Sərraf Şiruyə
236
Şükürlər qüdrətinə,
Kərəm qıl xilqətinə.
Bədlərin niyyətinə –
Düyünlük ver, ay Allah.
ANALAR
Şirin yuxu tapsın deyə körpəsi,
Layla çəkib, yüz dil tökər analar.
Səhərəcən beşiyinin başında,
Əsgər kimi keşik çəkər analar.
Hey qəmlənər övlad qəmli baxanda,
Ürəyini həsrət, hicran sıxanda.
Oğlu nankor, qızı bədsoy çıxanda,
Peşman-peşman boynun bükər analar.
İstiyər ki, ayrılmasın yanından,
Ayrı düşsə, çıxmaz həsrət donundan.
Lazım gəlsə pay da çıxar canından,
Cehiz verər, ev də tikər analar.
1970-ci il.
|