§ 3. XĠLAFƏTĠN TORPAQ VƏ VERGĠ SĠYASƏTĠ
Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsuli-idarəsi
ərəblərin iĢğal dairəsinə düĢmüĢ bütün becərilən torpaqları müsəlman icmasının
mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, öz rəiyyətlərinə qarĢı münasibətdə bütün
hüquq və imtiyazlarını qorumuĢ əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə
bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə
kifayətlənirdilər. Lakin Azərbaycanda, habelə ərəblərə qədər Sasanilərə tabe olan
bütün baĢqa ərazilərdə əvvəllər hökmdara, onun qohumlarına və saray əyanlarına
məxsus olan torpaqların bir hissəsi, eləcə də döyüĢlərdə öldürülmüĢ və ya Sasani
dövlətinin devrilməsindən sonra öz torpaqlarını tərk etmiĢ knyaz (iĢxan) və
dehqanların malikanələri iĢğaldan sonra sahibsiz qalmıĢdı. Bu kateqoriyadan olan
torpaqlar (savafi) müsəlman icmasının baĢçısı kimi xəlifənin ixtiyarına keçir və ərəb
istilaları nəticəsində artmıĢ dövlət fonduna aid edilirdi. ĠĢğalın ilk illərində vəzifəli
Ģəxslərə, döyüĢçülərə və baĢqalarına torpaq payı bu fonddan verilirdi. Əgər "raĢidi"
xəlifələr dövründə bu torpaq payları bilavasitə xəlifələrin özləri tərəfindən verilirdisə,
artıq Əməvilər dövründə bu hüquq hər vasitə ilə torpaqları yerli sahibkarlardan
qoparmağa çalıĢan caniĢinlərə də verilmiĢdi. Mənbələrin məlumatına görə, "ərəblər
Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və ġamdan olan qohumları
da buraya axıĢdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir hissəsi qeyri-
ərəblərdən torpaq satın aldı...".
Beləliklə, tabe olunmuĢ əhalinin torpaqlarını zor-xoĢ əldə edən istilaçılar
özləri torpaq sahiblərinə, kəndlilər isə bu torpaq sahələrinin icarəçilərinə çevrild ilər.
Qaynaqlar əvvəllər Əməvilərin, sonra isə Abbasilərin ixtiyarında olan
aĢağıdakı torpaq kateqoriyaların ı müəyyənləĢdirməyə imkan verir:
1.
Əməvilərdən Abbasilərə keçmiĢ xəlifə ya soltan torpaqları -vəfat etmiĢ
və ya vəzifəsindən çıxarılmıĢ məmurların mü lklərin in müsadirə edilməsi hesabına
və ya satınalma yolu ilə tədricən artan bu torpaqlar böyük gəlirlər gətirird i. Belə
torpaqların idarəsi üçün bir neçə divan təsis edilmiĢdi.
2.
İqta (sözün ilkin mənası - paylaĢdırma, kəsilib ayrılma, pay) torpaqları
- becərilən torpaqların əksəriyyətini təĢkil edən bu kateqoriya torpaqlar Abbasilər
dövründə daha geniĢ yayılmıĢdı. Belə torpaqlar adamlara onlardan əldə edilən
gəlirlə b irlikdə xid mət müddətinə və ya ömürlük verilir, yəni torpaq iqta sahibinin
mü lkünə çevrilirdi. Lakin sahiblik hüququna heç də həmiĢə riayət olunmurdu; belə
ki, mənbələrdə qeyd olunduğu kimi, iqta öz sahibinin əlindən alına və yenidən
xüsusi divana verilə b ilərdi. Ġqta sahibləri hərbi mükəlləfıyyət daĢımır, əvəzində
vergi ödəyirdilər. Bununla yanaĢı, onlar öz torpaqlarında yerləĢən kanalları, yolları
və körpüləri təmir etməli idilər.
Sahiblik hüququndan asılı olaraq iqta torpaqları nəzəri cəhətdən iki
kateqoriyaya bölünürdü: bağıĢlanan iqta (təmlik ) Ģəxsin tam mü lkiyyətinə keç ir və
irsən ötürülürdü. Bu növ iqta adətən becərilməmiĢ və ya varisi olmayan sahiblərin
181
ölümündən sonra baĢsız qalmıĢ torpaqlardan verilirdi; ikinci kateqoriya irsən
keçməyən icarə iqtası idi. Belə torpaq payları adətən hərbiçilərə verilird i.
ĠĢdə isə iqtanın növü onun sahibinin vəziyyətindən asılı id i və mü lki
(Ģəxsi), xüsusi (xass), hərbi və xəlifə iqtalarına bölünürdü, Mülki iqta daha geniĢ
yayılmıĢdı və məmurlara tutduqları vəzifəyə görə verilird i. Belə ki, tutduğu yüksək
vəzifəyə görə iqta almıĢ Ģəxs vəzifədən kənar edild ikdə ona verilmiĢ torpaq payını
da itirir, həmin torpaq payı bu adamın yerinə keçmiĢ Ģəxsə verilirdi.
Xüsusi iqta xid mətlərə görə, Ģairlər istisna olmaqla xüsusi qabiliyyətə
malik Ģəxslərə verilirdi. Əllərində olan mü lkün tam sahibi olan bu Ģəxslər ö z torpaq
paylarını irsən ötürmək hüququna malik id ilər. Abbasilər xilafətində bütöv
vilayətlərin bağıĢlandığı müĢahidə olunurdu. Məsələn, Babək hərəkatı darmadağın
edildikdən sonra ərəb xəlifəsi əl-Mütəsim Azərbaycan, Arran və Ermənistanı belə
iqta adı ilə AfĢinə bəxĢ etmiĢdi. Xəlifə əl-Mütəvəkkil 851-ci ildə Məhəmməd ibn Xalid
ibn Məzyədə belə bir iqta ayıraraq, ətraf nahiyələri ilə birlikdə Bab əl-Əbvab (Dərbənd)
Ģəhərini ona vermiĢdi. "Xalidiyyə adlanan məĢhur malikanələri ilə birlikdə" Gəncə
Ģəhəri də ona bəxĢ edilmiĢdi.
Herik (dincə qoyulmuĢ) torpaqlar da elə bu iqta növünə daxil idi. Sahibkar
becərmək üçün onu adətən, kəndlilərə icarəyə verir, onları to xu m, kənd təsərrüfatı
alətləri və suvarma vasitələri ilə təmin edirdi. O, özü Ģəxsən hər il xəzinəyə müəyyən
məbləğ pul ödəyir, bunun əvəzində isə torpağa nəzarət etmək və onu irsən ötürmək
hüququndan istifadə edirdi. Belə iqta sahibi digər vergilərdən azad olunurdu.
Hərbi iqta baĢqa torpaq növləri - xass iqta, xəlifə mülkləri və xəzinə torpaqları
hesabına verilirdi. QoĢuna da iqta vəqf torpaqlarından verilirdi. Hərbi iqta ömürlük
olmur, irsən keçmirdi; o sahibinin mü lkiyyəti deyildi.
Erkən Abbasilər dövründə əslində yenilik olan iqta təsisatı yalnız X-XIII
əsrlərdə inkiĢaf edərək tədricən benefisiyadan irsi lenə çevrilmiĢdi.
3.
Mülk torpaqları - Azərbaycanda yerli feodal əyanlarının irsi ixtiyarında
olan və mülk adlanan xüsusi torpaq sahələri vardı. Bundan baĢqa, mərkəzi hökumətin
həvəsləndirməsi və köməyi ilə "ölü" torpaqların dirçəldilməsi və bataqlıqların
qurudulması, həmin torpaqların əkilməsi onların sahiblərinə tam sahiblik hüququ
verirdi. Mülk torpaqlarının digər mənbəyi dövlət torpaqlarının satın alınması idi.
Məmurlar və vəsaiti olan digər Ģəxslər xəlifə mülklərini (dövlət torpaqlarını) əldə
edərək, onların daimi sahiblərinə çevrilir və bu torpaqlardan nisbətən sabit gəlir
götürürdülər. Bu kateqoriyadan olan torpaqların sahibləri əlavə vergilər verməli və
torpaqlarından keçən kanalların bərpası xərclərini ödəməli idilər. Mülk kateqoriyası
Xilafətin yarandığı ilk gündən mövcud idi. Mülk torpaqlarını alıb-satmaq, özgəyə
bağıĢlamaq, irsən vermək olardı. Bu torpaqların sahibləri hərbi xid mətdə olmurdular.
4.
Vəqf torpaqları - torpaq mülkiyyətinin əsas növlərindən biridir. Vəqf
dedikdə, dini təsisatların ixtiyarına verilən torpaq mülkləri nəzərdə tutulurdu. Bu
torpaqlar müqəddəs yerlər (Məkkə və Mədinə), qazilər ("din uğrunda mübarizlər"),
məscid və qalaların tikilməsi, habelə digər ehtiyaclar üçün ayrılırdı. Bu torpaqlar sıra-
182
sına keçmiĢ sahiblərində qalmasından və ya baĢqa kafirlərə (zimmilərə) verilməsindən
asılı olmayaraq zor gücünə tutulmuĢ, lakin müsəlmanlar arasında bölüĢdürülmüĢ
torpaqlar, eləcə də dinc yolla ələ keçirilmiĢ torpaqlar daxil idi. Vəqf "allahın mülkiyyəti"
hesab olunduğu üçün adamlar onun üzərində heç bir Ģəxsi hüquqa malik olmur, bu
mülkiyyətdən ancaq istifadə edə bilirdilər. Bir müddət bütün Azərbaycan da zor gücünə
("anvatan") tutulduğu üçün vəqf torpağı sayılırdı. Müsəlmanların əlinə dinc yolla keçmiĢ
torpaqlar da sonralar daimi vəqflə rə çevrild i.
5. İcma torpaqları dövlət torpaqları kateqoriyasına daxil idi; kənd sakinlərinə
məxsus olan bu torpaqlar otlaqları, örüĢ yerlərini. yanacaq toplanan yerləri,
qəbiristanlıqları və i. a. əhatə edirdi.
Erkən Xilafət dövründə kəndli kütlələrinin Azərbaycanda geniĢ yayılmıĢ istismar
formaları içərisində yardarlıq icarəsi xüsusi yer tuturdu. Torpaq sahiblərin i sürətlə
müflisləĢdirən çoxsaylı vergilər onları məcbur edirdi ki, torpağı xırda hissələrə bölüb,
müzəraat, musakat və s. adlanan icarə Ģərtlərilə yardarlara versinlər. Torpaqlar
həmçinin bütöv ərəb qəbilələrinin və ya ərəblərdən olan iri torpaq sahiblərinin və
dövlət qulluqçuların ın himayəsinə də verilirdi. Torpaq məhsulun
1/
6
və
1
/
7
hissəsinə
müqabil icarəyə götürülürdü. Torpağın əsil sahibləri məhsulun bir hissəsini hima-
yədarlara verir, əvəzində məmurların təzyiqindən mühafizə olunurdular. Məsələn,
Marağa sakinləri öz torpaqlarını Mərvan ibn Məhəmmədin himayəsinə vermiĢdilər.
Azərbaycanın bir çox baĢqa yerlərinin sakinləri də belə etmiĢ, öz kəndlərini və əkin
sahələrini xoĢ-güc buraya köçürülmüĢ ərəb tayfalarının himayəsinə venniĢdilər. Əl-
Bəlazurinin məlumatına görə "onların (yəni azərbaycanlıların - N. V.) kəndləri ona görə
həmin ərəblərin himayəsinə keçirdilər ki, [ərəblər] onları müdafiə etsinlər; bu kəndlərin
sakinləri isə ərəblərin yardarları olurdular".
Beləliklə, Azərbaycan ərəblər tərəfindən iĢğal edildikdən sonra yerli torpaq
sahibləri öz müstəqilliklərini tamam əldən verərək. ərəb üsul-idarəsindən asılı
vəziyyətə düĢdülər. ĠĢğalçı ərəblər tutduqları ölkələrin feodal ağaları ilə tez bir
zamanda ümumi dil tapsalar da, özlərini onlardan həmiĢə ayırırdılar.
Əsasən silah gücünə ələ keçirilmiĢ Ģ imallı-cənublu Azərbaycanın tabe
edilmiĢ əhalisi ilə qarĢılıq lı münasibətlər iĢğalçılarla yerli əhali arasında
bağlanılmıĢ müqavilələrlə tənzimlənird i. Hər bir belə müqavilə baĢqa Ģərtlərlə
yanaĢı, birdə fəlik və illik verg ilə rin ödənilməsi təəhhüdü haqqında maddəni də
nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlay ırd ı. Zimmi,
yəni baĢqa dinə mənsub yerli adam statusunu qazanmıĢ bu sahibkarlar müsəlman
icmasının h imayəsində qalır, torpaq vergisi - xəracla yanaĢı, qeyri-müsəlmanların
verdiyi can vergisi - cizyəni də ödəyirdilər.
Torpaq vergisini müəyyənləĢdirərkən ərəblər bu və ya digər ərazin in zor
və ya xoĢluqla alın masını nəzərə alır, buna müvafiq olaraq tutduqları bütün
torpaqları dörd kateqoriyaya bölürdülər: 1) müsəlmanların özlərin in diriltdiklə ri
torpaqlar, 2) mü lklərin i saxla maq naminə isla mı qəbul etmiĢ sahibkarla rın
torpaqları, 3) silah gücü ilə ka firlə rdən zorla alın mıĢ torpaqlar; bu torpaqlar
183
qənimət kimi onları tutanlar arasında bölünməli idi, 4) haqqında müqavilə
bağlanılan torpaqlar; belə torpaqlar iki növ olurdu: a) sahibləri tərk etdikləri üçün
müsəlman ların döyüĢsüz sahib olduqları torpaqlar, b) ö z yerlərində qalmıĢ və
torpaq vergisi ödəmək Ģərti ilə torpaqların ın əllərində saxlanılması barədə
müsəlman larla müqavilə bağlamıĢ sahibkarların torpaqları.
Arran və Azərbaycanın baĢqa dinə mənsub əhalisi - zimmilər xəzinəyə iki
cür vergi - cizyə və xərac ödəyirdilər; müsəlman qanunvericiliy inə-Ģəriətə görə
cizyə hər il ancaq kiĢilərdən, özü də onların sənət və ya ticarətdən əldə etdikləri
qazancdan asılı ola raq alın ırd ı; varlıla r 48, ortabablar 24 v ə "öz əllərin in zəh məti
ilə məĢğul olan yoxsullar" 12 dirhəm ödəyird ilər. Əgər can vergisi - cizyə ancaq
qeyri-müsəlmanla rdan almırd ısa, torpaq vergisi - xərac hə m müsəlmanla rdan, həm
də baĢqa dinlərə etiqad edənlərdən alınırd ı, ancaq qeyri-müsəlman lar bu vergini
ikiqat həcmdə ödəyirdilər. Müsəlmanlardan isə sırf islam təəssübkeĢlərinə aid olan
onda bir - uşr vergisi alınırdı.
ĠĢğalın ilkin mərhələsində, yəni xəlifə Ömər ibn əl-Xəttabın dövründə,
Azərbaycan əhalisindən alınan torpaq vergisinin - xəracın məbləği hələ Sasanilər
tərəfindən müəyyənləĢdirilmiĢ qədərdən yüksək deyildi; ət-Təbərin in yazdığ ına
görə, "onlardan Xosrov xəracı alın ırdı". Can verg isinin - cizyənin məb ləği isə,
Utba ibn Farkadın Azərbaycan əhalisi ilə bağladığı birinci müqavilənin Ģərtlərinə
görə, yerli əhalinin təminatından asılı olmalı idi ("onlar cizyəni imkan ları daxilində
ödəyəcəklər"), "qadınlar və uĢaqlar,həmçinin yaĢamaq üçün vəsaiti olmayan xroniki
xəstələr, dünya malından heç nəyi olmayan zahid lər" cizyədən azad ed ilird ilər.
La kin a rtıq Muğanın istilası za man ı ərəblə r "hər həddi-büluğa çatan" üçün can
vergisinin qədərini "bir dinar və ya onun dəyərində" təyin edirlər. Az sonra Həbib
ibn Məsləmənin Tiflis sakinləri ilə bağladığı müqaviləyə görə cizyənin məbləği, "hər
həyətdən bir dinar" təsdiq edildi. Anili Samuilin məlumatına görə, Əməvilər hər
həyətdən dörd dirhəm [pul], üç modi
1
xəlbirlənmiĢ buğda, atlı üçün bir torba, tükdən
[hörülmüĢ] ip və bir cüt əlcək" alırd ılar. Beləliklə, erkən dövrlərdə əhalidən yığılan
bacın natural hissəsinun pul hissəsindən üç dəfədən artıq çox idi (o dövrdə bir dinar
təxminən 15 dirhəmə bərabər idi).
Lakin müqavilələrdə əhalinin könüllü surətdə müsəlman qoĢunlarına daxil
olan qisminin müvəqqəti olaraq cizyə ödəməkdən azad edilməsi kimi müstəsna hallar
da nəzərdə tutulurdu. 643-cü ildə Azərbaycan əhalisi ilə bağlanılmıĢ müqavilədə də
belə bir maddə var idi: "Onlardan kimsə hər hansı il [müsəlman qoĢununa] əsgəri
xid mətə qəbul edilsə, ilin cizyəsi onun boynundan götürülür". Köçəri tayfaların
basqınları təhlükəsi altında olan Dərbənd sərhəd vilayətinin sakinlərinə də belə bir
imtiyaz verilmiĢdi. Belə ki, sərhəddə xid mət edib, müsəlman ları qoruyan
dərbəndlilərin bununla öz vergi mükəlləfiyyətlərinin əvəzini çıxdıqları hesab olunurdu.
1
Erkən Xilafət dövründə iĢlədilən çəki vahidi muddun (modinin) qəbul edilmiĢ
ölçüsü 812,5 qram idi.
184
Ət-Təbərinin məlu matına görə, müsəlman qoĢunu Sasanilərin Ģimal sərhədlərin in
mərzbanı ġəhribərəz (ġəhriyar) tərəfindən idarə olunan Bab əl-Əbvab - Dərbənd
hüdudlarına daxil olduqda, mərzban ərəb sərkərdəsi Əbd ər-Rəh man əl-Bəh ilin in
hüzuruna gəlmiĢ, ondan aman istəmiĢ, cizyədən azad etməyi xahiĢ etmiĢdi: "Mən
quduz düĢmənə və əsli olmayan qaba xalqlara qarĢı durmuĢam. Qoy bizim sizə
verəcəyimiz cizyə - köməyimiz və sizin buyuruğunuza əməl etməyimiz olsun. Bizi
cizyə ilə alçaltmayın, əks təqdirdə onunla öz düĢmənimiz qarĢısında bizi
zəiflədərsiniz". Bu məsələ barədə xəlifə Ömər ibn əl-Xəttabdan alınmıĢ razılıqdan
sonra ərəblərlə ġəhribərəz arasında bağlanılmıĢ müqavilənin mətninə belə bir
maddə əlavə edilir: "Ərminiyənin və əl-Əbvabın həm yerli, həm qərib
1
sakinləri, e ləcə
də o həndəvərlərdə [yaĢayan] və onlarla birlikdə [sülh müqaviləsinə] qoĢulanlar
yürüĢə getməli və qoĢun baĢçısının mühüm hesab etdiyi hər adi və qeyri-adi əmri
yerinə yetirməlid irlər. Özü də cizyə ancaq səfərbərlik olanda və ancaq çağırıĢa
qoĢulanların üzərindən götürülür; çünki xalq qoĢununda [xidmət] onların cizyələrinin
əvəzidir. Bu [çağırıĢdan] azad olub [evdə] qalanların üzərinə isə Azərbaycan əhalisinin
cizyə sarıdan boynuna düĢən öhdəliklər - [müsəlman azanda] yolun göstərilməsi və
bir gün bir gecə saxlanılması qoyulur".
Arran və Azərbaycanın xristian etiqadlı ruhaniləri də o dövrdə belə imtiyaza
malik idilər. Belə ki, ərəb inzibati orqanları əhalini itaətdə saxlamaq üçün məhz onların
köməyindən istifadə etmək istəyirdi.
Vergilərin yığılması ilə adətən vergi məmurlarının xüsusi olaraq bu vəzifəyə
təyin edilmiĢ müfəttiĢi məĢğul olurdu, lakin Xilafətin ucqarlarında, o cümlədən
Azərbaycanda da vergi məmurunun iĢini caniĢinin özü yerinə yetirirdi. Məhz buna görə
ilk caniĢinlər amil adlanırdı (sonralar amil termini ilə ancaq maliyyə agenti vəzifəsinin
daĢıyıcıları ifadə edilirdi). Müqavilə ilə nəzərdə tutulan vergi yığıldıqdan sonra yerli
hakimiyyət nümayəndələri tərəfindən Azərbaycanın ərəb caniĢininə, onun vasitəsilə
Ġraq və ġam xəzinələrinə çatdırılırd ı.
VII yüzilin 90-cı illərinin əvvəllərində dövlətin vergi aparatını qaydaya
salmaq istəyən xəlifə Əbd əl-Məlik (685-705) vergilərin alınması qaydalarında
islahatlar edir. Tell Mahrlı Dionisiyin yazdığına görə, "1003 (691-92)-cü ildə Əbd əl-
Məlik [vergilərin alınmasında] dəyiĢiklik etdi. O, bir sıra sərəncamlar verərək, hər bir
kəsə əmr etdi ki, adının, ata-babasına məxsus təsərrüfatın, üzümlüklərin, zeytun
ağaclarının, əmlakının, uĢaqlarının və sahib olduğu hər Ģeyin siyahıya düĢməsi üçün öz
doğma ölkəsinə, doğulduğu kəndə qayıtsın. Can vergisinin və xristianların baĢlarına
gətirilən bütün pisliklərin özülü onda qoyuldu. O vaxtadək hökmdarlar vergini adamlara
görə deyil, torpağa görə alırdılar. Bu, ərəblərin həyata keçirdikləri ilk siyahıyaalma
idi".
1
Ət-Təbərinin məlumatından aydın olur ki, mətndə "qərib" ("gəlmə") adı ilə Dərbənd
ətrafında ticarətlə məĢğul olan ermənilər nəzərdə tutulurdu: "Həmin dağların yamaclarında
olan ölkədə elə hündür yerlər var ki, ermənilər o yerlərdə qalırlar, çünki onlar onun ətrafında
yaĢayanlardır, özləri də gəlmədilər".
185
BağlanmıĢ müqavilələrə görə, xristian əhalisindən vergi heç bir təzyiqə yol
verilmədən alınmalı idi. Lakin iĢdə əhalidən vergi yığılması zamanı hədsiz özbaĢınalıqlar
olurdu. Can vergisi - cizyənin müsəlmanlardan yox, ancaq zimmilərdən alınması
haqqında Quran göstəriĢi (9, 29) bir ço x yerlərdə əməli olaraq tətbiq edilmədi. Nəticədə
bütün Xilafətdə ərəb hakimiyyət orqanlarının vergi zülmünə qarĢı narazılıq artdı. Belə
vəziyyət xəlifə II Öməri (717-720) yeni müsəlmanlardan, yəni məvalilərdən can
vergisi almağı qadağan etməyə vadar etdi; etiraf olundu ki, islamı qəbul etmək yeni
(neo) müsəlmanın "canını və pulunu xilas edir". Torpaq vergisi-xərac isə əvvəllər
olduğu kimi, dinindən asılı olmayaraq bütün torpaq sahiblərindən yığılırd ı. Lakin II
Ömərin siyasəti özünə nüfuzlu tərəfdarlar və ardıcıllar tapmadı. Onun xələfi II Yəzidin
zamanında (720-724) Cənubi Qafqazın xristian əhalisinə qarĢı böyük amansızlıq göstərildi;
yerli qaynaqların yazdığına görə, II Yəzid bütün ikona və xaçları məhv etmək, Xilafət
ərazisindəki bütün donuzları q ırmaq əmrini vermiĢdi.
Xəlifə II Ömərin yürütdüyü bütün müsəlmanların bərabərliyi siyasətinə qarĢı
daha qətiyyətlə çıxıĢ edən xəlifə HiĢamın (724-743) dövründə dövlət vergi aparatı
təbəələrdən xəlifə xəzinəsini dolduran pul vəsaitini amansızcasına qoparırdı; yerli
tarixçi Gevondun sözlərinə görə, "o, (yəni xəlifə HiĢam - N.V.) Ömərin səxavətini
pislədi və onu öz sələflərinin topladığı sərvətləri qanunsuz olaraq xərcləyib dağıtmaqda
günahlandırdı". Ona görə də, xəlifə HiĢam dövründə, ərəblərin Azərbaycan və Arrandakı
vergi siyasəti köklü dəyiĢikliyə məruz qaldı; buradakı Əməvi hakimləri cizyəni xəzinəyə
böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə baĢladılar.
725-726-cı ildə xəlifə HiĢamın sərəncamına görə, Azərbaycanda əhali, torpaq,
mal-qara və hər cür baĢqa əmlakın yeni siyahıyaalınması keçirildi. Bu məqsədlə o, öz
sərkərdəsi Haris ibn Əmri Arrana göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır
vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma "adamları, ma l-qaranı və bütün
ölkəni elə köləlik boyunduruğuna saldı ki, sonrakı ildə A rranda dəhĢətli aclıq
baĢladı".
Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi verən əhali ilə
yanaĢı, rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa,
kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkən in cənubunda xəlifə II Ömər zamanı
ləğv edilmiĢ əvvəlki Sasani vergiləri, "Novruz və Mihrican hədiyyələri" bərpa edildi,
Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar
etdi. Bu barədə Gevond aĢkar yazırdı: "O, elə çox fəlakətlərə səbəb oldu ki, hamı ağır
zülmdən inləyirdi, [lakin bu] dözülməz fəlakətlərdən yaxa qurtarmağa heç bir imkan
yox idi".
Təbii ki, bu çətinliklər ilk növbədə təkcə ərəblərə deyil, ö z sahibləri olan
yerli feodallara da vergi ödəyən zimmilərə zərbə vurdu. Lakin vergi verənlərdən alınan
böyük məbləğlər xəlifə xəzinəsinə bütövlükdə gedib çatmırdı, çünki əyalət əmirləri və
məmurları onlara tapĢırılan əyaləti özlərinin Ģəxsi varlanma mənbəyi hesab edirdilər.
Xəlifələr bu özbaĢınalıqların qarĢısını almağa çalıĢır və ara-sıra məmurlara qarĢı xeyli
sərt tədbirlər həyata keçirirdilər. Ġlk Əməvi xəlifəsi I Müaviyənin dövründə (661-680)
186
yaradılmıĢ xüsusi nəzarət orqanı (dər əl-istixrac) əyalət məmurları arasında baĢ verən
rüĢvətxorluq hallarını aĢkara çıxarmalı idi. Lakin bu tədbir çox da kö mək etmirdi.
Vergi məmurlarının özbaĢınalıqlarının qarĢısını almaq üçün ərəblərin yerinə bu
vəzifələrə maliyyə iĢlərini yaxĢı bilən yerli feodalları təyin etməyə baĢladılar. Lakin bu
tədbir də elə bir nəticə vermədi, belə ki, əksəriyyəti islamı yalnız zahirən qəbul etmiĢ
yeni məmurlar çox keçmədən öz imtiyazlarını qoruyub saxlamaq xatirinə can-baĢla
qulluq eləməyə baĢladıqları ərəblərdən də pis oldular; onlarla birlikdə özlərin in
köhnə təbəələri o lan əkinçiləri ikiqat istismar a ltına saldılar.
Əməvilər dövründə Xilafətin Ģimal hüdudlarında istilaçı yürüĢlər hələ də
davam etdirilirdi. Hər hansı bir vilayəti tutan ərəblər bütün vilayət üzərinə ancaq bac
qoymaqla kifayətlənirdilər. Xəlifə HiĢamın dövründə Arran hakimi Mərvan ibn
Məhəmməd Dərbənddən Ģimalda yerləĢən Sərir vilayətini ələ keçirdi. Bağlanılan
müqaviləyə görə, Sərir hökmdarı xəlifəyə "hər il 1500 oğlan və 500 qız verməyə, əl-
Babın (Dərbəndin) taxıl anbarına 100 min mudd buğda gətirməyə" boyun oldu.
Tumanın (Sərirdə nahiyə) sakinləri "hər il 150 qız və 50 oğlan verib, anbara 20 min
mudd buğda" gətirməyə, Zirihgəranın (müasir Köbəçi) hakimi "hər il 50 oğlan verib,
anbara 10 min mudd buğda gətirməyə" boyun oldular; Sindanın (ġəndanın) hökmdarı
"sonralar belə öhdəlikdən azad olmaq Ģərtilə birdəfəlik 100 oğlan və qız verməyə və əl-
Babın anbarına ildə 5000 mudd taxıl gətirməyə", Lakzın hökmdarı isə "taxıl anbarına
ildə 20 min mudd" taxıl verməyə boyun olmuĢdu və s.
Əməvilərin hakimiyyətinin sonuna yaxın Xilafətin vilayətlərində, xüsusən
Azərbaycan və Arranda elə bir vəziyyət yaranmıĢdı ki, hər bir hakim mərkəzi hakimiyyət
qarĢısında, demək olar ki, heç bir hesabat vermədən öz vilayətində istədiyi kimi ağalıq
edir, əhalini talayıb çapırdı. Vergi zülmünün ağırlığına dözməyən əhali kütləvi surətdə
kəndləri tərk edir, suluklar adlandırılan torpaqsız kəndlilərə çevrilirdi. Bu kəndlilər
atılmıĢ kəndli torpaqlarını tədricən öz əllərində cəmləĢdirən iri torpaq sahiblərinin
yanına muzdurluğa gedirdilər. Azərbaycanda feodalizmin daha da geniĢlənməsinə səbəb
olan bu proses Əməvilərin buradakı mövqeyinin zəifləməsinə gətirib çıxartdı, çünki
mütəğəllib adlanan iri feodallar və torpaq sahibləri daha mərkəzi hakimiyyət
nümayəndələri ilə hesablaĢmır və artıq ilk Abbasilər dövründə Xilafətin silahlı
qüvvələri tərəfindən dərhal qarĢısı alınan separatizm nümayiĢ etdirməyə baĢlayırdılar.
VIII əsrin ortalarında hakimiyyətə gəlmiĢ Abbasilər Azərbaycan və Arranın
vergi verən əhalisinin vəziyyətini heç də yaxĢılaĢdırmadılar. Moisey Kalankatlının
sözlərilə desək, "Abbasilərin hakimiyyətə gəliĢi ana yurdumuz Albaniya üçün böyük
fəlakət idi, çünki taciklər (yəni ərəblər - N. V.) öz iyrənc qarətçilikləri ilə alban
iĢxanlarından paytaxtımız Bərdəni aldılar və öz səltənətlərinin köhnə paytaxtı
DəməĢqdə olduğu kimi indi də Alban torpağında -Bərdədə iqamətgah qurdular ki,
torpağın bol nemətlərini sovursunlar".
Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təĢkil
edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənildi. Özü də bu
natura içərisində zinət Ģeyləri və ərəblərdə az tapılan mallar üstünlük təĢkil edird i. Bu
187
sistem ikinci Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754-775) xüsusən geniĢ tətbiq
edilməyə baĢlamıĢdı. Onun dövründə misahə adlanan xərac əkilib-əkilməməsindən asılı
olmayaraq torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu
qaydalar üzrə alınırdı. Bu vergi sistemi, əl-Mənsurun dövründə, kəndli kütlələrinin
mütəĢəkkil qarəti Ģəklini aldı. Gevondun məlumatına görə, əl-Mənsur "zorakılıq və
sıxıĢdırmaqla hamını əldən salmıĢ, hətta ölülərdən də vergi tələb etməklə əhalini dilənçi
kökünə çatdırmıĢdı. O, ölkə əhalisini incidərək, elə dəhĢətli vergilər tələb edirdi ki,
adambaĢına xeyli... gümüĢ düĢürdü... ĠĢxan nəslindən olanlar əjdahanın (yəni, xəlifənin
- N. V.) ağzını yummaq üçün istər-istəməz bə xĢiĢ olaraq ona at və qatırlar, əla paltarlar,
qızıl və gümüĢ gətirirdilər".
Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775-785) vergi verən
zümrənin vəziyyəti bir qədər yüngülləĢdi. Onun sərəncamına görə xərac alma sistemi
dəyiĢildi. Misahə xəracı - torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə
xəracı - məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun
yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan, məhsulun
1/
3
-i, duləblə
1
suvarılan
torpaqlardan, məhsulun
1/
4
-i alınırdı. Lakin əl-Mehdinin dövründə meyvə ağaclarına,
zeytun və üzüm bağlarına xərac qoyuldu. Bu ağır vergi idi və əl-CəhĢiyərinin sözlərinə
görə, "təbəələrin əzablarını artırmıĢdı".
Belə vəziyyət əhalinin kəskin narazılığına səbəb oldu və tezliklə Xilafətin
Qafqaz bölgəsi ancaq xəlifə Harun ər-RəĢidin dövründə (786-809) yatırılması mümkün
olan üsyanlara büründü. 788-ci ildə o, Yəzid ibn Məzyədi bu ölkələrin hakimi
vəzifəsindən uzaqlaĢdırdı və əsrin sonunda - Yəzid ibn Məzyədi bu vəzifəyə yenidən
təyin edənədək burada on beĢdən çox hakim dəyiĢdi.
VIII əsrin sonuna yaxın Xilafətdə Avropa ölkələrindəki benefisiya sistemini
xatırladan müqatiə (iltizam) sisteminin geniĢlənməsi kəndlilərin vəziyyətini daha da
ağırlaĢdırdı. Əsasən, dövlət xəzinəsinin boĢalması üzündən tətbiq edilən bu sistemə görə,
ayrı-ayrı nahiyə və vilayətlərin vergiləri iltizama verilirdi; bu zaman iltizam məb ləğini
öz üzərinə götürmüĢ Ģəxs, əvəzində həmin yerlərin vergilərini yığ ırdı. Yü ksək
vəzifəli Ģəxslər, o "cümlədən də ayrı-ayrı vilayətlərin caniĢinləri iltizama
götürülmüĢ yerlərin həm də maliyyə baĢçısına çevrilən müqatiəçi-iltizamçılar ola
bilərdilər. Xəlifə əl-Müqtədirin dövründə (909-932) onun vəziri Ġbn əl-Furat
Azərbaycan və Ərminiyənin caniĢini təyin edilmiĢ Yusif ibn Əbu-s-Sacla bu
vilayətlərin 120 min dinara Sacilərə iltizama verilməsi haqqında müqavilə bağlamıĢdı.
Yusif hər il bu məbləği xəlifə xəzinəsinə keçirməli idi.
Hakimiyyət orqanları iltizamçıların hərəkətlərinə nəzarət etməli və onların
öhdələrinə götürdükləri xərcləri çəkmələrinə göz qoymalı idilər. Çünki qaydaya görə,
onlar iltizama götürdükləri yerdə əkin-biçinin qayğısına qalmalı, arxların, körpülərin və s.
sazlığına fikir verməli, e ləcə də ictimai asayiĢə göz qoymalı idilər. Lakin müqatiəçilər
əllərində olan hakimiyyətdən sui-istifadə edir. vergi verən əhalini əməlli-baĢlı soyub
1
Dəliyə və duləb - suvarma çarxı növləri; kirbə (düz girab) - su tuluğu.
188
talayırdılar. Onların hərəkətləri o qədər ölçüyə sığmaz idi ki, o dövrün məĢhur
qanunĢünası Əbu Yusif xəlifə Harun ər-RəĢidə onun dövründə xüsusilə geniĢ yayılmıĢ
iltizam sistemindən ümumiyyətlə imtina etməyi məsləhət görmüĢdü. Onun fikrincə,
"iltizam məbləğindən xeyli artıq yığmağa can atan iltizamçı buna ancaq öz təbəələri ilə
rəhmsiz rəftar etmək, onları ağır bədən cəzalarına məruz qoymaq, qızmar günəĢ altında
saxlamaq, boyunlarından daĢ asmaq, onlara əzab, iĢgəncə vermək yolu ilə nail ola bilər...".
Xəlifə Harunun hakimiyyət dövni üçün səciyyəvi olan bu amansızlıq, təbii ki, xalq
kütlələrinin narazılığında və özünün parlaq ifadəsini tezliklə bütün Azərbaycanı bürümüĢ
xürrəmilər hərəkatında tapan Xilafət əleyhinə üsyanlara gətirib çıxardı. Moisey
Kalankatlının sözlərinə görə, "o, bizim ölkəmizi çox sıxıĢdırdı". Onun dövründə
Azərbaycan və Arran sakinlərindən yığılan vergilər çox böyük hədlərə çatdı. Harunun
qardaĢı, Xilafətin Ģimal vilayətlərinin caniĢini Übeydallah ibn Mehdi (788-791) tərəfindən
Arran və Ərminiyənin hakimi vəzifəsinə təyin edilmiĢ Süleyman (788-790), "adamların
üzərinə elə dözülməz vergi yükü qoydu ki, əhali özünün axırıncı var-yoxunu verdikdən
sonra da onun zülmündən yaxa qurtara bilmədi".
Beləliklə, göründüyü kimi, Xilafət güclü xərac sistemi üzərində dayanırdı;
Xilafətin mülkiyyəti sayılan bütün torpaqlar xərac torpaqları idi; bu torpaqlar Bağdaddakı
mərkəzi xərac divanında, eləcə də vilayət divanlarında qeydə alınır, onların gəliri xəlifə
xəzinəsinə - beytülmala axırd ı.
Torpaq vergisi - xəracdan və can vergisi cizyədən əlavə aĢağıdakı vergilər
alınırdı: xüms - mülkiyyətdən və əmlakdan alınan, gəlirin
1/
5
-nə bərabər olan vergi;
zəkat - yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr -
orucluğun baĢa çatması münasibəti ilə verilən pay - fitrə; sədəqə - yoxsullara verilən
ianə; uşr - məhsulun
1/
10
-nə bərabər vergi.
Cizyə vergisi qeyri-müsəlmanlardan, zəkat ancaq müsəlmanlardan, qalan
vergi növləri isə müxtəlif miqdarlarda həm müsəlmanlardan, həm də özgə dinlərə
etiqad edənlərdən alınırdı.
Xüms - pul və ya natura Ģəklində dinc yolla ələ keçirilmiĢ əmlakdan, əmək
haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı
torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik
xərcindən artıq olan əmlak satın alındıqda və ya mü xtəlif peĢə sahiblərinin (tacir,
sənətkar və s.) gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli id i.
Zəkat - ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan baĢqa),
giləmeyvələr, daĢ-qaĢ və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat
məhsul yetiĢəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləĢdirilirdi.
Zəkat əl-fitr ildə bir dəfə, orucluq ayının baĢa çatması münasibətilə varlı
müsəlman ailəsinin yetkinlik yaĢına çatmıĢ hər bir üzvünə görə ödənilirdi. Fitrə
məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə,
xurmaya, kiĢmiĢə, qarğıdalıya və baĢqa məhsullara bərabər idi.
UĢr - hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satıĢ üçün
nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan baĢqa məhsullardan natura ilə
189
alınan onda bir vergisi idi.
ġirvanda (Bakıda) bunlardan baĢqa neft və duz mənbələri üzərinə də vergi
qoyulmuĢdu. Əl-Bəlazurinin məlumatına görə, hələ xəlifə əl-Mənsurun dövründə
Azərbaycan hakimi Yəzid ibn Üseyd öz adamlarını ġirvanda neft və duz çıxaranların
yanına göndərmiĢ və onlardan vergi aldırmıĢdı; vergilərin sonrakı yığımını isə o, xüsusi
adamlara tapĢırmıĢdı.
Ərəb mənbələri Azərbaycan, Arran və Xilafətin digər vilayətlərindən yığılan
vergilərin məbləği haqqında yalnız IX əsrdən baĢlayaraq mülahizə yürütməyə imkan
verir. Belə ki, Xilafətin paytaxtında müxtəlif illərdə baĢ vermiĢ yanğınlar zamanı hər bir
vilayət üzrə xəzinəyə daxil olan gəlirlərin hesabatları yazılmıĢ sənədlər də məhv
olmuĢdu. Qudamanın məlumatına görə hicri 204 (819-820)-cü il " xəlifə divanlarında
hesabatların mövcud olduğu ilk il idi".
Ġbn Xəldunun elmdə məlu m olan və əl-CəhĢiyərinin təqdim etdiyi siyahıya
əsaslanan vergi siyahısına görə, IX əsrin əvvəllərində Azərbaycan (Cənubi) vilayəti
xəzinəyə 4 mln dirhəm verirdi; o dövrdə Xilafətin bütün Qafqaz torpaqlarını, o
cümlədən də keçmiĢ Albaniyanı - Arranı özündə birləĢdirən ərəb Ərminiyə vilayəti isə
vergini təkcə pulla deyil, həm də natura ilə ödəyirdi: on üç min dirhəm, iyirmi ədəd
xalça (məhfurə), beĢ yüz səksən ratl parça (rakm), on min ratl duzlanmıĢ Ģahmahı
balığı, on min ratl tirrix balığı, iki yüz qatır və otuz Ģahin quĢu.
IX əsrin 20-ci illərində xə zinəyə daxil olan vergilər haqqında məlumat verən
Qudamanın göstəricilərinə görə, Azərbaycanın xəracı ildə 4,5 mln dirhəmə, Ərminiyəninki
isə 4 mln dirhəmə bərabər idi.
Bu göstərici əl-Yəqubinin aĢağıdakı məlu matı ilə də təsdiq olunur:
Azərbaycanın xəracı 4 mln dirhəmdir; bu rəqəm "bir il çox, o biri il isə az olur".
Lakin sonrakı xəlifə əl-Mütəsimin hakimiyyəti dövründə (833-842)
Azərbaycandan alınan xərac Ġbn Xordadbehin məlumatına görə, iki dəfə azalmıĢ və
cəmi 2 mln dirhəm olmuĢdur; Ərminiyənin xəracı isə əvvəlki səviyyədə (4 mln dirhəm)
qalmıĢdır. ġübhəsiz, ərəb Ərminiyə vilayətinin tərkibinə daxil olan Arranın payı da 2
mln dirhəmdən çox olmamıĢdır. Xəracın məbləğinin belə azalması ilk növbədə Xilafətdəki
üsyanlar və bəzi vilayətlərin ondan ayrılması ilə, eləcə də hakimlərin separatizm meylinin
güclənməsi ilə izah olunur.
Sonralar bu məbləğ bölgədəki vəziyyətdən asılı olaraq gah azalaraq, 908-909-
cu ildəki kimi ildə 120 min dinara (yəni 1 mln 800 min dirhəmə), gah da artaraq 916-
917-ci ildəki kimi 220 min dinara (yəni 3 mln 300 min dirhə mə) bərabər olmuĢdu.
Artıq IX əsrin sonu - X əsrin əvvəllərində Azərbaycan vilayətlərindən gələn
vergilər ö lkənin hakimləri olan Sacilərin, sonralar isə Salarilərin və baĢqalarının
xəzinələrinə gedirdi.
190
IX FƏSĠL
XĠLAFƏTDƏ ƏMƏVĠLƏRƏ VƏ ABBASĠLƏRƏ
QARġI DĠNĠ-SĠYASĠ HƏRƏKAT. AZƏRBAYCANDA
XÜRRƏMĠLƏR - BABƏKĠLƏR HƏRƏKATI
Dostları ilə paylaş: |