§1. ƏKĠNÇĠLĠK VƏ MALDARLIQ
Əkinçilik. VII əsrin II yarısı - X əsrdə Azərbaycanın iqtisadi həyatında
əkinçilik və maldarlıq aparıcı yer tutmaqda idi. Azərbaycanda əkinçiliyin daha da
inkiĢaf etməsində, onun məhsuldarlığının artmasında mü xtəlif quruluĢlu Ģum
alətləri böyük rol oynamıĢdır. Torpağın daha dərin və keyfiyyətli Ģumlan ması
təkmilləĢdirilmiĢ kotanların tətbiqi sayəsində mümkün olmuĢdu. Orta əsrlərdə
tətbiq olunan bəzi kotanların quruluĢu arxeoloji və etnoqrafik materialların yardımı
ilə bərpa edilir. Mütəxəssislər bu materiallar əsasında torpağın becərilməsi zamanı
ağac kotanın iĢ prosesini aydınlaĢdıra bilmiĢlər. Adətən kotan iki, bəzən isə dörd
öküzün qüvvəsi ilə hərəkətə gətirilird i. Torpaqdan asılı o laraq kotan vasitəsilə 0,25
hektaradək sahəni Ģumla maq olurdu. VII -X əsrlə rdə adi kotan torpağın becərilməsi
zaman ı baĢlıca alət idi və tarixi A zərbaycanın bütün ərazisində geniĢ surətdə
istifadə edilird i. Lakin torpağı daha dərin, daha yaxĢı Ģumlamağa imkan verən ağır
və yaxud qara kotanın meydana gəlməsi əkinçilik təsərrüfatında baĢ vermiĢ böyük
hadisə oldu. Dağlıq yerlərdə iq lim Ģəraiti, relyef xüsusiyyətləri, yumĢaq tor-
paqların olması ilə əlaqədar dərin Ģuma ehtiyac yox id i. Buna görə də qara kotan
daha çox dağətəyi və aran bölgələrində tətbiq edilird i. Belə kotanların kö məyi ilə
əkinçilər həmin bölgələrdə ço x böyük sahələri daha yaxĢ ı Ģumlamaq imkanı əldə
edirdilər. Ağır kotan xam torpaqların istifadə ed ilməsi zaman ı xüsusi əhəmiyyət
kəsb edirdi.
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda VIII-IX əsrlərdən məlu m
olan qara kotan əkinçilik alətlərinin in kiĢafı baxımından ən təkmilləĢ miĢ Ģum aləti
hesab edilir.
Orta əsr Azərbaycan Ģəhəri olan Beyləqanda (Örənqala Ģəhərgahında) aparılan
arxeoloji qazıntılar zamanı IX-X əsrlərə aid təbəqələrdə ağır kotanın kifayət dərəcədə
geniĢ gavahını, ağır kotanda kəsici vəzifəsini yerinə yetirən bəsit kotan önünün böyük
hissəsi aĢkar edilmiĢdi.
VII-X əsrlərdə əvvəlki dövrlərdən fərqli olaraq əkinçiliyin müxtəlif
sistemləri geniĢ surətdə yayılmıĢdı. Bu dövrdə Azərbaycanda torpağın dincə qoyulması
sistemi geniĢ tətbiq edilirdi. Yazlıq və payızlıq səpini keçirilən ikitarlalı və üçtarlalı
əkin sahələri mövcud idi. MeĢə bölgələrində əkin üçün ayrılmıĢ sahələr ağaclardan
təmizlənirdi. Aran yerlərində və qismən də dağlarda süni suvarma tətbiq olunurdu.
Dövrümüzədək qalmıĢ mürəkkəb sistemlər, suvarmanın mü xtəlif üsul və vasitələri,
qədim kanallar və digər suvarma qurğuları (quyular, kəhrizlər, su anbarları və s.),
habelə zəngin terminologiya, əfsanə və rəvayətlər Azərbaycanda suvarma sisteminin
163
yüksək səviyyəsindən xəbər verir.
Azərbaycanın təbiəti, torpaq-iqlim Ģəraiti və becərilən bitkilərin
çoxnövlülüyü öz növbəsində suvarma sistem və üsullarının müxtəlifliyinə də səbəb
olmuĢdur. Süni suvarmaya əsaslanan əkinçilik təsərrüfatı əsasən iri və kiçik çaylardan
götürülən kanal və ana arxlar vasitəsilə suvarılmıĢdır. Bu məqsədlə də çaylardan kanal
və ana arxlar ayrılır. Həmin ana arxlardan ayrı-ayrı kəndlərin əkin sahələrini suvarmaq
üçün iri və ya kiçik qol arxlar çəkilirdi. Ana arxların çəkilməsi, bəndlər tikilməsi, dəhnə
basılması çox zəh mət tələb edən ağır proses idi. Ona görə də bu iĢdə sudan istifadə edə-
cək bütün el-oba iĢtirak edirdi. Erkən orta əsrlərdə bu iĢdə əsir düĢmüĢ adamların
əməyindən də geniĢ istifadə olunurdu.
Kəhriz suvarma sistemi də Azərbaycan əkinçiliyində mühüm rol oynamıĢdı.
Suvarma mənbə və vasitəsi kimi bulaqlardan, göl və nohurlardan, quyulardan, su
anbarlarından və istillərdən istifadə olunmuĢdur.
Azərbaycanda taxıl bitkiləri arasında buğda, darı, çəltik və arpa daha geniĢ
yayılmıĢdı. VII əsrə aid bir mənbədə Albaniya ərazisində çoxlu arpanın becərild iyi
xəbər verilir.
Moisey Kalankatlı Kür çayı boyunca çoxlu taxıl bitkilərinin becərildiyini qeyd
edir. Bu məlumat arxeoloji dəlillərlə də təsdiq edilir: Ġsmayıllı rayonunun Yekəxana
kəndi yaxınlığında arxeoloqların aĢkar etdikləri taxıl qalıqlarının tədqiqi onların
əsasən çoxcərgəli mədəni arpanın mü xtəlif növlərindən birinə aid olduğunu
göstərir. Bunlarla yanaĢı ikicərgəli yabanı arpa toxumları da aĢkar edilmiĢdir. Elə
orada tapılmıĢ buğda toxumları isə yumĢaq növə aiddir. Mingəçevir arxeolo ji
qazıntıları zamanı da xeyli arpa, buğda və darı qalıqları tapılmıĢdır. Bey ləqanda IX
- X əsrlərə aid buğda, arpa və digər taxıl qalıqla rı aĢkar e dilmiĢdir. Hə min
qalıqların tədqiqi göstərmiĢdir ki, bu dövrdə Mil düzündə yumĢaq və bərk buğda
növləri becərilirdi. Əski dövrlərdən fərqli olaraq orta əsrlərdə darı daha geniĢ
yayılmıĢdı.
Bu dövrdə əsas və yardımçı b için alətlərinin daha mükəmməl və daha
rahat mü xtəlif növləri artmıĢdı. Qiy mətli tapıntılar - oraq lar, əlcəklər, dəryazlar
bunu təsdiq edir. DiĢli oraqlar və lülə sümükdən hazırlan mıĢ barmaqlıq xüsusilə
geniĢ miqyasda istifadə olunan alətlərdən idi.
Əvvəllər ləng yayılan, VIII-IX əsrlərdən baĢlayaraq coĢqun inkiĢaf yoluna
qədəm qoyan çəltikçilik Azərbaycan əhalisinin iqtisadi həyatında daha mühüm rol
kəsb etdi. Beyləqanda, X əsrə aid olan mədəni təbəqədə düyü qalıqları aĢkar
edilmiĢdir. IX-X əsrlərdə çəltikçilik ġabran, ġirvan, ġəki, Muğan-TalıĢ
bölgələrində geniĢ yayılmıĢdı. Texn iki bitkilərdən kətan və pambıq daha ço x
becərilird i. Muğan, Mil və baĢqa düzlərdə süni suvarmanın tətbiqi VIII-X əsrlərdə
kənd təsərrüfatının baĢlıca sahələrindən birinə çevrilən pamb ıqçılığın inkiĢafı üçün
xüsusilə əlveriĢli Ģərait yaratmıĢdı. Həmin dövrün qaynağında Azərbaycanda
becərilən "sonsuz miqdarda", "yaxĢı keyfiyyətli" pambıqdan danıĢılır. Sonrakı
dövrün mənbələrində pamb ığın istehsal olunduğu yerlər - Bərdə, Naxçıvan,
164
Beyləqan, Marağa və baĢqa Ģəhərlərin ətrafları da göstərilir.
Mingəçevirdəki III-VIII əsrlərə aid 3 saylı yaĢayıĢ yerindən aĢkar olunmuĢ
pambıq to xu mların ın mütəxəssislər tərəfindən öyrənilməsi nəticəsində məlu m
olmuĢdur ki, həmin dövrdə Azərbaycanda əkilən pamb ıq müasir pambıq növlərinə
çox yaxındır. Gəncə, Naxçıvan, Bərdə, Təbriz, Xoy və baĢqa Ģəhərlərdə bu pam-
bıqdan mü xtəlif parçalar to xunurdu.
Bu dövrdə becərilən texniki bitkilər arasında hələ qədim zaman lardan
Azərbaycanda əkilən qızıl boya (qırmız) özünəməxsus yer tuturdu. Ġbn Havqəlin
yazdığına görə " Varsan, Bərdə, Bab əl-Əbvab nahiyələrində və Xəzər dənizinin
ortasında (baĢqa mənbələrə görə Kür çayı mənsəbinin qarĢısında - red.) yerləĢən adada
qırmız var. O Xəzər dənizi vasitəsilə Curcana, oradan isə quru yolu ilə Hind ölkəsinə
göndərilir. Qırmız Bab əl-Əbvabın hüdudlarından Tiflisədək bütün Arranda və Arras
çayı yaxınlığından Curzan nahiyələrinədək hər yerdə vardır".
Ölkənin Ģimal vilayətlərində (əsasən Bakı və Dərbənd ətraflarında) yaxĢı
keyfiyyətli, xarici ölkələrə də aparılan zəfəran becərilirdi.
Bu dövrdə bir sıra Azərbaycan Ģəhərlərində toxuculuğun inkiĢafı ilə əlaqədar
təsərrüfatın digər sahələri ilə yanaĢı, ipəkçilik də artdı və bəzi vilayətlərdə hətta aparıcı
yer tutdu. Mənbələrdə Arranın bir çox yerlərində, o cümlədən ġirvan və ġabranda ipəyin
bol olması haqqında məlumatlar vardır. Həmin məlumatlara görə, xeyli ipəyin istehsal
edilərək ixrac olunduğu Bərdədə çoxlu ellik tut ağacları bitirdi. Erkən orta əsrlər
dövründə ipəkçiliyin inkiĢafı haqqında yerli və ərəb mənbələrində təqdim edilən material
arxeoloji tapıntılarla da təsdiq edilir. Mingəçevirdə VII əsrə aid edilən ipək parça
qalıqları aĢkar o lunmuĢdur.
Mingəçevir, Qəbələ, Örənqala və Gəncədə aparılan arxeoloji qazıntılarda
mü xtəlif toxumların tapılması Azərbaycanda bostançılığın inkiĢaf edib yayıldığını, onun
bu dövrdə artıq təsərrüfatın müstəqil sahəsinə çevrildiyini təsdiq edir. Bu yerlərdə
yetiĢən bol tərəvəz, göyərti, paxlalı bitkilər haqqında məlumat verən X əsrin ərəb
coğrafiyaçı-səyyahları "azdaqri-ərdhəri" adı ilə məĢhur olan Marağa qovununu xüsusi
qeyd etmiĢdilər.
Bu dövrdə bağçılıq da xeyli inkiĢaf etmiĢdi. Bu barədə bir çox mənbələrdə
dəyərli məlumat vardır. Ərəb səyyahı Əbu Düləfin yazdığına görə, Araz çayının
sahillərində bitən narın heç bir ölkədə tayıbərabəri yoxdur. Ġbn Havqəl Bərdədə yetiĢən
Ģabalıd, zoğal və əncirdən bəhs edir, hətta ərəb dilində yazdığı bu əsərində "Ģabalıd" və
"zoğal"ı öz yerli adları ilə verir. Bu dövrün müəlliflərinin əsərlərində dəfələrlə xurma,
püstə, badam, naringi, alma, armud, albalı, qovun, tut, gavalı, heyva, qoz və fındığın
adları çəkilir, bu meyvələrin yaĢ və qurusunun yaxın ġərqin bir çox ölkələrinə ixrac
edilməsindən danıĢılır. Subtropik bitkilərdən isə Azərbaycanda bu dövrdə daha çox
yayılanı zeytun idi.
Tədqiq olunan dövrün arxeoloji materialı bağçılığın da xeyli inkiĢaf
etdiyini təsdiq edir. Qazıntılar zaman ı Mingəçevirdə nar, Ģaftalı qalıqları, Gəncədə
qoz və fındıq qabıqları, armud və alma tumları, gavalı, badam, albalı, qaysı və
165
baĢqa meyvələrin tu mları aĢkara çıxarılmıĢdır.
Bağçılıqla yanaĢı, Azərbaycanda bu dövrdə üzümçülü k də inkiĢaf etmiĢdi.
Yayılmaqda olan islam d ini Ģərabçılığın tərəqqisinə yerlərdə ləngidici təsir göstərsə
də, azərbaycanlıların təsərrüfat fəaliyyətlərinin mühü m sahəsi olan üzü mçü lüyün
inkiĢafını saxlaya bilməd i.
X yüzildə buraya gələn səyyahlar Azərbaycanın, demək o lar, bütün
Ģəhərlərində üzümün bol olduğunu göstərir, onun yaĢ və qurusunun Yaxın ġərq
ölkələrinə aparıldığ ını qeyd edirlər.
Arxeoloji dəlillər də ü zü mün bolluğu barədəki mənbə məlu matlarını
təsdiq edir. Bir ço x abidələrin arxeolo ji tədqiqatı zaman ı aĢkar ed ilmiĢ üzü m
tumları, Ģərabın hazırlan ması və saxlan mas ı üçün zəruri olan gil qablar, tuluq lar,
Ģərab çöküntüsü və s. həmin dövrdə üzü mçülü k və Ģərabçılığ ın xey li inkiĢaf
etdiyini bir daha sübut edir.
Maldarlıq. VII-X əsrlərdə Azərbaycanda maldarlığ ın oturaq və köçmə
formaları yayılmıĢdı. Lakin bununla yanaĢ ı, bu dövrdə yarımköçəri maldarlıq da
meydana gəlmiĢ və tədricən inkiĢaf etməyə baĢlamıĢdı. Qeyd etmək lazımd ır ki,
Azərbaycanda yarımköçəri maldarlığ ın yayılmasında mü xtəlif vaxtlarda ölkəyə
gəlmiĢ köçəri tayfaların mühüm ro lu olmuĢdur. Düzənlik bölgələrdə əlveriĢli
Ģəraitin olması da Azərbaycanda yarımköçəri maldarlığ ın formalaĢ masında mühüm
rol oynamıĢdır. Bə zi tədqiqatçıla rın fikrincə, erkən orta əs rlər dövründə meydana
gəlmiĢ yarımköçəri maldarlıq XI-XII əsrlərdə bitkin Ģəklə düĢmüĢdür.
Yarımköçəri ma ldarlar təsərrüfatın yalnız bir sahəsi - ma ldarlıqla, daha
çox qoyunçuluqla məĢğul olurdular. Lakin təsərrüfatın bu forması Azərbaycanda
geniĢ intiĢar tapa bilməmiĢ, yalnız ġirvan və Qarabağ, Muğan və Mil düzləri
əhalisinin müəyyən qismində qeydə alın mıĢdı. Bununla yanaĢı, Böyük və Kiçik
Qafqazın dağ və dağətəyi yerlərin in əhalisi q ıĢda öz sürülərini Mu ğan, Mil, ġirvan
düzlərində otarır, yayda isə həmin sürüləri dağlara, zəngin alp çəmənliklərinə
qovurdular. Bəzi orta çağ mənbələrin in məlu matlarına əsaslanaraq erkən orta əsrlər
dövründə Azərbaycanda olan yaylaqlara qonĢu vilayətlərdən böyük sürülər gətirildiyini
mülahizə etmək olar.
VII-X əsrlərdə əkinçiliyin intensiv təkamülü maldarlığın inkiĢafına xüsusi
təsir göstərir. Arxeoloji materiallar Azərbaycanda o zaman çoxsaylı xırdabuynuzlu mal-
qara sürülərinin olduğunu təsdiq etməyə imkan yaradır. Azərbaycanda qoyunçuluğun
yüksək inkiĢaf səviyyəsi Ġbn Havqəlin məlumatı ilə bir daha təsdiqlənir; onun yazdığına
görə, Ərdəbil yaxınlığındakı Kulsurə bazarında eyni va xtda 100 min qoyun satılırdı.
Bu dövrdə atçılığın inkiĢafı yazılı mənbələrdəki məlu matla təsdiq edilir.
Həmin məlu mata görə, 764-cü ildə xəzərlər ölkədən çoxsaylı at ilxıları aparmıĢdılar. IX-
X yüzil ərəb müəllifləri Azərbaycanın qıvraq davamlı at cinsləri ilə məĢhur olduğu
haqqında məlumat vermiĢlər. Bu atlara Ġraq və ġamda daha yüksək qiymət verilirdi. Yerli
cinslər arasında Qarabağ atları daha geniĢ Ģöhrət qazanmıĢdı. Ərəblər Azərbaycanı iĢğal
etdikdən sonra burada ərəb atlarının bəslənilib-yetiĢdirilməsi baĢlandı. Cins ərəb atlarının
166
yerli at cinsləri ilə cütləĢdirilməsi nəticəsində daha yüksək keyfiyyətlərə malik yeni at
cinsi meydana gəldi.
Ticarətin inkiĢafı əsas nəqliyyat vasitəsi kimi dəvəçiliyin yüksəliĢinə də xeyli
təsir etdi. Dəvə ağır Ģeylərin daĢınması üçün əvəzolunmaz yük heyvanı idi. Arxeoloji və
yazılı mənbələr Azərbaycanın yarımköçəri maldarlıq formasının hakim olduğu düzən
yerlərində təkhörgüclü və ikihörgüclü dəvə cinslərinin geniĢ yayıldığını təsdiq edir.
Azərbaycanın dağlıq bölgələrində inkiĢaf edən heyvandarlıq təsərrüfatı ailəvi
tələbatı ödəməklə yanaĢı, satıĢ bazarını da malla təmin edirdi. Kəndlinin Ģəxsi
təsərrüfatında qoyun, keçi, inək, öküz, at, ev quĢları vardı. Bahqçılıq, ovçuluq, arıçılıq
kənd təsərrüfatının yardımçı sahələri idi. X əsrdə Azərbaycanda olmuĢ ərəb coğrafiyaçı-
səyyahları (əl-Ġstəxri, Ġbn Havqəl və b.) Kür və Araz çaylarından tutulan balıqların çox
dadlı olduğunu qeyd edir, "Ģahmahı" adlanan, o zamanlar hətta qurudulmuĢ halda xarici
ölkələrə daĢınan balıq növünü yüksək qiymətləndirirdilər.
VII-X əsrlərdə istehsal məhsullarının ümumi inkiĢafı nəticəsində maldarlıq
məhsulları istehsah da artdı. Bu dövrdə müxtəlif süd məhsullarının istehsalı və
saxlanılması üçün istifadə edilən qabların keyfiyyəti yaxĢılaĢır. Gil süd badyaları ilə
yanaĢı, mis sərniclər istifadə olunmağa baĢlanır. Yağın hazırlanması üçün gil, tuluq və
ağac nehrələrdən istifadə olunurdu. O dövrə aid nehrələr əvvəlkilərdən yalnız böyük
ölçüsü ilə deyil, eləcə də quruluĢu ilə seçilird i.
Bu dövrdə xırda buynuzlu mal-qaranın sayının artması daha çox yun, dəri, süd
və süd məhsulları əldə etməyə imkan yaratmıĢdı.
Beləliklə, mövcud material, tədqiq edilən dövrdə Azərbay canda nəinki
Qafqaz ölkələrinə, eləcə də bütün Ön Asiyaya xas olan yüksək mədəniyyətli əkinçilik
və maldarlıq təsərrüfatlarının olduğunu təsdiq edir.
§ 2. ƏRƏB HAKĠMĠYYƏTĠ DÖVRÜNDƏ ġƏHƏRLƏR VƏ ġƏHƏR
HƏYATI
Ərəb müdaxiləsindən sonra Xilafət qoĢunlarının itaətə gəlməyən Ģimal
vilayətlərinə etdikləri vaxtaĢırı yürüĢləri, eləcə də xəzərlərin və baĢqalarının bu yerlərə
ardı-arası kəsilməyən hücumları ilə əlaqədar Azərbaycan ərazisində baĢ verən hərbi
əməliyyatlar bu ölkənin Ģəhərlərinə və Ģəhər həyatına təsir göstərməyə bilməzdi. Yaxın
ġərqin ərəblər tərəfindən "tez bir zamanda və çox vaxt sülh yolu ilə, iqtisadiyyata ciddi
zərər yetirmədən" iĢğal edilən bir çox Ģəhərlərinə nisbətən Azərbaycanın xüsusilə
xaricdən daha çox müdaxiləyə məruz qalan Ģimal hissəsi uzun sürən hərbi əməliy -
yatlar zamanı ciddi çətinliklərlə üzləĢmiĢ, bəzi hallarda isə dağıdılmıĢdı. Bütün bunlar
Ģəhər təsərrüfatının böyük zərər çəkməsinə, hətta bir sıra Ģəhərlərin müvəqqəti
167
tənəzzülünə gətirib çıxarsa da müharibələrarası dinclik dövründə köhnə Ģəhərlərin
bəziləri yeni inkiĢaf yoluna qədəm qoymuĢ, bir neçəsi isə təzəliklə salınmıĢdı.
Azərbaycana daha mütərəqqi ictimai münasibətlər gətirə bilməyən, buna
görə də öz gəliĢləri ilə cəmiyyətin ictimai-iqtisadi əsaslarını dəyiĢməyən köçəri ərəblər
məhsuldar qüvvələri məhv etməməyə, mövcud təssərrüfat sistemini, o cümlədən Ģəhər
təsərrüfatını qoruyub saxlamağa çalıĢır, bununla yanaĢı, iĢğalın ilk dövründə siyasi
iddialardan az üstün tutmadıqları maddi mənfəətlərini də yaddan çıxarmırdılar. Bu hal
Azərbaycanın müxtəlif Ģəhərlərinin əhalisi ilə bağlanılan müqavilələrin məzmunu ilə
də təsdiq olunur. Belə ki, Naxçıvan əhalisi ilə bağlanılmıĢ sülh müqaviləsinə görə bu
Ģəhəri tutmuĢ ərəb sərkərdəsi Həbib ibn Məsləmə sakinlərin həyatına zamin olur,
onların əmlakının, eləcə də kilsələrin, məbədlərin və Ģəhər divarlarının
toxunulmazlığına təminat verirdi; əvəzində yalnız müəyyən edilmiĢ məbləğdə verginin
vaxtlı-vaxtında ödənilməsi tələb o lunurdu.
ġəhərlərin təslim ed ilməsinin belə Ģərtləri yerli əhali üçün o qədər də ağır
deyildi; bir də ki, təyin edilmiĢ vergilərin qədəri də əvvəlki dövrə nisbətən az id i.
Ərəblər bu və ya digər Ģəhəri ələ keçirdikdə Ģəhərin tabeliyində olan bütün
kənd və yaĢayıĢ məntəqələrinə də sahib olurdular. Ona görə də Ģəhərin əhalisi ilə
bağlanılan müqavilə ərəblərin "rustaq" adlandırdığı bütün nahiyəyə aid edilirdi. Qeyd
etmək lazımd ır ki, hər hansı Ģəhəri mühasirəyə alan ərəblər dərhal hücuma keçmir,
Ģəhərlilərin döyüĢsüz təslim olmalarını tələb edir, onların qarĢısında Ģərt qoyurdular, ya
siyasi asılılığı boyunlarına götürmək və vergi verməklə - sülh, ya da müharibə.
ġəhərlilərin mənfi cavabları həmin Ģəhərlərin "zor gücünə" (anvatan) iĢğalına, talan
edilməsinə və döyüĢsüz təslim o lanlara nisbətən daha ağır vergilərlə yüklən məsinə
səbəb olurdu.
Ərəb yürüĢləri ərəfəsində Azərbaycanda onlarla böyüklü-kiçikli Ģəhər vardı.
Bu Ģəhərlərin bir çoxu iĢğaldan sonra da öz inzibati, siyasi, eləcə də iqtisadi əhəmiyyətini
saxlamıĢdı. Lakin iĢğal dövrü Azərbaycan Ģəhərlərinin dəqiq sayını
müəyyənləĢdirmək ço x çətindir. Belə ki, orta çağ ərəb müəllifləri " mədinə" - Ģəhər
termin i ilə "karyə" kənd sözlərindəki fərqə ço x varmır, bəzən "karyə" terminini həm
Ģəhər, həm də kənd mənasında iĢlədirdilər. Xilafət dövrü tarixi tədqiqatçılarının
(O.Q.BolĢakov və b.) fikrincə, "iĢğalla əlaqədar adları çəkilən Ģəhərlərin baĢqa
yaĢayıĢ yerlərindən ayırd edilməsi üçün əsas amil onların siyasi əhəmiyyətidir;
ərəblərlə müqavilə bağlayanlar, görünür, iri in zibati mərkəzlər, yəni Ģəhərlərdir".
Yalnız sonrakı IX-X əsrlərdə ərəb müəllifləri "karyə" sözünü ancaq "kənd" mənasında
iĢlətdilər. X əsrin ərəb coğrafiyaĢünas alimi əl-Müqəddəsi müsəlman Ģəhərini kənddən
fərqləndirən əsas cəhəti müəyyənləĢdirməyə çalıĢır və bu fərqi Ģəhərdə came
məscidin in olmasında görürdü. Tədqiqatçılar bunu came məscidin in Ģəhərin siyasi-
inzibati həyatında oynadığı mühüm rolda, ordakı minbərdən vacib siyasi
əhəmiyyətli xütbələrin o xun masında görürlər. Əl-Müqəddəsinin mülahizəsinə görə
Xilafət, o cü mlədən Azərbaycan Ģəhərləri inzibati əhəmiyyətinə görə üç növə
bölünürdü: "misr" - paytaxt, "qəsəbə" - vilayət mərkəzi, "məd inə" - vilayət Ģəhəri.
168
Bu Ģəhərlərin qarĢılıqlı münasibətlərini o, təĢbehlərlə belə ifadə edirdi: " misr -
hökmdar, qəsəbə - hacib (hərb i rəis), mədinə isə döyüĢçü kimid ir".
Yazılı qaynaqların məlu matı və arxeoloji qazıntılar ərəb hakimiyyəti
dövründə Azərbaycan və Arranda Ģəhərlərin b ir neçə kateqoriyasını
müəyyənləĢdirməyə imkan verir. Bu dövrdə ictimai əmək bölgüsü daha geniĢ
zəmində həyata keçirilir, sənətlər kənd təsərrüfatından ayrılaraq Ģəhərlərdə
mərkəzləĢir. ġəhərin kənddən ayrılması prosesi dərinləĢir, Ģəhər əhalisi a rtıq kənd
təsərrüfatı ilə deyil, yalnız sənətkarlıq və ticarətlə məĢğul olur.
Lakin ərəb iĢğalı ərəfəsində Azərbaycanın bütün Ģəhərləri mühüm ticarət -
sənaye mərkəzləri deyildi. Yaln ız beynəlxalq tran zit ticarətinin ana yolları ü zərində
olan Bərdə, Beyləqan (Paytakaran), Dərbənd (Bab əl-Əbvab) kimi iri Ģəhərlər belə
mərkəzlərdən idilər. Bu Ģəhərlərdə ruhani və dünyəvi əyanlar, tacirlər, sələmçilər,
əkinçiliklə əlaqəni ü zmüĢ sənətkarlar yaĢayırdılar.
Böyüklüyünə görə orta ölçüdə olan ikinci kateqoriyaya aid Ģəhərlər
sənətkarlıq və ticarət mərkəzləri idilər və Ģəhərin özünü, eləcə də ətraf nahiyəni
zəruri məhsullarla təmin edird ilər. Karvan yolları üstündəki ticarət mərkəzlərindən
fərqli olaraq, əldən-ayaqdan uzaq yerdə, əsas ticarət yollarından kənarda yerləĢən
bu Ģəhərlər eyni zamanda böyük hərbi dəstələrin saxlan ıld ığı qalalar idi. ġəki,
Qəbələ, Naxçıvan, Amaras, Ərdəbil, Girdiman belə Ģəhərlərdən olmuĢdur. Həmin
Ģəhərlərin bəzilərində (məsələn, Girdimanda) yerli hakimlərin iqamətgahı, onların
qoĢunları, daha sonralar isə onların xəzinəsi yerləĢird i (məsələn, Naxçıvan
yaxınlığındakı Əlincə qalasında).
ġəhərlərin üçüncü kateqoriyasını kəndtipli Ģəhərlər, yəni feodal
mü lklərin in in zibati mərkəzləri təĢkil etsələr də, əkinçiliyə daha çox mey il edən,
lakin ictimai-iqt isadi mənada Ģəhər olmayan yaĢayıĢ məntəqələrini də bu
kateqoriyaya aid etmək mü mkündür. Belə yerlərdə ictimai və əmlak cəhətdən
təbəqələĢmə hələ kəskin nəzərə çarpmırdı. Onların natural təsərrüfat həyatı keçirən
əhalisinin baĢqa bazarlarla, demək olar ki, heç bir əlaqəsi yox idi.
Bəzi Azərbaycan Ģəhərlərinin əzəmətini və strateji əhəmiyyətini həmin
Ģəhərləri əhatə edən qalın divar və bürclərin qalıqları sübut edir. Demək olar bütün qala
divarları və bürclər yonulmuĢ iri daĢlardan hörülmüĢ, onların özülü isə biĢmiĢ
kərpicdən qoyulmuĢdu. O dövrdə Ģəhər salarkən xaricdən ola biləcək hücumlardan
yaxĢı müdafiə olunmaq üçün Ģəhərin qala divarları və bürclərinin yuxarı hissəsində
mütləq mazğallar qoyur və ya baca açırdılar.
Aydındır ki, orta əsrlərdə baĢqa yerlərdə olduğu kimi, Azərbaycanda da
ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayan Ģəhərlər birdən-birə yarana
bilməzdi. Bu Ģəhərlərin meydana gəlməsinin ilkin iqtisadi Ģərtləri hələ erkən orta
əsrlərdə yaradılmıĢdı; lakin həmin dövrün yaĢayıĢ məntəqələrinin heç də hamısı iri
feodal Ģəhəri səviyyəsinə yüksələ bilmirdi. Orta əsrlərin erkən mərhələsində Ģəhər
təsərrüfatının ümumi inkiĢafı bu yaĢayıĢ məntəqələrinin tədricən orta çağ feodal
Ģəhərinə çevrilməsi üçün zəmin yaratdı. Azərbaycanın ərəblər tərəfindən iĢğalı
169
haqqında məlu mat verən mənbələr iĢğal dövrü üçün Ərdəbil, Muğan, Naxçıvan,
Bərdə, Beyləqan, Qəbələ, ġəki, ġəmkir, Dərbənd, ġabran, ġamaxı, Qazaka və baĢqa bu
kimi Ģəhərlərin adlarını sadalayır. IX-X yüzillərin müəllifləri isə bu siyahını onlarla
Ģəhər və yaĢayıĢ məntəqəsinin adları ilə zənginləĢdirmiĢlər. Lakin ərəb mənbələrində
adları çəkilən bu yaĢayıĢ məntəqələrinin heç də hamısı dövrümüzədək qalmamıĢ,
çoxunun hətta adı da unudulmuĢdur. Əgər Bərdə, Beyləqan, Qəbələ, ġamaxı, Naxçıvan,
Bakı, Dərbənd. Təbriz, Ərdəbil, ġəmkir, Gəncə, ġabran və b. Ģəhərlərin tarixi yer-
lərinin müəyyənləĢdirüməsi Ģübhə doğurmursa, mənbələrdə adları çəkilən bir çox Ģəhər
və yaĢayıĢ məntəqələri hələ də arxeoloji baxımdan açılmamıĢdır.
Ərəb iĢğalından xeyli sonra, VIII əsrdə də, Arran və Azərbaycan ərazisində
davam edən ardı-arası kəsilməyən müharibələr Ģəhər və yaĢayıĢ məntəqələrinə xeyli
zərər vurdu. Elə ona görə də çətin ki, bu dövrü iqtisadiyyatın çiçəklənməsi üçün
əlveriĢli hesab etmək mümkün olsun. Arxeoloji tədqiqatların nəticələri ilə təsdiq olunan
yazılı mənbələr ərəb iĢğalı, xəzər yürüĢləri, yerli əhalinin Xilafətə qarĢı çıxıĢları və s.
ilə əlaqədar iki əsrdən çox davam edən nisbi iqtisadi durğunluq dövründən sonra, yəni
təqribən IX yüzilin II yarısından, Azərbaycanda Ģəhərlərin, sənətkarlığın və ticarətin
inkiĢaf etməyə baĢladığını göstərir. Bu dövrdən baĢlayaraq Ģəhərlər yenidən sənətkarlıq
və ticarət mərkəzinə çevrilir, orada istehsal olunan məhsullara tələbat artır və Moisey
Kalankatlının məlumatına görə, hətta təbii sərvətin istismarı da güclənir.
Arxeoloji qazıntılar bir sıra Azərbaycan Ģəhərlərində (Gəncə, Qəbələ,
Mingəçevir, Beyləqan-Örənqala, Dərbənd, Çoqa, Bakı, ġabran, ġamaxı) orta əsrlərə
xas olan bütün əsas sənət növlərini (qab-qacaq emalı, qızıl və gümüĢ məmulatının
hazırlanması, toxuculuq və s.) olduğunu göstərən mədəni təbəqələr aĢkar etmiĢdir.
Sənətkarlar Ģəhər əhalisinin əsas kütləsini təĢkil edirdilər. Onların sayı kənd əhalisinin
Ģəhərlərə axını hesabına daim artırdı. Sənətkarlar Ģəhərin sıx məhəllələrində
ixtisaslarına görə yerləĢərdilər. Bazar mərkəzləri belə məhəllələri adətən hər tərəfdən
əhatə edərdi. Bəzən sənətkar dükanları Ģəhərin kənarında, möhkəmləndirilmiĢ qala
divarlarının yanında cərgə ilə düzülürdü.
Qəbələ Ģəhəri ərazisində aparılan qazıntılar zamanı içərisində yerli istehsal
məhsulu olan qızıl və gümüĢ Ģeylər, pullar, dulusçuluq məmulatı və s. tapılmıĢ bir neçə
qəbir aĢkar olunmuĢdur. Mingəçevirdə açılmıĢ yeraltı sərdabədə toxucu dəzgahı
hissələri, çəkməçilik ləvazimatı, cəhrədəki iy halqaları, ipək və yun parça qırıqları, xalça
tikələri aĢkar olunmuĢ, yaĢayıĢ evlərindəki qazıntı nəticəsində torlar üçün daĢ və gildən
qayrılmıĢ çoxlu lot tapılmıĢdır. Beyləqanda dulusçu kürələri, dulusçuluq alətləri, habelə
istehsal zamanı zədələnmiĢ saxsı mə mulatı aĢkara çıxarılmıĢdır.
Məhz bu dövrdə Azərbaycanda metaliĢləmə sənəti özünün çiçəklənmə
mərhələsinə qədəm qoyur, Sənətkarlar xeyli miqdarda dəmir əmək alətləri (oraq,
dəryaz, balta, kotan, mü xtəlif bıçaqlar və s.) hazırlayırdılar. Orta əsr Ģəhərlərində
aparılan arxeoloji qazıntılar zamanı Gədəbəy, DaĢkəsən, Qarabağ, Naxçıvan və b.
yerlərdə hasil olunmuĢ dəmir filizindən hazırlanan müxtəlif formalı alətlər aĢkar
edilmiĢdir.
170
Ġpəkçiliyin və xalçaçılığın Arran və Azərbaycanda inkiĢafı haqqında yerli və
ərəb-fars müəlliflərinin əsərlərindəki məlu mata görə yun, ipək və pambıq parçalar
emal edən yerli sənətkarlar həmin parçaları və onlardan tikilmiĢ hazır paltarları bazara
çıxarırdılar. Gəncədə, ġəmkirdə, Mərənddə istehsal olunmuĢ yun paltarlar xüsusi Ģöhrət
qazanmıĢdı. Bərzənddə, ərəb qaynaqlarında "qətifə" adı ilə qeyd edilən hamam
dəsmalları, tirmə parçalar, örtüklər, çullar, Varsan və Naxçıvanda "zilu" adlanan xalılar,
namaz xalçaları, Muğanda sumağ və palazlar, xalça çuvallar, Səlmasda ipək qaytanlar və
s. hazırlanırdı. ġirvandan dünyanın hər yerinə qızılın əyarını müəyyənləĢdirmək üçün
istifadə edilən daĢ (məhək) aparılırdı. Həmin daĢın istehsalı Arranda çıxarılan qiymətli
metallardan məmulat hazırlayan yerli emalatxanalarla sıx bağlı idi. Elə ona görə də yerli
salnaməçi "qızıl, gümüĢ, dəmir filizi və mis hasilatından baĢı çıxan cürbəcür
sənətkarlar" haqqında söhbət açır.
Mənbələr ġirvanda xeyli neft və duz çıxarılması, bu məhsulların quru və dəniz
yolları ilə digər ölkələrə daĢınması haqqında da məlumat verir. Əl-Məsudinin yazdığına
görə, Bakuyədə (Bakıda) "ağ və baĢqa növ neft mədənləri vardır. Dünyada buradan
savayı, Allah bilir, ağ nefti olan baĢqa yer yoxdur. Bura ġirvan məmləkətinin sahil
Ģəhəridir. Həmin neftverən yerdə vulkan vardır. Bu, alovunun dilləri həmiĢə göyə
ucalan mənbədir".
Bu dövrdə müstəqil həyat keçirən Azərbaycan və Arran Ģəhərləri Xilafətin
yüksək rütbəli məmurlarının iqamətgahları yerləĢən inzibati mərkəzlər kimi də
fəaliyyət göstərirdi. MərkəzləĢdirilmiĢ dövlət olan Xilafətin hüdudlarında
birləĢdirilmiĢ bu Ģəhərlər yüksəldikcə onların olan-qalan daxili mu xtariyyətləri də
əldən gedirdi. Bu birlik ticarətin inkiĢafı üçün daha əlveriĢli Ģərait yaratdı, tacirlər üçün
Xəzər dənizindən keçən ticarət yollarını açdı.
Avropa, Asiya və Afrikanın müxtəlif yerlərində aĢkar olunmuĢ çoxsaylı pul
dəfinələri Xilafət hökmranlığı dövründə ticarətin geniĢ miqyas aldığını, Azərbaycanın o
dövrün bütün məĢhur ölkələri ilə ticarət əlaqələri saxladığını göstərir. Lakin ərəblərin
hələ də davam etdirdikləri iĢğalçılıq müharibələri orta əsr Azərbaycanının iqtisadi
həyatının inkiĢaf istiqamətlərinə təsir etdi; Xilafətin Bizansla aramsız apardığı
müharibələr ġərq ölkələrinin Kiçik Asiya ilə ticarət əlaqələrinə son qoydu. Lakin
Bizansın dünya ticarətində öz aparıcı rolunu itirməsindən sonra Xilafətin qonĢu
ölkələrlə ticarət münasibətlərində Azərbaycan və Arran Ģəhərlərinin aparıcı mövqeyi
gücləndi. Artıq Xilafətin ticarət əməliyyatları yeni məcraya yönəldildi, indi baĢqa
Ģəhərlər həmin əməliyyatların əsas mərkəzləri oldu. Yeni inzibati mərkəzlər yarandı,
bəzi ticarət yollarının istiqamətləri dəyiĢdi. Məhz bu dövrdə qədim Albaniyanın Qəbələ,
ġəki, A maras Ģəhərləri ticarət mərkəzləri kimi ö z əvvəlki əhəmiyyətlərini itirdilər.
Beynəlxalq ticarətdə onları Xilafətin poçt idarəsinin (divan əl-bərid) ixtiyarındakı əsas
poçt yolları üzərində yerləĢən Bərdə, Dərbənd, Ərdəbil, Marağa, Gəncə, ġamaxı və baĢqa
bu kimi Ģəhərlər əvəz etdi. Nəinki ticarət, habelə strateji əhəmiyyətə malik olan bu
yollarda sikkə (hərfən: "yol") adlanan xüsusi poçt-gömrük məntəqələri yerləĢdirildi.
Ərəb coğrafiyaçılarının məlumatlarından görünür ki, artıq IX əsrin ortalarında
171
Azərbaycan ərazisindən keçən mühüm yol qovĢaqlarında əllidən artıq poçt-gömrük
məntəqəsi vardı. Yolçu lar atlarını bu məntəqələrdə dəyiĢir, poçt torbalarını bu və ya
digər yerə aparan qasidlər burada təyin edilir, gömrükxanalar burada olurdu. Lakin
Xilafətin mərkəzindən, məsələn, Bağdaddan keçən yollarda bu məntəqələr arasındakı
məsafə 1,5-1,7 fərsəx (9-12 km) idisə, mərkəzdən uzaqda olan Arranda bu məsafə 7-
11,5 fərsəxə (42-70 km) çatırdı. Belə ki, Bərdə-Tiflis yolunda 10, Bərdə-Dərbənd
yolunda 15, Bərdə-Dəbil yolunda 7 poçt-gömrük məntəqəsi fəaliyyət göstərirdi.
Nabələd yolçuların azmaması üçün yollarda növbəti Ģəhərədək olan məsafənin qeyd
edildiyi xüsusi "mil daĢları" - yolgöstəriciləri də qoyulurdu. O dövrdə inzibati baxımdan
Xilafətin Arran vilayəti tərkibində olan Tiflis yaxınlığında tapılmıĢ həmin daĢlardan
birinin üzərində belə bir yazı həkk edilmiĢdi: "Allahın adı ilə! Tiflisdən üç mil aralı".
Ərəb caniĢininin iqamətgahı Bərdəyə köçürüldükdən sonra Arran ərazisindən
keçən ticarət və karvan yollarının baĢlıca qovĢaq məntəqəsinə çevrilmiĢ bu Ģəhər,
mühüm ticarət mərkəzləri olan Bab əl-Əbvab (Dərbənd), Tiflis, Dəbil, Ərdəbil
Ģəhərləri və onlar vasitəsilə baĢqa Ģimal və Ģərq ölkələri ilə birləĢirdi.
Zəngin bazarları və yerli sənətkarların istehsal etdikləri mü xtəlif çeĢidli
məhsulları olan Azərbaycan və Arran Ģəhərləri ticarət əməliyyatlarında iĢtirak edərək,
Xilafətin Avropa və Asiya ölkələri ilə ticarət əlaqələrinin artmasına səbəb olurdular.
Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar Orta Asiya, Rusiya, Bizans, Ġran, Çin,
Suriya, Fələstin, Misir və b. ölkələrin maddi-mədəniyyət nümunələrin i aĢkar etmiĢdir;
görünür, həmin ölkələrdən Azərbaycana ĢüĢə, zərgərlik və toxuculuq məmulatı,
gümüĢ qablar, bəzək Ģeyləri və s. gətirilird i.
Bu dövr ticarətinin inkiĢafında Xəzər dənizi mühüm rol oynayırdı.
Bizanslıların Qara dənizdən keçən ticarət xətlərini qapamıĢ ərəblər yeni ticarət yollarını
Xəzərə istiqamətləndirdilər. Bu isə Abaskun və Astrabaddan tutmuĢ Dərbəndədək
Xəzərsahili Ģəhərlərin sürətli inkiĢafına səbəb oldu. Xəzər dənizi hövzəsinin cənub
hissəsində gedən ticarət inkiĢaf etmiĢ sənətkarlıq istehsalına malik olan bir çox Asiya
ölkələri ilə geniĢ əlaqələr saxlayan Bağdad, Buxara və Səmərqəndin iri bazarlarının
yaxınlığı sayəsində daha da artırdı. Ərəblər əvvəllər Bizansın əlində olan Xəzər-Volqa
ticarət yoluna nəzarət etməyə baĢladılar. Bizans imperiyasının arxalandığı xəzərlər isə
ərəblər tərəfindən məğlub edildiklərinə görə yeni ana ticarət yolu üçün təhlükə təĢkil
etmirdilər. Xəzər dənizinin ərəblərin əlində olan bütün liman Ģəhərlərinə Ġbn Havqəlin
məlumatına görə "tez-tez bir limandan baĢqasına gedən tacir gəmiləri gəlirdi".
Tranzit ölkəsi olan Azərbaycan digər ölkələrlə ticarətdə fəal iĢtirak edirdi.
Azərbaycandan olan tacirlər, eləcə də yolları buradan keçən ərəb və b. ölkələrin tacirləri
Volqa çayı ilə yuxarı qalxaraq Ģimala, bulqarların ölkəsinə gedib çıxırdılar. Tacirlər
orada əllərində olan malın dəyərinin onda biri miqdarında gömrük haqqı ödəyir,
xeyirli alıĢ-veriĢ edirdilər; çünki islam dinini qəbul etmiĢ bulqarlar onlarla həmdin olan
bu tacirlərin sövdələrinə maneçilik törətmirdilər. Azərbaycanın, Arranın və eləcə də
bütün Xilafətin bazarlarına bulqar və burtaslardan samur, dələ, tülkü xəzləri, dəri
papaqlar, oxlar, qılınclar, zirehli geyimlər, balıq yapıĢqanı, qullar, bal, mum və s.
172
gətirilirdi. Arrandan o zaman məĢhur olan toxuma malları aparılırdı. Bu mallar toxucu
müəssisələrinin məhsulları üçün bölüĢdürücü məntəqə olan Dərbənd vasitəsilə müxtəlif
ölkələrə daĢınırdı. Bundan baĢqa Arran Xilafətin bütün bazarlarında çox tələb olunan
keyfiyyətli boyaqlar və zəfəran ixrac edən ölkə idi.
Nəinki Arranın, habelə bütün Qafqazın ən mühüm Ģəhəri olan Bərdə, akademik
V. V. Bartolda görə, Qafqazdakı bütün ticarət yollarının və ərəblərin burada keçirdikləri
ticarət əməliyyatlarının əsas mərkəzi və qovĢağı, Ģimalla tranzit ticarətinin mərkəzi
idi.
Ərəblərin Arranı iĢğalınadək Bərdədə Sasani mərzbanlarının iqamətgahı və
alban katolikoslarının patriarxlıq taxtı yerləĢirdi. Xəlifə Os man (644-654) dövründə Ģəhər
ərəblərin iĢğalına məru z qaldı. 654-cü ildə ərəb sərkərdəsi Həb ib ibn Məsləmən in
Qafqa za ikinci yürüĢündən sonra Xilafətin ġima l vilayətlərinin caniĢini öz
iqamətgahını Dvindən Bərdəyə köçürdü. Bərdə ərəb lərin Qafqazdakı cani-
Ģinliyin in mərkəzinə çevrildi. Lakin hələ Ġran-Bizans müharibələri dövründə
xəzərlər tərəfindən dağıdıldığ ı üçün Əməv i xəlifələrinin təyin etdiyi caniĢinlər
Ģəhərin yenidən qurulması haqqında əmr verirlər. Mənbələr Bərdənin bərpasını
Xatim ibn Nu man əl-Bəxili və ya onun oğlu Əbdüləziz ibn Xatimin ad ları ilə
bağlayırlar.
Abbasilərin hakimiyyət baĢına gəlməsi (750) ilə Bərdənin in zibati və
siyasi mərkəz kimi əhəmiyyəti daha da artır.
Xilafətin zəifləməsi, A zərbaycanda separatist meyillərin güclən məsi ilə
Bərdə Ģəhəri Xilafətin Cənubi Qafqazdakı in zibati mərkəzi statusunu itirir. Lakin
bununla belə, Bərdə iqtisadi əhəmiyyətini sa xlaya bilir; ço x keç mədən Sacilə rin,
942-c i ildən isə Sa larilə rin əsas Ģəhərlərindən biri olu r.
X əsrin 20-ci illərində Bərdədə olmuĢ ərəb coğrafiyaĢünas -səyyahı əl-
Ġstəxri b ir fərsəx (təqr. 6 km) eni, bir o qədər də uzunluğu olan bu böyük Ģəhər
haqqında məlu mat verirkən, "Ġraq la Xorasan arasında, Rey və Ġsfahandan sonra
Bərdədən daha münbit torpaqlı, əlveriĢli mövqe tutan b aĢqa Ģəhər olmadığ ını
bildirir. Əl-Ġstəxri dövründə "Fars və Xuzistanı ipəklə təchiz edən" Bərdədə
sənətkarlıq və ticarətin inkiĢafı yalnız o dövr mənbələri ilə deyil, son illərdə
Ģəhərdə aparılmıĢ arxeolo ji qazıntıların nəticələrilə də təsdiq edilir.
944-cü il Bərdə tarixinə ağır və müsibətli illə rdən biri kimi da xil oldu.
Gəmilərlə Xəzərdən Kür vasitəsilə Bərdəyə gələn rus lar
1
Ģəhərin müdafiəsin i təĢkil
etmiĢ Salari Mərzban ibn Məhəmmədin deyləmlilər və yerli könüllülərdən ibarət
1
Bərdəyə olan hücum rus tayfalarının Azərbaycana ilk hücumu deyildi. Mütəxəssislər bu
rusları bəzən normanlarla-skandinavlılarla, bəzən cənub-rus düzlərindən olan dəniz quldurlan
("brodniki") ilə bağlayır, bəzən isə türkdilli tayfa hesab edir, hətta onların islamı qəbul etmiĢ olduqlarını
iddia edirlər. Lakin müxtəlif mənbə və ədəbiyyatın təhlili göstərir ki, 944-cü ildə Bərdəyə hücum edən
və mənbələrin "rus" adlandırdıqları bu iĢğalçılar rus knyazı Ġqorun (912-945) topladığı drujinasının və
muzdlu qoĢununun döyüĢçüləri olublar. Toplu halında "rus" adlandırılan bu muzdlu qoĢunun tərkibində
ruslarla yanaĢı, milliyyətcə baĢqa tayfalara, o cümlədən türklərə mənsub döyüĢçülər də ola bilərdi.
173
birləĢmiĢ qoĢununun müqavimətini qıraraq, Ģəhəri tutmuĢ, onu talan etmiĢ, müqavimət
göstərənləri qılıncdan keçirmiĢ, arvad-uĢağı əsir almıĢdılar. Bərdə Ģəhərinin
müqəddəratında həlledici rol oynamıĢ bu faciə haqqında XI əsrin əvvəllərində yaĢamıĢ
Ġbn Misqəveyh, XIII əsr tarixçisi Ġbn əl-Əsir, eləcə də yerli alban müəllifi və b. məlumat
vermiĢlər. Bu yürüĢ və onun nəticəsi olan qırğın, dağıntı və talan Bərdə Ģəhərinin
tənəzzülünü sürətləndirdi, o vaxtacan tərifi dillərdən düĢməyən Bərdə tədricən
əhəmiyyətini itird i.
Rusların yürüĢündən bir neçə il sonra, 40-cı illərin axırlarında Bərdədə olmuĢ
ərəb coğrafiyaĢünas-səyyahı Ġbn Havqəl ondan əvvəl bu Ģəhərdə olmuĢ əl-Ġstəxrinin
məlu matını təsdiq etsə də Bərdənin hələ də ağır günlər keçirdiyini bildirir: "Ruslarla
müharibə zamanından baĢlayaraq hakim dairələrin təzyiqi, ölkəni ağılsız adamların idarə
etməsi nəticəsində vaxtaĢırı baĢ verən və bu günədək davam edən basqınların törətdiyi
dağıntılara baxmayaraq Bərdənin bazar, karvansara və hamamları çoxdur". Həmin əsrin
sonlarında Bərdədə olmuĢ baĢqa bir ərəb səyyahı əl-Müqəddəsi isə on il ərzində,
mənbələrin məlumatından göründüyü kimi, yalnız xarici iĢğalçıların deyil, ara
müharibələrinin də əziyyətini çəkən, bununla belə hələ də əzəmətini itirməyən Bərdəni
"həmin iqlimin Bağdadı" adlandırır. Lakin dağıntıların izləri artıq özünü göstərirdi: əl-
Müqəddəsi bu Ģəhərə gələrkən "onun kənarları artıq dağılmıĢ, əhalisi azalmıĢdı.
Bərdənin qalası isə nizamsız halda idi".
Ərəb müəlliflərinin (əl-Ġstəxri, Ġbn Havqəl, Yaqut əl-Həməvi və b.) Bərdədə
istehsal və buradan ixrac edilən mallar, eləcə də bu nahiyənin kənd təsərrüfatı məhsulları
haqqında məlumatları da maraqlıdır; onların yazdıqlarına görə, Bərdədən "bir fərsəxdən
də az aralı olan bir yer var, adına əl-Əndərab deyirlər, Kurrah, Lasub və Naftan arasında
bir günlük yoldan çox məsafədə olan bu yer bağ və bostanlarla örtülmüĢdür, hər yer
meyvəlikdir. Orada əla fındıq (bunduk) yetiĢir, özü də Səmərqənd fındığından daha
keyfiyyətlidir. Orada yetiĢən Ģabalıd (Ģahballut) ġam Ģabalıdından daha yaxĢıdır. Onların
bir meyvəsi var, adına zoğal deyirlər, özü üvəzin meyvəsinə (əl-ğubeyra) oxĢayır,
yetiĢdikdə dadı Ģirin, yetiĢmədikdə isə acı olur. Bərdəyə ənciri Lasubdan gətirirlər, bu,
əncirin ən yaxĢı növüdür. Buradan çoxlu ipək aparırlar. Ġpəkqurdunu heç kəsə mənsub
olmayan tut ağaclarında yetiĢdirirlər. Fars və Xuzistan bu ipəklə geniĢ təchiz olunur.
Bərdənin üç fərsəxliyində Kür çayı axır. Ondan tumları əĢ-Ģurmahı (Ģahmahı-Ģamayı)
[balığını] duzlayıb, baĢqa yerlərə aparırlar... Kür çayından tutulan baĢqa balığı da ixrac
edirlər, ona əd-dəvakin (əz-zərəqan - qızıl balıq?) və əl-uĢub (əl-iĢubət) deyirlər.
Hər iki balıq bu yerlərdə olan ən yaxĢı balıq növlərindəndir. Bərdənin Bab əl-Əkrad
(Kürdlər qapısı) adlı darvazası yanında bazar günü açılan əl-Kurkiy adlı bazar var. O, bir
fərsəx uzunluğunda, bir fərsəx enindədir. Hər həftənin bazar günləri hər yerdən, hətta
Ġraqdan belə adamlar buraya axıĢır. Bu, hətta Ərdəbil yanındakı Kursurə bazarından da
böyükdür. Əl-Kurkiy adı bazar gününün öz adına üstün gəlib, çoxları həftənin günlərini
sayanda deyirlər: cümə, Ģənbə, əl-Kurkiy (bazar), bazar ertəsi, çərĢənbə axĢamı və
beləliklə, həftənin günlərini sayırlar. Bərdənin beytülmalı (xəzinəsi), ġamda olduğu
kimi, came məscidindədir. Bərdə beytülmalının qurğuĢundan damı, dəmir qapısı,
174
doqquz sütunu vardır. Hökmdarın evi Ģəhər içində, came məscidinin yanında, baza rla r isə
Ģəhər kənarında - rabatdadır...".
Xilafətin Ģimal ölkələri ilə ticarət mübadiləsində əhəmiyyətli mövqe tutan
"Qapılar qapısı" Bab əl-Əbvab - Dərbənd Arranın ikinci böyük Ģəhəri idi. Ərəb
xəlifələri Dərbəndin strateji və ticarət-ötürücü məntəqə kimi xüsusi əhəmiyyətini nəzərə
alaraq, onun azad Ģəhər statusunu saxladılar, Ģəhəri əmirlər və ya rəislər Ģurası idarə
etməyə baĢladı. Hələ 736-cı ildə xəlifə HiĢamın dövründə Əsəd ibn Zafir baĢda
olmaqla, Dərbəndə göndərilmiĢ 400 dövlət məmuru bu idarəçiliyin əsasını qoydu.
ġəhərin idarəsinə rəhbərlik edən rəislər rəisi nizamnamə çərçivəsində onun mühafızəsini
təĢkil etməli, qanun-qayda və təmizliyi gözləməli idi. Dərbənd qalasında, eləcə də
digər sərhəd qalalarında yerləĢdirilmiĢ hərbi hissələr xid mət müqabilində xəzinədən
maaĢ almır, yerli ehtiyatlar hesabına saxlanılırdılar. Xəlifənin sərəncamı ilə sərhədyanı
bölgənin "kafir" düĢmənlə üz-üzə qalan döyüĢçü - qazi əhalisinə vəqf payı kimi bütöv
vilayətlərlə yanaĢı, AbĢeronun neft və duz yataqlarından əldə olunan gəlirlər verilirdi.
Xəlifə Harun ər-RəĢid dövründə Ģəhərlilərin rifahını yaxĢılaĢdırmaq üçün Dərbəndə
Rubas çayından bir neçə kanal çəkildi, burada bağ və bostanlar salındı, dəyirmanlar
tikild i.
Xilafətin Ģimal hüdudlarında sərhəd qalası olan Dərbənd Xəzər dənizinin
ən mühüm limanı idi. ġəhər dənizin içərilərinə doğru uzanan daĢ hasarla əhatə
edilmiĢdi. Bu Ģəhərdə olmuĢ əl-Ġstəxri və Ġbn Havqəlin məlu matına görə "Bab əl-
Əbvab sahil Ģəhəridir. Ortasında gəmilərin yan alması üçün körpü var. Körpü ilə
dəniz arasında hər iki yandan qoĢa divar çəkilmiĢdir. Belə ki, gəmilərin giriĢ yolu
dar və çox girintili-çıxıntılıd ır. GiriĢ... zəncirlən miĢdir... heç bir gəmi icazəsiz
buraya nə daxil olur, nə də çıxır".
VIII-IX əsrlə rdə geniĢlənmiĢ ticarət Xila fət xə zinəsinə xeyli gəlir və
mənfəət gətirird i. Buna görə də Dərbəndin hakim dairələri ehtiyatı əldən vermədən
Xilafətin yalnız hərbi-strateji deyil, ticarət mənafelərinin də keĢiyində dururdular.
"Dərbəndnamə"dəki məlu mata görə, ehtiyatlı dərbəndlilər Ģəhərin müdafiə
sisteminin quruluĢunu gizlətmək məqsədilə xəzər xaqanının Dərbəndə göndərdiyi
elçilərinin gö zlərin i bağlamıĢdılar.
Ticarət məqsədilə Dərbəndə gələn yadellilərdən hələ xəlifə Ömər ibn əl-
Xəttabın fərman ında nəzərdə tutulmuĢ gömrük haqqı alın ırdı. Bu fərmana görə
"torpaqlarımıza qədəm basan yadelli tacirlə rdən, baĢqa ölkələ rdə müsəlman lardan
alınan gö mrü k haqqı məb ləğində, 10 faiz haqq alınırdı. Zimmi (müsəlman o lmayan
yerli) tacirlərdən malının dəyərinin beĢdə birin i, müsəlman tacirlərdən isə ümu mi
dəyəri 200 d irhəmə bərabər olan malına görə 5 d irhəm, yerdə qalan hər 40
dirhəmlik malına görə 1 dirhəm gö mrük haqqı" alınırdı. "Dərbəndnamə‖n in
mə lu matına görə, xə zə rlə rin ölkəsində ticarət etmə k arzusunda olan hər hansı bir
Dərbənd sakini ya malın ın onda biri dəyərində haqq ödəməli, ya da alveri atmalı
idi. Ġd xal olunan malların, eləcə də qulların, mal-qaranın və hər cür baĢqa Ģeylərin
üzərinə qoyulan bu gömrü k haqları Xilafət xəzinəsinə hər il 100 mindən 1 milyon
175
dirhəmədək gəlir gətirirdi.
Dərbənd tacirlərin in alverində yerli istehsal məhsulları (kətandan
hazırlan mıĢ üst paltarları, zəfəran, qırmızı boyaq və s.) xüsusi yer tuturdu. Yerli
tacirlər Ģəhərdə istehsal olunan məhsullarla yanaĢı, "kafirlərin ölkələrindən"
gətirilən qulların satıĢından da xeyli mən fəət gotürürdülər. ġimali Qafqazın bütün
xammalı da (qoyun sürüləri, dəri və s.) Dərbənddən keçirdi.
644-cü ildən ərəblər tərəfindən iĢğal edilərək, inzibati ba xımdan Xilafətin
Arran vilayətinin tərkibinə daxil edilən, u zun müddət müsəlman Cəfərilər
əmirliyinə tabe olan, yalnız 1122-ci ildə gürcülər tərəfindən geri qaytarılan Tiflis
ərəb mənbələrində Arranın üç böyük Ģəhəri sırasında s adalanır.
Yazılı mənbələrdəki məlu mata və arxeo loji tapıntılara əsaslanan alimlər
Beyləqan (Örənqala) Ģəhərinin eramızın V əsrin in sonunda, VI əsrin in əvvəlində
təsis edildiyin i göstərirlər. Azərbaycan ərazisində baĢ verən məlu m hadisələr
üzündən IX əsrə qədər Muğan düzündə olan bir ço x Ģəhər və qalaların sıradan çıx-
ması, 944-cü ildə rusların Bərdə Ģəhərini dağıntı və talanlara məru z qoy ması ilə
Mil-Muğan düzündə Beyləqanın rol və əhəmiyyəti yüksəldi. Bə rdəni Ərdəbillə,
oradan isə Xilafətin digər in zibati ticarət mərkəzləri ilə birləĢdirən əsas yollardan
biri üzərində yerləĢən bu Ģəhər tədricən sənətkarlıq və ticarətin əsas
mərkəzlərindən birinə çevrildi. Bu tarixi gerçəklik Örənqala Ģəhərgahı ərazisində
aĢkar edilən arxeo loji materiallarla yanaĢı, X əsrin ərəb-fars coğrafiyaĢünas-
səyyahlarının məlu matları ilə təsdiqlənir.
Bərdə düĢəndən sonra onun yerini X əsrin II yarısında Arran vilayətinin
mərkəzinə çevrilən Gəncə tutdu. Bərdə - Tiflis yolu üstündə yerləĢən Gəncə
bölgənin yalnız siyasi həyatında deyil, ticarətində də fəal iĢtirak etməyə baĢladı.
ġəhəri əhatə edən, qalınlığı orta hesabla iki metrə çatan üç cərgə qala divarları iri
sənətkarlıq və gur ticarət mərkəzi kimi əhəmiyyəti günü-gündən artan Gəncənin
sürətli inkiĢafını təsdiq edir. Köhnə Gəncənin ərazisində qazıntı iĢləri aparmıĢ
arxeoloqlar müəyyən etmiĢlər ki, üç cərgə divarların qalıqları ilə əhatə olunmuĢ
Ģəhərgahın sahəsi təqribən 250 hektara, ü mu mi sahəsi isə 9-10 kvadrat kilo metrə
yaxın olmuĢdur. Bununla yanaĢı, Ģəhərgahda aĢkara çıxarılmıĢ maddi-mədəniyyət
qalıqları onun yaranma tarixin i mənbələrdə göstərildiy i kimi VI -IX əsrlərə deyil,
daha dərin dövrlərə aid edir (Ġ.Cəfərzadə).
Bərdə-Tiflis yolu üzərində yerləĢən mühüm Ģəhərlərdən biri də ġəmkir
(ġamkur) olmuĢdur. IX-X əsr ərəb müəlliflərinin Arranın Ģəhərləri sırasında adını
çəkdikləri ġəmkir, əl-Balazurinin məlu matına görə, iĢğaldan sonra, təqribən bir
əsrə yaxın, yəni VIII yüzilin ortalarınadək (köçəri savirlər - sevordiklər onu
dağıdıb viran qoyanadək) "gur və abad Ģəhər" idi. 854-cü ildə xəlifə əl-Mutəsimin
sərkərdəsi Böyük Buğa Ģəhəri bərpa edib, buraya islamı qəbul etmək istəyən
xəzərlərdən və Ģəhər həyatını canlandırmaq, xüsusilə ticarəti inkiĢaf etdirmək üçün
Bərdə tacirlərindən köçürtdü; bundan sonra ġəmkir o dövrdə hakimiyyətdə olan xəlifə
əl-Mütəvəkkilin Ģərəfinə əl-Mütəvəkkiliyyə adlandırıldı.
176
IX əsrin ikinci yarısında Xilafətin zəiflə məsi nəticəsində ġirvanĢahların
hakimiyyətinin bərpa edilməsindən s onra yeni hakim sülalənin Ģərəfinə əl-Yəzidiyyə
adını almıĢ qədim ġamaxı (ġamaxiyə) çox keçmədən, əl-Müqəddəsinin dili ilə desək,
"binaları daĢdan və gildən, axar suları, bağları, seyrəngahları olan" bir Ģəhərə çevrildi. Bu
dövrdə "ġirvan ölkəsinin baĢ Ģəhəri" kimi ad çıxarmıĢ ġamaxı beynəlxalq ipək ticarətində
mühüm mövqe tutur, Azərbaycanın ən iri ticarət mərkəzlərindən biri kimi tanınırdı.
MəĢhur ġamaxı ipəyi ġərq və Qərb bazarlarında layiqli yer tuta bilmiĢdi.
Hələ Sasanilər dövründə inzibati mərkəz mövqeyində olan, hərbi-strateji
əhəmiyyətli NəĢavə (Naxçıvan) Ģəhərində ərəb iĢğalından sonra hərbi qarnizon
yerləĢdirilmiĢ, ilk dövrdə Ģəhər Arana məxsus əl-Busfurrucan vilayətinin mərkəzi
olmuĢdur.
Artıq X yüzildə Xəzər dənizi sahilində "bütün iqlimin yeganə limanı olan" Bakı
dövrün mənbələrində ən keyfiyyətli nefti olan Ģəhər kimi tanınırdı. Hələ VIII - IX
əsrlərdə burada hasil edilən neft və duz mü xtəlif ölkələrə ixrac o lunudu.
Ərəb iĢğalı dövründə Cənubi Azərbaycanın ən böyük və əsas Ģəhəri Ərdəbil
idi. VIII əsrin ortalarında baĢ verən hadisələri qələmə alan əl-Balazuri yazırdı: "Xəlifədən
hücum əmri alan Huzayfa Azərbaycanın baĢ Ģəhəri Ərdəbilə yola düĢdü; əhalidən vergi
toplayan Sasani mərzbanının iqamətgahı da burada idi".
Ġlk vaxtlar ərəblər bu Ģəhərin siyasi və inzibati mərkəz statusunu saxladılar,
hətta xəlifə Əli (656-661) dövründə Azərbaycan hakimi təyin edilmiĢ əl-ƏĢas ibn Qeys
dövlətin təminatı hesabına yaĢayan ərəbləri Ərdəbildə yerləĢdirmiĢ, bu Ģəhəri
abadlaĢdırmıĢ, burada məscid tikdirmiĢdi. Lakin ərəb-xəzər müharibələrinin
baĢlanması ilə Ərdəbil və onun ətrafları da gərgin döyüĢ meydanına çevrildi. Məhz buna
görə Ərminiyə və Azərbaycan hakimi Mərvan ibn Məhəmmədin (732 - 744) dövründə
caniĢinin iqamətgahı və hərbi düĢərgəsi təzəliklə möhkəmləndirilmiĢ qədim Marağaya
köçürüldü. IX əsrin sonu, X əsrin əvvəllərində Yusif ibn Əbu-s-Sac Ərdəbili Sacilər
dövlətinin paytaxtı etdi. Elə bu dövrdə Ģəhər üç darvazası olan qala divarları ilə əhatə
edildi. Burada olmuĢ Ġbn Havqəl yazırdı: "Hal-hazırda [Cənubi] Azərbaycanın ən
mühü m vilayəti və böyük Ģəhəri Ərdəbildir. Hərbi düĢərgə və hökmdarlar sarayı
buradadır. ġəhərin havası saf, satıĢ qiymətləri ucuzdur... ġəhər ço x gözəldir.
Ġçindən çaylar axır, su quyuları vardır. Çörək isə demək o lar ki, həmiĢə bol
olduğundan 1 dirhəmə 50 lavaĢ almaq olar. Ətin 1,5 mannını (1 mann təqribən 831
q-N. V.) 1 d irhə mə verirlə r. Ba l, ərin miĢ yağ, yarma , qoz, fındıq, kiĢ miĢ və baĢqa
yeməli Ģeylər ço x ucuzdur, demək olar ki, havayı verirlər. Ucuzluğu ilə Ģöhrət
qazanmıĢ bir ço x baĢqa yerlər, xətrin istədiyin hər Ģeyin bolluğu və yaxĢı yaĢamaq
imkanına görə Ərdəbilə güzəĢtə gedirlər".
Ərdəbil yaxın lığ ında yaxĢı möhkəmləndirilmiĢ böyük Kursura qalası
vardı. Hər təzə Ay çıxanda burada böyük ticarət bazarı açılırdı. Hələ gəncliyində
bu bazarda olmuĢ Ġbn Havqəlin təsvirinə görə, mü xtəlif yerlərdən gələn adamlar
buraya satmaq üçün "əmtəə və ticarət ma llarından bez, səqat, bərbəhar [parçaları],
ətir və sirkə, sərrac və misgərlərin məhsullarını, qızıl, gü müĢ, at, qatır, u zunqulaq,
177
iribuynuzlu ma l-qara gətirirlər".
Mənbələr Ərdəbildən sonra o dövr üçün Cənubi Azərbaycan ın ən böyük
Ģəhəri kimi Marağanın adını çəkirlər. Antik mənbələrə görə hələ eramızdan əvvəl
Fraata (Fraaspa, Praaspa, ərəb mənbələrində Afraharu z) adı ilə tanınan bu qədim
Ģəhərin yeni dirçəliĢ dövrü ərəblərin Azərbaycan və Ərmin iyədəki hakimi Mərvan
ibn Məhəmməd in adı ilə bağlıdır. Mənbələrin mə lu matına gorə, bu qədim yaĢayıĢ
məskənin i öz h imayəsinə alan Mərvan onu bərpa edib geniĢləndirmiĢ, bu yerin
daha da məskunlaĢması üçün hər cür Ģərait yaratmağa çalıĢmıĢdı. Abbasilərin
hakimiyyət baĢına gəlməsi ilə Marağa Əməvilərin baĢqa mülkləri ilə birlikdə yeni
sülalə nümayəndələrinin ixtiyarına keçdi. VIII əsrdən baĢlayaraq Azərbaycanın
əsas Ģəhərinə çevrilmiĢ Marağa qala divarları ilə möhkəmləndirilmiĢ, burada çoxlu
qoĢun yerləĢdirilmiĢdi. ġəhərə gələn səyyahlar Marağanı "sağlam havalı, bağları,
çayları, mədən suları, ləzzətli meyvələri, ərzağı və baĢq a Ģeyləri bol o lan" Ģəhər
adlandırırlar.
Eyni ad lı gölün sahilində yerləĢən Urmiya Ģəhəri dövrün mühü m yaĢayıĢ
məntəqələrindən biri hesab edilirdi. Bir ço x orta əsr ərəb müəlliflərin in (Ġbn
Xordadbeh, əl-Balazu ri və b.) "ZərdüĢtün vətəni" adlandırdıqları "bu əzəmətli
qədim Ģəhər"ə gəlmiĢ Ġbn Havqəl onun haqqında yazırdı: "Urmiya sağlam havalı
Ģəhərdir, üzümlüyü, Ģəhər içində axan bulaqları, əkin sahələri və rustaqları çoxdur. Hər
cür malı və ticarət məhsulları da vardır".
Artıq X əsrdən "Azərbaycanın ən məĢhur Ģəhəri"nə çevrilmiĢ Təbriz (Tibriz)
iĢğalın ilk illərində çox da böyük olmayan bir yaĢayıĢ məntəqəsi idi. VIII əsrin ortalarında
xəlifənin əmrilə öz qəbiləsi ilə Azərbaycana köçmüĢ yəmənli Rəvvad ibn Musanna əl-
Əzdi Təbrizdən Bəzzədək bütün torpaqlara sahib olmuĢdu. Əl-Balazurinin yazdığına görə,
onun oğlu Vacnau ər-Rəvvad qardaĢları ilə birlikdə Təbrizdə müxtəlif binalar tikdirmiĢ,
onu qala divarları ilə möhkəmlətmiĢdi. VIII əsrin sonu, IX əsrin əvvəllərində Təbriz
Məhəmməd ibn ər-Rəvvadın əlində idi. Ölkədə yaranmıĢ siyasi vəziyyət onun da
Xilafətdən ayrılmaq cəhdlərini gücləndirir. Lakin Mərənd hakimi Əbu-1-Bəis ilk
Rəvvadilərə məxsus bir çox yerləri, o cümlədən Təbrizi tutmuĢ, IX əsrin ortalarınadək
öz əlində saxlaya bilmiĢdi. Təbrizin IX əsrin II yarısından sonra baĢlanan çiçəklənmə
dövründə bu Ģəhərdə olmuĢ əl-Müqəddəsi onu ġərqin ən gözəl Ģəhərlərindən də üstün
tutur: "Nədir Təbriz? O bir saf qızıldır, nadir kimyadır, alınmaz qaladır, Mədinət əs -
Salamdan (Bağdaddan) üstündür. Ġslam əhli onunla fəxr edir. Qiymətlərin ucuzluğu və
meyvənin bolluğu haqqında heç soruĢma. Came məscidi Ģəhərin ortasındadır,
gözəlliyinin həddi-hüdudu yoxdur".
Mənbələr ərəb iĢğalından sonra Ģəhər həyatının nisbi inkiĢaf yoluna düĢdüyü
IX yüzilin ortaları və ondan sonrakı dövr üçün güneyin əl-Məyanic (Miyanə), əl-Xunəc
(Xunə), Ucan, Dəxərrəqan, Xuvey (Xoy), Səlamas (Salmas), Mərənd, Təbriz, Varsan,
Bərzənd, Muğan, Cabravan, ġiz, Sisər, Miməz, Əhər və s., quzeyin ġəki, Qəbələ, ġabran,
ġirvan, Abxaz, (Layican?), Bərdic və baĢqa bu kimi "gözəl, eyni böyüklükdə" orta
Ģəhərlərin adlarını çəkirlər. Ġbn Havqəl Cənubun bütün Ģəhərlərini onları xarakterizə
178
edən ümunıi cəhətlərdə belə birləĢdirirdi; "bu Ģəhərlərin hamısını ağaclar bürümüĢ, hər
yer buğda zəmiləri və xurma ağacları ilə doludur. Bu yerlərdən heç biri çaylarına,
bağlarına və yaĢayıĢ məntəqələrinə görə o birisindən əskik deyil, əksinə, hər cür mal-
nemətlə zəngin və allahın xey ir-bərəkəti ilə doludur. Meyvələri ço x, yeməli Ģeyləri
isə havayıdır". Arranın orta böyüklükdə olan Ģəhərlərini isə o, "gözəl, eyni böyüklükdə
və məhsuldar, geniĢ, yararlı təsərrüfat sahələrinə malik" Ģəhərlər kimi xarakterizə edir.
Lakin bu ümumi cəhətlərlə yanaĢı, mənbələr, hər bir Ģəhərin özünə aid olan xüsu-
siyyətini də qeyd edir, onların hər birinin mövqeyini və əhəmiy yətini bu və ya digər
dərəcədə müəyyənləĢdirir.
Bütün bu məlu matlar ərəb iĢğalı və baĢqa siyasi hadisələrlə bağlı nisbi
tənəzzül dövrü keçirən Azərbaycan Ģəhərlərində baĢ verən siyasi-iqtisadi
dəyiĢiklikləri, eləcə də IX əsrin sonlarından baĢlayan dirçəliĢ və çiçəklən mən i əks
etdirir.
ĠĢğaldan sonrakı ilk yarım əsrdə yeni ərəb üsul-idarəsi Azərbaycan və
Arranda ərəblərdən əvvəlki dövrdə iĢlədilən əski pul sistemini saxlamıĢdı. Əvvəllər
Sasanilərin, qismən də Bizansın tabeliyində olan bu yerlərdə hələ də köhnə pul
vahidləri - Sasani drahması və Bizans miliarisiyi qüvvədə idi. Qəribə də olsa, ərəb -
lərin hakimiyyəti dövründə də əski Sasani vilayətlərində, o cümlədən Azərbaycanda -
II Xosrov və II Yəzdigərdin surətləri, eləcə də od məbədlərinin rəsmi olan sikkələr
zərb edilirdi. Bunları əvvəlkilərdən fərqləndirən yalnız zərbolunma tarixləri, b ir də
ki, kufi xətti ilə bir Quran ayəsinin, eləcə də ərəb xəlifəsi ilə o yerə təyin edilmiĢ
hakimin adlarının əlavə edilməsi idi.
Xilafətdə ilk pul islahatı keçirmək cəhdi 660-cı ildə xəlifə Müaviyəyə
mənsubdur. Əməvilər hakimiyyət baĢına gələn kimi o, qızıl və gümüĢ pullar zərb
etdirməyə baĢladı. Lakin yeni pul vahidləri əhalinin inamını qazana bilmədiyi üçün
islahat cəhdi baĢ tutmadı.
VII əsrin sonu, VIII əsrin əvvəllərində, xəlifə Əbdülməlikin dövründə (685-
705) həyata keçirilən yeni pul islahatı Xilafətin geniĢ ərazisində vahid pul sistemini
tətbiq etdi. Qızıl Bizans, gümüĢ Sasani sikkələri ərəblərin qızıl dinarları və gümüĢ
dirhəmləri ilə əvəz olundu. Yeni pulların üzərindəki "Bismillah"dan sonra, həmin
sikkənin hansı xəlifənin dövründə və hansı Ģəhərdə zərb edildiyi gostərilirdi. Lakin
yeni pullar Azərbaycana lazım olduğundan xeyli az gətirildiyinə görə tədavül üçün
zəruri olan gümüĢ pula tələbat əski Sasani sikkələri, eləcə də yerli sikkəxanalarda
kəsilən pullar hesabına ödənilirdi. Xilafətin ġimal v ilayətlərində bu sikkələr yalnız
caniĢinin daimi iqamətgahlarında (əvvəl Dəbildə, sonra Bərdədə) deyil, eləcə də onun
bu və ya digər səbəbə görə (ço x vaxt hərbi əməliyyatlarla bağlı) yerləĢdiyi müvəqqəti
iqamətgahlarında da zərb olunurdu. Ərəb hakimiyyəti dövründə Arranda zərb edilən və
üzərində "Arran" möhürü olan ilk sikkə Hicri 89 (707-708-cu) ilə aiddir. Nu mizmatik
və yazılı mənbələrə görə zərbxanalar Bərdədə, Dərbənddə və ya ġamaxıda
(Yəzidiyyə) fəaliyyət göstərə bilərdilər. Lakin xəlifə caniĢininin baĢ verən hadisələrlə
əlaqədar tez-tez yerdəyiĢməsi zərbxananın o dövrdəki yerini dəqiqləĢdirmək imkanı
179
vermir.
Ərəb - xəzər müharibələrinin qızıĢdığı 723-724-cü illərdə Azərbaycanın Ģimal
vilayətlərinə yürüĢlər təĢkil edən ərəb caniĢini hərbi əməliyyatların gediĢindən asılı
olaraq tez-tez müvəqqəti iqamətgahlardan istifadə etdiyi üçün zərb yeri sadəcə olaraq
"Azərbaycan" kimi qeyd edilmiĢ dirhəmlər meydana çıxdı. ġəmkir, Qəbələ, Beyləqan,
hətta Ərdəbil və Marağa belə pulların kəsildiyi yer ola bilərd i.
Zərbxanaların Əməvi pullarını kəsməsi Hicri 131 (748-749-ci) ilədək davam
etdi. Mü xtəlif siyasi dairələrin mübarizəsi baĢa çatana, Abbasi sülaləsi nümayəndələri
Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirənədək məhəlli zərb xanalar fəaliyyət
göstərmədi. Arran ərazisində zərb edilən ilk Abbasi sikkələri Hicri 140 (757-758-ci) ildə
Yəzidiyyədə, iki il sonra isə Bərdədə kəsilən mis fəlslər o lmuĢdur.
Ġlk Abbasi xəlifələri dövründə Azərbaycan ərazisində qızıl pul kəsilməsə də,
tədavülə xeyli gümüĢ sikkə buraxılmıĢ, mis sikkələrin zərbi artırılmıĢdı.
Arxeoloqlarımız (Qara Əhmədov) Beyləqanda aparılan qazıntılar zamanı VIII əsrə və
IX əsrin I rübünə dair "Arran" adı ilə kəsilmiĢ çoxlu mis pul aĢkar etmiĢlər; bunlardan
785-787-ci illərdə Hazin ibn Xuzeymənin, 788/789, 791/792-ci illərdə Ubeydallah ibn
əl-Mehdinin, 793/794-cü ildə Xalid ibn Yəzidin, 794/795-ci ildə Musa ibn Ġsanın,
800-cü ildə Əsəd ibn Yə zid in, 802-ci ildə Məhə mməd ibn Yə zidin və b. -nın ad ına
kəsilmiĢ mis pulları qeyd etmək olar.
Kəsilən dirhəm və fəlslər öz əvvəlki ölçülərində qalmıĢ, lakin dirhəmlərin
çəkisi bir qədər düĢmüĢdü; sonralar ümumi gümüĢ böhranı ilə əlaqədar onların çəkisi
gah artır, gah azalırdı.
Abbasilər dövründə çox vaxt artıq pul kəsilən yerin konkret adı deyil,
zərb xananın yerləĢdiyi vilayətin (Azərbaycanın, Arranın və ya Ərminiyənin) adı
göstərilird i. A zərbaycan və Arranın zərb xanalarında kəsilən pulların ġərqi və Qərbi
Avropanın (Rusiya, Almaniya, Ġsveç, Norveç, Pribaltika ölkələri və b.), eləcə də ġərqin
mü xtəlif ö lkələrində aĢkar edilən dəfinələrdə tapılması bu ölkələrlə Azərbaycan
arasında gedən qızğın ticarət əlaqələrinin olduğunu sübut edir. Pul tədavülünün artması
isə mövcud ticarət münasibətlərinin daha da canlanmasına səbəb olmuĢdu.
|