- Cəmiyyətimizdə bir vərəm qorxusu
var,
yəni
hansısa
ailədə
vərəm
xəstəsinin olması üzə çıxarsa, o zaman
bundan məlumatlı olan ətrafdakılar o
ailə ilə ünsiyyətdən qaçırlar. Buna görə
də çox vaxt bu xəstəliyə yoluxanlar
xəstəlini ətrafdakılardan gizlətməyə
çalışır, bu xəstəliyin daşıyıcısı olduğunu
etiraf etməkdən utanırlar.. Çünki xəstə
insanlar öz xəstəliklərini başqa adla
- keçici olmayan xəstəlik kimi təqdim
etməklə qarşı tərəfin ona yoluxma riskini
artırırlar. Bu haqda qısaca münasibət
bildirmənizi istərdik.
- Bəli, cəmiyyətdə vərəm xəstəliyinə
münasibətin birmənalı və müsbət ol-
maması vərəmə tutulan şəxslərin əksər
hallarda öz xəstəliyini gizlətməyə ça-
lışmasına səbəb olur. Burada bir səbəb
də, cəmiyyətdə vərəmlə qeyri-normal,
o cümlədən tüfeyli həyat tərzi keçirən
şəxslərin, alkoqoliklərin, narkomanların,
həsbxanada olanların xəstələnməsi fikri-
nin olmasıdır. Düzdür, bu tipli insanlarda
vərəm daha çox rast gəlinir. Ancaq tam
normal həyat tərzi və yaşayış şəraiti olan
şəxslər də vərəmlə xəstələnə bilər. Buna
görə də, cəmiyyətdə bu məsələ ilə bağlı
maarifləndirmə tədbirlərinin artırılma-
sı yaxşı olardı. Onu da qeyd edim ki,
vərəm tam sağalan xəstəlikdir. Sadəcə
xəstəlik nə qədər erkən aşkar olunub
düzgün müalicə olunarsa daha effektli
olar. Vərəmlə xəstələnənlər vaxtında aş-
kar olunub kompleks müalicə olunmalı,
bu xəstələrlə təmasda olanlar isə profi-
laktik müayinə və müalicə kursu qəbul
etməlidirlər.
Dostları ilə paylaş: |