Susma, ürək…
233
Hey baxdıqca baş daşına,
Dönürəm qəm sirdaşına.
Şiruyənin göz yaşına,
Ay yaraşan qardaşlarım.
1997-ci il.
DEYƏ-DEYƏ
Eldən dərs alasan, gərək el üçün,
Yaşayıb öləsən el deyə-deyə.
Gülə sərf eyləyər bülbül ömrünü,
Köçər bu dünyadan gül deyə-deyə.
Cəsarət odur ki, zirvələr aşa,
Sel kimi kükrəyə, daşqıntək daşa.
Elin hörmətiylə çəkilə başa,
Xainə, xəbisə öl deyə-deyə.
Tarix yaddaşında saxlaya onu,
Hər könül könlünə bağlaya onu,
Əzizi ölmüştək ağlaya onu,
Hər oba, hər mahal dil deyə-deyə.
El dərdinə yandı, közü ağladı,
Şiruyənin qəlbi, gözü ağladı,
Qələmi ağladı, sözü ağladı,
Bütün insanlara gül deyə-deyə.
|