioloji təlabatdır. Doğrudur psixoloji təlabatı ödənilməyən uşaq ölmür, lakin o normal psixi
inkişafdan qalır,şəxsiyyəti təhlükəli istiqamətdə inkişaf edir və nəhayət valideynləri ,eləcə də
cəmiyyət üçün başağrısına cevrilir. (Ramiz Əliyev “Tərbiyə psixologiyası”(səh166-167))
Uşaq şəxsiyyətinin formalaşmasında tərbiyənin rolu ilə bağlı maraqlı fikirlər həmçinin
Sədi Şirazinin 1258-ci ildə qələmə alınmış “Gülüstan” əsərində də qeyd olunmuşdur. Bu əsər
müxtəlif mövzuları əhatə edən şeir və nəsihətamiz hekayələrdən ibarətdir. Əsərin VII fəsli
“Tərbiyənin təsiri” adlanır və bu fəsildə şəxsiyyətin tərbiyəsində təbii imkanların əhəmiyyəti,
təhsilin vacibliyi, tərbiyə prosesində fiziki cəzalandırmanın vacibliyi, müəllimlərin bu üsula
müraciət etməsinin müdafiə edilməsi qeyd olunur. (Sədi Şirazi, Bakı 2004, səh.192-200)
Cəza vermək əsla uşağı döymək və ya qapalı yerlərdə saxlamaq mənasına gəlmir. Cə-
za vermək uşağın yemək-içmək kimi maddi ehtiyaclardan olduğu kimi, sevgi, şəfqət kimi mə-
nəvi ehtiyaclardan da məhrum edilməsidir. Araşdırmalar nəticəsində məlum olub ki, mənəvi
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1350
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
cəzalar maddi cəzalara nisbətən daha böyük təsirə malikdir. Döyülən və işgəncəyə məruz
qalan uşaqlarda vicdan hissi oyanmır, əksinə, əllərinə fürsət düşdüyü zaman onların da eyni
şeyləri etdikləri görünür. Doğrunu uşaqlara fiziki cəza yolu ilə öyrətməyə çalışanlar, əksinə,
psixoloji və əxlaqi baxımdan zəif, riyakar, qorxaq, özünəinamsız insanlar yetişdirirlər.(Erol
Güngör “Ahlak psikolojisi ve sosyal ahlak”, səh. 60-61)
Cəzalandırma mənfi əməlin qarşısını almaq və ona verilən qiymət kimi istifadə edilir .
Cəzalandırma insanın öz davranışına olan məsuliyyəti , özünə qarşı tələbkarlığı artırdığı, daha
yaxşı olmağa stimullaşdırdığı üçün pedaqoji cəhətdən məqsədə uyğundur. Ailədə cəzalandır-
manın müxtəlif növlərindən istifadə olunur. Onlardan daha geniş yayılmışı valideynlərin töh-
mətidir. Onlar mimikada, jestdə , sözlərdə ifadə oluna bilər. (Umudova H.A Psixologiya jur-
nalı 2009 № 3,səh.118-119)
Veijersə (Weijers) görə (2000), verilən cəza zamanı yaş xüsusiyyətləri nəzərə alınmalı-
dır. Yaş artdıqca cəzalar azalmalıdır. Uşaq böyüdükdə ona verilən cəzaya görə utanır. (Sevim
Cesur “Çocuk ve ergenlerde ahlak gelişimi ve eğitim”, Gül Şendilin redaktorlu-ğuyla “Çocuk.
ergen, anne-baba”, səh. 130–135)
Həzrəti Peyğəmbər (s.ə.s.) uşaqlar ilə qarşılaşdıqda yaşlılar kimi onlara iltifat edər, bə-
zisini çiyninə, bəzisini qucağına alar və xoş rəftarı ilə demək olar ki, hamısının könlünü xoş
edər və onları razı salacaq tərzdə davranardı.
Bəzən küçədən keçərkən uşaqları gördüyü zaman Allah rəsulu onlarla böyük insan kimi
rəftar edər və onlara “Əs-səlamu əleyküm” deyər, onlar isə öz növbəsində “Və əleyküm
salam, ya Rəsulullah” cavabını verərdilər. Allah rəsulu uşaqlara olduqca artıq dəyər verərdi.
Bir hədisdə Allah rəsulu (s.ə.s.): “Sizlərdən biriniz uşağına bir şey vəd edərsə, qüsursuz olaraq
onu yerinə yetirsin”, – buyurur ki, buradan da göründüyü kimi “uşaqdır, yalan desəm də,
aldatsam da eybi yoxdur” fikri səhvdir.
Məhşur Amerika psixoloqu Kurt Levin qeyd edir ki, yeniyetmə dövrünün spesifikliyi
onun iki – uşaqlar və yaşlılar – qrupları arasında yerləşməsi və bu baxımdan daim təzyiqlərlə
üzləşməsidir. Yeniyetmə artıq uşaq qrupuna mənsub olmaq istəmir, yaşlılar qrupu isə onları
qəbul etmir. Yeniyetmə meyillərinin aydın ifadə olunmuş ziddiyətliliyi bu yaş dövrü üçün
xarakterikdir. Yeniyetməlik yaş dövrü hər iki dövrün xüsusiyyətlərinə malik olduğu üçün çətin,
eyni zamanda böhranlı yaş dövrü də hesab olunur . Yeniyetmə həm valideynlər , həm müəl-
limlər, həm özü üçün ən çətin obyektə çevrilir . Eyni zamanda, yeniyetmənin cəmiyyətdə,
yaşlılarla və öz yaşıdları ilə ünsiyyətləri genişlənir. Şəxsiyyətlərarası münasibətləri mürəkkəb-
ləşir . Yeniyetmənin ilk tələbatı ümumi maraqları olan adamlarla dost münasibətlərini yarat-
maqla bağlıdır. Bu baxımdan onlarda öz yaşıdlarına emosional bağlılıq yaranır . Aparılmış
tədqiqaların təhlili və gündəlik müşahidələr göstərir ki , yeniyetmələr daha çox həmyaşıdları
ilə təmasda olurlar və çox zaman valideynlərin, müəllimlərin tərbiyəvi məsləhətlərinə məhəl
qoymurlar . Bir çox tədqiqatçılar bunu yaş ziddiyətləri ilə izah etsələr də, fikrimizcə, burada
əsas səbəb onlarda << yaşlılıq >> hissinin dərk olunma səviyyəsi ilə bağlıdır . Yaşlıların yeni-
yetməyə uşaq kimi baxması , yeniyetmənin isə özünü << yaşlı >> kimi hiss etməsi onların
qoşulduğu münasibətlər sistemində paradoks yaradır . Yeniyetmə onun yenicə təşəkkül tapmış
hisslərinin (yaşlılıq hissi) << qiymətləndirilməsini >> təkidlə tələb edir .(Məmmədov G.B.
Psixologiya jurnalı 2010 № 4 səh. 38-40) Yeniyetmələr təkcə həmyaşıdları arasında deyil,
həm də böyüklər arasında müəyyən sosial rol oynamağa çalışırlar . Yaşlılar cəmiyyətində isə
onların sosial aktivliyinə maneələr yaradılır – “o uşaqdır və qulaq asmalıdır” prinsipi çox za-
man göz önündə olur. Sonda yeniyetmə ilə yaşlılar arasında psixoloji maneə yaranır . Yeni-
yetmədə yaşlılıq hissinin onun yaşlılarla olan münasibətlərində də müəyyən dəyişikliklərin
təzahürünə səbəb olur . Bu vaxtadək bütün tələbləri həvəslə yerinə yetirən uşaq – indi “mü-
əyyən saatdan sonra gəzmək olmaz” , “hansısa insanla yoldaşlıq etmə” , “mənə deməmiş bu
işi eləmə” və bu tipli iradlara nəinki utandırıcı, hətta onun şəxsiyyətini , ləyaqətini alçaldan
təhqir kimi baxır . (Mirzəyev R.N. Psixologiya jurnalı 2010, № 4səh 65-66)
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1351
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Yeniyetmələrin düzgün tərbiyə edilməsi , onlarda şəxsiyyətin inkişaf etdirilməsi vəzi-
fələri yaşlılarla onlar arasındakı münasibətlərin “yaşlı-uşaq” münasibəti kimi deyil , “yaşlı-
yaşlı” münasibəti kimi təşkil olunmasını tələb edir . Təcrübə göstərir ki, yaşlılar yeniyetməyə
əvvəlki münasibət tərzlərini dəyişdirmirlərsə , ona yenə də uşaq kimi baxırlarsa, “ yaşlı-uşaq”
münasibətini saxlayırlarsa, istər-istəməz bu iki obyek arasında narazılıqlar aqressiv reaksi-
yalara və kofliktlərə gətirib çıxarır . Lakin yaşlılar uşaqla böyüklərlə olduğu kimi rəftar etdik-
də, onunla yeni tipli qarşılıqlı münasibətlərə keçdikdə , yeniyetmənin təlim-tərbiyəsi prosesin-
də bu aspektdə heç bir çətinlik olmur .(Mirzəyev R.N Psixologiya jurnalı 2010 № 4 səh. 69)
Eyni zamanda, yeniyetmənin cəmiyyətdə,yaşlılarla və öz yaşıdları ilə ünsiyyətləri genişlənir,
şəxsiyyətlərarası münasibətləri mürəkkəbləşir. Yeniyetmənin ilk tələbatı ümumi maraqları
olan adamlarla dost münasibətlərini yaratmaqla bağlıdır. Bu baxımdan onlarda öz yaşıdlarına
emosianal bağlılıq yaranır. (Məmmədova G.B. Psixologiya jurnalı 2010 № 4 səh. 39)
UŞAQLARIN TƏLİM FƏALİYYƏTİNƏ
ADAPTASİYASINDA TƏRBİYƏÇİNİN ROLU
Aygün RÜSTƏMOVA
Azərbaycan Müəllimlər İnstitutu
aygun-rustemova@inbox.ru
AZƏRBAYCAN
Məktəbəqər təhsil 3 – 5 yaş dövrünü əhatə edir. Məktəbəqədər təhsil müəssisəsi uşaqla-
rın təhsil alacağı, həmyaşıdları ilə ünsiyyət quracağı ilk təhsil müəssisəsidir. Əlbəttə, uşaqla-
rın inkişafı üçün əhəmiyyətli olan bu dövr onların gələcək xarakter, qabiliyyət və bacarıqla-
rının tikintisi və inkişafı üçün təməl rolunu oynayır. Bəzən məktəbəqədər yaşlı uşaqların mək-
təbəqədər təhsil müəssisəsinə, yeni bir mühitətanımadığı insanlara adaptasiyası çətin olur.
İnkişaf etmiş müasir və düzgün təlim məktəbəqədər yaşlı uşaqların inkişafı üçün mühüm
şərtdir. Məktəbəqədər yaşlı uşaqlar üçün yeni təlim fəaliyyətinə adaptasiya ciddi və çətin bir
sınaqdır. Təlim prosesində uşaq ətraf aləm haqqında yeni, sadə biliklərə yiyələnir, vərdiş və
bacarıqlar əldə edirlər. Uşağın təlim fəaliyyətinin motivində dərketmə tələbatı durur.
Özünreallaşdırma tələbatı onu hər şeyi öyrənməyə, hadisələrin səbəblərini başa düşməyə sövq
edir. Məktəbəqədər yaşlı uşaqların təlim fəaliyyətinə adaptasiyasında tərbiyəçinin üzərinə
böyük iş düşür.Beləliklə, uşaqlar yeni mühitə düşərkən ağlayır, verilən tapşırığı etmirlər.
Məktəbəqədər yaşlı uşaqlar çox vaxt qrupdan kənarda qalırlar. Onlar belə kollektivdə özlərini
köməksiz kimi hiss edirlər. Bunların hamısı məktəbəqədər yaşlı uşağınadaptasiyasınaəsaslı
təsir göstərir. Bəzəndəcəluşaqlarsakit,utancaq və əksinə sakit uşaqlar çox coşğun olduqlarının
şahidi oluruq. Tərbiyəçi bunların qarşısını almalı, uşağı günlük həyatını rejimuyğunlaşdırma-
lıdır. Məktəbəqədər yaşlı uşağın psixi inkişafı təlim prossesindən keçir və onunla istiqamət-
ləndirilir. Uşaqların təlimi cəmiyyət üçün məcburi əhəmiyyət kəsb edən fəaliyyət növüdür. O,
yetişən nəsli cəmiyyət üçün faydalı təcrübəyə yiyələndirir. Müvafiq psixoloji – pedaqoji təd-
qiqatların nəticələri göstərir ki, təlim fəaliyyəti məktəbəqədər yaş dövrünün bütün mərhələləri
üçün səciyyəvidir. Məktəbəqədər təhsil müəssisəsində aparılan məqsədyönlü təlim fəaliyyəti
uşağın ümumi psixi inkişafına güclü təkan verir, onun əqli imkanlarının sistematik təlimə cəlb
olunmasını gücləndirir. Bağçaya gələn uşaq təlim, tərbiyənin güclü təsirinə məruz qalır. Tər-
biyəçi yalnız təlimlə öz fəaliyyəti arasındakı əlaqəni nəzərə aldıqda uşağın inkişafını şüurlu
olaraq idarə edə və zəruri nəticələrə nail ola bilər. Təlim prossesində tərbiyəçi müxtəlif me-
todlardan istifadə edir. Bu metodların hər biri məktəbəqədər yaşlı uşağın bilik, bacarıq və
vərdişlərə yiyələnməsinə, öyrənmə marağının inkişaf etdirilməsinə və təlim şəraitinə
adaptasiyasına xidmət edir. Uşaqda təlim fəaliyyətinin formalaşması məqsədyönlü prossesdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1352
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Təlim məşğələsi zamanı tərbiyəçinin rəhbərliyi altında, müəyyən proqram əsasında uşaqlar
müntəzəm və ardıcıl olaraq biliyə yiyələnirlər. Təlim məşğələlərində uşaqlarda tərbiyəçini
dinləmək, onun göstərişi əsasında hərəkət etmək, müşahidə aparmaq, öyrəndiyini sözlərlə ifa-
də etmək kimi vərdişlər formalaşır. Məktəbəqədər yaşlı uşaqların təlim fəaliyyətinə adaptasi-
yasına əsasən əyani vasitələrdən geniş istifadə olunmaqla nail olmaq olar. Əyani vasitələrdən
istifadə edərkən tərbiyəçi uşağa nəyi qavradığını qabaqcadan başa salmalıdır. Əgər əvvəlcə-
dən izahat aparılmamışsa, uşaq şəkildəki əsas məsələləri qavramaq əvəzinə lazımsız şeyləri
qavrayacaq. Təlim fəaliyyətinə uğurlu adaptasiya üçün diqqət vacibdir. Məktəbəqədər yaşlı
uşaqların diqqətinin həcmi çox dar, davamlılığı isə olduqca az olur. 5 yaşlı uşaq diqqətini tər-
biyəçinin fəaliyyətinə tamamilə yönəldə bilər və bu zaman ətrafdakılar bütövlükdə diqqətdən
kənarda qalır. Təlim prosesində intizamlılıq və mütəşəkkillilik uşaqların uğurlu adaptasiyasın-
da böyük əhəmiyyətə malikdir. Qrupda məşğələlərin təşkili, rejimlə işləmək, ev tapşırıqlarının
mütəşəkkil şəkildə yerinə yetirilməsi və başqa intizamlılıq məhz uğurlu adaptasiyanın əsas
amilidir. Təlimin məhsuldar nəticələri onunla şərtlənir ki, bu prosesdə uşaq artıq qarşısına
məqsəd qoymaq, onun təxəyyül planını qurmaq, sona qədər yerinə yetirmək kimi iradi iş im-
kanları əldə edirlər.Uşaqların təlim fəaliyyətinə adaptasiyası üçün tərbiyəçi müxtəlif metod-
lardan istifadə edir. Bu metodlar məktəbəqədər yaşlı uşaqların bilik, bacarıq və vərdişlərinin
müvəffəqiyyətlə həyata keçirilməsinə, öyrənmə marağının inkişaf etdirilməsinə və daha uğurlu
adaptasiyasına xidmət edir. Təlim prosesində uğurlu adaptasiyasının əsas göstəricilərindən
biri uşaqların məşğələdə fəallığıdır. Məktəbəqədər yaşlı uşaq məşğələ üçün qüvvə sərf etdikdə
fəallıq göstərir, maraqlandıqca biliklərin mənimsənilməsinin mənasını anlayır ki, bu da
onların yeni şəraitə adaptasiyasının əsasını qoyur.
Adaptasiyanın davamlılığını təmin etmək üçün bir sıra maraqlardan istifadə etmək,
həmin maraqları hesaba almaq lazımdır. Yeni maraqlar məktəbəqədər yaşlı uşaqların diqqətini
məşğələyə cəlb edir, öyrəniləcək məşğələnin mənimsənilməsini asanlaşdırır. Psixoloq L.N.
Qaliquzova məktəbəqədər yaşlı uşaqların təlim fəaliyyətində yaranan adaptasiya problemini
onların qısa müddətdə uşağın həyatında baş verən müxtəlif dəyişikliklərin yaranması ilə fəa-
liyyətlərində mürəkkəbliyin artması ilə bağlı olduğunu qeyd etmişdir.
Tərbiyəçi yuxarıda göstərilən cəhətəri yaxşı bilməlidir ki, onda uşaq şəxsiyyəti haqqın-
da düzgün təsəvvür formalaşsın. Yalnız bu zaman tərbiyəçi uşağın yeni şəraitə adaptasiyasına
kömək edə bilər.Uşaqların təlim fəaliyyətinə adaptasiyası zamanı tərbiyəçi aşağıdakı şərtlərə
əməl etməlidir:
- Uşaqlara psixoloji və pedaqoji cəhətdən düzgün təsir etməli;
- Təlim prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda baca-
rıqlar inkişaf etdirilməli;
- qrup otağı parlaq və rəngarəng çərçivələrlə bəzədilməli;
- Uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı, eyni zamanda böyüklər və
həmyaşıdları ilə ünsiyyət qurmaq bacarığı formalaşdırılmalı;
- Təlim məşğələləri sadədən-mürəkkəbə olaraq təşkil olunmalıdır;
- Uşaqlar üçün qrupda rahat şərait yaradılmalı, öyrənmə motivasiyası formalaşdırılmalı,
uşaqların aparıcı fəaliyyəti oyun olduğu üçün təlim məşğələləri əyləncəli və didaktik oyun fo-
nunda keçirilməli;
- Keçirilən bütün təlim məşğələləri uşaqların daha uğurlu adaptasiyasına və şəxsi key-
fiyyətlərinin inkişafına kömək etməli;
Dostları ilə paylaş: |