613) Kəskin pankreatitdə erkən cərrahi əməliyyata əsas göstərişləri göstərin:
1. İntoksikasiyanın artması
2. Yayılmış fermentativ peritonit, nəzərə çarpacaq endogen intoksikasiya əlamətləri ilə
3. Qarının yuxarı yarısında infiltratın aşkarlanması.
4. Kəskin, əksər hallarda kalkulyoz xolesistit.
5. 3-4 gün müddətində azalmağa tendensiyası olmayan sarılıq
A) 1, 2, 4
B) 3, 4, 5
C) 1, 2, 3
D) 2, 4, 5
E) 1, 3, 5
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
614) İrinli-nekrotik parapankreatitlə ağırlaşmış kəskin pankreatitlə xəstələrin cərrahi müalicəsinin optimal variantını seçin.
A) Laparotomiya, göstəriş olduqda xolesistostomiya, nekrsekvestrektomiya, bütün irinlik ocaqlarının tamponadası və drenləşdirilməsi.
B) Laparotomiya, nekrsekvestrektomiya, bütün irinlik ocaqlarının tamponadası və drenləşdirilməsi.
C) Müalicəvi laparoskopiya, xolesistostomiya
D) Laparotomiya, mədəaltı vəzin kapsulasının kəsilməsi, parapankreatik toxumanın tamponadası və xaricə drenləşdirilməsi
E) Laparotomiya, xolesistostomiya, piylik kisəsinin xaricə drenləşdirilməsi.
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
615) Mədəaltı vəzin sistlərinin hansı ağırlaşmaları təcili cərrahi əməliyyatın aparılmasını tələb edir?
Dostları ilə paylaş: |