Sərraf Şiruyə
244
DƏRDİ VAR
Dərdsiz
insan tapammazsan,
Hər insanın öz dərdi var.
Əyrilərin
əyri dərdi,
Düzlərin də düz dərdi var.
Dolansa da harın-harın,
Dərdi çoxdur varlıların.
Məzlumların, kasıbların,
Odun, ocaq, köz dərdi var.
Yada qaldı
isti soba,
Geniş yaylaq, təmiz hava.
Vətən, torpaq, mahal, oba,
Şiruyənin yüz dərdi var.
BİR SƏN OLDUN
Yön çеvirən uca dağlar qoynuna,
Bir sən oldun, bir mən oldum, bir də dost.
Yol uzunu şirin söhbət içində,
Bir sən oldun, bir mən oldum, bir də dost.
Qanad aldıq arzu, istək, diləkdən,
Uzağıydıq onda hiylə, kələkdən.
Məclis qurub, sağlıq dеyən ürəkdən,
Bir sən oldun, bir mən oldum, bir də dost.