Susma, ürək…
235
QOY YAZSIN COCUQ
“A”, “L”, “H” hərfi öyrədin əvvəl,
İlkin “Allah” sözü qoy yazsın cocuq.
Allahı tanısın anadan qabaq,
Səvab, günah sözü qoy yazsın cocuq.
Sonra yazsın ata, ana, vətəni,
O vətən ucaldır məni, həm səni.
Cocuğa dərs verib, təlim deyəni
Şah bilib, şah sözü qoy yazsın cocuq.
Nur verin cocuğun əqidəsinə
Gərəkli böyüsün öz ölkəsinə.
Elmin hər bəndinə, hər kəlməsinə,
Nurlu sabah sözü qoy yazsın cocuq.
AY ALLAH
Dərd alovdu – könlümə
Sərinlik ver, ay Allah.
Hər acının dalınca,
Şirinlik ver, ay Allah.
Dönüb çarxı zamana,
Hamı düşüb gümana.
Özün əhdə, peymana –
Dərinlik ver, ay Allah.
|