314
2.4.
İstehlakçının hüquqları:
2.4.1. bu Müqavilə ilə müəyyən edilmiş təzyiqdə, həcmdə və dövlət standartlarına uyğun keyfiyyətdə
fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsini Paylayıcıdan tələb etmək;
2.4.2. Paylayıcı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu
hallarda, həmin halların aradan qaldırılmasını ondan tələb etmək;
2.4.3. qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq
qaydada rəsmiləşdirildikdən sonra bir iş günü müddətində qazın verilməsinin bərpa edilməsini
Paylayıcıdan tələb etmək;
2.4.4. qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğusuna texniki baxış keçirmək
üçün Paylayıcıdan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrindən tapşırıq sənədinin
surətini tələb etmək;
2.4.5. qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini Paylayıcıdan
tələb etmək;
2.4.6. Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş
vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb
etmək;
2.4.7. bu Müqavilənin şərtlərindən irəli gələn və qazdan istifadəni tənzimləyən aktlarda nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
Dostları ilə paylaş: