Qazlar. Qazların ümumi xassələri. Qazın təzyiqi və qazın təzyiqinin ölçülməsi. Sadə qaz qanunları



Yüklə 1,57 Mb.
səhifə2/10
tarix31.01.2023
ölçüsü1,57 Mb.
#82041
1   2   3   4   5   6   7   8   9   10
qazlar

Qazların xassələri. Qaz təzyiqi.

Qazların xassələri. Qaz təzyiqi.

Qazların bəzi xüxusiyyətləri hər kəsə tanışdır. Qazlar verilən qabın formasını alır və qabın bütün həcmi boyunca yayılır. Bir qaz digər qazın daxilində yayıla bilir və istənilən nisbətdə qarışır. Qaz molekullarını gözlə görə bilməsək də bəzi rəngli qazların varlığını görə bilirik (şəkil 6-1). Hidrogen, metan kimi bəzi qazlar yanıcı qazlardır. Bəzi qazlar isə məsələn helium, neon kimi kimyəvi cəhətdən neytraldırlar. Qazların fiziki xüsusiyyətləri dörd xassə ilə müəyyən edilir: Bu xassələr qazların maddə miqdarı (mol ilə) və həcmi, temperaturu və təzyiqi kimi göstərilə bilər. Əgər biz bu kəmiyyətlərdən üçünü bilsək riyazi hesablamalarla digər bilinməyəni tapa bilərik. Bunun üçün hal tənliyi adlanan hesablamalardan istifadə olunur. Qazların temperatur, həcm, maddə miqdarı kimi xassələri ilə daha əvvəl müəyyən qədər tanış olmuşuq indi isə təzyiq haqqında anlayışları bilməliyik.

 

 

 

◄Şəkil 6-1. Qaz halında olan üç halogen.

Qəhvəyi-qırmızımtıl qaz Br2, yaşımtıl sarı rəngdəki qaz Cl2, dibində mayesi olan bənövşəyi qaz isə I2 –dur. Lakin CO2, H2, O2, N2, CO kimi tanıdığımız bir çox qazlar rənksizdir.

 

 

 

Təzyiq anlayışı.

Təzyiq anlayışı.

Şarı hava ilə doldurduqda şar şişir. Bəs şarı o vəziyyətdə saxlayan nədir? Hər kəs tərəfindən qəbul edilmiş nəzəriyyəyə əsasən qaz molekulları daim hərəkətdədir. Hərəkət zamanı onlar bir-biriləri və qabın divarı ilə toqquşurlar. Bu toqquşma zamanı qaz molekulları qabın divarına müəyyən bir qüvvə ilə təsir edir. Bu qüvvə şarı şişirdilmiş vəziyyətdə saxlayır. Qazın əmələ gətirdiyi bütün qüvvələri nəzərə almaq və hesablamaq heç də asan deyil. Bunun əvəzinə qaz təzyiqini əsas götürmək daha məqsədə uyğundur. Səthə perpendikulyar təsir edən qüvvənin bu səthin sahəsinə olan nisbətinə təzyiq deyilir. Yəni təzyiq vahid səthə təsir edən qüvvədir. Şəkil 6-2`də bərk maddənin əmələ gətirdiyi təzyiq göstərilib.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin