YENİYETMƏLƏRİN FİZİKİ İNKİŞAFINDA TƏLİM PROSESİNİN ROLU
Ufuk SAĞLAM
ARTPİ
saglam75@hotmail.com
AZƏRBAYCAN
Yeniyetməlik şəxsiyyətinən məsul formalaşması dövrüdür. Yeniyetmə həm uşaqlıq, həm
də gənclik əlamətlərini özündə əks etdirir. Müşahidələr sübut edir ki, yeniyetmələrdə baş qal-
dıran müsbət hissləri bədən tərbiyəsi və idman məşğələlərində üzə çıxarıb, daha da inkişaf et-
dirmək mümkündür.
İdmanın gənclər üçün maraqlı olan növləri çoxdur. İdmanın futbol, boks, üzgüçülük,
güləş növləri ilə gənclərimizin böyük bir hissəsi məmnuniyyətlə məşğul olardılar. Onlarda
olan həvəs və marağı daha da inkişaf etdirmək daha məqsədəuyğundur. Bu onlara daha sərt hə-
yata qədəm qoymağa, bədənlərini möhkəmləndirməyə, intizamlı olmağa yaxından kömək edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1331
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
"Yeniyetmələri fiziki hərəkətlərin icrasına psixoloji cəhətdən hazırlamaq, onları elə tər-
biyə etmək lazımdır ki, fiziki hərəkəti, əməyi sevmək, “sağlam bədəndə sağlam ruh olar” ide-
yası onların xarakterində kök salsın. Uşaqları fiziki hərəkətlərə psixoloji cəhətdən hazırlamaq
üçün onlara maraqlı nəzəri məlumatlar verilməsinin əhəmiyyəti böyükdür. Xüsusilə, idman
yarışlarında iradi keyfiyyətlərin nə qədər əhəmiyyətə malik olması onlara çatdırılmalıdır."
IV-VII sinif şagirdlərinin bədən tərbiyəsinə və idmanın ayrı-ayrı növlərinə olan maraq-
ları müxtəlif olur. IV sinif şagirdləri ibtidai siniflərdə daha çox keçdikləri mütəhərrik oyunların
təsiri altında olurlar. IV-VI sinif şagirdləri ümumiyyətlə, bədən tərbiyəsi məşğələlərində hə-
mişə sevinc, əyləncə axtarmaqla yanaşı, yoldaşı qaçışda ötməyə, ondan sürətli, çevik, qüvvətli
olmağa meyil göstərirlər.
VII-VIII sinif şagirdlərinin bədən tərbiyəsinə, idmana olan maraqları əvvəlki siniflərdən
köklü surətdə fərqlənir. Artıq bu siniflərdə yeniyetmə şagirdlər fiziki hərəkətlərin təkcə zahiri
gözəlliyi ilə deyil, həm də ayrı-ayrı hərəkət növlərinin elmi mənası, hərəkətlər arasındakı
daxili əlaqə və onların səbəb-nəticələrilə maraqlanmağa başlayırlar.
Fiziki tərbiyənin təlimi prosesində təlim və tərbiyəvi işlər eyni vaxtda aparılır. Təlim-
tərbiyə işlərinin uzlaşdırılması isə uşaqların tədris materiallarını düşüncəli olaraq yerinə yeti-
rilməsinə səbəb olur. Bütün bunlar fiziki tərbiyə təliminin səmərəliliyini xeyli artırır. Fiziki
hərəkətlərin təlimi prosesi ilk təlim prosesi, təlimin dərinləşdirilərək öyrətmə mərhələsi, fiziki
hərəkətlərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi mərhələsindəhəyata keçirilir. Fiziki
hərəkətlərin ilk təlim mərhələsində fiziki hərəkətlərin icrası ümumi xarakter daşıyır. İlk təlim
mərhələsində diqqət hərəkət və oyunların, fəndlərin əlamət və qanunauyğunluqları və icra
metodikası üzrə izahat aparmaqla onların düzgün təsəvvürünü verməyə, hərəkət texnikası üzrə
şəkilləri nümayiş etdirmək, onun təlimi metodikasını əyaniləşdirməyə yönəldilir.
Təlimin dərinləşdirilərək öyrətmə mərhələsində fiziki hərəkətin əsas hissəsinin texnika-
sına, onun detallarına, həmçinin fəndlərin və hərəkətlərin bütövlükdə texnikasına dəqiq bir şə-
kildə yiyələnmək nəzərdə tutulur. Həmin mərhələdə mövcud nöqsanların aradan qaldırılması
məqsədi güdür.
Hərəkətlərin möhkəmləndirilməsi və təkmilləşdirilməsi mərhələsində şagirdlərdə hərəki
vərdişlər yaratmaq və həmin vərdişləri müxtəlif şəraitdə tətbiq etmək bacarığı və vərdişi
aşılamaq həyata keçirilir.Fiziki tərbiyə dərslərində dərsdən müvəqqəti аzаd оlunаn şаgirdlər
də mütləqiştirаk еtməlidirlər. Оnlаr fiziki tərbiyə üzrə müvаfiq nəzəriməlumаtlаrа yiyələnir-
lər. Хüsusi qrupа dахil оlаn şаgirdlərin hər birinin fizikihərəkətlərlə məşğul оlа bilməsi məsə-
ləsi аyrı-аyrılıqdа həkim vəmüəllim tərəfindən birlikdə həll оlunur. Məşğələlər хüsusi prоq-
rаm əsаsındа kеçirilir.
"Dərs prоsеsində şаgirdlər fiziki hаzırlıq səviyyəsinə görəbölünməli və оnlаrа fərdi yа-
nаşılmаlıdır. Bu məqsədlə şаgirdlərinfiziki inkişаfı və fiziki hаzırlığı, оnlаrın hərəkətləri icrа
еtməbаcаrığını, оrqаnizmin funksiоnаl imkаnlаrını diqqətlə öyrənmək,tibbi müаyinələrin və
pеdаqоji müşаhidələrin nəticələrini nəzərəаlmаn vаcibdir."
Bədən tərbiyəsi dərslərində müxtəlif fiziki təmrinlərdən müntəzəm istifadə olunması
yeniyetmələrin mütəhərrik fiziki inkişafını təmin edir, onların sağlam və qamətli böyüməsinə
səbəb olur. Aparılan təlim nəticəsində yeniyetmələr sağlamlağını möhkəmləndirmək, fiziki ha-
zırlığın inkişaf etdirmək üçün hərəkətlər kompleksi seçib icra edir, müxtəlif idman növlərinə
aid olan hərəkətlərin icra üsullarına yiyələnir, zəruri anlarda aparıcı və həlledici mövqe tutur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1332
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
NƏCIBFAZIL QISAKÜRƏYİNMAARİFÇİFİKİRLƏRİ
Vəli AYDIN
BakıSlavyanUniversiteti
velibeye@gmail.com
AZƏRBAYCAN
Türk dünyasında şair, yazar və fikir adamı, filosof kimi tanınan Nəcib Fazıl Qısakürək,
türk təhsil sistemi üçün bir sıra maraqlı və yeni fikirlər iləri sürmüşdür. Nəcib Fazilə görə
Türk maarif sistemindəki maneələr aradan qaldırılmadıqca, iş görən insanlar dəstəkləndikcə,
başqalarının mənfəətlərini öz mənfəətləri hesab edən insanlar yetişdikcə, təhsil məsələsi artıq
problem olmayacaq, məktəbdə “özgələrindən köçürmənin vətənə xəyanət olduğu” düşüncəsi
sahib olduğu zaman Türk milli təhsili düzələcək. Nəcib Fazil Türk təhsil və maarifinion dörd
məsələ əsasında araşdırır. Onun fikrincə, təhsildə əsas fikir və planlaşdırma birinci məsələ ki-
mi irəli çıxır. Kiçik iş məsələləri bir tərəfə buraxılaraq,görüləcək böyük işlərəbütünlüklə da-
xil olacaq əsas fikir araşdırılınca, planın nə demək olduğu daha yaxşı aydın olur.
Maarifin iki nömrəli məsələsinin təhsilin daha da genişləndirilməsi işi olduğunu ifadə
edən Nəcib Fazil bu vəziyyətin həm Türk, həm də dünya maarifinin ən əhəmiyyətli məsələsi
olduğunu ortaya qoyur. O, mümkün qədər çox insanın savadlanmasının lazım olduğunu söy-
ləyir, lakin burada kəmiyyətlə keyfiyyətin eyni səviyyədə durmasını istəyir. Çünki keyfiy-
yətsiz kəmiyyət insanın durduğu yerdə addımlamasına bənzəyir. Keyfiyyətsiz yürüş isə çox
zərərlidir. Beləliklə də, maarif və təhsilin yeni vəziyyəti planda qarşıya qoyduğumuz və abad-
lığına çalışdığımız ölkənin mənəvi inkişafına səbəb olar və həmin məsələ ilə yaxşı düşünmə
haqqında insanları xəbərdarlıq edər.
O, maarif məsələsində üç nömrəli məsələnin kimi müasir tələblərə cavab verə bilən,
geniş dünyagörüşlü müəllim kadrlarının, pedaqoqların yetişdirmə işi olduğunu bildirir. Nəcib
Fazil öz fikrini belə ifadə edir: “Uşağın tərbiyə edilərək yetişdirilməsi işiylə, onunla məşğul
olacaq pedaqoqların yetişdirmə işi bir vəhdət təşkil edən bir məsələdir.Uşaq tərbiyə edilməli-
dir ki, pedaqoq bacarığı artsın, pedaqoq hazırlanmalıdır ki, uşaq yetişsin.”
İstedadlı yazıçı dörd nömrəli məsələnin dərs kitabları olduğunu bildirir və bu məsələdə
müvafiq işlərin görülməsini və həyatı biliklərə aid əsərlərin yazılmasının vacibliyini söyləyir.
Mütəxəssislər tərəfindən pedaqoji yanaşmalarla və aydın olan bir dillə yazılmış kitabların
şagirdlərin yaradıcı təxəyyülündə mühüm rol oynadığının vacibliyi haqqında məlumat verir.
Beş nömrəli məsələnin əxlaq və nizam-intizam olduğunu ifadə edən Nəcib Fazil, cəmiy-
yətin nüvəsinin insan, insanın nüvəsinin də ruh olduğunu bildirir. Təhsil prosesində uşağın
üstündə “əxlaq təzyiqi” zəifləmişdir. O, cəmiyyətdə məktəb ilə ailə arasındakı uyğunluğun
pozulmasıyla işlərin fəlakətə çevrilməsinin bir qayda olduğunu bildirir. Maarif sistemində
məktəbin əxlaqi düşüncənin önündə getməsi məsələsi tətbiq edilməlidir.
Nəcib Fazil altı nömrəli məsələsinin dil və termin məsələsi olduğunu söyləyir. Bu möv-
zu ilə əlaqədar olaraq, hər hansı bir dilin daxilinə öz qrammatikası ilə nüfuz edən bir başqa
dilə o, müstəmləkəçi dil kimim baxır.Uydurma dil kainatı təzdən dəyişdirmək qədər əbəsdir.
Yeddi nömrəli məsələ universitet məsələsidir. Ancaq əxlaqlı və mütəxəssis olan univer-
sitet müəllimlərinin hazırlanması ilə hər hansı bir maarif müəssisəsində problemlərin həll oluna
biləcəyi fikrini vurğulayır. Gələcəyin mənasını sadəcə yaxşı mütəxəssislərlə dəyişmək müm-
kündür.
Səkkiz nömrəli məsələ siyasət məsələsidir. Dünyanı ovucunda tutan Qərb hakimiyyəti
praktiki bilik təməlinə söykənir və əldə etdiyi bu üstünlüyü də bilik və təcrübəsinə borcludur.
Hakimiyyəti və bütün imkanları vasitəsilə hər şeyi istismar və əsir edən Avropa bu üstünlüyü
maarif və təhsili, biliyə olan marağı ilə qazanmışdır. Güclü iqtisadiyyata malik olmaq üçün
politexnik ocağın yaradılması vacib şərtdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1333
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Doqquz nömrəli məsələ xaricdən pedaqoji mütəxəssislərinin, müəllim və professorların
dəvət olunması məsələsidir. Nəcib Fazil Qısakürək elmdə və sənətdə xaricdən gələn profes-
sorların qəbul edilə bilməyəcəyini, texniki elmlərdə isə az bir faizdə və müəyyən zamana
qədər onların köməyindən istifafə oluna biləcəyini bildirir.
On nömrəli məsələ Qərbə göndəriləcək şagird məsələsidir. Qərbə gedərkən orada hansı
vəziyyətdə ola biləcəklərini, bir məfkurə, əxlaq və intizam aşılamaq, onları qabiliyyətləri ba-
xımından müdrik fikir ətrafında seçmək, hərəkətlərinə hər an nəzarət etmək , müvəffəqiyyətli
olanları müvəffəqiyyətləri nisbətində Türkiyənin şərəfini qoruyacaq şəkildə qiymətləndirmək
lazımdır.
On bir nömrəli məsələ sənət və elmi işlərin müdafiəsi məsələsidir. Maarifdə inqilab
ancaq sənət və elm hərəkətlərini doğurmaq və müdafiə etmək məsələsinə diqqəti çəkir.
On iki nömrəli məsələ xalq tərbiyəsi məsələsidir. Hər il müəllimlərinin, həkimlərin,
texniki-peşə sahiblərinin, ziyalıların, sənət adamlarının cəmiyyətin inkişafı üçün lazım olduğu
bildirilir. Tərbiyənin geniş xalq kütlələri içərisinə aparılması formal məktəbdə aparılan təlim
və tərbiyə işlərindən də daha geniş dairəni əhatə edir.
On üçüncü məsələ dünya mədəniyyətinə inteqrasiya olunması işidir. Əldə edilməsi la-
zım olan əsas məsələ yaradılan elmi, bədii ədəbiyyatın müasir əlifbaya çevrilməsidir. Zamanın
yaratdığı əsərlərin, digər xalqların dünyaya nələr verdiyini öz ana dilinin aynasında görmək
mümkündür. Onları öz ana dilinin aynasında görməmiş olan millət qiyamətə qədər əsər yarada
bilməyəcəkdir.
On dördüncü məsələ milli kitabxana və muzey məsələsidir. Milli kitabxanamızı yaratmaq
və böyük şəhərlərdə bunun şöbələrini açmaq, öz mədəniyyət qaynaqlarımızdan başlayaraq
dünya mədəniyyətinə qədər nəşr olunmuş bütün kitabları həmin kitabxanalara paylamaq vacib
şərtdir. Hər sahədə də müzeylərimizin yaradılması da günün əsas məsələsidir.
XARAKTER FƏRDİ PSİXOLOJİ XÜSUSİYYƏT KİMİ
Elnur ƏSGƏRLİ
Qafqaz Universiteti
esgerli-elnur@inbox.ru
AZƏRBAYCAN
Xarakter insanın rəftar və fəaliyyətində özünü göstərən mühüm fərdi xüsusiyyətlərin
məcmusudur. O, şəxsiyyətin gerçəkliyə münasibətini ifadə edir. Xarakter problemi qədim za-
manlardan başlayaraq həkimlərin, filosofların, pedaqoqların diqqətini cəlb etmişdir.
Xarakteri müəyyən etmək üçün şəxsin xarici görünüşü, dərisinin rəngi, bədən və üzün
xüsusiyyətləri əsas ola bilməz. Ona görə ki, insanın dərisinin rəngi və üzünün gözəlliyi xarak-
terlə əlaqəsi olmayan xüsusiyyətdir.
İnsanın əsas fərdi-psixoloji xüsusiyyətlərindən biri də xarakterdir. Xarakterdən danı-
şarkən temperament və qabiliyyətdən fərqli olaraq əsasən adamın davranış və rəftarında özü-
nü büruzə verən xüsusiyyətlərə diqqət yetirilir. Xarakter deyərkən bu xüsusiyyətlərin məcmu-
su nəzərdə tutulur. Şəxsiyyətin hər bir xüsusiyyəti xarakter anlayışına daxil deyil.
Xarakter fərdi-psixoloji xüsusiyyət kimi əsasən fəaliyyət və ünsiyyət prosesində əmələ
gəlir. Xarakterin formalaşması əsas etibarı ilə müxtəlif sosial qruplarda insan münasibətlərinin
xüsusiyyətlərindən asılıdır.
Bütün bunlarla yanaşı olaraq xarakter insanın dünyagörüşü və əqidəsindən də bilavasitə
asılıdır. Bu asılılığı ifadə etmək üçün müasir psixologiyada münasibət anlayışından istifadə
edirlər. Adamın münasibətləri onun xarakter əlamətlərində öz əksini tapır. Bəzən elə olur ki,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1334
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
insan öz xarakterindən narazı qalır. Hətta münaqişə şəraitinə düşdükdə belə, başqa cür hərəkət
edə bilmir. Həmin insanlar bu cəhəti aydın başa düşərək, “xarakterim belədir” deyib özlərinə
haqq qazandırırlar.
Xarakter insanın əsəb sistemi ilə möhkəm əlaqədə olub, ətraf mühitin təsiri ilə forma-
laşır. İnsanın xarakter əlamətlərini onun özünə, öz əşyalarına, insanlara bəslədiyi münasibət əks
etdirir. Xarakter əlamətləri öz mənbəyini özünəhörmət hissindən götürməklə, ətraf aləmin
obyektlərinə münasibəti ifadə edir.
Xarakter insan psixologiyasında və insan şəxsiyyətinin inkişafında mühüm məsələlər-
dən biridir. Xarakter şəxsiyyətin inkişafında böyük rol oynayır. İnsanda xarakter irsidir.Ancaq
bununla yanaşı xarakter özündə sonradan qazanılma xüsusiyyətlərini də cəmləşdirə bilir.
Şəxsiyyətin xarakteri çoxcəhətli xüsusiyyətə malikdir. İnsan xarakterində müxtəlif özü-
nəməxsus əlamətləri müşahidə olunur ki, həmin əlamətlər də bir-birindən təcrid olunmuş şə-
kildə deyil, vəhdət halında birləşir və xarakterin vahid strukturunu yaradır.
Xarakterin insanın münasibətlərini ifadə edən əlamətləri vardır. Həmin əlamətlər aşağı-
dakılardır :
1. Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri.
2. İnsanın özünə münasibəti ifadə edən xarakter əlamətləri.
3. Əşyalara münasibəti ifadə edən xarakter əlamətləri.
4. Əməyə münasibəti ifadə edən xarakter əlamətləri
Qeyd etmək lazımdır ki, xarakterin strukturunu təşkil edən əlamətlər bir-biri ilə qanuna-
uyğun şəkildə bağlıdır və bir-birilə üzvi sürətdə əlaqədardır. Əgər adam qorxaqdırsa, bu düşün-
məyə əsas verir ki, həmin adam müstəqillik, əliaçıqlıq və s. keyfiyyətlərə malik ola bilməz.
Bununla yanaşı qorxaq olan adamda mütləq inamsızlıq, sünilik, satqınlıq və s. kimi əlamətlər
özünü göstərir. Ancaq bu əlamətlər arasında qorxaqlıq özünü daha çox göstərir.
MÜƏLLİM-ŞAGİRD KONFLİKTLƏRİ
Göyçək EMİNLİ
Qafqaz Universiteti
geminli@qu.edu.az
AZƏRBAYCAN
Ölkəmizdə start götürmüş geniş islahatçılıq hərəkatı çərçivəsində təhsil sahəsində də
mühüm dəyişikliklərin, yeniliklərin həyata keçirilməsi qaçınılmazdır.Təhsil sahəsində aparı-
lan islahatların, yenidənqurma işlərinin tək məqsədi var hər tərəfli inkişaf etmiş şəxsiyyət ye-
tişdirməkdir. Hazırda şəxsiyyətyönümlü təlim aparıcılıq təşkil edir. Bu prosesdə müəllim
şagird əməkdaşlığının xüsusi rolu vardır. Çünki, verilən biliklər, müasir texnologiyaların tət-
biqi nəticəyönümlülük, şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi, müstəqil işlərin
gücləndirilməsi nə qədər mühüm əhəmiyyət daşıyırsa bütün bunların müəllim şagird əmkdaş-
lığı şəraitində həyata keçirilməsi başlıca şərt olaraq meydana çıxır.
Şəxsiyyətlər arası münasibətlər pedaqoji prosesdə əhəmiyyətli rol oynayır. Məhz buna
görə də son illər təhsil ocaqlarında, təlim-tərbiyə prosesində təhsilin humanistləşdirilməsinin
mühüm şərtlərindən olan müəllim şagird münasibətlərinin düzgün qurulmasına xüsusi diqqət
yetirilir. Müəllim-şagird münasibətlərinin mərkəzində müəllim dayanır. Təlim şəxsiyyətləra-
rası münasibətlər vasitəsilə başlayır və bitir. Müəllim-şagird qarşılıqlı münasibətləri təlim və
tərbiyə məsələlərinin təşkilində önəmli rola malikdir.
Müəllim-şagird arasında müsbət münasibətlərlə, xoş ünsiyyət və qarşılıqlı əməkdaşlıqla
yanaşı, bəzən xoşa gəlməz hallar və xoşa gəlməyən münasibətlər də yaranır. Bu isə təlim pro-
sesinə böyük mənfi təsir edir, şagird təlim-tərbiyə prosesindən geri qalır və ya uzaqlaşdırılır,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1335
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ya da əksinə müəllim dərsin təşkilində problemlər yaşayır, sinifdə mənfi aura və demokratiya-
ya zidd bir mühit formalaşır. Təbii ki, biz bu yaranan konfliktlərdə təkcə müəllimi günahlan-
dıra bilmərik, şagirdlərin də konfliktlərin yaranmasında öz payı var.
Müəllim-şagird arasında yaranan konfliktlərin səbəblərini iki qismə ayırmaq olar:
- Şagirddən qaynaqlanan səbəblərlə yaranan konfliktlər
- Müəllimdən qaynaqlanan səbəblərlə yaranan konfliktlər
Şagirdlərdən qaynaqlanan problemlər əsasən psixoloji və ailədən gələn səbəblərə
bağlıdır. Ata və ya ananın vəfatı, ayrılması və ya ailədə uşağa qarşı olan şiddət, iqtisadi vəziy-
yətin aşağı və ya əksinə yüksək olması və s. kimi səbəblərə görə uşaqlarda aqresivlik, həvəs-
sizlik və ya özünə qapanma halları ola bilər. Bütün bunlar isə müəllim üçün sinfin idarəsinin
təşkili və tədris zamanı problemlərin yaranmasına səbəb ola bilər.
Müəllimdən qaynaqlanan səbəblər isə çoxdur. Bu yazımızda çalışacağıq bir neçəsini diq-
qətinizə çatdıraq. Ancaq araşdırma zamanı müəyyənləşdirdik ki, ən çox konfliktlər sinfin idarə-
sinin təşkili zamanı ortaya çıxır. Müəllimlik peşəsinin ən çətin tərəfi sinfin idarə edilməsidir.
Müəllimyönümlü ənənəvi təhsildə sinifdə səssizlik yaratmaq və qaydalara əməl etmək
sinfin idarə edilməsi olaraq qəbul edilirdi. Əgər bir sinifdə müəllim izah edir və şagirdlər də
onu səssizcə dinləyirdilərsə, müəllim sinfin idarə edilməsində uğur qazanmış hesab olunurdu.
Sinifdə nizam-intizamı qorumaq üçün müəllimlər çox vaxt cəza və şiddətə üstünlük verirdilər
və ailələr də bu üsula qarşı deyildilər. Hətta valideyinlər şagirdi müəllimə təhvil verdikləri
zaman bir söz işlədirdilər “əti sənin sümüyü mənim” bircə övladımız oxusun. Bu isə müəllimə
bəzən öz peşəsindən sui-istifadə edərək şagirdlərə daha cox şiddət göstərməsinə səbəb olurdu.
Müasir təhsil sistemindəki şagirdyönümlü təlimdə isə sinfin idarəsi deyildikdə ilk ağla
humanistcə hazırlanmış nizam-intizam qaydaları gəlir. Humanist nizam-intizam qaydalarının
məqsədi köməyə və əməkdaşlığa qapalı, aqressiv, özünü idarə edə bilməyən, uğursuzluğunun
səbəbini başqalarında görən, məsuliyyətsiz, qaydalara əməl etməyən, ev tapşırıqlarını yerinə
yetirməyən, yalan danışan, dərsi dinləməyən, məktəbi sevməyən şagirdləri tərbiyələndirməkdir.
Müəllimdən qaynaqlanan səbələrin təməlini sinfin idarəsi təşkil etdiyi üçün ona diqqəti
daha cox ayırdıq. Müəllimdən qayaqlanan digər kiçik səbələr də var ki, bura müəllimin şəxsi
problemləri, dərsə hazırlıqsız gəlməsi, aqressivliyi, şagirdin valideyinlərinə olan antipatiyası-
və s. kiçik səbələri aid edə bilərik. Məhz bunları nəzərə alaraq müəllimlərə bu problemləri
aradan qaldırmaqda kömək olacaq bir neçə məsləhət vermək istərdik.
1. Şagirdlərə özünü sevdirməyi bilməlidir. Əgər şagirdlə müəllim arasında güvənə
əsaslanan bir münasibət varsa sinfi idarə etmə asanlaşır. Şagirdlər sevdikləri müəllimlə
əməkdaşlıq edirlər. Müəllimini sevən bir şagird onun dərsini də həvəslə hazırlayır.
2. Sinfin nizam intizamını pozan şagirdlərə belə müsbət münasibət göstərməlidir.
Ən dəcəl şagirdlər belə onlara dəyər verən müəllimlərin sözlərini dinləyir və onlara hörmət
edirlər.
3. Şagirdləri rəhbərliyə, ata və anaya şikayət etməməli. Sinfin idarəsini nəzarətdə
saxlamaq ilk olaraq müəllimin cavabdehliyindədir. Müəllimlər bəzən sinfin nizam- intizamını
pozan şagirdləri rəhbərliyə və ya ata və anasına şikayət etməyi üstün tutur. Bu isə müəllimin
təcrübəsizliyinin və pedaqoji ustalığının zəif olduğunun göstəricisidir. Belə hal baş verdiyi
zaman şagirdlərdə və valideyinlərdə bu tip müəllimlərə qarşı müsbət fikir formalaşmaz.
4. Müəyyən şagirdlərə xüsusi münasibət göstərməkdən çəkinməlidir. Müvəffəqiy-
yətli şagird qədər müvəffəqiyyətsiz şagirdin üzərində də müəllimin məsuliyyəti var. Bəzi
müəllimlər tez başa düşən, hörmətcil və çalışqan şagirdlərə sinifdə lazımından çox diqqət ayı-
rır. Müəllimin bu mövqeyi və hərəkəti gec anlayan, zəif uşaqlarda dərsə və müəllimə qarşı
mənfi hisslərin yaranmasına səbəb ola bilir.
5. Tədris zamanı müxtəlif, fərqli təlim metod və üsullarından istifadə etməli. Səhv
seçilən təlim metodu şagirdlərin sıxılmasına və dərsdə istənilməyən davranışlar nümayiş et-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1336
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
məsinə səbəb ola bilər. Şagirdlərin dərsə maraq göstərmədiyini görən müəllim onları günahlan-
dırmağın yerinə onların fikrilərinə qulaq asaraq öz metodlarını dəyişə bilər. Və s.
Beləliklə yuxarıda qeyd etdiklərimizdən bu nəticəyə gəlirik ki, müəllim-şagird konflik-
tləri probleminin həllində müəllimin pedaqoji ustalığı əsas rol oynayır.
V-VI SİNİFLƏRDƏ MONOLOJİ ŞİFAHİ
NİTQİN ÖYRƏDİLMƏSİ VƏZİYYƏTİ
Dostları ilə paylaş: |