Bir-birinə qoşulmuş bütün qablar eyni hündürlükdədir.
Buna görə də müxtəlif forma və
həcmə malik olmalarına baxmayaraq
bir-birinə birləşmiş bütün qablarda təzyiq bərabərdir.
Barometrik təzyiq.
Barometrik təzyiq.
1643-cü ildə Evangelista Torricelli atmosferin yaratdığı təzyiqi ölçmək üçün şəkil 6-4`də göstərilən barometr adlanan qurğunu tərtib etdi.
Hər iki tərəfi açıq, şüşə borunu civə ilə dolu qaba şaquli istiqamətdə yerləşdirdikdə(şək.6-4a) borunun içindəki və xaricindəki civənin səviyyəsi eyni olacaq. Şüşə borunun bir tərəfini möhürləyib ağzına qədər Hg(m) ilə doldururuq. Borunun açıq tərəfini qapadıb onu çərisində Hg(m) olan qaba yerləşdiririk. Daha sonra borunun Hg(m) olan qaba yerləşdirdiyimiz qapadılan ağzını açırıq. Bu zaman şüşə borudakı civə müəyyən bir səviyyəyə qədər azalacaq, qabdakı civəyə qarışacaq (şəkil 6-4b). Görünür ki, şüşə borunun içərisindəki civə səviyyəsinin borunun xaricindəki qabdakı civə səviyyəsindən daha çox olmasını təmin edən nə isə var. Bəziləri buna borunun daxilindəki hansısa bir qüvvənin səbəb olduğunu düşünürdü. Lakin Torricelli anlamışdı ki, bu qüvvə şüşə borunun xaricində əmələ gələn qüvvədir.
Bir ucu açıq olan şüşə boruda (şək. 6-4a) borunun xaricində və daxilində atmosfer civənin səthinə eyni dərəcədə təzyiq göstərir. Buna görə də mayelərin səviyyələri eyni olur. Ucu qapalı borudakı (şək. 6-4b) civənin uzərində hava yoxdur(yalnız az miqdarda civə buxari var). Atmosfer yalnız borunun yerləşdiyi qabdakı civənin səthinə təsir göstərir. Atmosferin göstərdiyi bu qüvvə mayenin daxilindən keçərək civə olan borunu tutur. Boru isə civənin hündürlüyündən və sıxlığından aslı olaraq aşağıya yönələn təzyiq yaradır. Civə sütununun dibində yaranmış bu təzyiq ilə atmosferin göstərdiyi təzyiq bərabərləşdikdə borudakı Hg(m) hündürlüyünün dəyişməsi dayanır.
◄Şəkil 6-4.Civə barometri ilə atmosfer təzyiqinin ölçülməsi.