ATA
Səsləyirəm, səs vermirsən,
Dar günümə dayaq ata.
Sən olmusan əzəl gündən,
Həyatıma mayaq, ata.
Dünya zülmət mən fağıra,
Günəş gündüzü çağıra...
Üz tutduğum hər cığıra,
Oldun nurlu çıraq, ata.
Gül qalmayıb gülzarında,
Xiridar yox bazarında.
Şirurəyəm, məzarın da –
Düşüb məndən uzaq, ata.
Sərraf Şiruyə
244
DƏRDİ VAR
Dərdsiz insan tapammazsan,
Hər insanın öz dərdi var.
Əyrilərin əyri dərdi,
Düzlərin də düz dərdi var.
Dolansa da harın-harın,
Dərdi çoxdur varlıların.
Məzlumların, kasıbların,
Odun, ocaq, köz dərdi var.
Yada qaldı isti soba,
Geniş yaylaq, təmiz hava.
Vətən, torpaq, mahal, oba,
Şiruyənin yüz dərdi var.
BİR SƏN OLDUN
Yön çеvirən uca dağlar qoynuna,
Bir sən oldun, bir mən oldum, bir də dost.
Yol uzunu şirin söhbət içində,
Bir sən oldun, bir mən oldum, bir də dost.
Qanad aldıq arzu, istək, diləkdən,
Uzağıydıq onda hiylə, kələkdən.
Məclis qurub, sağlıq dеyən ürəkdən,
Bir sən oldun, bir mən oldum, bir də dost.
|