SəFƏVİLƏr döVLƏTİ


Azərbaycan Səfəvilər dövlətinin dağılması və



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə69/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   65   66   67   68   69   70   71   72   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Azərbaycan Səfəvilər dövlətinin dağılması və
Osmanlı imperiyasının Azərbaycanı istila etməsi
Həmzə Mirzənin ölümündən sonra Səfəvilər dövlətini
fəlakətə gətirib çıxarmış ara müharibələri və feodal özbaşınalığı
dövrü başlanır.
Şah Məhəmməd Xudabəndə dövlət işlərini öz əlinə almaq və ölkəni
yaxınlaşmaqda olan daxili parçalanmadan və genişlənən düşmən
işğalından xilas etmək üçün cəhdlər göstərdi. Lakin bu vəzifə


233
özünün azyaşlı oğlanları ilə qızılbaş əyanlarının əlində oyuncağa
çevrilmiş, zəif iradəli şahın bacaracağı iş deyildi. Əyanların
özlərinin və bir-biri ilə düşmənçilik edən dəstələrinin arasında
çəkişmə başlandı. Həmzə Mirzənin ölümündən dərhal sonra əmirlər
onun iradəsinin əksinə olaraq Şah Məhəmmədi, oğlu Abutalıb
Mirzəni varis kimi tanımağa məcbur etdilər. Məlumdur ki, bu, on
üç yaşlı oğlanın adından dövləti özlərinin idarə etməsi məqsədi ilə
edilmişdi. Hakimiyyət əslində şahzadənin lələsi Əliqulu xan Fəth
oğlu Ustaclının və İsmayılqulu xan Şamlının əlinə keçdi ki, onlar
da yüksək vəzifələri öz qohumları arasında bölüşdürdülər
Həmzə Mirzənin ölməsi və saraydakı yeni təyinatlar xəbəri
əyalətlərdə həyəcanlara və qiyamlara səbəb oldu.Qızılbaş əmirləri
arasında Şah Məhəmmədin simasındamərkəzi hakimiyyətlə
hesablaşan adam çətin tapılardı. Qızılbaş əmirlərinin əsas kütləsi
Qəzvin sarayından üz döndərib Abbas Mirzəni şah kimi irəli sürən
Xorasan əmirlərinin tərəfinə keçdi.Keçmişdə Abbas Mirzənin
düşməni və şah sarayına münasibətdə müsbət mövqedə olmuş
Murtuzaqulu xan Pornak türkman tayfası ilə, Kaşan hakimi
Məhəmməd xan Türkmanın oğlu Vəlican xan, əfşar tayfasından
olan Kirman və Yəzd hakimləri, İsfahanda və Kuh Giluyədə
hakimiyyətdə olan ərəşli və əfşar tayfalarının əmirləri onların
arasında idi. Farsda zülqədər tayfasının başçıları özlərini Abbas
Mirzənin tərəfdarları elan edərək, onlara Şah Məhəmməd
tərəfindən təyin olunmuş hakimi, Şiraz şəhərinin girəcəyində
öldürdülər. İskəndər bəy Münşinin dediyinə görə, Azərbaycanın
cənub hissəsində özbaşınalıq o dərəcəyə çatdı ki, feodallar “özlərini
şahın fərmanı və hökmü ilə bağlı hesab etməyərək” vilayətlərdə
hakimiyyəti ələ keçirməyə başladılar.Burada, habelə Səfəvilər
dövlətinin digər vilayətlərində - İraq, Fars, Kirman, Kuh Giluyə və
Xuzistanda hərbçi adamların (“sipahiyan”) hökmranlığı üzündən
rəiyyətin vəziyyəti tamamilə pisləşdi
252
.


234
Türk komandanlığı Həmzə Mirzənin ölümündən, kəskin
ziddiyyətlərinqızılbaş əmirlərinin çəkişmələrinin didib parçaladığı
Səfəvilər dövlətinin ağır daxili vəziyyətindən tezliklə istifadə etdi.
Təbrizdəki türk qalasının qalabəyisi Cəfər paşa Təbrizdən çıxaraq,
nəinki onun ətrafındakı yerləri, habelə Azərbaycanın cənub
haissəsindəki bir çox əraziləri də ələ keçirməyi mümkün saydı
253
.
Kürd əmirlərinin köməyi ilə Cəfər paşa Ərdəbildən Təbrizə hərəkət
edən qızılbaş dəstəsini darmadağın edib geri çəkilməyə məcbur etdi.
Düşmənin bu müvəffəqiyyəti Qaradağ hakimi Xəlifə Ənsarın oğlu
Şahverdi xanın xəyanət etməyinə gətirib çıxardı. O, sultana öz
itaətkarlığını bildirdi. Bunun nəticəsində Ordubad, Mərənd, Dizmar,
Gərgər və qonşuluqdakı ərazilər Cəfər paşanın əlinə keçdi
254
. Yenə
də hicri 996 (1588)-cı ildə Sinan paşa (Cığal oğlu) otuz minlik
qoşunla Bağdaddan Həmədana yeridi və qızılbaşların tərk etdiyi
Nəhavəndi döyüşsüz ələ keçirdi. Sinan paşa qalada iki min nəfərlik
hərbi hissə yerləşdirərək geri qayıtdı. Qızılbaşların qalanı geri
qaytarmaq cəhdi uğursuzluqla nəticələndi. Onlar məğlubiyyətə
uğradılar. Başçıları olan Həmədan bəylərbəyisi Qorxmaz xan Şamlı
isə əsir düşdü
255
.
Bu zaman sultan qoşunları o vaxta kimi Məhəmməd xan Ziyad
oğlu Qacarın əldə saxladığı Qarabağı tutdular. Gürcüstandan keçib
gələn Fərhad paşa Gəncə və Bərdəyə daxil oldu, burada da Osmanlı
hərbi hissəsini yerləşdirdi. Qarabağ Osmanlı qoşunları tərəfindən
talan edildi. Türklərin darmadağın etdiyi qacar və iyirmi dörd
tayfaları Arazın cənub sahilinə geri çəkildilər. Bunun ardınca
Naxçıvan tutuldu
256
.
Beləliklə, 1586-1589-cu illərdə demək olar ki, bütün
Azərbaycan tədricən Sultan III Muradın orduları tərəfindən tutuldu.
Özbək hakimlərinin Xorasana basqınları türklərin
müvəffəqiyyətlərinin əhəmiyyətli dərəcədə yüngülləşdirmişdi.
Qəzvində hakimiyyətə gələn Səfəvi şahı I Abbas dövlətin ağır
vəziyyətə düşdüyünü nəzərə alaraq, Osmanlı Türkiyəsi ilə hələ


235
Həmzə Mirzənin başlamış olduğu sülh danışıqlarını davam
etdirməyə tələsdi. Səfəvilər özlərinin qalan mülklərini saxlamaq
üçün sultanın sərt sülh şərtlərini qəbul etməyə məcbur oldular.
1590-cı il İstanbul sülhünə görə Azərbaycandan
257
əlavə, Cənubi
Qafqazın digər əraziləri, hyabelə İranın qərb vilayətləri (Nəhavənd,
Luristan, Şəhrizur) Osmanlı Türkiyəsinə verildi
258
.
Beləliklə, XVII əsrin əvvəllərinə qədər davam etmiş Osmanlı
Türkiyəsi tərəfindən Azərbaycanın istilası zamanı Azərbaycan
nəhayətsiz müharibələrdə tamamilə talan edildi və müflisləşdi,
ölkənin iqtisadiyyatı sarsıldı. Türk feodallarının ölkədə 20ilə yaxın
ağalıq etməsi onun sərvətlərinin talan edilməsinə, iqtisadi həyatın
tam şəkildə pozulmasına gətirib çıxardı. Buna görə də Azərbaycan
I Şah Abbas tərəfindən geri alındıqdan sonra da Səfəvilər dövləti
sistemində özünün əvvəlki aparıcı sosial-iqtisadi rolunu saxlaya
bilmədi. Bu rol İranın daxili vilayətlərinə keçmiş oldu.
Bundan başqa, Azərbaycan feodal əyanları və qızılbaş tayfaları
xarici və daxili müharibələr gedişində öz tərkiblərinin xeyli
hissəsini itirərək xeyli zəiflədilər. Azərbaycan feodalları XVII
əsrdə Səfəvilər dövlətində özlərinin əvvəlki, hökmran mövqelərini
saxlaya bilmədilər və İran feodalları tərəfindən sıxışdırıldılar. Buna
baxmayaraq onlar mərkəzi hökumətin daim hesablaşmağa məcbur
olduğu zəhmli qüvvə kimi qalmaqda davam etdilər.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin