Tələbə: Mustafayeva Naidə Fakültə: İbtidai Təhsil İxtisas


Tənəffüs sisteminin yaş xüsusiyyətləri



Yüklə 223,01 Kb.
səhifə7/7
tarix28.11.2023
ölçüsü223,01 Kb.
#169337
1   2   3   4   5   6   7
anatomiya

5. Tənəffüs sisteminin yaş xüsusiyyətləri
Tənəffüs sisteminin tənəffüs yolları və orqanları vardır. Tənəffüs yolları burunla başlayır, o gələn və çıxan qazların yoludur. Burun boşluğu – ağızda xüsusi arakəsmə ilə ayrılmış, öndə sərt damaq, arxada – yumşaq damaq sahələri ilə əlaqəlidir. Burun dəliklərindən hava burun boşluğuna daxil olur. Öndəki sahədə havadakı toz və bərk hissəcikləri tutmaq üçün tüklər vardır (şəkil 52). Burun boşluğu arakəsmə ilə sol və sağ hissəyə ayrılır, hər birində – aşağı, orta və yuxarı burun axarları yerləşir. Körpələr ilk yaşlarında burunla çətin nəfəs alır, 14-15 yaşlı 72 uşaqlarda tam formalaşmış olur. Burun boşluğunun selikli qişasında qan damarları çoxdur, onların hərəkətedici epiteli vardır. Epitelidə selik ifraz edən vəzilər yerləşmişdir. Nəfəs aldıqda toz hissəcikləri tutulur, hava isə qızır (isinir). Burun boşluğlarında burun-udlaq sahəsi ilə birləşir. Udlağın üstündə burun-udlaq yerləşir. Udlaq boru şəkilli olub, burun boşluğuna, ağız və qırtlaq sahələrinə açılır. Buraya həm də eşitmə borusu açılır. Uşaqların udlağı geniş və qısadır, eşitmə borusu bir qədər aşağıdadır. Tənəffüs yollarının yuxarı sahəsi xəstələndikdə, orta qulaqdakı borularda da xəstəlik əmələ gəlir. Qırtlaq – qığırdaq lövhələrdən təşkil olunmuş, oynaq və əzələlərlə bir-biri ilə birləşmişdir. Burada ən böyük qığırdaq lövhəsi – qalxanabənzər qığırdaqdır. Qırtlağın üstündə – qığırdaq lövhə – qırtlaq qapağı yerləşir. O, udma zamanı qırtlaq borusunu qapayır. Qırtlaq selikli qişa ilə örtürülmüşdür, burada iki cüt yarım qövs qırışlar vardır. Burada səs telləri və səs yarığı yerləşir. Onlar nitq prosesində sözlərin yaranması üçün, müxtəlif səs titrəmələri çıxarır. Kişilərin səs telləri, qadınlara nisbətən uzundur. Ona görə də kişilərin səsi astadır. Uşaqların qırtlağı qısadır və 3 yaşında formalaşır, cinsi yetkinlik dövründə müəyyən dəyişkənliyə uğrayırlar. Kişilərdə 14-15 yaşlarında ulqum əmələ gəlir. Traxeya və bronxlar. Traxeya qırtlağın aşağı sahəsindən başlayır, uzunluğu 10-13 sm olan boş borudur. Daxili səthində selikli qişa və titrək epiteli vardır. IV-V döş fəqərələri səviyyəsində sol və sağ bronxlara ayrılır. Bronxlar quruluşca traxeyaya bənzəyir, sağ bronx soldan qısadır. İlkin bronx ağ ciyər qapısından ağ ciyərə daxil olaraq ikinci bronxları, sonra üçüncü və sonda bronx «ağacını» yaradır. Ən kiçikləri isə bronxiola adlanır. Bronxiola alveolla 73 qurtarır. Körpələrin bronxu qısadır (4 sm), 14-15 yaşında isə 7-8 sm-ə çatır. Ağ ciyərlər. Buradakı son broxiolalar alveola qovuqları ilə birləşir və tənəffüs yolu qurtarır. Alveolların divarı yastılaşmış epitel hüceyrələridir. Hər bir alveolun sıx kapillyarları vardır. Burada qazlar mübadiləsi baş verir. Ağ ciyərdə 350 milyona qədər alveol vardır və onların ümumi sahəsi 150 m-dir. Onların bir səthində havadakı qazlar, digər səthində qan kapillyarları yerləşir. Əvvəlcə oksigen və karbon qazları arasında, porsial təzyiq nəticəsində, diffuziya başlayır. Alveolların səthi çox olduqda, qazların diffuziyası artır. Ağ ciyərlərdə yaranmış təzyiq fərqinə əsaslanaraq, qazlar arasında mübadilə baş verir. Hər bir ağ ciyər seroz pərdə ilə, plevra ilə örtülmüşdür. Plevra iki qatlıdır və onlar arasında plevra mayesi (1-2 ml) dolmuşdur. Nəfəs alıb-vermə prosesində sürtünmənin qarşısı alınır və tənəffüs hərəkəti maneəsiz icra edilir. Uşaqların ağ ciyərləri alveollarının həcmi artdıqca böyüyür. Artıq 8 yaşlı uşaqların ağ ciyərləri böyük-lərdəki kimi olur. Cinsi yetkinlik zamanı ağ ciyərlərin həcmi, körpələrlə müqayisədə 20 dəfə artır. Tənəffüs prosesinin dərinliyi qəbul olunan həcmdən asılıdır. Körpələrdə tənəffüs səthi və tezliyi çoxdur. Bir yaşlı uşaqların tənəffüs tezliyi gündüz – 50, yuxuda olarkən – 35 olur, iki yaşlılarda – 35, 4 yaşda – 25, 6 yaşda – 23 dəfədir. Məktəblilərin tənəffüs tezliyi – 18-20 dəfədir. Bir aylıq uşaqların tənəffüs həcmi – 30 ml, 1 yaşda – 70 ml, 6 yaşda – 156, 10 yaşda – 230 ml, 14 yaşda – 300 ml havaya bərabərdir. Tənəffüs tezliyi yüksək olduğundan 1 kq, kütləyə görə dəqiqə həcmi təyin edilir. Dəqiqə həcmi 1 dəqiqə ərzində daxil olmuş havanın həcmini tənəffüs tezliyinin hasilinə vurularaq hesablanır. Yenicə doğulmuş körpələrin dəqiqə həcmi 650-700 ml. bir yaşda – 2600-2700 ml, 6 yaşda – 3500, 10 yaşda – 4300 ml, 14 yaşda – 4900 ml, böyüklərdə isə – 5000-5000 ml havaya bərabərdir

ƏDƏBİYYAT

Yüklə 223,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin