1991, 13 dekabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin
Pakistan tərəfindən tanınması
1991, 16 dekabr – Naxçıvan MR Ali Məclisinin H.Əliyevin təşəbbüsü ilə
31 dekabrı Dünya azərbaycanlılarının Həmrəylik və birlik günü kimi
rəsmiləşdirməsi
1991, 25 dekabr – Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması
barədə qanunun qəbul edilməsi
1991, 25 dekabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin İran
İslam Respublikası tərəfindən tanınması
1991, 29 dekabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında ümumxalq referendumunun keçirilməsi
1992, 3 yanvar – Milli Müdafiə Şurasının buraxılması və Dövlət Müdafiə
Komitəsinin təsis edilməsi
1992, 8 yanvar – Ermənilərin “Krosnovodsk-Bakı” dəniz sərnişin bərəsində
terror aktı (25 nəfər həlak oldu, 88 nəfər ağır yaralandı) törətməsi
1992, 20 yanvar – Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Müşavirəsinə (ATƏM) qoşulması
1992, 23 yanvar – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ABŞ
tərəfindən tanınması
1992, 26 yanvar – Daşaltı əməliyyatı
1992, fevral – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis
edilməsi
1992, 25-26 fevral – Xocalı faciəsi
1992, 28 fevral – Ermənilərin Qudermes stansiyası yaxınlığında
“Kislovodsk-Bakı” sərnişin qatarını (11 nəfər həlak oldu, 18 nəfər yaralandı)
partlatması
1992, 2 mart – Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul
edilməsi
387
1992, 5-6 mart – Ali Sovetin fövqəladə sessiyasında A.N.Mütəllibovun
istefa verməsi
1992, 10 mart – Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin
yaradılması
1992, 24 mart – ATƏM-in Dağlıq Qarabağa dair Minsk qrupunu təşkil
edilməsi
1992, 25 mart – “Azərbaycan Milli Qəhrəmanı” adının təsis olunması
1992, 10 aprel – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Rusiya
tərəfindən (109-cu dövlət olaraq) tanınması
1992, 23 aprel – Azərbaycan ali Attestasiya Komissiyasının təşkil olunması
1992, 6-8 may – Şuşanın işğal edilməsi
1992, 14 may – Eks-prezident A.N.Mütəllibovun yenidən öz vəzifəsinə
qaytarılması və AXC silahlı qüvvələri tərəfindən həmin vəzifədən uzaqlaşdırılması
1992, 17-18 may – Laçın şəhərinin ermənilər tərəfindən işğal edilməsi
1992, 18 may – Azərbaycan Ali Sovetinin Milli Şurasının “Milli Məclis”
adlandırılması
1992, 18 may – Hakimiyyətin AXC-nin əlinə keçməsi
1992, 27 may – “Hərbi tribunallar haqqında” Qanunun qəbul olunması
1992, 27 may – Azərbaycan Respublikasının Dövlət Himninin təsdiq
edilməsi
1992, 28 may – Naxçıvan ilə Türkiyə arasında Sədərək-Dilucu “Ümid
körpüsü”nün açılması
1992 – Beynəlxalq Memarlar Akademiyasının təşkil olunması
1992, iyun – Azərbaycanın BMT-nin təhsil, elm və mədəniyyət məsələləri
üzrə təşkilatına – YUNESKO-ya üzv qəbul edilməsi
1992, 3 iyun – “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikası
Qanununun qəbul olunması
1992, 7 iyun – AXC sədri Əbülfəz Elçibəyin (Əliyev) respublika prezidenti
seçilməsi
1992, 10 iyun – “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın
əsasları haqqında” Qanunun qəbul olunması
1992, 12 iyun – Azərbaycan silahlı qüvvələrinin Ağdərədə irimiqyaslı
hücum əməliyyatlarına başlaması
1992, 21 iyun – Azərbaycanın BMT-nin Uşaq Hüquqları Konvensiyasına
qoşulması
1992, 25 iyun – Azərbaycanın Qara dəniz hövzəsində iqtisadi əməkdaşlıq
haqqında bəyannaməni imzalayan 11 dövlətdən biri olması
1992, 27 iyun – Azərbaycan Respublikası Müdafiə Nazirliyində vahid
komandanlıq yaradılması haqqında Dekretin qəbul olunması
388
1992, 8 iyun – Azərbaycan Respublikasının Ümumavropa Təhlükəsizlik və
əməkdaşlıq proseslərini tənzimləyən Helsinki müşavirəsinin 1976-cı il Yekun
Aktına və 1992-cı il iyulun 10-da Helsinki yekun sənədinə tərəfdar çıxması
1992 – Azərbaycan Respublikasının NATO-nun Şimali Atlantika
Əməkdaşlıq Şurasına (1997-ci ildən bu Şura Avroatlantika tərəfdaşlıq Şurası –
AATŞ) qoşulması
1992, 15 avqust – Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması
1992, 16 sentyabr – “Azərbaycan Respublikasında yaşayan milli azlıq,
azsaylı və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və
mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Prezident fərmanının
verilməsi
1992, 16 oktyabr – Respublikanın çətin günlərində 91 ziyalının H.Əliyevə
müraciəti
1992, 24 oktyabr – ABŞ konqresinin Azərbaycanı Ermənistanı guya
blokadaya salmaqda günahlandıraraq, ona dövlət səviyyəsində hər cür, o cümlədən
humanitar yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907-ci əlavəni
“Azadlığı Müdafiə Aktı”na daxil etməsi
1992, 31 oktyabr – TÜRKSOY-un (Türk Kültür və Sanatların Ortak
Yönəltim) yaradılması
1992, 2 noyabr – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
Avropa Olimpiya Komitəsinə üzvlüyünə qəbul edilməsi
1992, 3 noyabr – “Hərbi xidmət haqqında” Qanunun qəbulu
1992, 21 noyabr – Naxçıvanda “Yeni Azərbaycan Partiyasının” (YAP)
təşkil edilməsi
1992, 25 dekabr – Respublikamızın ali və orta ixtisas məktəblərinə qəbul
imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərarın qəbul edilməsi
1992, 31 dekabr – Dünya azərbaycanlılarının Həmrəylik Gününün elan
edilməsi
1993 – Bakıda Şah İsmayıl Xətayinin heykəlinin qoyulması
1993, 23 fevral – Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiqi
1993 – Qusarda Dövlət ləzgi teatrının təşkil edilməsi
1993 – Respublikamızın ali məktəblərində bakalavr və magistratura
sisteminin tətbiqi
1993, 2-3 aprel – Kəlbəcərin süqutu
1993, 30 aprel – Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik
Şurasının 822 saylı qətnaməsinin qəbulu
1993, 27 may – Bakıda Hüseyn Cavidin heykəlinin ucaldılması
1993, 4 iyun – Gəncədə hərbi qiyam
389
1993, 15 iyun – H.Ə.Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin
sədri seçilməsi
1993, 17 iyun – Prezident Ə.Elçibəyin Bakını gizli tərk edərək Naxçıvana,
Kələki kəndinə getməsi
1993, 24 iyun - Azərbaycan Respublikasının Ali Sovetinin Milli Məclisinin
prezidentin bütün səlahiyyətlərini H.Əliyevə verməsi
1993, 23 iyul – Ağdamın süqutu
1993, 27 iyul – Ağdamın işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının
853 saylı qətnaməsinin qəbulu
1993, 7 avqust – Respublikamızın cənub bölgəsində oyuncaq “Talış Muğan
Respublikası”nın (“TMR”) elan olunması
1993, 15 avqust – Cəbrayılın süqutu
1993, 21-23 avqust – Üzdəniraq “TMR”-in ləğv edilməsi
1993, 25 avqust – Füzulinin süqutu
1993, 29 avqust – Milli Məclisin qərarı ilə prezident Ə.Elçibəyə etimad
haqqında referendumun keçirilməsi
1993, 30 avqust – Qubadlının süqutu
1993, 23 sentyabr – Monakoda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin
101-ci sessiyasında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyə qəbul edilməsi
1993, 24 sentyabr – Azərbaycan Respublikasının MDB-yə daxil olması
1993, 14 oktyabr – Azərbaycanın yeni ərazilərinin işğalı ilə əlaqədar BMT
Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsinin qəbulu
1993, 3 oktyabr – H.Ə.Əliyevin Azərbaycan Respublikasının Prezidenti
seçilməsi
1993, 29 oktyabr – Zəngilanın süqutu
1993, 11 noyabr – BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinin
qəbulu
1994, 26 dekabr - Bakıda C.Məmmədquluzadənin ev-muzeyinin
yaradılması
1994 - Azərbaycanın Avropa Futbol Birliyinə üzv qəbul olunması
1994, 5 yanvar - Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunda Horadiz
qəsəbəsi və 22 kəndin düşməndən təmizlənməsi
1994, 2 mart - Bakı İslam İnstitutunun Qafqaz İslam Universitetinə
çevrilməsi
1994, 5 mart - Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin ÇXR-
ə rəsmi səfəri
1994, 19 mart - Ermənistan xüsusi xidmət orqanlarının və "Sadval"
təşkilatının Bakı metrosunun "20 Yanvar" stansiyasında partlayış törətməsi
390
1994, 29 mart - Azərbaycan Respublikasının Milli Məclisinin 1990-cı il 20
Yanvar hadisəsinə obyektiv hüquqi-siyasi qiymət verməsi
1994, 5 aprel - Xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərmanın
verilməsi
1994, 13 aprel - Ermənilər tərəfindən "Daqestanskie Oqni" stansiyası
yaxınlığında "Moskva-Bakı" sərnişin qatarının partladılması
1994, 3-5 may - Prezident H.Ə.Əliyevin Belçikaya rəsmi səfəri
1994, 4 may - Azərbaycanın NATO-nun "Sülh naminə
tərəfdaşlıq"
proqramına qoşulması
1994, 8 may - Ermənistan-Azərbaycan cəbhəsində əməliyyatların
dayandırılması haqqında "Bişkek protokolu"nun imzalanması
1994, 12 may - Qarabağ münaqişəsi ilə bağlı atəşkəsin qüvvəyə minməsi
1994, iyun - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis
edilməsi
1994, 24 iyul - "Əhalinin sosial müdafiəsi haqqında" Qanunun qəbul
edilməsi
1994, 18 sentyabr - Bakıda Niyazinin xatirə muzeyinin açılması
1994, 20 sentyabr - Bakının "Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin
imzalanması
1994, 24 sentyabr - Azərbaycan Ali Sovetinin Sədrinin müavini A.Cəlilov
və prezidenti yanında xüsusi idarə rəisi Ş.Rəhimovun qətlə yetirilməsi
1994, 26-30 oktyabr - Prezident H.Əliyevin BMT-nin 49-cu sessiyasında
iştirakı və çıxışı
1994, 21 noyabr - "Əhalinin sosial Müdafiəsi Fondu"nun təsis olunması
1994, dekabr - İslam Konfransı Təşkilatının (İKT) VII zirvə toplantısında
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbulu
1994, 5-6 dekabr - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
(ATƏT) Budapest sammiti
1994, 28 dekabr - Bakıda C.Məmmədquluzadənin ev muzeyinin açılması
1995, 27-31 yanvar - Prezident H.Əliyevin İsveçrənin Davos şəhərində
keçirilən ümumdünya iqtisadi forumunda iştirakı
1995, mart - Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması
1995, 12 mart - Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşlarının (omonçular)
Ağstafa və Qazaxda qiyam qaldırmaları
1995, 16 mart - Prezident fərmanı ilə Xüsusi Təyinatlı Polis Dəstəsinin
ləğv edilməsi
1995, 17-18 mart - Bakıda dövlət çevrilişi cəhdinin qarşısının alınması
1995, may – Azərbaycanda Əfvetmə İnstitutunun fəaliyyətə başlaması
391
1995, 29 sentyabr - "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə
dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nın qəbul edilməsi
1995, noyabr - Respublika Gənclər Təşkilatının Milli Şurasının yaradılması
1995, 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq
referendumu yolu ilə qəbul edilməsi
1995, 12 noyabr - Azərbaycan Respublikası parlamentinə mojaritar və
proporsional sistemlə ilk seçkilərin keçirilməsi
1996, iyul - Bakı Dənizçilik məktəbi əsasında Bakı Dənizçilik
Akademiyasının təşkili
1996 - Naxçıvanda C.Məmmədquluzadənin ev-muzeyinin açılması
1996, fevral - Azərbaycan Respublikası Prezidenti yanında "Hüquqi
İslahatlar Komissiyası"nın yaradılması
1996, 2 fevral - Gənclərin I respublika forumunun keçirilməsi
1996, 9-11 aprel - Prezident H.Ə.Əliyevin Pakistan islam Respublikasına
rəsmi səfəri
1996, 22 iyun - "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında"
Prezident fərmanının verilməsi
1996, iyul - Bakıda 310 metr hündürlüyü olan teleqüllənin istifadəyə
verilməsi
1996, 16 iyul - "Torpaq islahatı haqqında" Qanunun qəbul edilməsi
1996, 19 iyul – 2 avqust - Azərbaycan idmançılarının XXVI yay
Olimpiya oyunlarında müstəqil respublikamızı ilk dəfə təmsil etməsi
1996, 23 iyul - Bakıda "Koko-Kola" sərinləşdirici içkilər zavodunun
açılması
1996, iyul - Özəl qurumların tələbatını təmin etmək məqsədilə Aqrar kredit
kassalarının təşkil olunması
1996, avqust - "Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı tədbirlər haqqında" prezident fərmanının verilməsi
1996, oktyabr - "Türkiyə-Azərbaycan Dostluq Vəqfi"nin
təsis edilməsi
1996, 29 oktyabr - Naxçıvanda H.Cavidin məqbərəsinin açılması
1996, noyabr - Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Beynəlxalq
Qırmızı Xaç Komitəsinə və Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq
Federasiyasına üzvlüyə qəbul edilməsi
1996 - "Üzeyir Hacıbəyov ensiklopediyası"nın nəşr edilməsi
1996, noyabr - Bakıda Türk dünyası yazıçılarının III qurultayı
1996, 2-3 dekabr - ATƏT-in Lissabon zirvə toplantısı
1997, 12-14 yanvar - Prezident H.Ə.Əliyevin Fransaya rəsmi səfəri
1997, 17 mart - Qafqaz İslam Universitetinin Bakı İslam Universitetinə
çevrilməsi
392
1997, 24-25 mart - Prezident H.Ə.Əliyevin Ukraynaya rəsmi səfəri
1997, 20 aprel - "Kitabi Dədə-Qorqud" dastanının 1300 illiyinin geniş qeyd
edilməsi haqqında Prezident fərmanının verilməsi
1997, 5-8 may - Prezident H.Ə.Əliyevin Türkiyəyə rəsmi səfəri
1997, 27 iyun - Milli Məclisin H.Əliyevin Ali Sovetin sədri seçildiyi 15
iyun gününü "Milli Qurtuluş günü" elan etməsi
1997, 10-11 iyun - Prezident H.Ə.Əliyevin Qazaxıstana rəsmi səfəri
1997, 3-4 iyul - Prezident H.Ə.Əliyevin Rusiyaya rəsmi səfəri
1997, 27 iyul – 7 avqust - Prezident H.Ə.Əliyevin ABŞ-a ilk rəsmi səfəri
1997, 31 iyul - İ.Əliyevin Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin (МОК) prezidenti seçilməsi
1997, 13 sentyabr - "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi
haqqında" Prezident fərmanının verilməsi
1997, 21 oktyabr - "Konstitusiya Məhkəməsi haqqında" qanunun qəbul
edilməsi
1997, 10 noyabr - "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət
xadimlərinə dövlət qayğısının artırılması haqqında" Prezident fərmanının
imzalanması
1997, 12 noyabr - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ)
qazdığı ilk neft quyusunun fontan vurması
1997, 18 noyabr - "Mədəniyyət haqqında" qanunun qəbul olunması
1997, 25 noyabr - Bakıda "GUAM" bloku (Gürcüstan, Ukrayna,
Azərbaycan, Moldova) təşkilini bəyan edən protokolun imzalanması
1997, 18 dekabr - "1948-1953-cü illərdə Ermənistan SSR-dən
azərbaycanlıların öz tarixi və etnik torpaqlarından deportasiya edilməsi" haqqında
fərmanın verilməsi
1998, yanvar - "Qadın problemləri üzrə Dövlət Komitəsi"nin yaradılması
1998, 30 yanvar - Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncamı
1998, 10 fevral - Milli Məclisin Azərbaycanda ölüm hökmünün ləğv
edilməsi haqqında qanun qəbul etməsi
1998, fevral - Azərbaycan Respublikasında ölüm hökmünün tamamilə ləğv
edilməsi
1998, 24-25 fevral - Prezident H.Ə.Əliyevin Yaponiyaya rəsmi səfəri
1998, fevral - "Azərbaycan-Dağıstan Dostluq Cəmiyyəti"nin yaradılması
1998, 26 mart - Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların
genosidi haqqında" fərman imzalaması. Martin 31-nin azərbaycanlıların soyqırımı
günü elan edilməsi
393
1998, 10 aprel - "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında"
Azərbaycan Respublikası Qanununun qəbul edilməsi
1998, 13 mart - C.Naxçıvanski adma Respublika Orta Hərbi İnternat
məktəbinin Naxçıvan filialının təsis edilməsi
1998, 5 avqust - Respublika Prezidentinin sərəncamı ilə Şəhidlər
Xiyabanında şəhidlərə abidənin və əbədi məşəlin qoyulması
1998 - Akademik Yusif Məmmədəliyevin heykəlinin qoyulması
1998, 13 aprel - "Azərbaycan Respublikası dövlət atributlarının təbliği işini
gücləndirmək haqqında" fərmanın verilməsi
1998, aprel - M.F.Axundov adına Respublika Kitabxanasına Milli
Kitabxana statusunun verilməsi
1998, 28 aprel - Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının
qəbul edilməsi
1998, 19 may - "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası
Qanununun qəbul edilməsi
1998, 5 iyun - Azərbaycan Respublikası Prezidentinin Qara dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı yaradılması haqqında Yalta bəyannaməsini imzalaması.
Təşkilatın Nizamnaməsinin qəbul edilməsi
1998, 9 iyun - Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin
Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin beynəlxalq təqdimatında və türkdilli
ölkələrin dövlət başçılarının V zirvə görüşündə iştirak etməsi
1998, 18 iyun - "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın
təsdiq edilməsi
1998, 18 iyun - Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması
1998, 8 avqust - "Azərbaycan Respublikasında söz, fikir və
məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin fərman imzalaması. Nazirlər Kabineti yanında
mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən
Baş İdarənin - "Qlavlit"in ləğv edilməsi
1998, 8 sentyabr - Bakıda tarixi ipək yolunun bərpası üzrə Beynəlxalq
konfrans keçirilməsi, "Avropa-Qafqaz-Asiya" dəhlizinin inkişafı üzrə beynəlxalq
nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı Bəyannaməsinin imzalanması
1998, 14-15 sentyabr - Azərbaycan qadınlarının qurultayı
1998, 17 sentyabr - "Qaçqınların və məcburi köçkünlərin problemlərinin
həlli üzrə Dövlət proqramı"nın təsdiq edilməsi
1998, 25 sentyabr - Azərbaycan müəllimlərinin qurultayı
1998, 11 oktyabr - Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmiş,
Heydər Əliyev ikinci dəfə prezident seçilmişdir
394
1998, 29 oktyabr - Azərbaycan Respublikası Prezidenti Ankara
bəyannaməsini imzalamışdır. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və
Özbəkistan bəyan etmişdir ki, Xəzər - Aralıq dənizi (Bakı-Tbilisi-Ceyhan) boru
kəməri layihəsini əsas ixrac layihəsinə çevirmək barədə qərara gəlmişdir
1998, 29 dekabr - Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilmişdir
1998, 29 dekabr - Bakı şəhərindəki bulvara Milli park status verilmişdir
1999 - Xızıda Cəfər Cabbarlının heykəli qoyulmuşdur
1999 - Sosial İdarəetmə və Politologiya İnstitutu bazasında Respublika
Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının təşkil olunması
1999, 2-3 mart - Azərbaycan gənclərinin II forumu
1999 - Rus kilsəsinin Bakı-Xəzəryanı Yeparxiyasının təşkil olunması
1999, 22 mart - "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi
tədbirlər haqqında" Prezident fərmanının imzalanması
1999, 4 aprel - "GUAM"-a Özbəkistan Respublikasının daxil olması
nəticəsində onun "GUÖAM" adlanmağa başlaması
1999, 13 aprel - Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevə
"Atatürk Beynəlxalq Sülh Mükafatı"nın verilməsi
1999, 17 aprel - Bakı-Supsa neft kəməri və Supsa terminalının işə
başlaması
1999, 22 iyun - Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikasının
qanununun qəbul edilməsi
1999, 29 iyul - "Dövlət Gənclər Siyasəti Haqqında" Proqramının qəbul
edilməsi
1999, 30 sentyabr - Bakıda Binə Beynəlxalq aerovağzalının yeni
kompleksinin açılması
1999, 9 noyabr - "1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar
islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək
göstərilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi
Dostları ilə paylaş: |