– Azərbaycanda təhsil alan tələbələrlə əlaqələriniz
necədir?
– Təbii ki, həm qrup yoldaşlarımla, həm də məndən
əvvəl universiteti bitirmiş dostlarımla keçdiyimiz
dərsləri bölüşürük. Mən ABŞ-da olanda mənim
oxuduğum İqtisad Universitetində məndən bir neçə il
əvvəl Xüsusi İstedadlar Qrupunu bitirmiş bir
həmvətənimlə görüşdüm. Hal-hazırda Nyu-Yorkda
çalışır. Onun mənə verdiyi məsləhətlər mənim üçün
çox dəyərli oldu. O cümlədən istedadlı dostlarımdan
biri İsveçdə magistratura pilləsində təhsil alır. Təbii
ki, fikir mübadilələrimiz olur. Azərbaycanda da bəzi
qrup yoldaşlarımız var ki, böyük beynəlxalq
şirkətlərdə çalışırlar, onlarla da elmi mübadilələrimiz
olur.
Dostları ilə paylaş: |