607) Mədəaltı vəzin sistin müalicəsi zamanı mədə-bağırsaq traktı ilə anastomozun qoyulması praktikası tez-tez tətbiq edilir. Bunlardan daha yaxşısı hansı sayılır?
A) Sistoyeyunostomiya, bağırsaqlararası anastomozla
B) Sistoqastrostomiya
C) Sistoduodenostomiya
D) Sistoyeyunostomiya, ayrılmış ilgəklə
E) Sistokalostomiya
Ədəbiyyat: N.Y.Bayramov. Mədəaltı vəzin xəstəlikləri. Ankara, 2002
608) Mədəaltı vəzin xarici fistulasının formalaşması zamanı aşağıdakılardan hansı göstərişdir?
A) Mədəaltı vəzin endokrin funksiyasının zəifləməsinə yönəldilmiş konservativ müalicə (5-ftorurasil, ribonukleaza, somatostatin), pəhriz.
B) Fistulanın kəsilib götürülməsi
C) Fistula ilə nazik bağırsaq arasında anastomozun qoyulması.
D) Fistulanın plomblanması
E) Mədəaltı vəzinin rezeksiyası.
Ədəbiyyat: В.И. Филин, А. Л. Костюченко. Неотложная панкреотология. «Питер». – СПб, 2000; 512. (Г)
Dostları ilə paylaş: |