83
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
Professor Aida İmanquliyeva
Yaradıcılığının Hermenevtik Mahiyyəti
Bu məqalədə professor Aida İmanquli yeva nın
əsərlərinə istinad edərək onun yaradıcılığının
hermenevtik aspektlərini və bəzi fəlsəfi-ədəbi
çalarlarını şərh etməyə səy göstərəcəm. Ümidvaram
ki, bu fəlsəfi şərh gələcəkdə mütəfəkkir xanım
alimimizin yaradıcılığının əhatəli tədqiqində ip ucu
olaraq öz töhfəsini göstərəcəkdir. Məhz hər hansı bir
mövzuda yazılan məqalələrin də mahiyyət olaraq
funksi yası müəyyən işarə və ip ucları ilə mövzunun
elmi aktuallığını vurğulamaqdan ibarətdir.
Əvvəlcə onu qeyd edim ki, Aida xanımla
sağlığında görüşmək və elmindən bəhrələnmək mənə
nəsib olmasa da, qismətimdə Aida xanımın “Yeni
ərəb ədəbiyyatı korifeyləri” kitabını 2007-ci ildə
İstanbulda “Modern Arap Edebiyatının Usta Kalem -
leri” adı altında tərcümə etmək mənə nəsib olmuşdur.
Məhz Aida xanım bu kitabı son dərəcə elmi ciddiy -
yətlə və ədəbi-fəlsəfi dərinliklə yazdığı üçün gənc bir
alim olaraq mənim yetişməmə də böyük təsir göstər -
miş və hal-hazırda da göstərməkdədir. Qeyd olunan
kitabın Türk dilinə tərcümə edilməsindən 6 il
ötməsinə baxmayaraq, kitab ərəb ədəbiyyatı, xüsusilə
şərq-qərb münasibətlərini tədqiq edən alimlər və
tədqiqatçılar üçün Türkiyədə də öz aktuallığını qoru -
yub saxlamaqdadır. Məhz müxtəlif məqalə lərdə Aida
xanımın bu kitabı elmi mənbə olaraq istifadə
olunmaqdadır.
Məqalənin adında qeyd olunan “üfüqlərin
qovuşması” (fusion of horizons) və “hermenev tika”
ifadələri 20-ci əsrin məşhur filosofu H.Qade merin
tərəfindən hermenevtikanı izah edərkən ortaya atdığı
fəlsəfi baxış tərzidir. Qısaca olaraq bu baxış tərzinə
görə, ümumiyyətlə, insanlar bir-birlərini qavrama və
anlama prosesində özlərinə aid anlayışlarını, yəni
üfüqlə
rini bölüşərək və qovuşduraraq mövzuları
müza kirə edir və bir-birlərini anlayırlar. Məhz bu
mövzu geniş mənada həm fəlsəfədə, həm də
ədəbiyyatda müxtəlif aspektlərdən aktuallıq kəsb edir.
Aida xanımın əsərlərini tədqiq etdiyimizdə də belə bir
baxış tərzi ilə rastlaşırıq. Belə ki, Aida xanım öz
ifadələri ilə millət və xalqların ədəbiyyatlarının
hermenevtik əlaqəsini belə izah edir: “Dünyanın
müxtəlif bölgələri arasındakı qarşılıqlı əlaqələr
sayəsində hər bir milli ədəbiyyatın nailiyyəti başqa,
hətta məkan etibarı ilə uzaq ədəbiyyatların da
nailiyyətinə çevrilir...istənilən xalqın mədəniyyəti
xaraktercə mili olub, ümumbəşəri nailiyyətlərlə
qırılmaz surətdə bağlıdır”.
Ümumiyyətlə, Aida İmanquliyevanın yaradıcı
-
lığında hermenevtik metodologiya baxımından
elmlərarası təhlillər və ya müasir fəlsəfədə aktual
mövzulardan hesab olunan interdissiplinar-
multidissiplinar baxış tərzlərinin tətbiq olunduğuna
rast gəlmək mümkündür. İmanquliyeva klassik ərəb
ədəbiyyatına dair yazdığı bir məqalədə real həyat,
bədii əsər və etik qaydalar fonunda məsələni belə
qiymətləndirir: “İbn Həzmin qayğısız gənclik illərinin
xatirəsi olan “Göyərçinin boyunbağısı” həm müstəqil
bədii əsər, həm də əxlaq normalarının təhlilinə həsr
Dostları ilə paylaş: