E) Enqel-Reklinhauzen xəstəliyi
Ədəbiyyat: Ağayev B.A Cərrahi xəstəliklər Bakı 2007 səh 111
489) Aşağıda sadalananlardan hansı mədə xorasının endoskopik olaraq gedişinə
görə Forrest təsnifatının II B mərhələsi zamanı olur?
A) Xora üzərində qan laxtası var
B) Xoradan qan sızır
C) Xora
dibində hematin pərdəsi var
D) Xora dibində damar görünür
E) Xoradan qan fışqırır
Ədəbiyyat: : Nuru Bayramov Cərrahi xəstəliklər Bakı 2015 I hissə səh 114
490) Pankreatitin diaqnostikasında, xüsusən pankreatitin başlanmasından 24-48
saat sonra, dəyişikliklərin görünməsində qızıl standart aşağıda sadalanan
müayinələrdən hansıdır?
A)
Ultrasəs müayinəsi
B) Qan zərdabında kalsiumun təyini
C) Qan zərdabında amilazanın təyini
D) Kontrastlı kompyuter tomoqrafiyası
E) Qan zərdabında C reaktiv zülalın təyini
Ədəbiyyat: Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 728
491) Xəstəxananın qəbul şöbəsinə qarın nahiyəsindən kəsilmiş yara (bıçaq)
xəsarəti almış xəstə müraciət etmişdir. Palpasiya zamanı qarının ön divarı
ağrısız, yumşaqdır. Daxili orqanların zədələnməsini inkar etmək və ya
zədələnmənin səviyyəsini təyin etmək məqsədi ilə ekspress instrumental
diaqnostika metodlarından hansının praktiki əhəmiyyəti böyükdür?
A) Qarının kontrastsız KT-sı
B) Qarının kontrastlı KT-sı
C) Laparoskopiya
D) Peritoneal lavaj
E) Yara daxilinə inyeksiya şəklində kontrast maddənin yeridilməsi
Ədəbiyyat: B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007 səh 585
Dostları ilə paylaş: