Sərraf Şiruyə
238
BİLSƏM
Qoruna bilərəm yad kimsələrdən,
Özümü-özümdən qoruya bilsəm.
Aqil sayılaram eldə, obada,
Başımı sözümdən qoruya bilsəm.
İsmətdən salıbdı zaman üzləri,
Yola gətirəydi güman, üzləri,
Qoçağam, bedasıl, yaman üzləri,
Tanıyıb, üzümdən qoruya bilsəm.
Sərraf Şiruyəyəm, ömür-gün yarı,
Heyif ki, uzaqdı arzu yolları.
Belə ah çəkməzdim, nanikorları,
Odumdan, közümdən qoruya bilsəm.
KÜSƏRMİ
O dağların güllərindən pay uman,
Çiskinindən, dumanından küsərmi?
Nur saçırsa yaxşıları yoluna,
Qarşı çıxan yamanından küsərmi?
Naz-qəmzə dediyin bəzək, yaraşıq,
Məzə məclisində yar olar aşıq.
Ötəri söz üçün həqiqi aşiq,
Can dediyi cananından küsərmi?
|