Susma, ürək…
243
Hakimim olubdu müqəddəs Quran,
Səcdəgah bilmişəm mən onu hər an.
Qanımda xəyanət olmadığından,
Özgədən xəyanət ummamışam mən.
Sərraf Şiruyəyəm, kin, küdrət, xətər,
Uzaqdı qəlbimdən dünyalar qədər.
Sеvmişəm sеvgimi Məcnundan bеtər,
Ötəri məhəbbət ummamışam mən.
Dostları ilə paylaş: