TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə


MÜSTƏQĠL AZƏRBAYCAN DÖVLƏTÇĠLĠYĠNĠN   QURULMASI



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix31.01.2017
ölçüsü15,93 Mb.
#6985
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
MÜSTƏQĠL AZƏRBAYCAN DÖVLƏTÇĠLĠYĠNĠN   QURULMASI 

VƏ MÖHKƏMLƏNDĠRĠLMƏSĠ 

 

§1. QURTULUġ HƏRƏKATI. 



VƏTƏNDAġ QARġIDURMASI, ÖLKƏNĠ 

PARÇALAMAQ VƏ DÖVLƏT ÇEVRĠLĠġĠ CƏHDLƏRĠ 

QARġISININ ALINMASI 

 

QayıdıĢ.  Xalq  böyük  fəlakətin  yaxınlaşdığını  hiss  edirdi.  Azərbaycanın 

müstəqilliyinə  qənim  kəsilmiş  imperiyapərəst  qüvvələr  və  onların  əlaltıları 

iqtidarın səriştəsizliyindən məharətlə istifadə edərək ölkəni parçalamağa, vətəndaş 

müharibəsi törətməyə çalışırdılar. Xalqın qabaqcıl qüvvələrinin başçılığı ilə ölkədə 

Qurtuluş  hərəkatı  başlandı.  Hərəkatın  carçıları  Heydər  Əliyevin  ətrafında  sıx 

birləşərək  onu  ümumxalq  mübarizəsi  səviyyəsinə  qaldırdılar.  Ölkənin  mütərəqqi 

şəxsiyyətləri, ziyalıları, qabaqcıl, sadə əmək adamları dəfələrlə Naxçıvana, Heydər 

Əliyevin  yanına  gedib  Vətənin  xilası  naminə  ondan  yenidən  böyük  siyasətə 

qayıtmasını  xahiş  etdilər.

Heydər  Əliyevin  qeyd  etdiyi  kimi,  Yeni  Azərbaycan 



Partiyasının  yaranması xalqın çox hissəsinin respublikamızı düşdüyü  vəziyyətdən 

çıxarmaq  üçün  və  artıq  mövcud  olan  partiyalara  və  təşkilatlara  inamları 

olmadıqlarına  görə  yeni  bir  partiyanın  yaranması  ilə  əlaqədar  ayrı-ayrılıqda 

fikirlərinin,  arzularının  cəmləşməsi  və  nəhayət,  formalaşması  nəticəsində 

olmuşdur.  Bir  adam,  bir  qrup  adam  yox,  Azərbaycanın,  demək  olar  ki,  bir  çox 

bölgələrində - Bakıda, başqa böyük şəhərlərdə, rayonlarda, yaşayış məntəqələrində 

ayrı-ayrı adamlar bir-biri ilə əlaqəsi olmadan belə bir fikrə gəlmişdilər.

"Əlincə" Cəmiyyətinin nəşr etdirdiyi "Səs" qəzetində çap olunmuş "Heydər 



bəyi  biz  çağırmalıyıq!"  adlı  müraciət  ölkədə  böyük  əks-səda  doğurmuşdu. 

Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılmış ictimai rəy sorğularının 

nəticələri,  Yeni  Azərbaycan  Partiyasının  (YAP)  Təşkilat  Komitəsinə  daxil  olan 

minlərlə  şifahi  yazılı  təklif  diktə  edirdi  ki,  yeni  partiyaya  rəhbərlik  etməyə  qadir 

yeganə şəxs Heydər Əliyevdir.

3

 Naxçıvan blokada şəraitində, gedib-gəlmək böyük 



problem olsa da, adamlar dəstə-dəstə ora gedir, Heydər Əliyevə müraciət edirdilər 

ki,  Bakıya,  böyük  siyasətə  qayıtsın.  Lakin  Heydər  Əliyev  bu  fikirdə  deyildi.  O, 

bütün müraciətlərə ehtiramla yanaşır, lakin təklifdən imtina edirdi.

4

 Heydər Əliyev 



belə bir gərgin şəraitdə yeni müxalif qüvvə yaratmaq istəmirdi. 

Azərbaycanın  91  nəfər  tanınmış  ziyalısı  1992-ci  il  oktyabrın  16-da  "Səs" 

qəzeti  vasitəsilə  Heydər  Əliyevə  "Azərbaycan  Sizin  sözünüzü  gözləyir"  -  deyə 


263 

 

müraciət  etdi.  Bu  tarixi  sənəddə  ölkədə  yaranmış  ağır  siyasi,  iqtisadi,  mənəvi 



durumun  mövcud  iqtidarın  səriştəsiz,  kobud,  zora  arxalanan  siyasəti  nəticəsində 

gündən-günə  dərinləşməsi,  belə  vəziyyətdən  demokratik  yolla  xilas  olmaq  üçün 

xalqın  bu  işə  rəhbərlik  etməyə  qadir  yeganə  şəxsin  –  Heydər  Əliyevin  başçılığı 

altında  Yeni  Azərbaycan  Partiyasında  təşkilatlanmaq  arzusu  öz  əksini  tapmışdı.

5

 

Heydər  Əliyev  Azərbaycan  ziyalılarının  müraciətinə  24  oktyabr  1992-ci  il  tarixli 



cavabında  mövcud  ictimai-siyasi  durumu  dərindən  təhlil  etdi,  cəmiyyətin  bütün 

qüvvələrini  birləşdirməklə  yaranmış  ağır  vəziyyətdən  çıxış  yollarını  göstərdi, 

Azərbaycanın müharibə vəziyyətindən çıxması, Qarabağ probleminin tezliklə  həll 

olunması,  sosial-iqtisadi  böhranın  aradan  qaldırılması,  düzgün  kadr  siyasəti 

aparılması, səriştəli kadrlardan səmərəli istifadə olunması, respublikada qanunların 

aliliyinin  təmin  edilməsi,  demokratiyanın  ardıcıl  inkişafı,  siyasi  plüralizmə,  insan 

azadlığına  şərait  yaradılması,  yeni,  müstəqil  dövlət  quruculuğu  prosesinə 

vətəndaşların  hamısının,  əhalinin  bütün  təbəqələrinin  cəlb  olunması,  heç  bir 

məhdudiyyət  qoyulmaması,  Azərbaycanın  parçalanmasına  yönəldilmiş  meyllərin 

qarşısının  qətiyyətlə,  sivil,  demokratik  yollarla  alınması,  dövlətin  bütövlüyünün 

demokratik  prinsiplər  əsasında  qorunub  saxlanılması  və  inkişaf  etdirilməsi 

vacibliyini  qeyd  etdi.  O  bildirdi  ki,  Yeni  Azərbaycan  Partiyasının  yaradılması 

obyektiv zərurətdən doğur. Belə bir partiya Azərbaycanın ictimai-siyasi həyatında 

fəal  iştirak  edərək  yeni,  müstəqil  Azərbaycan  dövlətinin  möhkəmləndirilməsində 

və inkişafında tarixi rol oynaya bilər".

6

 



Yeni  Azərbaycan  Partiyasının  təsis  konfransını  Bakıda  keçirməyə  imkan 

vermədilər.  Konfrans  1992-ci  il  noyabrın  21-də,  şaxtalı  bir  gündə  Naxçıvanda 

keçirildi.  Müxtəlif  bölgələrdən  təşəbbüs  qruplarının  550-dən  çox  nümayəndəsinin 

iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın 

Heydər Əliyev

 

tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunub 



qəbul  edildi.  Heydər  Əliyev  yekdilliklə  partiyanın  sədri  seçildi.  Təşkilatın  rəhbər 

orqanları formalaşdırıldı.

7

 

Partiyanın  1992-ci  il  21  noyabr  tarixli  bəyanatında  qeyd  olunurdu  ki,  bu 



partiyanın  başlıca  proqram  məqsədi  dövlət  müstəqilliyinin  möhkəmləndirilməsi, 

ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və 

ictimai  həmrəylik,  sabit  və  sosial  istiqamətli  iqtisadiyyat  yaratmaqdan,  geniş 

demokratik  islahatlar  həyata  keçirmək  uğrunda  mübarizə  aparmaqdan  ibarətdir. 

"Bizim  şüarımız  müxalifət  naminə  müxalifət  ola  bilməz!  Bizim  prinsipimiz 

konstruktivlikdir".

8

  Partiyanın  sıraları  sürətlə  artırdı.  Lakin  o,  iqtidara  birdən-birə 



gələ bilmədi.

9

 



Heydər Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri idi. O 

öz  məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq 

üçün  iqtidara  yol  göstərməyə  çalışırdı.  Uzun  müddət  bu  məsləhətlərə  məhəl 


264 

 

qoymayıb səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə 



gətirmiş  iqtidar  başlanmış  təhlükəli  proseslərin  qarşısını  almaqda  gücsüzlüyünü 

görüb  son  anda  kömək  üçün  Heydər  Əliyevə  müraciət  etdi.  Prezident  Elçibəyin 

dəfələrlə  təkidli  dəvətlərindən  sonra  Heydər  Əliyev  1993-cü  il  iyunun  9-da 

hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi.

10

 

Heydər  Əliyev  genişlənmək  təhlükəsi  olan  vətəndaş  müharibəsini 



dayandırmaq üçün ağıllı, düşünülmüş siyasi tədbirlər həyata keçirdi. O, iyunun 13-

14-də  Gəncə  şəhərində  hərbi  müxalifətlə  danışıqlar  apardı,  mövcud  siyasi 

böhrandan çıxış yollarını müəyyənləşdirdi. 

İyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyası 

Heydər  Əliyevi  Ali  Sovetin  sədri  seçdi.

12

  Bu  gün  Azərbaycanın  müasir  dövr 



tarixinə  "Qurtuluş  Günü"  kimi  daxil  oldu.  Sonralar  -  1997-ci  ilin  iyununda  Milli 

Məclis  bu  günü  "Milli  Qurtuluş  Günü"  kimi  bayram  elan  etdi.

13

  1992-ci  ilin  15 



iyunu  -  Üçüncü  Azərbaycan  Respublikasının  həyatında  baş  verən  bu  əlamətdar 

hadisə Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. 

Siyasi  bacarıqsızlığı  ilə  ölkəni  vətəndaş  müharibəsi,  siyasi  pərakəndəlik 

həddinə gətirib çıxarmış, iqtisadi və sosial problemləri daha da mürəkkəbləşdirmiş 

AXC  -  Müsavat iqtidarı  komandası özü  hakimiyyətə dəvət etdiyi Heydər Əliyevə 

bu  mürəkkəb  problemləri  aradan  qaldırmaqda  köməkçi  olmaqdansa,  müxalifətə 

keçdi: bir çoxu qaçıb gizləndi, bəziləri fəaliyyətlərini "dondurdu". Siyasi gərginliyə 

tab  gətirə  bilməyən,  şəxsi  təhlükəsizliyindən  qorxan,  baş  götürüb  qaçmaqla  guya 

paytaxtda qardaş qırğınının qarşısını almağa çalışan prezident Elçibəy iyunun 17-

dən 18-nə keçən gecə Bakını gizlicə tərk edib Naxçıvan MR-in Ordubad rayonuna 

-  doğulduğu  Kələki  kəndinə  getdi  və  ölkəni  bu  ucqar  dağ  kəndindən  idarə  etmək 

iddiasında olduğunu bildirdi.

14

 Milli Məclis qaçqın prezidentə geri qayıdıb ölkəyə 



belə bir mürəkkəb şəraitdə lazımi səviyyədə rəhbərlik etməyi dönə-dönə təklif etsə 

də, hər dəfə  faktik olaraq rədd cavabı aldı.  İyunun 24-də  Milli Məclis respublika 

prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

15

 



Vətəndaş  müharibəsini  dayandırmaq  məqsədilə  Heydər  Əliyev  heç  bir 

siyasi  idarəçilik  bacarığı  olmayan,  xarici  dövlətin  xüsusi  orqanlarının  və  revanş 

almaq  istəyən  qüvvələrin  əlində  oyuncağa  çevrilmiş,  lakin  real  silahlı  gücə  malik 

S.Hüseynovu  öz  sayıq  nəzarəti  altında  baş  nazir  vəzifəsinə  təyin  etdi.  Güc 

nazirliklərinə rəhbərlik ona tapşırıldı.

16

 



Heydər Əliyev iqtidarında yüksək vəzifələr tutsa da, öz məqsədinə nail ola 

bilməyəcəyini  dərk  edən  S.Hüseynov  qərargahı  Gəncədə  yerləşən  Səhra  Cəbhə 

İdarəsi yaratdı. Burada R.Qazıyev və iyunun 15-də Lənkəranda hakimiyyəti hərbi 

hissələrin  köməyi  ilə  devirmiş,  cənub  bölgəsinə  faktiki  rəhbərlik  edən 

Ə.Hümbətovla  birgə  dövlət  başçısını  hakimiyyətdən  əl  çəkməyə  məcbur  etmək 

planlarını həyata keçirməyə cəhd etdi. 



265 

 

1993-cü  ilin  yayı  və  payızında  hərbi  müxalifətin  cinayətkar  satqınlığı 



nəticəsində  Azərbaycanın  ərazi  bütövlüyünə  yeni zərbələr  endirildi.  Ermənistanın 

hərbi  qüvvələri  Azərbaycandakı  siyasi  böhrandan  istifadə  edib  iyunun 

əvvəllərindən  başlayaraq  güclü  hücuma  keçdi.  Hərbi  qiyam  vaxtı  Ağdam 

cəbhəsindən  həm  AXC-Müsavat  iqtidarına,  həm də  S.Hüseynova  tabe  xeyli canlı 

qüvvə  və  hərbi  texnika  çıxarılmışdı.

17

  Daxili  qoşun  hissələri  Bakının 



"surətçi"lərdən müdafiəsinə çağırılmışdı.

18

 Düşmən bundan istifadə edib Ağdamın 



Qarqar çayı və Sayıbalı kəndinə qədər ərazisini ələ keçirmişdi. İyunun 25-dən 26-

na  keçən  gecə  milli  silahlı  qüvvələr  Ağdam  cəbhəsindən  çıxarıldı.  Cəbhə  yerli 

özünümüdafiə  taburlarının  ümidinə  qaldı.  İyulun  əvvəllərində  S.Hüseynova  sadiq 

709 saylı hərbi hissə

 

Ağdama daxil oldu.



19

 S.Hüseynov Ağdamı düşmənə, özünün 

dediyi kimi, "əlborcu verməklə" ölkədə siyasi vəziyyəti daha da gərginləşdirmək, 

Heydər  Əliyevi  hakimiyyətdən  kənarlaşdırmaq  istəyirdi.  Döyüşlərin  bütün 

ağırlıqlarını çəkmiş özünümüdafiə taburları döyüş mövqelərindən çıxarıldı. Ağdam 

şəhəri düşmən tərəfindən intensiv atəşə tutularkən "surətçilər" heç bir cavab tədbiri 

görmədilər.  Düşmən  sürətlə  irəlilədi.  Malıbəylidə  ağır  döyüşlər  getdi.  Asif 

Məhərrəmovun  başçılıq  etdiyi  özünümüdafiə  taburu  iyulun  22-23-də  bütün  günü 

və  gecəni  düşmənlə  əlbəyaxa  vuruşdu,  lakin  heç  bir  kömək  almadığından  geri 

çəkilməyə məcbur oldu. İyulun 23-də səhər əsasən özünümüdafiə taburlarının gücü 

ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri işğal olundu.

20

 



S.Hüseynov Gəncədə bəyanat verib bildirdi ki, o, "xalq və dövlət taleyinin 

həll edilməsi məsələsini" öz üzərinə götürür. Ə.Hümbətov bu bəyanatı alqışladı.

21

 

Cənub  bölgələrində  separatçılıq  edən  qüvvələrlə  münasibəti  sivil  qaydada 



nizama  salmaq  istəyən  Heydər  Əliyev  Ə.Hümbətovla  görüşməyi  qərara  aldı.  Bu 

görüşdə "səlahiyyətim avtomatımdır" -deyən Hümbətov davakar-ultimativ iddialar 

irəli  sürdü.  S.Hüseynova  geniş  səlahiyyətlər  verilməsini,  Ali  Sovetin  sessiyasını 

çağırıb  A.Mütəllibovu  öz  vəzifəsinə  qaytarmağı  tələb  etdi  və  qəti  rədd  cavabı 

aldı.

22

 



1993-cü il avqustun 7-də respublikanın cənub bölgələrində üzdəniraq "Talış 

Muğan  Respublikası"  (TMR)  yaradıldığı  elan  olundu.  "Hökumət"  təşkil  edildi. 

Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu qondarma qurumu 

tanımağı xahiş etdilər. Təbii ki, cavab almadılar.

