1. Sistin irinləməsi və partlaması ilə yayılmış peritonitin inkişafı
2. Sistin plevra boşluğuna açılması ilə hemorragik və ya irinli plevritin inkişafı
3. Sist boşluğuna qanaxma
4. Xoledoxun sıxılması
5. On iki barmaq bağırsağın keçməməzliyi
A) 1, 2, 4
B) 2, 4, 5
C) 1, 2, 3
D) 3, 4, 5
E) 1, 3, 5
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
616) Xarici pankreatogen fistulanın yekun diaqnostikasında hansı müayinə daha sadə və asan icra ediləndir?
A) Fistuloqrafiya
B) Yara və ya fistula möhtəviyyatında pankreatogen fermentlərin aktivliyinin müəyyənləşdirilməsi
C) Mədəaltı vəzin kompüter tomoqrafiyası
D) Mədəaltı vəzin USM-si
E) RXPQ
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
617) Adekvat konservativ terapiyanın aparılması fonunda kəskin pankreatitli xəstədə peritonit əlamətləri meydana çıxarsa müalicə taktikası necə olmalıdır?
A) Təcili laparotomiya, xolesistostomiya, qarın boşluğunun sanasiyası və drenləşdirilməsi
B) Konservativ müalicənin davam etdirilməsi
C) Laparosentez
D) Dinamiki müşahidə
E) Diaqnostik laparoskopiya
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
618) Laparoskopiya zamanı müəyyən olunan aşağıda göstərilən əlamətlərdən hansı pankreatitin ödemli formasına xas deyil?
A) Kiçik piyliyin və qaraciyər-on iki barmaq bağırsağın ödemi
B) Öd kissəsinin ölçücə kiçilməsi
C) Qaraciyər altı sahədə seroz toplantı
D) Qarın boşluğunun yuxarı şöbələrində visseral peritonun hiperemiyası
E) Mədənin divarının öndən şişkinləşməsi
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
Dostları ilə paylaş: |