qısası, Dilbazi cana qulluq sənətindən çox şey bilir, çox şey bacarırdı. Qızına o, çox şey
öyrətmişdi, anası Rəxşəndəni də özü kimi usta eləmək istəyirdi, ancaq əcəl möhlət vermədi.
Dilbazi xanım qəfil öldü; iki yaxın müştərisini çimdirib qurtarmışdı, onlar axırıncı dəfə ilıq
suyun altına girib çıxmışdılar, indi isti sal mərmərin üstündə dirsəklənib ailə işlərindən, oradan-
buradan söhbət eləyirdilər, birdən gördülər ki, Dilbazinin başı sinəsinə sallanıb.
Deyirdilər ki, Dilbazi qənirsiz gözəl olub, elə Rəxşəndə də anasına oxşayır.
372
Rəxşəndə kisəçilik eləyirdi, yaşa dolandan sonra isə onu qabağa çəkmişdilər, direktor olmuşdu,
eyni zamanda kassiri də əvəz eləyirdi. Ancaq o, daimi müştərilərinə və onların qızlarına həmişə
güzəştə gedirdi, direktor olsa da, onlara özü qulluq eləyirdi.
Cəlil müəllim Rəxşəndəni birinci dəfə sadəcə Cəlil olanda, dörd yaşında görmüşdü. Anası onu
özü ilə hamama aparmışdı. O, Cəlili duşun altına qoydu və tapşırdı ki, bir neçə dəqiqə orada
dayansın.
Sonra Rəxşəndə gəldi, duşun altından Cəlil onun qapını arxasınca necə çəkdiyini, birinci otaqda,
paltar soyunulan yerdə xələtini çıxarıb, lüt içəri girdiyini gördü; lüt qadın görməmişdi. O, duşun
altına dayanıb, bu qadına dördgözlə baxırdı.
Rəxşəndə əlini Cəlilin yaş başına çəkib dedi:
– Ay Allah, nə qəşəng uşaqdır!
Sonra anası duşun altına girdi. Rəxşəndə isə mərmər uzanacağın qırağında əyləşib, ayaqlarını
araladı, Cəlili dizlərinin arasına aldı 18 və gözlərini bərk-bərk yummağı tapşırıb, başına bir neçə
dəfə sabun çəkdi.
Hər dəfə başına sabun çəkəndə Rəşxəndə suyun çox isti olubolmadığını soruşur, Cəlil də hər
dəfə səsi titrəyə-titrəyə “yox” deyirdi, bundan sonra Rəxşəndə isti, Cəlilə ləzzət verən suyu onun
başına töküb, sabun köpüyünü yuyur, suyu tökəndən sonra əlini onun üzünə çəkir, əlini tasdakı
təmiz suya salıb yaxalayır, gözünü yuyurdu.
Hər dəfə Rəxşəndə çimdirəndə onu qəribə bir həyəcan bürüyürdü, bu həyəcan hissi ömürlük
onun canında qalmışdı.
Rəxşəndənin təndürüst, gəmirici kimi bədəni, qar kimi ağappaq nazik dərisi, ətli-canlı budları da
onun ömürlük yadında qalmışdı.
Cəlil onun paçasının arasına rahat yerləşirdi. Cəlilin yadında onun yumru dizləri də qalmışdı, bu
dizlər harasına dəymişdisə, dərisi onun istisini ömürlük saxlamışdı.
Sonralar anası daha onu özü ilə hamama aparmadı. Evdə vannada çimdirirdi.
Arvad hamama həftədə bir dəfə onsuz, qonşu qadınla gedirdi.
Cəlil anasına yalvarırdı, hətta neçə dəfə ağlamışdı da, ancaq bir şey çıxmadı, anası sözündən
dönmədi.
– Sən daha yekə oğlan olmusan, – dedi, – bundan sonra hamama atanla gedəcəksən.
Bir az böyüyəndən sonra Cəlil neçə dəfə hamamın damına dırmaşmış, gözlərini ümumi qadın
şöbəsinin üstündəki balaca açıq pəncərədən içəri zilləmişdi.
Çılpaq qadınlar ağappaq buxarın içində o tərəf-bu tərəfə gəzişir, bir-birlərini səsləyir,
gülüşürdülər, bütün bunların hamısı birbirinə qarışır və Cəlilin qulağına nə isə həyəcanlı, qəribə
bir uğultu gəlirdi, hər dəfə də sanırdı ki, bu hədsiz gözəl qadın fiqurları arasında Rəxşəndəni
görür, hər dəfə ürəyi şirin qüssədən sıxılırdı, axı bu qədər hündürlükdən, buxarın, sel kimi axan
suyun içində, yüz şamlıq lampanın tutqun işığında adam seçmək mümkün deyildi, buna görə də
o, bir müddətdən sonra qadınlardan az-çox Rəxşəndəyə oxşayan birisini bələdləyir, bütün axşamı
373
gözlərini o qadından çəkmirdi. Cəlil xəyalında həmin qadının dizlərinin arasına girir, ona qısılır,
başına tökülüb üstündən axan suyun istisini hiss eləyir, xoşhallanırdı. Yenə onu izah edilməsi
mümkün olmaya heyrət və əzginlik bürüyürdü.
19 Bir axşam o yenə günbəzdə oturub, rütubət qarışıq isti hava, ətir və xına qoxusu, Rəxşəndənin
bədəninin ətri gələn pəncərəyə qısılıb, gözləri ilə onu, daha doğrusu, bu axşam xəyalında
Rəxşəndə ilə eyniləşdirdiyi qadını axtarırdı.
Cəlil pəncərənin üstündən sallanıb, hamamın içinə baxırdı, indi o, yaxşı bilirdi ki, içəridən
baxanlar onu görmürlər, yavaş-yavaş bədənini şirin əzginlik bürüyürdü, ancaq birdən kiminsə
qəflətən, möhkəm-möhkəm çiynindən yapışdığını hiss elədi.
Cəlil heç vaxt belə qorxmamışdı, onun dili tutuldu, əl-ayağı soyudu, qurudu. Əllər onu
Rəxşəndədən ayırdı, arxası pəncərəyə tərəf çevirdi. Cəlil qarşısında yekəpər, bütün məhəllədə
çox güclülüyü ilə ad çıxartmış və məhəllə qeyrəti, ədəb-ərkan məsələlərinə dair mübahisələrdə
bir sözü iki olmayan hamamçı Akifi gördü.
Akif dəli olmuşdu, bu qəşəng, zərif üzlü oğlan nədənsə indi pişik fəsiləsindən olan bir yırtıcı
heyvana bənzəyirdi, Cəlil, yəqin ki, qəflətən yırtıcı heyvanla üz-üzə gəlmiş əliyalın adamın
keçirə biləcəyi dəhşətli bir hiss keçirirdi.
– Sən bir təsəvvür elə, – Akif çətinliklə danışırdı, – sən bircə gözünün qabağına gətir ki, orada,
hamamda sənin anan, bacın, yaxud arvadın çimir, ağzından süd iyi gələn düdəmənin, alçağın biri
də pəncərədən içəri baxır. Bu küçədə hələ indiyə kimi belə hadisə olmayıb. Ancaq səninlə
danışmağın xeyri yoxdur, sən özün nəsən ki, nə də başa düşəsən?! Bura bax, yalvarıram sənə, çıx
get, yoxsa əlim gicişir, boğazını üzərəm.
Cəlil sonralar xatırlaya bilmirdi ki, bu vaxt o doğrudanmı huşunu itirmişdi, yaxud ona elə gəlirdi.
Ancaq yaxşı yadındaydı ki, Akif qolundan yapışıb onu damdan düşürmüşdü, sonra
darvazalarının qabağındakı skamyanın üstündə bir xeyli onunla yanaşı oturmuşdu, özü də əlini
onun çiyninə qoyub, mehriban-mehriban danışırdı.
Akif ona demişdi: Cəlilin tutduğu iş kişi üçün çox böyük rüsvayçılıqdır, əgər bu əhvalatdan
xəbər tutsalar, Cəlil ömürlük bədnam olar, hər kəsin də gələcəkdə küçədə onun anasına, yaxud
bacısına, yaxud da neçə illərdən sonra arvadına, ya qızına sataşmağa haqqı olar, ona görə ki, bu
cür biabırçı hərəkətlər heç vaxt yaddan çıxmır.
Akif dedi: o, Cəlilin təqsirindən keçir, ona görə ki, Cəlil nə iş tutduğunu başa düşməyib və
elədiyinə ürəkdən peşmandır.
Akif söz verdi ki, bu əhvalatı heç kimə danışmayacaq və sözünə də əməl elədi.
Sonra Akif onun kefini soruşdu, Cəlil vəziyyətinin düzəldiyini desə də, başı hərlənirdi, ayaqlarını
güclə sürüyürdü.
Həmin gün Cəlil öz Rəşxəndəsini son dəfə gördü.
Bir il keçmiş Akif Rəşxəndə ilə evləndi, onların üç uşağı oldu, sonra müharibə başlananda Akifi
cəbhəyə apardılar, iki ay ötmüş Rəxşəndə onun qara kağızını aldı.
Rəxşəndə üç il keçəndən sonra ikinci dəfə, neft dükanının bir gözü kor müdirinə ərə getdi.
Dükançının o nəyinə aşiq olmuşdu, bu məsələ bütün rayon camaatı üçün bir müəmma idi, ancaq
374
onlar mehriban dolanırdılar, Rəxşəndənin Akifdən olan uşaqlarına da atalıq öz uşaqları kimi
baxırdı, hamısını bir gözlə, doğma kimi görürdü.
Cəlil müəllim müharibədən sonra evləndi, bundan əvvəl mümkün olmamışdı: atası ölmüşdü,
külfət onun əlinə baxırdı. Cəlil müəllimə bir uzaq qohumlarını nişanladılar, dedilər ki, evdar
qızdır, savadı da var, musiqi məktəbini bitirib. Qız qəşəng, qanışirin idi, amma həddən ziyadə
arıqdı, boyda elə Cəlil müəllimlə bir bərabərdə olardı, hələ bəlkə bir az da ondan uzun idi. Toy
gününə kimi onlar cəmisi ikicə dəfə görüşmüşdülər. Birinci gecə, əvvəllər valideynlərinin yataq
otağı olan otaqda ikilikdə qalanda, qız ağzını açıb bircə kəlmə də danışmır, Cəlil müəllimə
qorxa-qorxa baxırdı.
Onların bir qızı oldu və neçə illər keçəndən sonra bir gün arvadı oturub yazı yazan qızının üzünə
zəndlə baxıb, heyrətlə dedi:
– Doğrudan da oxşayır! Cəlil, qulaq as, gör nə deyirəm, ancaq sən elə fikirləşmə ki, başım
tamam xarab olub, qızımız Rəxşəndəyə, hamamın müdirinə yaman oxşayır. Lap mat qalmalı
işdir. Birinci Tahirə xanım hiss elədi, dedi ki, qızın Rəxşəndəyə oxşayır, lap elə bil özüdür ki,
durub. Tahirə xanım, sən demə, Rəxşəndəni gəncliyində yaxşı tanıyırmış. Rəxşəndə bu gün o
illərinin şəklini gətirmişdi, hamımız təəccüb qaldıq: mənim qızımdı ki, durmuşdu!
Rəxşəndə özü isə ağladı da. Düz deyirəmmi, qızım, elə bil sənin şəklindi, hə? Sən bir möcüzəyə
bax!
Qız ürəyinə nə isə fikirləşib gülümsündü və başını tərpətdi.
Cəlil müəllim təəccübləndi:
– Elə şey ola bilməz, – dedi. O, tutulduğunu hiss eləyir, ona görə də əsəbiləşirdi. – Sizə elə gəlir.
– O, diqqətlə qızının üzünə baxdı. Rəxşəndəyə azacıq da olsa oxşamadığını görüb, inamla 21
gülümsünə-gülümsünə dedi. – Sizə elə gəlib. Bekarçılıqdan. Axı qızımız nə səbəbə Rəxşəndəyə
oxşaya bilər?
– Oxşasa da burada elə bir pis şey yoxdur, Rəxşəndə çox yaxşı adamdır. Heyif ki, sən ona, Cəlil,
yaxşı bələd deyilsən, çox yaxşı qəlbi var, indinin özündə də gözəldir, özü də ömrü boyu çox
abırlıhəyalı dolanıb, heç kim onun haqqında pis söz deyə bilməz.
Nömrədə mərmər divarlardan və uzanacaqdan buğ qalxırdı, görünür, onları elə Cəlil müəllimin
qabağınca qaynar suynan yumuşdular.
Cəlil müəllim soyundu, şalvarını, çesuça pencəyini səliqə ilə qarmaqlardan asdı, sonra ikinci
otağa keçdi və isti suyun altına girdi.
İyirmi beş-otuz dəqiqədən sonra altı taxta səndəllərini taqqıldadataqqıldada Hüseyn gəldi. Qabaq
otaqda soyundu və əlində tas içəri girdi, tasda şal parçadan tikilmiş kisə, hamam lifi, sabun və
şüşə şampun vardı. Cəlil müəllim bədənini suyun altında isladıb, kisə çəkilməyə hazırlaşana
kimi, Hüseyn otağın küncündəki mərmər uzanacağı qaynar su və sabunla bir də təmiz-təmiz
yuyub sildi, rezin balıncı üfürüb doldurdu, uzanacağın baş tərəfinə qoydu.
Hüseyn Cəlil müəllimi diqqətlə süzüb dedi:
– Deyirəm daha bəsdir. Gəl uzan, mən də Allahı çağırım, başlayım işimə.
375
Cəlil müəllim uzanacağa tərəf gəldi, üzüqoylu hamar, isti mərmərin üstünə uzandı. Həmişəki
kimi canında bir rahatlıq duydu. Bu hamamdan savayı elə bir yer yox idi ki, o özünü orada bu
cür yaxşı, sakit hiss eləsin.
Hüseyn möhkəm, qüvvətli əlləri ilə onun oynaqlarını ovmağa başladı.
– Arıqlamısan, – Hüseyn köksünü ötürdü. – Əsəbisən. Bütün bəlalar əsəbdən törəyir.
Hüseyn oynaqları bir də ovmağa girişdi, birinci dəfəkinə nisbətən daha ağır-ağır ovdu, hər fəqərə
sümüyünü mükəmməl, tək-tək əlləşdirdi, oynaqları ovub qurtarandan sonra barmaqlarını,
əllərini, ayaqlarını, pəncələrini qanırmağa başladı, Cəlil müəllim əllərində, ayaqlarında gizilti,
xoş bir ağrı hiss eləyirdi. Hüseyn onun oynaqlarını elə qanırırdı ki, sümükləri bəndlərindən
şaqqıldayır, ona ləzzət verirdi, elə bil ki, bədənini hissə-hissə sökürdülər və hər hissəsini nə isə
gümrahlıq, təravət verən ecazkar, həyatverici bir məhlula salırdılar, nəhayət, bədənin hissələri
təzədən yerinə qoyulurdu, yüngülləşirdi, sağlamlaşırdı, cavanlaşırdı.
Hüseyn onun boynunu ovurdu, peysərindəki çətinliklə seçilən qırışları elə qeyzlə dartışdırırdı ki,
deyirdin indicə bu dəqiqə əzələlərini sümüklərindən ayıracaqdır. Barmaqlarını asta-asta
qulaqlarının dalına döyür, çənəsinin altını, buxağını elə ovxalayırdı ki, elə bil bircə saniyə, bircə
millimetr də ötsə, çənəsini qopardıb kənara atacaqdı, sonra o, uzun-uzadı, sığallayırmış kimi,
onun çiyinlərini və boynunu ovdu.
Nazik dərinin altında əzələlər sürüşür, oynayırdı. Cəlil müəllim ürəyində fikirləşdi ki, bu illər
ərzində elə Hüseyn özü də qocalıb, doğrudur, yaxşı kisə çəkir, yaxşı ovuşdurur, onu şəhərdə heç
kimlə müqayisə eləmək olmaz, ancaq hər halda, əvvəlki kimi ovuşdura bilmir, şövqlə
ovuşdurmur, o güc qalmayıb...
– İndi yadıma gəlir, – Hüseyn köksünü ötürdü, – qabaqlar səni dizimlə necə ovuşdurardım.
Yadındadırmı? İndi elə bilirəm ki, tab gətirə bilməzsən.
Hüseyn adamı ovuşdurduğu yerdə birdən vəcdə gəlir, sıçrayıb kürəyinə qalxır, dizləri ilə
ovuşdururdu. Cəlil müəllim bunları xatırlayır və təəccüb qalırdı: “Ona mən necə tab gətirirdim?
Görünür, təkcə Hüseyn yox, elə mən də qocalıram”.
Hüseyn suyun altına girdi, kisəni əlinə taxıb Cəlil müəllimin üstünə düşdü. Kisə çəkəndə Hüseyn
heç vaxt söhbət eləməzdi, bu çox incə, xüsusi diqqət tələb eləyən iş idi, Hüseyn bu vaxt yalnız,
Cəlil müəllim kimi çox mötəbər müştəriləri ilə bəzən iki-üç kəlmə kəsərdi. Əsl söhbətə Hüseyn,
o da çox hörmət elədiyi adamlarla, sabun çəkəndə başlayardı. Hüseyn hər bir dərrakəli adamla
söhbət eləyə bilərdi, nəzmdən yaxşı başı çıxırdı, şeir pərəstişkarı və xiridarı sayılırdı, dini
söhbətlərdən də çəkinməzdi, hər cür əxlaq və ədəb-ərkan məsələlərinə dair özünün möhkəm fikri
vardı, daxili və xarici siyasətin bütün incəliklərinə bələd idi, eləcə də bu dünyanın güclü
adamlarının hansı gizli vasitələrin köməyi ilə böyük işlər gördüyünü də bilirdi.
O, ikinci beyti deyib, Cəlil müəllimə arxası üstə çevrilməyi buyurdu.
Hüseynin xoş səsi vardı, şeiri avazla, ifadəli, hiss ilə oxuyurdu.
Cəlil müəllim dedi:
376
– Sağ ol, yaşa, ay Hüseyn, ikinci beyt məni yaman tutdu, lap kövrəldim, birinci beyt də
qiyamətdir, ancaq ikincisi qiyamətdi, misilsiz incidir, bütün aləmi güzgü kimi əks etdirən
misralardır.
Füzuli şairlər şairidir!
Hüseyn mükəddər-mükəddər dedi:
– Eh! İndinin şairlərindən kimi mən onunla yanaşı qoya bilərəm?!
Heç kimi. Sözüm yoxdur, hərdən yaxşı şairlər olur. Ancaq dahiləri yoxdur...
Hamam dəsgahı qurtarmaq üzrə idi. Hüseyn onun başına sabun çəkdi.
– Qulaq as, gör nə deyirəm, dünən bura bir cavan oğlan gəlmişdi.
Moskvadan gəlib, Cümşüd məndən xahiş elədi, dedi ki, bu moskvalı mənim dostumdur, ona
hörmət elə, mənim xatirimə. Bakı hamamının ləzzətini ona göstər. Nədən danışırdım? Hə, o
cavan oğlan dedi ki, bu yaxınlarda Finlandiyada, bir də İsveçrədə olub, deyir ki, o yerlərdə
hamamı ağacdan tikirlər; çiməndə özünü buğa vermək üçün yer də olur. Adamlar çimirlər, sonra
özlərini buğa verirlər, bir sözlə, eynən bizim malakan hamamı kimi, ancaq oralarda hamamı
ağacdan tikirlər, bizdə isə daşdan tikirlər, qalan şeylər isə tamam başqa cürdür: adamlar özlərini
buğa verəndən sonra qaçıb qara, buz kimi suya girirlər. Eşidirsən? Abırlı-başlı adamdı, yalançıya
oxşamırdı. Yenə Cümşüd sözünə qüvvət verdi, dedi ki, özüm çimmişəm, özüm qara girmişəm.
Bu barədə sənin fikrin nədir?
– Mən bu barədə nə deyə bilərəm ki? Məgər dünyada azmı dəlilər var? Bəlkə də yalan danışır,
axı Cümşüd özü kimdir ki!
Bakıya gəldiyi cəmisi on il ola, ya olmaya, üstəlik də mən hələ indiyə kimi Asamandan bircə
nəfər də abırlı adam çıxdığını görməmişəm. Odur ki, onun dostları da, təsəvvür eləyirəm, necə
adamlar olar. Ancaq orası da var ki, doğru da ola bilər.
– Doğrudur, doğrudur, – Hüseyn dedi, – mən həmişə adamın doğru, ya yalan danışdığını
duyuram. O oğlan bir söz də deyirdi! – Hüseyn astadan pıqqıldadı. – Dünəndən bunu heç kimə
danışa bilmirəm. Xəcalət çəkirəm. Mən o oğlana dedim: düzünü de, zarafat eləyirsən? Neçə dəfə
soruşdum, paltarını tamam geyib qurtarandan sonra axırıncı dəfə bir də soruşdum, o da hər dəfə
“vicdan haqqı doğru sözümdür” deyirdi, hələ and da içirdi. Elə o cür də çıxıb getdi. Qəribə işdir.
– Nə deyirdi ki?
– Üz vurma, Cəlil, demərəm. Sən axı bilirsən, mən Allah adamıyam.
– Mənə deyə bilərsən, yaxşı bilirsən ki, dedinmi, elə buradaca qalasıdır, ağzımdan çıxmaz.
Hüseyn dinməzcə Cəlil müəllimin başına sabun çəkirdi.
Cəlil müəllim dedi:
– Hə, dillənsənə!
377
– Bilirsən nə deyir? – Hüseyn, nəhayət, ürəkləndi. Deyir ki, orada kişi də, arvad da hamı bir
yerdə çimir. Bir hamamda, bir otaqda, hamısı da lüt, bir-birlərinin kürəyini sürtürlər.
Ucdantutma!
Hüseyn dolçadan su töküb başının sabununu yuyanda Cəlil müəllim az qalmışdı boğulsun.
Cəlil müəllim nəfəsini dərib:
– Həyasızlar! – dedi. O, ürəkdən hiddətlənmişdi. – Daha insanlarda abır-həya deyilən şey
qalmayıb. Elələrini öldürmək lazımdır ki, başqaları – cavanlar da onlardan ibrət götürməsin.
Həyasızlıqdan söhbət salanda Cəlil müəllimin yadına qardaşı düşdü və kefi tamam pozuldu. –
Tfu! İnsanların həyasızlıqlarının həddi-hüdudu yoxdur!
Hüseyn hirsli-hirsli dedi:
– Məni başqa şey düşündürür, fikirləşirəm ki, bəs bunların hökuməti hara baxır? Onların
uşaqlarından nə çıxar? Hamısını həbsxanaya basmaq lazımdır. Ancaq göz olmaq lazımdır ki,
kişiləri bir yerə salsınlar, qadınları da başqa yerə. Sən nə fikirdəsən, Cəlil?
– Qozbeli qəbir düzəldər. Sən elə bilirsən ki, onları həbsxanaya basmağın köməyi olacaq? Mən
əlimin içi kimi bilirəm ki, elələrinə heç nə kömək eləməz. İnsanın ki, abırı-həyası olmadı, onu
dünyada heç kim və heç nə düzəldə bilməz. Sən mənim sözümə inan!
O, qardaşını xatırladığına peşman olmuşdu, hamamın ləzzəti tamam qaçdı, hətta hirsindən
gicgahları da atırdı. Heç kimə də açıb heç nə danışa bilməzdi, axı hər qabağına çıxana doğma
qardaşından giley-güzar eləməyəcəkdi ki! Rüsvayçılıq olardı! Danışmasa da bir gün ürəyi tab
gətirməyəcək, partlayıb tikə-tikə olacaq. Əgər həmişə sussa, dərdini heç kimə deməsə, bir gün
ağzından qapqara qan açılacaqdı.
Çayxana da elə burda, hamamın həyətində idi. Səhər tezdən olsa da, stolların hamısının
dövrəsində adam vardı, bir stolda da nərd oynayırdılar. Cəlil müəllim çayxananın o başına, lap
divarın dibinə qoyulmuş stola tərəf getdi, gedə-gedə başı ilə çayçıya işarə elədi.
Bu çayxananın binasını qoyan mərhum Məmmədəlinin oğlu Əziz Cəlil müəllimə yaxınlaşıb
kamal-ehtiramla salam verdi, tələsik, onsuz da təmiz, köhnəlikdən və çay tökülməkdən qaralmış
palıd stolun 25 üstünü bir də yaş əsgi ilə sildi. Cəlil müəllimin qabağına bir çaynik və iki də
stəkan-nəlbəki qoydu, biri Cəlil müəllim üçün, biri də bərayi-ehtiyat, birdən Cəlil müəllim
həmişəki kimi birisini stoluna dəvət eləyə bilərdi.
Cəlil müəllim bir stəkan tünd, məxməri çay süzdü, fikirləşdi ki, gedəndə gərək müştərilərin
yanında bu cür çaya görə Əzizə təşəkkür eləsin. Keçən bazar günü aşkar hiss olunurdu ki, çayı
dəmə qoyanda, odun üstündə çox saxlamışdılar, ona görə də Cəlil müəllim narazı getmişdi:
Amma bugünkü çay qiyamət idi. Həmişəki kimi, birinci stəkanı Cəlil müəllim nəlbəkiyə töküb,
bir az soyuyandan sonra tələsik içdi, dərhal da təsirini hiss elədi, çay elə bil ki, başında, əmgək
sümüyü ilə beyin arasında olan nazik, duman kimi pərdəni əridib yox elədi.
İndi qazanların ahəngdar uğultusu və başının üstündəki meynə yarpaqlarının xışıltısı altında onu
fikir-xəyala sövq eləyən və Cəlil müəllimə xoş gələn xatirələr şüuruna asanlıqla yol tapırdı. Cəlil
müəllim ikinci stəkanı arxayın içdi. Təri soyuduqca alnı buz kimi olurdu. Təzə müştərilər,
gələnlərin əksəriyyəti qonşular və tanışlardı, mütləq ona salam verirdilər, o da yarım saat əvvəl
378
hamamda olduğu kimi, həyatdan həzz alır, onun dolğunluğunu və xoş sabitliyini, bir də bu
həyatda özünün lazımlı adam olduğunu hiss eləyirdi.
Sonra aralıda, nərd oynanılan stolun arxasında mübahisə düşdü və oyunçular yaxında
əyləşənlərin məsləhətlərinə əhəmiyyət vermədən, Cəlil müəllimə yaxınlaşdılar, narahat elədikləri
üçün dönədönə üzr istəyib, xahiş elədilər ki, bir nərd taxtasına nəzər salsın, Cəlil müəllim ağır-
ağır nərdə yaxınlaşdı, bir anda mübahisəni həll elədi və elə həmin bu çayxanada, rəhmətlik
Məmmədəlinin sağlığında, onun özünün başına gəlmiş eyni ilə bu cür bir əhvalat danışdı.
Hamı ona diqqətlə qulaq asırdı, oyunçular dinməz-söyləməz onun kəsməti ilə razılaşdılar.
Çayxanada əyləşənlərin, əksəriyyəti təcrübəli nərdçi sayılan adamların arasından, mübahisəni
həll etmək üçün onu seçmələri Cəlil müəllimə çox xoş gəldi. Oyun qurtardı, qalib gələn oyunçu
Cəlil müəllimə əyləşib oynamağı təklif etdi, ancaq oynamaq istəmədi. Çayxanada nərd oynamağı
o, adamların burada pulla da oynadıqlarını eşitdiyi gündən tərgitmişdi, əvvəllər burada belə
şeylər olmazdı. O, nərdi ancaq bir yerə qonaq gedəndə, yaxud da, öz evində oynayardı, özü də
abırlı, ləyaqətli adamlarla oynayardı.
Belə adamlarla hərdənbir o, “bir şeydən” də – naringidən, yaxud, deyək ki, qovundan, lap uzaq
başı lotereya biletindən oynayardı, hər tası üç biletdən. Puldan isə o, ömründə oynamamışdı.
Cəlil müəllim öz stoluna yanaşdı, yığışıb getmək istədi, ancaq birdən fikrini dəyişdi, oturub təzə
çaynikdən bir stəkan da çay süzdü.
Cəlil müəllim çayxanadan həmişə çətinliklə çıxırdı.
İkinci çaynikdən elə birinci stəkanı içirdi ki, şofer Kamal gəldi, bu Kamalı elektrik montyoru
işləyən ləqəbsiz Kamaldan ayırmaq üçün hamı Uzunqulaq Kamal deyirdi. Ləqəbi ona hələ uşaq
vaxtlarında, həmişə ağzı pərtovluq elədiyinə görə vermişdilər. Əslində gəncliyində ona elə Eşşək
Kamal deyirdilər, amma sonralar, o vaxtdan bəri xeyli yaşa dolduğuna görə, hörmət eləyib bir az
ədəblə – Uzunqulaq deyirdilər; özü də söhbət düşəndə arvad-uşağının da yanında belə deyirdilər.
Yaxın dostları onu üzünə də belə çağırırdılar, bunun müqabilində o da hər dəfə gülə-gülə onlara
dişinin dibindən çıxanı deyir, söyürdü.
Cəlil müəllimin hüzurunda Uzunqulaq Kamal artıq-əskik danışmağı özünə rəva görməzdi, ancaq
hər halda, Kamal əvvəl icazə alıb, sonra da onunla üzbəüz əyləşəndə, Cəlil müəllim dilxor oldu.
Ona da çay süzdü. Kamal dirsəkləri ilə stolun yarısını tutub, fısıldayafısıldaya, hortuldada-
hortuldada çay içir və ucadan deyirdi ki, yay çox gözəl fəsildir, amma bircə böyük qüsuru var,
Dostları ilə paylaş: |