1948, 10 mart – SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən
kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərarının qəbul
edilməsi
378
1948, iyun – Xarici Dillər İnstitutunun yaradılması
1948, 11 noyabr – Mingəçevir şəhərinin salınması
1949, 7 may – SSRİ Nazirlər Soveti tərəfindən “Azərbaycan SSRİ-də dəniz
neft yataqlarının kəşfi və işlənməsini üzən vasitələrlə təmin etmək haqqında”
qərarın qəbul edilməsi
1949, 31 oktyabr – SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də dəniz
neft yataqlarının kəşfi və istismara verilməsi işinin yaxşılaşdırılması tədbirləri
haqqında” qərarının qəbul edilməsi
1949, noyabr – Neft daşları rayonunda ilk dəniz neft quyusunun qazılması
1949, 21 noyabr – Sumqayıt şəhərinin salınması
1950, 7 iyun – SSRİ Nazirlər Soveti “Xırda kolxozların iriləşdirilməsi
haqqında” qərarın qəbul edilməsi
1950, 1 noyabr – Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması
1950, 30 noyabr-9 dekabr – Moskvada Azərbaycan ədəbiyyatı və
incəsənəti günlərinin keçirilməsi
1951, 10 sentyabr, 1951, oktyabr – Azərbaycan Respublikası Sülhü
Müdafiə Komitəsinin yaradılması; Bakı mahud kombinatının işə düşməsi
1951 - Qaradağ sement zavodunun işə salınması
1952, 19 dekabr – M.F.Axundov adına Azərbaycan Dövlət Pedoqoji
İnstitutunun təşkil edilməsi
1952, 15 iyul – “Kirpi” jurnalının nəşrə başlaması
1952 – Helsinkidə keçirilən V Yay Olimpiya oyunlarında azərbaycanlı
güləş ustası Rəşid Məmmədbəyovun Azərbaycan idman tarixində ilk olimpiya
çempionu (gümüş medalçı) olması
1952, 15 avqust – Sumqayıt sintetik kauçuk zavodunun ilk növbəsinin işə
salınması
1952, 31 dekabr – Sumqayıt boru-prokat zavodunda ilk məhsulun istehsalı
1953, 1 aprel – Yeni Bakı Neftayırma zavodunun istismara verilməsi
1954, 10 yanvar – Mingəçevir SES-in işə düşməsi
1954, 16 yanvar – İ.D.Mustafayevin Azərbaycan KP MK-nın Birinci katibi
seçilməsi
1954, 31 iyul – SSRİ Nazirlər Soveti və Sov.İKP MK-nın “1955-1960-cı
illlərdə Azərbaycan SSR-in kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri
haqqında” qərarının qəbul edilməsi
1954 – Şüvəlanda “Şimal DRES”in istifadəyə verilməsi
1954 – Horadiz qəsəbəsində pambıqtəmizləmə zavodunun tikilməsi
1955, 8 mart – Sumqayıt alüminium zavodunun istifadəyə verilməsi
1956, 14 fevral – Bakı telestudiyasının işə düşməsi
1957, 27 mart – Azərbaycan qadınlarının II qurultayının açılması
379
1957, 11 aprel – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə partizan
Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi
1957, iyun – Azərbaycan Xalq Təsərrüfatı Şurasının (AXTŞ) yaradılması
1957, iyul – SSRİ Nazirlər Soveti və Sov.İKP MK-nın “Azərbaycan SSR-in
dağlıq, dağətəyi və sərhəd rayonları kolxozlarına kömək göstərmək haqqında”
qərarının qəbul edilməsi
1958, yanvar – “Göyərçin” jurnalının nəşrinə başlaması
1958, 31 mart – SSRİ Ali Sovetinin “Kolxoz quruluşunu daha da inkişaf
etdirmək və maşın-traktor stansiyalarını yenidən təşkil etmək haqqında” Qanunun
qəbul edilməsi
1959, iyul – V.Y.Axundovun Azərbaycan KP MK-nın Birinci katibi
seçilməsi
1959 – Əli-Bayramlıda yeni istilik-elektrik stansiyasının tikintisinə
başlanması
1959, 5 noyabr – Bakı şin zavodunun işə düşməsi
1960 – Mingəçevir pambıq-parça fabrikinin istismara verilməsi
1960 - Bakı-Tbilisi-Yerevan magistral qaz kəmərinin tikintisinin başa
çatması
1961, yanvar – “Elm və həyat” jurnalının nəşrinin başlanması
1962 – Bakı-Krosnovodsk gəmi-bərə yolunun açılması
1962, may – M.Ə.Sabir poeziyası günlərinin hər il keçirilməsi ənənəsinin
qoyulması
1964, 29 may – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan
SSR-in Lenin ordeni ilə təltif edilməsi
1964 – Bakıda “Qız qalası” muzeyinin açılması
1965 – Bakı Dəniz Neft və Qaz Yataqları Kəşfiyyatı İdarəsinin yaradılması
1965, sentyabr – Azərbaycan Xalq Təsərrüfatı Şurasının (AXTŞ) ləğv
edilməsi
1967 – Yevlax-Bərdə-Ağdam dəmir yolu xəttinin istismara verilməsi
1967, yanvar – “Ulduz” jurnalının nəşrə başlaması
1967, 30 noyabr - Bakı metropoliteninin ilk 6 stansiyasını işə salınması
1968, 1 sentyabr – Əli Bayramlı DRES-in istifadəyə verilməsi
1969, yanvar – “Qobustan” jurnalının nəşrə başlaması
1969, 14 iyul – H.Ə.Əliyevin Azərbaycan KP MK-nın Birinci Katibi
seçilməsi
1970, yanvar – Bakıda “Sovet türkologiyası” jurnalının nəşrə başlaması
1970, 17 aprel – Bakı metropoliteninin “Ulduz” stansiyasının açılması
1970, 23 iyul – Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan
SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarının verilməsi
380
1970, 2 oktyabr- SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan
SSR-in Oktyabr İnqilabı ordeni ilə təltif edilməsi
1971, mart – Bakıda dəniz vağzalının açılması
1971, 20 iyun – C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış
İnternat məktəbinin təşkil olunması
1971, 15 sentyabr – Bakının suya olan tələbatını təmin etmək üçün Kür su
kəməri inşasının başa çatması
1971, 9 oktyabr- Şərifzadə adına aktyor evinin açılması
1972, 6 iyun – Bakıda N.Nərimanovun heykəlinin açılması
1972, 3-10 oktyabr – Azərbaycanda ZSFSR ədəbiyyatı və incəsənəti
günlərinin keçirilməsi
1972, 6 noyabr - Bakı metropoliteninin “Əzizbəyov”, “Avrora” və
“Neftçilər” stansiyalarının açılması
1972, 25 noyabr- Bakıda Şıx çimərliyi yaxınlığında “Xalqlar dostluğu”
parkının salınması
1972, 11 dekabr - Respublika sarayının istifadəyə verilməsi
1972, 29 dekabr - SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə
Azərbaycan SSR-in Xalqlar Dostluğu ordeni ilə təltif edilməsi
1973, 9 may – Mehdi Hüseynzadənin Bakıda heykəlinin açılışı 1973, 5
iyun – Xudat Konserv zavodunun işə düşməsi
1973, 27 noyabr- Azərbaycan bəstəkarlarının IV qurultayının açılması
1974, 12 aprel – Bakıda II Ümumittifaq kino festivalının açılışı
1974, 9 may – 77-ci Azərbaycan milli diviziyasının şərəfinə Sevastopolda
qoyulmuş abidənin açılması
1974, 31 may – Azərbaycan teatrının 100 illiyi yubileyinin təntənə ilə qeyd
edilməsi
1974, 5 iyun – Xankəndi Pedaqoji İnstitutunun ilk tələbə qəbulunun
başlanması
1974, oktyabr – Naxçıvanda hava limanının tikilməsi
1975, 14 mart – İlk azərbaycanlı inşaatçı dəstələrinin BAM-ın tərkibinə
yola salınması
1975, 15 iyun – Bakı-Xankəndi-Yerevan yeni hava xəttinin açılması
1975, 9 iyul – Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-
də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında”
qərarının qəbul edilməsi
1975, 2 sentyabr - Bakıda sayca 17-ci ali məktəb olan İnşaat Mühəndisləri
İnstitutunun açılması
1975, sentyabr – “Azərbaycan təbiəti” jurnalının nəşrinə başlanması
1975, 2-8 oktyabr- Azərbaycanda sovet ədəbiyyatı günlərinin keçirilməsi
381
1975, 6 oktyabr – Bakıda Səməd Vurğunun ev-muzeyinin açılışı
1975, 20 noyabr – Bakıda Üzeyir Hacıbəyovun ev-muzeyinin açılışı
1975, 25 dekabr – Bakı Məişət Kondisionerləri zavodunun istifadəyə
verilməsi
1975, 10 fevral – On cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın yeni
nəşrinə başlanması haqqında Azərbaycan KP MK-nın qərarı
1976, mart – H.Ə.Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd
seçilməsi
1976 – Yeni Bakı Neftayırma zavodunda (YBNZ) ən iri neft emalı
kompleksi ELOU-AVT qurğusunun istismara verilməsi
1976, 8 aprel – Bakıda M.Əzizbəyovun heykəlinin açılması
1976, 26-27 may – Azərbaycan yazıçılarının VI qurultayının keçirilməsi
1976, 2 iyul – S.Rəhman adına Şəki Dövlət Dram Teatrının açılışı
1976, 13 sentyabr – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti
tərəfindən “Azərbaycan SSR-də dini birliklər haqqında əsasnamə”nin qəbul
edilməsi
1976, 28 dekabr – Xanbulançay dəryaçasının istifadəyə verilməsi
1976, 31 dekabr – Bakı metrosunun “Nizami” stansiyasının açılması
1978, 21 aprel – Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi
1978, 25 iyul – Bakıda Q.Musabəyovun heykəlinin açılışı
1978, 22 sentyabr - Bakı şəhərinin Lenin ordeni ilə təltif olunması
1978, 26 sentyabr-5 oktyabr – Ukraynada Azərbaycan ədəbiyyatı və
incəsənəti günlərinin keçirilməsi
1978 – Bakıda Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin fəaliyyətə
başlaması
1979 – Ağdam-Xankəndi dəmir yol xəttinin işə salınması
1979, 22 fevral – Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan
SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və
şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” qərarının verilməsi
1979, 4-13 iyun – Azərbaycanda Özbəkistan SSR ədəbiyyatı və incəsənəti
günləri
1979, 21-25 sentyabr – Azərbaycan bəstəkarlarının V qurultayı
1979, 2-11 oktyabr – Azərbaycanda Ukrayna SSR ədəbiyyatı və incəsənəti
günləri
1980, 15 mart – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan
SSR-in Lenin ordeni ilə təltif edilməsi
1980, 12 may – Cəlilabadda Cəlil Məmmədquluzadənin heykəlinin açılması
1980, 3-11 iyun – Özbəkistanda Azərbaycan SSR ədəbiyyatı və incəsənəti
günləri
382
1980, 22 iyul – Zaqatalada Beynəlxalq “Dostluq” tələbə düşərgəsinin
açılması
1980, 30 oktyabr – Bakıda respublika “Kitab evi”nin açılması
1981, 8 yanvar - Moskvada Azərbaycan kinosu günlərinin başlanması
1982, 15 yanvar – Şuşada şair Molla Pənah Vaqifin məqbərəsinin açılması
1982, 23 mart – Bakıda C.Cabbarlının abidəsinin və ev muzeyinin açılması
1982, 10 iyun – Bakıda müğənni Bülbülün xatirə muzeyinin açılışı
1982, 2 oktyabr – Gəncədə Nizami Gəncəvinin xatirə muzeyinin açılması
1982, 26 oktyabr – H.Cavidin cənazəsinin qalıqlarının İrkutsk vilayətindən
gətirilib Naxçıvanda dəfn edilməsi
1982, 23 noyabr – H.Ə.Əliyevin Sov.İKP MK Siyasi Bürosuna üzv
seçilməklə, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə təyin
edilməsi
1982, 2 dekabr – K.M.Bağırovun Azərbaycan KP MK-nın Birinci katibi
seçilməsi
1983, 20 aprel – Bakıda uşaqların bədii yaradıcılıq qalereyasının açılması
1983, 30 aprel – Bakıda “Şərq bazarı” ticarət mərkəzinin açılması
1983, 8 may – Lənkəranda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun
heykəlinin açılışı
1983, 28 iyul – Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi
1984, 6 yanvar – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə
“Ədəbiyyat və İncəsənət” qəzetinin Xalqlar Dostluğu ordeni ilə təltif edilməsi
1984 – Bakıda ağır elektrik qaynaq avadanlığı zavodunun istifadəyə
verilməsi
1984, 10 fevral – Yevlax-Balakən dəmiryol xəttinin işə düşməsi
1984, 9 iyun – Naxçıvanda H.Cavidin ev-muzeyinin açılması
1985 – Bakı-Şevçenko (indiki Aktau) bərə yolunun açılması
1985, 30 avqust – Bakı Dərin dəniz Özülləri zavodunun işə düşməsi
1985, 3 sentyabr – Bakıda yeni zooparkın açılması
1985, dekabr – Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “1986-1990-cı
illərdə Bakı şəhər təsərrüfatının daha da inkişaf etdirilməsi haqqında” qərarının
verilməsi
1985, 31 dekabr – Bakı metrosunun “Elmlər Akademiyası”, “İnşaatçılar”,
“XI Qızıl Ordu meydanı” (indiki “20 yanvar”) və “Əcəmi”stansiyalarının
istifadəyə verilməsi
1987, iyun – On cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın nəşrinin
başa çatması
1987, oktyabr – Yerevanda “Qarabağ Komitəsi”nin ilk açıq milli-şovinist
mitinqinin keçirilməsi
383
1987, 10 oktyabr – H.Ə.Əliyevin Sov.İKP MK Siyasi Bürosunun
üzvlüyündən, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsindən azad
edilməsi
1988, 19 fevral – Yerevanda ilk “antitürk mitinqi”nin keçirilməsi
1988, 19 fevral – Ermənilərin Dağlıq Qarabağa təcavüzü ilə əlaqədar
Bakıda ilk etiraz mitinqinin keçirilməsi
1988, 20 fevral – DQMV Sovetinin sessiyasında ermənilərin vilayətin
statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul
etmələri
1988, 22 fevral – Əsgəranda azərbaycanlı iki gəncin ermənilər tərəfindən
qətlə yetirilməsi
1988, 28 fevral – Erməni təxribatçılarının Sumqayıtda qanlı fitnəkarlıq
törətməsi
1988, 24 mart – Xalqlar arasında nifaq salmaq işində təqsirləndirilən
“Krunq” cəmiyyətinin fəaliyyətinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
qərarı ilə rəsmən qadağan edilməsi
1988, 21 may – Ə.X.Vəzirovun Azərbaycan KP MK-nın Birinci katibi
“təyin” edilməsi
1988, 21 iyun – DQMV Xalq Deputatlarının sessiyasında vilayətin
Ermənistan SSR-ə birləşməsi haqqında qanunsuz qərarın qəbul edilməsi
1988, 17 noyabr – Azərbaycan xalq hərəkatının başlanması
1988, 24 noyabr – Bakı, Naxçıvan və Gəncə şəhərində xüsusi vəziyyət və
komendant saatının tətbiq edilməsi
1988, 11 dekabr – Azərbaycandan Ermənistana zəlzələ zonasına köməyə
gələn 78 nəfərin mindiyi İL-76 təyyarəsinin Leninakan yaxınlığında müəmmalı
şəkildə qəzaya uğraması
1989 – Azərbaycanda ilk ilahiyyat məktəbi – Bakı İslam Mədrəsəsinin
açılması
1989 – Azərbaycan Yazıçılar Birliyi yanında Bədii tərcümə və ədəbi
əlaqələr Mərkəzinin təşkili
1989, 12 yanvar -1991, 28 noyabr – SSRİ Ali Soveti Rəyasət Heyəti
tərəfindən yaradılmış A.Volskinin başçılıq etdiyi qondarma Xüsusi İdarə
Komitəsinin (XİK) fəaliyyətə başlaması
1989, 16 iyun – Bakıda yarımgizli şəraitdə AXC-nin təsis konfransının
keçirilməsi
1989, 23 sentyabr – Azərbaycan SSR Ali Sovetinin növbədənkənar
“Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununun qəbul
edilməsi
384
1989, 1 dekabr – Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR-i və
Dağlıq Qarabağı birləşdirmək haqqında” qanuna zidd qərar qəbul etməsi
1989, 4 dekabr – “Azadlıq” qəzetinin nəşrə başlaması
1989, 30 dekabr – Tarixi Gəncə adının özünə qaytarılması
1989, 31 dekabr – Naxçıvan MSSR-də Araz çayı boyunca Sovet İran
sərhədində sərhəd qurğularının etiraz əlaməti olaraq sökülməsi
1990, 15 yanvar – SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən DQMV və
başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi
1990, 18 yanvar – Biləsuvar və Cəlilabad rayonlarında etiraz əlaməti olaraq
sərhəd qurğularının sökülməsi
1990, 19 yanvar – Azərbaycan televiziyasının enerji blokunun saat 19.27
dəqiqədə partladılması
1990, 20 yanvar – Bakıda Qanlı Yanvar qırğını
1990, 21 yanvar – H.Əliyevin Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyində keçirilən izdihamlı yığıncaqda çıxışı
1990, 22 yanvar – 20 Yanvar şəhidlərinin “Dağüstü park”da – “Şəhidlər
Xiyabanı”nda dəfn edilməsi
1990, 24 yanvar – A.N.Mütəllibovun Azərbaycan KP MK-nın Birinci
katibi seçilməsi
1990, 24 mart – Erməni hərbi hissələrinin Qazax rayonunun Bağanis-
Ayrım kəndinə hücumu və dəhşətli faciə törətməsi
1990, 19 may – Azərbaycan SSR Ali Sovetinin sessiyasının Respublika
prezidenti vəzifəsini təsis etməsi
1990, 21 may – Respublika prezidentinin fərmanı ilə 28 may 1918-ci il
Azərbaycan
Demokratik Respublikasının yarandığı günün Azərbaycan
dövlətçiliyinin bərpası günü kimi elan edilməsi
1990, 11 iyun – Azərbaycan SSR Ali Sovetinin Ermənistanla sərhəd boyu
ərazilərdə fövqəladə vəziyyət elan etməsi
1990, 11 iyul – H.Əliyevin Moskvadan Bakıya qayıtması
1990, 30 sentyabr – Erməni terrorçularının Xanlar rayonunda Tiflis-Ağdam
sərnişin avtobusunda terror aktı törətməsi
1990, 30 sentyabr – Azərbaycan SSR Xalq deputatları və yerli xalq
deputatları sovetlərinə seçkilərin keçirilməsi
1990, 17 noyabr – Naxçıvan MSSR parlamentinin sessiyasında muxtar
respublikanın adından “Sovet sosialist” sözlərinin götürülməsi və Azərbaycan
Cumhuriyyətinin üçrəngli ay-ulduzlu bayrağının dövlət bayrağı kimi qəbul
edilməsi
1990, 21 noyabr – Naxçıvan MR Ali Məclisində 20 Yanvar faciəsinə siyasi
qiymət verilməsi
385
1991, 5 fevral – Azərbaycan SSR Ali Sovetinin Sessiyasında “Azərbaycan
Respublikası” adının və üçrəngli bayrağımızın təsdiq edilməsi
1991, 21 iyun – Həzi Aslanova (ölümündən sonra) ikinci dəfə Sovet İttifaqı
Qəhrəmanı adının verilməsi
1991, 31 iyul – Erməni terrorçularının Mahaçqala yaxınlığında Moskva-
Bakı sərnişin qatarında böyük partlayış törətməsi
1991,
8
avqust
– Ermənistandakı azərbaycanlıların sonuncu
nümayəndələrinin rus əsgərlərinin gözü qarşısında Nüvədidən qovulması
1991, 30 avqust – Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar
sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək
haqqında” bəyanatın qəbul edilməsi
1991, 3 sentyabr – H.Ə.Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri
seçilməsi
1991, sentyabr – Dağlıq Qarabağda ermənilər tərəfindən qeyri-qanuni bir
qurum – oyuncaq “Dağlıq Qarabağ Respublikası” yaradılması
1991, 5 sentyabr – Azərbaycan Respublikası müdafiə Nazirliyinin təşkil
edilməsi (general V.Bərşadlı Müdafiə naziri təyin edildi)
1991, 29 sentyabr – Paritet əsasında 8 nəfər iqtidar və müxalifət
nümayəndələrindən ibarət Milli Müdafiə Şurasının yaradılması
1991, 8 sentyabr – Azərbaycanda yeni prezident seçkilərinin keçirilməsi
1991, 9 oktyabr – Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti
tərəfindən “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” Qanunun qəbul
edilməsi
1991, 18 oktyabr – Rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra
hakimiyyəti baçşısı vəzifəsinin təsis edilməsi
1991 – Bakı İslam Mədrəsəsinin Bakı İslam İnstitutuna çevrilməsi
1991, 18 oktyabr – Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında” Konstitusiya Aktının
yekdilliklə qəbul edilməsi
1991, 25 oktyabr – Moskvada Nizami Gəncəvinin abidəsinin açılması
1991, 9 noyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin dünya
dövlətləri içərisində ilkin olaraq qardaş Türkiyə Respublikası tərəfindən tanınması
1991, 20 noyabr – Azərbaycan Respublikasının bir sıra hökumət
nümayəndələrinin, SSRİ Müdafiə Nazirliyinin, Rusiya və Qazaxıstan
müşahidəçilərinin mindiyi vertolyotun Martuni rayonunda Qarakənd səmasında
erməni quldurları tərəfindən vurulması
1991, 26 noyabr – Azərbaycan Respublikasının Ali Soveti tərəfindən
DQMV-nin statusunun ləğv olunması
386
1991, 26 noyabr – Paritet əsasında Ali Sovetdə 25 nəfər “demblok”
nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət Milli Şuranın
yaradılması
1991, 8 dekabr – 68 il, 11 ay, 7 gün, 21 saat, 19 dəqiqə yaşamış SSRİ-nin
süqut etməsi
1991, 8 dekabr – Müstəqil Dövlətlər birliyinin (MDB) yaradılması
1991, 9 dekabr – Azərbaycanın İslam Konfransı təşkilatına üzv qəbul
olunması
1991, 11 dekabr – Azərbaycan Reapublikasının dövlət müstəqilliyinin
Rumıniya tərəfindən tanınması
Dostları ilə paylaş: |