Susma, ürək…
239
Yaxşı, pisi ələməzmi Şiruyə,
Şirin dilək diləməzmi Şiruyə.
Hər nə desə eləməzmi Şiruyə,
O qaşları kamanından küsərmi?
NEYLƏYƏ BİLLƏM
Yaxşılıq əkirəm, yamanlıq bitir,
Qismətim belədi, neyləyə billəm.
Pislik edənə də edirəm xətir,
Xislətim belədi, neyləyə billəm.
Özüm də bezaram öz günahımdan,
Mərhəmət umuram bir Allahımdan.
Seçə bilməyirəm yadı qohumdan,
Niyyətim belədi, neyləyə billəm.
Şiruyəyəm, həyat, ömür bir anlıq,
Bu gün bu yanlığam, sabah o yanlıq.
Nə bədlik bilirəm, nə də yamanlıq,
Adətim belədi, neyləyə billəm.
|