611) Mədəaltı vəzin yaralanması var. Virsunq axarı zədələnməyib.Bu zaman hansı əməliyyat icra olunmalıdır?
A) Piylik kisəsinin drenaj olunması.
B) Mədəaltı vəzin rezeksiyası, splenektomiya.
C) Mədəaltı vəzin rezeksiyası.
D) Qanaxmanı dayandırmaq məqsədi ilə mədəaltı vəzin yarası tikilməsi.
E) Yaranın drenə olunması, xolestektomiya, piylik kisəsinin drenə olunması, pankreatitin profilaktikası.
Ədəbiyyat: В.И. Филин, А. Л. Костюченко. Неотложная панкреотология. «Питер». – СПб, 2000; 512. (Г)
612) Reaktiv ödemli pankretatitlə ağırlaşmış kəskin obturasion daşlı xolesistitdə cərrahi əməliyyatın həcmi necə olmalıdır?
A) Xolesistektomiya və qarın boşluğunun drenləşdirilməsi.
B) Xolesistektomiya,xoledoxun kisə axarının güdülü vasitəsilə drenləşdirilməsi,qarın boşluğunun drenləşdirilməsi.
C) Xolesistektomiya və piylik kisəsinin drenləşdirilməsi.
D) Xolesistektomiya və xoledoxunT-bənzər drenajla drenləşdirilməsi.
E) Xolesistostomanın formalaşdırılması.
Ədəbiyyat: В.И. Филин, А. Л. Костюченко. Неотложная панкреотология. «Питер». – СПб, 2000; 512. (Г)
Dostları ilə paylaş: |