23

 

Yerlərdə baş verən kortəbii mitinqlərdə əhali Ə.Hümbətovun silahlı quldur 



dəstəsinin ləğv olunmasını, qondarma "TMR"-i tanımadığını bəyan edirdi. Heydər 

Əliyev xalqın dəstəyinə arxalanaraq məsələni dinc vasitələrlə həll etməyə üstünlük 

verdi.  Avqustun  13-də  o,  bu  bölgədən  olan  xalq  deputatları,  tanınmış  ziyalılar  və 

ağsaqqallarla  görüşdü.  Onlar  "hümbətovçulara"  qarşı  qəti  tədbirlər  görülməsini 

tələb  etdilər.  Avqustun  17-də  Milli  Məclis  Lənkəran  hadisələrinə  siyasi  qiymət 

verdi,  onu  Azərbaycanın  müstəqilliyinə  qarşı  qüvvələrin  siyasi  oyunu  kimi  ifşa 



266 

 

etdi. S.Hüseynov avqustun 18-19-da Gəncədə Ə.Hümbətovu dost kimi qəbul edib 



möhkəm  dayanmağı  məsləhət  gördüyü  vaxt  cənub  rayonları  əhalisinin  etiraz 

hərəkatı genişlənirdi. Xalqın və dövlət qüvvələrinin birliyi sayəsində avqustun 23-

də separatçılar dövlətin gücü ilə məğlub edildilər. Ə. Hümbətov qaçdı, "TMR" ləğv 

olundu.


24

 

Satqınların  və  köhnə  iqtidara  sadiq  hərbi  hissələrin  təxribatı  nəticəsində 



avqustun  18-də  Cəbrayıl,  23-də  Füzuli,  31-də  Qubadlı  rayonları  işğal  olundu. 

Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 29-30-da düşmən əlinə keçdi.

25

 

Ölkənin  müstəqilliyinə  qənim  kəsilmiş,  xaricdən  idarə  olunan  qüvvələrin 



hakimiyyəti ələ almaq üçün heç nədən çəkinmədiyini görən xalq Heydər Əliyevin 

ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 

29-da  prezident  Ə.Elçibəyə  etimad  haqqında  referendum  keçirildi.  Referendumda 

iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi.

26

 

1993-cü  il  oktyabrın  3-də  Azərbaycan  xalqı  Heydər  Əliyevi  alternativ 



əsasla, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi.

27

 



Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ardıcıl və dönməz 

olduğunu  təsdiqləyən  uğurlu  daxili  və  xarici  siyasəti  düşmənləri  ciddi  narahat 

edirdi.  Onlar  paytaxtda  və  respublikanın  digər  iri  yaşayış  məntəqələrində  siyasi 

sabitliyi  pozmaq  üçün  hər  vasitəyə  əl  atırdılar.  Bakı  metropolitenində  yanğın  və 

partlayışlar  törədilir,  Prezidentə  sui-qəsd  təşəbbüsləri,  dövlət  çevrilişinə  cəhdlər 

göstərilirdi. 

1993-cü  il  sentyabrın  ortalarında  S.Hüseynov,  Ə.Hümbətov  və  R.Qazıyev 

qüvvələrini  birləşdirib  Bakıya  hücum  etmək,  Heydər  Əliyevi  hakimiyyətdən 

salmaq  planı  hazırlamışdılar.  Respublikanın  qərb  rayonlarında  qeyri-rəsmi  hərbi 

qruplar yaradılmışdı. Murovdağ, Goranboy və Gədəbəy bölgələrindən 50-yə qədər, 

Lənkərandan  8  zirehli  texnika  və  canlı  qüvvə  Gəncə  ətrafındakı  meşələrdə 

yerləşdirilmiş  və  fürsət  gözləməkdə  idi.  S.Hüseynov  Gəncədə  və  Yevlaxda  öz 

əlaltılarının  müşavirəsini  keçirmiş,  çevrilişə  hazırlıq  tədbirlərini  müzakirə 

etmişdi.


28

  Baş  nazir  və  onun  tərəfdarları  ölkədə  narazılıq  salmaq  üçün  digər 

təxribatlara  da  əl  atır,  ərzaq  təchizatında  süni  gərginlik  yaradır,  inflyasiyanı 

dərinləşdirən tədbirlər görürdülər. 

Cəmiyyətdə  vahimə  yaratmaq  üçün  1994-cü  il  sentyabrın  21-dən  22-nə 

keçən  gecə  Təhlükəsizlik  Nazirliyi  istintaq  təcridxanasından  dövlətə  qarşı 

cinayətlərdə ittiham olunan bir neçə cinayətkar qaçırıldı. Sentyabrın 29-da daha bir 

neçə  cinayət  aktı  törədildi.  Ali  Sovet  sədrinin  müavini  A.Cəlilov  və  Prezident 

yanında  Xüsusi  İdarə  rəisi  Ş.Rəhimov  qətlə  yetirildilər.

29

  Xüsusi  Təyinatlı  Polis 



Dəstəsinin əvvəllər müəyyən hərbi xidmətləri olsa da, pozucu qüvvələrin təsiri ilə 

artıq  cinayət  yoluna  düşmüş  30-a  qədər  "döyüşçüsü"  oktyabrın  2-də  Respublika 

Prokurorluğu  binasına  soxuldu.

30

  Daxili  işlər  nazirinin  müavini  Rövşən  Cavadov 



267 

 

40  nəfərlik  silahlı  dəstə  ilə  nazirliyin  binasına  hücum  edib  dəf  olunduqdan  sonra 



prokurorluğun binasına, qardaşının rəhbərlik etdiyi dəstəyə köməyə gəldi.

31

 



Prezident  Heydər  Əliyevin  apardığı  danışıqlar  nəticəsində  Cavadov 

qardaşları  öz  tərəfdarları  ilə  prokurorluğun  binasını  tərk  etdilər.  Bu,  hərbi  qiyam 

cəhdinin  başlanğıcı  idi.  Oktyabrın  4-də  Gəncədə  S.Hüseynovun  tərəfdarlarından 

ibarət  300-ə  yaxın  silahlı  adam  şəhər  İcra  Hakimiyyəti  binasını  və  başqa  strateji 

obyektləri  ələ  keçirdi.  Bu  zaman  paytaxtda  iki  hərbi  hissənin  əsgərləri  artilleriya 

qurğularını  Prezident  sarayı,  Ali  Sovet  və  Müdafiə  Nazirliyi  binalarına  tuşlayıb 

əmrə müntəzir dayanmışdılar. Oktyabrın 4-dən 5-ə keçən gecə Prezident H.Əliyev 

Azərbaycanın  müstəqil  dövlətçiliyini  müdafiə  etmək  üçün  radio  və  televiziya  ilə 

xalqa müraciət etdi.

32 


Onun çağırışı ilə, gecə yarısı olmasına baxmayaraq, qısa bir 

vaxtda  on  minlərlə  adam  Prezident  sarayı  qarşısına  toplaşdı.

33

  Qiyamçılar 



Prezident sarayına hücuma cəsarət etmədilər. Prezidentin həyata keçirdiyi tədbirlər 

qiyamçılara  qüvvələrini  birləşdirməyə  imkan  vermədi.  Gəncədə  qiyam  yatırıldı. 

Vəziyyətin  dəyişdiyini  görən  Cavadov  qardaşları  Prezidenti  müdafiə  etdiklərini 

bildirdilər.

34

 

Xalq oktyabrın 5-də Bakının Azadlıq meydanında təşkil olunmuş izdihamlı 



ümumxalq mitinqində qanuni Prezidenti dəstəklədiyini bir daha nümayiş etdirdi.

35

 



Qiyam  və  dövlət  çevrilişi  qəsdində  günahkar  olan  S.Hüseynov 

hakimiyyətdən  kənarlaşdırıldı,  Azərbaycandan  Rusiyaya  qaçdı.  1996-cı  ildə  isə 

Rusiyada həbs olunub respublikaya gətirildi və məhkum edildi.

30

 



Düşmənlərin,  xarici kəşfiyyat orqanlarının əlində oyuncaq  olan hakimiyyət 

hərisləri  yenə  də  öz  niyyətlərindən  əl  çəkmirdilər.  1994-cü  il  dekabrın  4-də 

"Azərbaycana  xidmət"  vəqfi  tərkibində  "Azərbaycan  Strateji  Araşdırmalar 

Mərkəzi"  adlı  təşkilat  yaradılmışdı.

37

  Bu  təşkilat  ölkədə  siyasi  müxalifətlə  hərbi 



müxalifəti  birləşdirib  dövlət  çevrilişi  etməyi,  qanuni  Prezidenti  fiziki  cəhətdən 

məhv  edib  A.Mütəllibov,  Ə.Elçibəy  və  başqalarının  təmsil  olunduğu  "Dövlət 

Şurası"  yaratmağı  planlaşdırmışdı.  Mərkəzin  işində  "Müsavat"  və  "Doğru  yol" 

partiyalarının  nümayəndələri  də  fəallıq  göstərirdilər.  Bu  vaxt  AXC  və  ona  yaxın 

qüvvələr də xeyli fəallaşmışdılar.

38

 



Martın 12-dən 13-nə keçən gecə Ağstafa və Qazaxda Xüsusi Təyinatlı Polis 

Dəstəsi  əməkdaşları  (omonçular)  qiyam  qaldırıb  dövlət  idarələrini  zəbt  etdilər.

39

 

Martın 15-də omonçular Bakıda Nizami rayon polis idarəsinə silahlı basqın etdilər 



və  dəf  olundular.  Prezidentin  16  mart  tarixli  fərmanı  ilə  Xüsusi  Təyinatlı  Polis 

Dəstəsi ləğv edildi və onun Bakıdakı əməkdaşlarından silahı könüllü təhvil verib, 

"8-ci  km"  qəsəbəsindəki  bazalarını  tərk  etmək  tələb  olundu.

40 


Cavadov  qardaşları 

Prezidentin  münaqişəni  dinc  yolla  həll  etmək  istəyinə  məhəl  qoymadılar.  Onlar 

bazada toplanmış silahlıları dörd hücum qrupuna bölüb, martın 16-dan 17-nə keçən 


268 

 

gecə Prezident sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını 



tutmaq üçün həmlə ilə mühasirəni yarıb şəhərə çıxmağa çalışdılar.

41

 



İqtidarın fövqəladə tədbirləri, hökumət qüvvələrinin çevik hərbi 

əməliyyatları nəticəsində dövlət çevrilişi cəhdi bu dəfə də baş tutmadı. 

  Sonralar da qanuni hakimiyyəti devirmək, Prezidenti fiziki cəhətdən məhv 

etmək  və  başqa  siyasi  terror  cəhdləri  baş  verdi  və  hər  dəfə  respublikanın  hüquq-

mühafizə  orqanları  tərəfindən  qətiyyətlə  dəf  edildi.

42

  Xalq  respublikanın  dövlət 



müstəqilliyinin  təminatçısı  olan  Prezident  Heydər  Əliyevi  dəstəklədi,  siyasi 

yetkinlik, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirdi. 

 

§2. ORDU QURUCULUĞU. ATƏġKƏS 

 

Heydər  Əliyevin  yenidən  rəhbərliyə  gəldiyi  vaxtdan  əvvəlki  bütün 

iqtidarlar,  demək  olar  ki,  əsil  mənada  Azərbaycan  ordu  quruculuğu  ilə  məşğul 

olmurdular.  Onların  səriştəsiz  siyasəti  nəticəsində  respublika  ərazisinin  20  faizi 

düşmən  əlinə  keçmişdi.  Ermənilər  "torpağı  viran  qoymaq"  taktikasından  istifadə 

edirdilər.  İşğal  olunmuş  ərazilərdə  evlər,  müəssisələr,  kommunikasiya  vasitələri, 

təbii sərvətlər talan edilir, dağıdılır, yandırılırdı. Müharibədə 20 min azərbaycanlı 

şəhid  olmuş,  100  min  nəfər  yaralanmış,  5  min  nəfər  əlilə

 

çevrilmişdi.  Qaçqın  və 



köçkünlərin sayı milyon nəfəri ötmüşdü.

43

 



Erməni  işğalçıları  tərəfindən  4861  nəfər  azərbaycanlı,  o  cümlədən  314 

qadın,  58  uşaq,  255  qoca  əsir  və  girov  götürülmüşdü.

44 

Erməni  faşistləri  əsir  və 



girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-

insani  rəftar  edir,  qul  kimi  işlədir,  təhqir  edir,  alçaldırdılar.  Yalnız  bir  fakt: 

öldürülmüş əsir Fərhad Atakişiyevin meyiti üzərində ekspertlər 72 işgəncə əlaməti 

aşkar  etmişdilər.  Onun  əlləri,  ayaqları  sındırılmış,  qulaqları  kəsilmiş,  gözləri 

çıxarılmış,  dırnaqları  kökündən  qoparılmış,  burun,  qulaq  dəliklərinə  və  qarnına 

məftil  keçirilmişdi.  Əsirlərə  Azərbaycanın  milli  bayramları  günü  daha  ağır 

işgəncələr verilirdi, erməni qəbri üstə əsir başı kəsmək ənənəyə çevrilmişdi.

45

 



Azərbaycanın  Ermənistan  tərəfindən  işğal  edilmiş  və  separatçı  "Dağlıq 

Qarabağ  Respublikası"nın  nəzarətində  olan  əraziləri  beynəlxalq  terrorizmin  təlim 

düşərgələrinə və müxtəlif növ kimyəvi qırğın silahlarının sınaq meydanına, habelə 

nüvə  tullantılarının  basdırıldığı  zonaya  çevrilmişdi.  Laçın  rayonunun  Zabux 

kəndində  "Kürd  konqresi"  (başçısı  Zeylan  Öcalan),  Xocavəndin  Qırmızı  Bazar 

ərazisində suriyalıların "Xalq Azadlıq Cəbhəsi" (başçısı Zamir əl-Qisse), Zəngilan 

rayonunun  Mincivan  qəsəbəsində  liviyalıların  "Hizbullah"  (başçısı  Ömər  Şəhabi) 

və  livanlıların  "Həmas"  (başçısı  Musa  Qulam  Haq)  kimi  terrorçu  qrupları 

yerləşdirilmişdi.  "ASALA"  erməni  terrorçu  təşkilatının  radikal  qanadı  üçün 

Şuşanın Xəlfəli, Xocavəndin Kiş, Əsgəranın Xankəndi yaşayış məntəqəsində təlim 



269 

 

düşərgələri  təşkil  edilmişdi.  1996-cı  il  mayın  26-da  Azərbaycanın  işğal  olunmuş 



ərazilərinə  əfqan  ərəbləri  -  "əl-Qaidə"çilər  gətirilmişdi.  Burada  nüvə  terrorizmi 

(Ağdaban,  Xanabad,  Həsənriz,  Kropatkin),  bioloji  terrorizm  (İstisu,  Kiş,  Aşağı 

Veysəlli),  kimyəvi  terrorizm  (Vejnəli,  Havıslı)  və  kompüter  terrorizmi  (Şuşa, 

Xankəndi) üzrə qruplar fəaliyyət göstərirdi.

45a

 

Dağlıq  Qarabağ  ərazisində  yerləşdirilmiş  "S-300"  və  "Tayfun"  raketlərini 



Rusiya, Çin  və  Ermənistan alimləri  modernləşdirmişdilər.  Ermənistan nüvə  silahı 

hazırlamağa  çalışırdı.  Ermənilərin  nüvə  texnologiyası  məsələləri  ilə  məşğul  olan 

"Vartanoil", "Razdanmaş", "Jak-Mak Metaliz" və b. şirkətlərinin, "Lizinq" Biznes 

Mərkəzinin  İran,  Rusiya,  Fransa,  İraq,  Pakistan  Səudiyyə  Ərəbistanı  və  b. 

ölkələrdə  filialları  fəaliyyət  göstərirdi.  Dağlıq  Qarabağda  təşkil  edilmiş  nüvə 

tədqiqatı  laboratoriya  və  mərkəzlərində  Suriya,  Səudiyyə  Ərəbistanı,  Pakistan, 

İran,  Ermənistan  alimləri  və  Əfqanıstandan  olan  ərəb  mütəxəssisləri  elmi 

axtarışlarını  davam  etdirirdilər.  Erməni  və  rus  alimlərinin  birgə  sınaq  təcrübələri 

keçirilmişdi.  2000-ci  il  dekabrın  14-də  qəbul  edilmiş  Ermənistanın  nüvə 

proqramının  4-cü  maddəsində  işğal  olunmuş  Azərbaycan  əraziləri  -  Kəlbəcərin 

Başalıbel, Şuşanın Göytala və Laçının Mixidərə, Malxələf, Aşağı Fərəcan yaşayış 

məntəqələri Ermənistanın nüvə zonalarına aid olunmuşdu.

45b

 

İşğal  olunmuş  Azərbaycan  ərazilərindən  işğalçı  ordunun  dərhal,  tamamilə 



və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel 

822, 29 iyul 853, 14 oktyabr 874 və 11 noyabr 884 saylı qətnamələrində öz əksini 

tapsa  da,  Ermənistan  müxtəlif  bəhanələrlə  onları  yerinə  yetirməkdən  imtina 

edirdi.


46 

Əslində  münaqişə  tərəflərindən  birinə  -  Ermənistana  doğma,  o  birinə  - 

Azərbaycana  yad  münasibət  bəsləndiyindən  bu  qətnamələrin  heç  birində 

Ermənistan təcavüzkar elan olunmurdu. Bunlardan yalnız birində Ermənistanın adı 

çəkilir  və ondan tələb edilirdi ki, Dağlıq Qarabağa təsir göstərsin.

47

  ABŞ,  Rusiya 



və  başqa  dövlətlərin  parlamentlərində  özünə  doğma  münasibət  görən  Ermənistan 

təcavüzkar əməllərini azğınlıqla davam etdirirdi. 

Azərbaycan  Ordusu  bərbad  vəziyyətdə  idi,  parçalanmışdı,  hərbi  hissələr 

ayrı-ayrı  siyasi  qrupların  təsiri  altına  düşmüşdü.  Silah,  sursat,  geyim  və  ərzaqla 

təminat  yarıtmaz  halda  idi.  Korrupsiya  geniş  yayılmışdı.  Xalq  orduya  yadlaşır, 

fərarilik  artırdı.  1991-1992-ci  illərdə  ordunu  30  min  döyüşçü  özbaşına  tərk 

etmişdi.

48

  Müdafiə  Nazirliyinə  tabe  olmayan  müxtəlif  siyasi  ambisiyalı,  döyüş 



qabiliyyəti  aşağı  olan,  nizam-intizamsız  hərbi  hissələri  ləğv  etmək,  güclü  nizami 

ordu  yaratmaq,  bunun  üçün  xalqı  ayağa  qaldırmaq,  birləşdirmək  lazım  idi. 

Prezident  Fərmanı  ilə  1993-cü  il  noyabrın  1-də  Dövlət  Müdafiə  Şurası  yaradıldı. 

Onun həmin gün keçirilən ilk iclasında ordu quruculuğu, müdafiə məsələləri geniş 

müzakirə  olundu,  müvafiq  qərarlar  qəbul  edildi.  Səfərbərliyin  təşkili,  döyüş 

hazırlığının, qoşun hissələri şəxsi heyətinin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə 



270 

 

istiqamətləndirilmiş tədbirlər müəyyən edildi.



49

  Prezident  Heydər  Əliyev  1993-cü 

il  noyabrın  2-də  televiziya  və  radio  vasitəsilə  xalqa  müraciət  etdi,  onu  ölkənin 

qeyrət və azadlığı uğrunda birləşib düşmənə qarşı

 

mübarizəyə qalxmağa çağırdı.



50

 

Prezidentin  çağırışı  xalqı  silkələdi,  hərəkətə  gətirdi,  orduya  könüllü 



yazılanların  sayı  minlərlə  idi.  Könüllülərdən  ibarət  taburlar  yaradılıb  cəbhəyə 

göndərildi.  Əfqanıstanda  xidmət  etmiş  keçmiş  döyüşçülər  Prezidentə  müraciət 

edib,  alay  yaratmaq  təşəbbüsü  irəli  sürdülər.  Bu  təcrübəli  döyüşçülərdən  ibarət 

hərbi hissə yaradıldı.

51

 

1993-cü il noyabrın 23-də Milli Şura "Müdafiə haqqında" Qanun qəbul etdi. 



Qanunda  ordu  quruculuğunda  məsul  vəzifəli  şəxs  və  orqanların  fəaliyyəti 

sistemləşdirildi,  məsuliyyət  sahələri  dəqiqləşdirildi.

52

  Noyabr-dekabr  aylarında 



16,7  min  döyüşçüsü  olan  40  ehtiyat  taburu  təşkil  edildi.  Prezident  şəxsən  cəbhə 

bölgələrində  ordunun,  əsgərlərin  döyüş  hazırlığının  vəziyyəti  ilə  yaxından  tanış 

olub, konkret tədbirlər müəyyənləşdirdi.

53

 



Səhra  Cəbhə  İdarəsi,  33  köhnə  başıpozuq  hərbi  hissə  ləğv  edildi, 

əldəqayırma  "generallar",  siyasi  hoqqabazlar,  xainlər  və  satqınlar  ordudan 

uzaqlaşdırıldı,

54

  36  tabur  təşkil  edildi.



55

  Səmərəli  hərbi  təlim  üçün  proqramlar 

hazırlandı,  ordunun  döyüş  hazırlığının  yüksəldilməsi  işi  dövlət  başçısının  ciddi 

nəzarəti altına alındı. 1994-cü ilin sonunda milli ordunun sıralarında 54 min əsgər 

və  zabit  var  idi.

56

  Silahlı  qüvvələrin  maddi  bazası  xeyli  möhkəmlənmişdi.  Bütün 



bunların nəticəsində Azərbaycan Ordusu düşmənin respublikanın içərilərinə doğru 

hücumunu dayandırdı, hətta əks-hücuma keçib bir sıra əraziləri işğaldan azad etdi. 

1993-cü  il  noyabrın  ortalarında  cəbhələrdə  intensiv  hücuma  başlamış 

ermənilər  Azərbaycan  Ordusunun  güclü  müqavimətinə  rast  gəldilər.  Dekabrın 

ortalarında  Beyləqan  istiqamətində  milli  ordunun  əsgərləri  böyük  rəşadət 

göstərdilər.  Birinci  tabura  hücum  edən  15  düşmən  tankının  7-si  məhv  edildi.

57

 

Azərbaycan  döyüşçüləri  hücuma  keçib  30  km  irəlilədilər.  Minomyotçular 



komandiri  Akif  Xanəliyev  döyüşdə  50-yə  qədər  düşmən  əsgərini  məhv  etdi. 

Xankəndi  tərəfə  kəşfiyyata  getmiş  hərbi  hissə  qəfildən  düşmənlə  üzləşsə  də, 

mərdliklə  vuruşmuş,  ermənilər  xeyli  itki  vermişdilər.  Etibar  İsmayılov  tank 

əleyhinə  qumbara  ilə  özünü  düşmənə  köməyə  gələn  tankın  altına  ataraq  onu 

partlatdı  və  həyatı  bahasına  döyüşçü  yoldaşlarını  ölümdən  xilas  etdi.  Ölümündən 

sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

58

 

1994-cü  il  yanvarın  5-də  Azərbaycan  Ordusu  müvəffəqiyyətli  əməliyyatlar 



nəticəsində  Füzuli  rayonunda  strateji  əhəmiyyətli  Horadiz

 

qəsəbəsini,  22  kəndi 

işğaldan azad etdi, hücumu genişləndirib Cəbrayıl rayonu ərazisinin bir hissəsini, 

Kəlbəcər  rayonunda  Bozlu,  Təkəqaya,  Babaşlar,  Qanlıkənd,  Çənli,  Susuzluq, 

Qasımbinəsi,  Yanşaqbinə,  Yanşaq,  Bağırsaq,  Qamışlı,  Bağırlı  yaşayış 

məntəqələrini azad etdi. 



271 

 

Çiçəkli  dağı  və  başqa  strateji  yüksəklikləri  ələ  keçirdi,  Kəlbəcər-Ağdərə 



yolunun Tunelə qədərki hissəsini nəzarət altına aldı.

59 


1993-cü il dekabr - 1994-cü 

il  yanvar  döyüşlərində  düşmən  4  min  əsgər  və  zabit,  50  zirehli  texnika,  15 

artilleriya  qurğusu  və  s.  itirdi.  Azərbaycan  tərəfinin  itkisi  bundan  1-1,5  dəfə  az 

idi.


60

 

Ordunun  möhkəmlənməsi,  NATO-ya  tərəf  əməli  addımlar  respublikada 



müstəqilliyin dönməzliyinə şərait yaradırdı. Bunun qarşısını nəyin bahasına olursa-

olsun  almaq  istəyən  nüfuzlu  imperiyapərəst  qüvvələr  ermənilərə  köməyi  daha  da 

artırdılar.  Bu  səbəbdən  1994-cü  ilin  fevralında  Kəlbəcərdə  uğurla  həyata 

keçirilməyə başlanan "Murovdağ" əməliyyatı məğlubiyyətlə nəticələndi.

61 

Azərbaycanda  çaşqınlıq,  vahimə  yaratmaq  üçün  Ermənistan  dövləti  terror 



əməllərini  də  fəallaşdırmışdı.  1994-cü  il  fevralın  1-də  Bakı  dəmiryol  vağzalında 

"Kislovodsk-Bakı"  sərnişin  qatarında  törədilmiş  terror  aktı  nəticəsində  3  nəfər 

həlak olmuş, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 8 gün sonra Xudat 

stansiyasında  yük  vaqonu partladılmış, dövlətə böyük ziyan dəymişdi.  1994-cü il 

aprelin  13-də  "Daqestanskiye  oqni"  stansiyası  yaxınlığında  "Moskva-Bakı" 

sərnişin qatarı partladılmış, nəticədə 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdı.

62

 

Rusiya  1994-cü  ilin  aprelində  regionda  mövqelərini  qoruyub  saxlamaq, 



qoşunlarını atəş xəttində yerləşdirmək, ağlasığmaz siyasi və iqtisadi güzəştlər əldə 

etmək məqsədilə Azərbaycana münasibətdə alçaldıcı bir saziş layihəsi təklif etdi.

63

 

Azərbaycanı  artıq  Ermənistan  tərəfindən  bəyənilmiş  bu  layihə  ilə  razılaşmağa 



məcbur  etmək  üçün  aprelin  10-dan  ermənilər  bütün  cəbhələrdə  güclü  hücuma 

başladılar.  Azərbaycan  Ordusu  düşmənin  hücumunu  müvəffəqiyyətlə  dəf  etdi. 

Goranboy rayonunun Talış  və  Gülüstan  kəndləri uğrunda  döyüşlərdə  Azərbaycan 

əsgərləri  qalib  gəldilər,  düşmən  150  əsgər  və  zabitini  itirib  geri  çəkildi.

64

  Tərtər 



rayonunun  İlxıçılar  və  Göyarx  kəndləri  tərəfdə  gedən  ağır  döyüşlərdə  düşmənin 

200-dən çox canlı qüvvəsi məhv edildi.

65

 Lakin arxalı ermənilər Ağdam rayonunun 



daha 18 kəndini,  Ağdərə bölgəsində bir neçə kəndi işğal edə bildilər. Bərdə üçün 

ciddi  təhlükə  yarandı.  Azərbaycan  Ordusu  buraya  əlavə  qüvvələr  gətirməklə 

düşmən  hücumunun  qarşısını  aldı  və  əks-hücuma  keçib  bir  neçə  yaşayış 

məntəqəsini  azad  etdi.

66

  Beləliklə,  imperiyapərəst  qüvvələrin  təklif  etdiyi  plan  - 



döyüşən  tərəflərin  ayrılmasında  ATƏM-in  iştirakı  olmadan  yalnız  Rusiyanın 

vasitəçiliyini nəzərdə tutan plan baş tutmadı. Bu işdə ABŞ-ın və ATƏM-in Minsk 

qrupunun mühüm rolu oldu.

67

 



Azərbaycan öz suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın atəşkəsə 

nail  olmaq  sahəsində  səylərindən  də  imtina  etmədi.  1994-cü  il  mayın  8-də 

münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və 

erməni icmalarının, habelə Rusiya Federasiyasının bu niyyətini təsdiq edən Bişkek 

protokolu Azərbaycan Respublikası tərəfindən də imzalandı.

68

 



272 

 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin uğurlu diplomatiyası, 



milli ordunun  yaradılması və  güclənməsi nəticəsində düşmən və onun havadarları 

artıq münaqişəni zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk 

edirdilər. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olundu.

69

 



Gündəlik dövlət qayğısı sayəsində Azərbaycan Ordusu getdikcə inkişaf etdi, 

müasir hərbi texnika  və  bacarıqlı kadrlarla  təchiz  olundu, silahlı qüvvələrin şəxsi 

heyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-intizam möhkəmləndi. Bu 

işdə Azərbaycanın NATO ilə sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində həyata 

keçirilən tədbirlərin, qardaş Türkiyə Respublikası hərbçilərinin köməyi böyük idi. 

Azərbaycan xalqının orduya yardımını tənzimləmək məqsədilə 2002-ci il avqustun 

17-də  Prezident  Heydər  Əliyevin  Fərmanı  ilə  "Azərbaycan  Respublikası  Silahlı 

Qüvvələrinə Yardım Fondu" təsis edilmişdi.

70 

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin