Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 374,31 Kb.
səhifə62/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   58   59   60   61   62   63   64   65   ...   113
İşgüzar -A5 (1) 2003

Ravvinlər
Qüds məbədi dövründə iudaizmdə ruhanilik mövcud idi. Lakin artıq e.ə. birinci əsrə yaxın Müqəddəs kitabın və yəhudi Qanununun biliciləri, dindarlara dini ehkamları izah edən və tövsiyələr verən dini müəllimlər institutu formalaşır. Ravvin (ravvi yəhudi dilində “müəllimim” deməkdir) – müəllimlər yəhudilərin bütün həyatına rəhbərlik edirlər.
Hal-hazırda da ravvinlər yəhudi icmalarına başçılıq etsələr də, bu daha çox ruhani müəllimlik xarakteri daşıyır. Böyük icmalar ravvinə maaş ödəməklə onu daimi xidmətə dəvət edirlər. Ravvin müəllim, xətib funksiyalarını icra edir: o, gündəlik həyatda dini ehkamların tətbiqi ilə bağlı məsləhətlər verir. Ravvinlərin vəzifələrinə kəbinin kəsilməsi, yasın keçirilməsi və s. təntənəli dini mərasimlərin təşkili də daxildir. Bu zaman ravvin ruhani vəzifələrini icra etmir və onunla icmanın sıravi üzvü arasında kəskin fərqlər yoxdur. Sinaqoq ibadətində ravvin dua etmədə digər dindarlarla birgə iştirak edir, o yalnız Əhdi-ətiq və Tövratı daha dərindən bilməsi ilə seçilir. O, icmaya rəhbərliyi də həyata keçirmir, bu vəzifələri adətən könüllü olaraq icmanın üzvləri – dünyəvi şəxslər öz üzərinə götürür.
Dünyanın müxtəlif ölkələrində ravvinlərin mövqeyi və vəzifələri fərqli ola bilər. Belə ki, İsraildə ravvinlər dövlət vəzifəli şəxslərdir. Onlar vəzifələrinə, ali ravvinlərə din işləri üzrə nazirlik tərəfindən təsdiqlənir və öz üzərlərinə vacib dövlət və məhkəmə funksiyalarının bir hissəsini götürürlər.
İudaizm daxilində müxtəlif cərəyanlara məxsus olan ravvinlərin mövqeyi və ənənələrində də fərqlər mövcuddur. Belə ki, əgər ortodoksal iudaizmdə ravvin yalnız kişi ola bilərsə, islahatçı və mühafizəkar iudaizmdə ravvin vəzifəsini qadın da tuta bilər. Xasid icmasına başçılıq edən ravvin xüsusi mövqeyə malikdir: onu çox vaxt xüsusi dindarlıq və mömünlüklə fərqlənən insan – tsaddik qismində nəzərdən keçirirlər.
Aparıcı xasid ravvinlərinin xüsusi mistik gücə malik olduğunu düşünürlər. Onların məsləhət və göstərişlərinə gündəlik və dini həyatın bütün məqamlarında mübaliğəsiz əməl edirlər.
Müxtəlif rütbəli ruhanilərlə ünsiyyətdə müəyyən etiket normaları mövcud olan digər dinlərdən fərqli olaraq, iudaizmdə bu cür qaydalar yoxdur. Sadəcə hərdən ravvinə adı ilə müraciət edəndə “rabbi” sözünü əlavə edirlər.



Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin