- Bu mövzuda işlərkən “viraj” termininə
rast gəldim. Anlamı nədir?
- Viraj, vərəmə görə profilaktik
müayinədə və vərəmin diaqnostikasın-
da istifadə olunan tuberkulin sınağının
(Mantu sınağı) ilk dəfə müsbət olması-
dır. Yəni uşaqlarda hər il istifadə olunan
Mantu sınağı mənfi olub, növbəti dəfə
müsbət olarsa bu tuberkulin sınağının
virajı adlanır. Viraj hərfi mənada döngə,
geriyə dönmə demək olub, sağlamlıqdan
xəstəliyə dönmə anlamı verir və vərəm
infeksiyasına yoluxmanı göstərir. Ona
görə də viraj olan uşaqlar vərəmə görə
kompleks müayinə olunmalıdır.
Dostları ilə paylaş: |