Radiologiya
Bölmə 19. Qarışıq mövzular
297) Qaraciyərin yuxarı sərhəddi sağ orta qoltuqaltı xətt üzrə hara proyeksiya olunur?
A) 7-ci qabırğaya
B) 5-ci qabırğaya
C) 8-ci qabırğaya
D) 6-cı qabırğaarası sahəyə
E) 4-cü qabırğaarası sahəyə
Ədəbiyyat: Ədəbiyyat: Под ред.В.В,Кованова.Оперативная хирургия и топографическая анатомия.Москва,»Медицина»,1985,366 ст
298) Kəskin kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatlar təyin edilməməlidir?
A) Mannitol
B) Albumin
C) Laziks
D) Kontrikal
E) Qlükokortikoidlər
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
299) Boynun adenofleqmonasına hansı səbəb olur?
A) Çənəaltı limfa vəzilərinin irinləməsi
B) Qoltuqaltı limfa vəzilərinin irinləməsi
C) Lüdviq anginası
D) Döş-körpücük-məməyəbənzər əzələnin yuxarı hissəsinin irinləməsi
E) Ağız suyu vəzilərinin irinləməsi
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
300) Ağız boşluğu dibinin fleqmonasının tipik klinik təzahürünə aşağıdakılardan hansı aiddir?
A) Trizm
B) Alt dodaq nahiyyəsində dərinin hiperemiyası
C) Qanadvari çənə büküşünün şişkinliyi
D) Alt-çənə-altı və mental nahiyyənin fleqmonası
E) Yanaq nahiyyəsinin şişkinliyi və hiperemiyası
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
Dostları ilə paylaş: |